118
di dörd
Azərbaycan tetraxordunu pozub, yalnız "doriy" tetraxor-
duna uyğun birini saxlamaq olar. Hacıbəylinin rəyincə, Azər-
baycan musiqi xadimləri elə buna qarşı mübarizə aparmalıdırlar
ki, bu tetraxordlar nə indi, nə də min ildən sonra pozulmasınlar,
çünki birincisi, Azərbaycan xalqının bütün musiqi yaradıcılığı
bu tetraxordlara əsaslanır və ikincisi, bu tetroxordların saxlanıl-
ması musiqi sənətinin inkişafının yeni yollarının açılması üçün
əsaslı imkanlar verir”.
1
Ü.Hacıbəylinin tetraxordlar üzrə verdiyi sistemləşmə, öz vax-
tına görə, şübhəsiz irəli atılmış mühüm addım idi. O, öz əhəmiyyə-
tini gələcək dövr üçün də saxlayır. Lakin bizə elə gəlir ki, bu sis-
temləşmə Azərbaycan musiqisində məqam əlaqələrinin zənginliyi-
ni tamamilə əsaslandıran yeganə imkan deyil. Hacıbəylinin bir bəs-
təkar kimi yaradıcı təcrübəsi daha zəngin, daha çoxcəhətlidir. Belə
zənn edirik ki, Azərbaycan musiqisində məqamların təsnifatına di-
gər münasibət də mümkündür. Hacıbəylinin göstərdiyi bütün beş
tetraxord; yuxarıda göstərilən dörd üsulla birləşə bilər, yalnız iyir-
mi tetraxordun hamısı, Hacıbəylinin qeyd etdiyi kimi, Azərbaycan
məqamlarının əmələ gəlməsi üçün yararlı ola bilməz. Azərbaycan
məqamlarının səsdüzümünün yaranması üçün əsas şərtlər aşağıda-
kılardır: 1) birləşmənin konsekvent qaydası; 2) səsdüzümünün pər-
dələri üçton əmələ gətirməməlidirlər.
Ü.Hacıbəyli yazırdı ki, “Mən məruzələrimdə Azərbaycan mə-
qamları səsqatarlarının ciddi konsekvent (kvarta quruluşu, kvinta
quruluşu, kiçik və böyük sekstalar quruluşu) bir qanun üzrə quru-
lub mütənasib bir sistemdən ibarət olduğunu izah etdikdə, bu, bəzi
musiqiçilərə süni və uydurma bir şey kimi gəlirdi”.
2
Lakin Hacı-
bəyli irəli sürülən məsələlərin doğruluğunu
Azərbaycan xalq musi-
qisi nümunələri ilə inandırıcı şəkildə isbat edirdi.
Ü.Hacıbəyli Azərbaycan məqamlarında musiqi bəstələmək
üçün göstərdiyi qayda-qanunların doğruluğunu yoxlamaq məq-
sədilə (tədqiqatının ikinci hissəsi) bəstəkarlarımıza bu qanunlar
əsasında musiqi bəstələməyi təklif edir. Belə təcrübə həyata ke-
1
Агаева Х. У.Гаджибеков. Б., 1955, с.138.
2
Hacıbəyov Ü. Azərbaycan xalq musiqisinin əsasları. B., 1950, s. 9.
119
çirilmiş və Hacıbəylinin nəzəri kəşflərinin
həqiqiliyini isbat et-
mişdi. Bərabər tetraxordların birləşməsi səsdüzümünün sırala-
rında pərdələrin ardıcıllığının konsekvent qaydasını yaradır. Bə-
rabər quruluşlu xalis tetraxordların birinci üsulla birləşməsi ardı-
cıl xalis kvartalar sırasından ibarət səsqatarı əmələ gətirir:
Bərabər quruluşlu xalis tetraxordların ikinci üsulla birləşməsi
ardıcıl xalis kvintalar sırasından ibarət səsqatarı əmələ gətirir:
Bərabər quruluşlu xalis tetraxordların ücüncü üsulla birləş-
məsi ardıcıl kiçik sekstalar sırasından ibarət səsqatarı əmələ
gətirir:
Bərabər quruluşlu xalis tetraxordların dördüncü üsulla birləş-
məsi ardıcıl böyük sekstalar sırasından ibarət səsqatarı əmələ gətirir:
4 4 4 4
c d e f g a b c d es f g as
5 5 5 5
c d e f g a h c d e fis g a
k. 6 6 6 6
c d e f (g) a s b c des
120
Qeyd edək ki, xalis kvartalar quruluşu “Rast”, “Şur”, “Segah”,
“Çahargah” kimi geniş yayılmış məqamların səsqatarını, xalis
kvintalar quruluşu “Şüştər”, “Çahargah”, kiçik sekstalar quruluşu
“Bayatı-Şiraz” və az ifa olunan “Nəva”, böyük sekstalar quruluşu
isə “Humayun” məqamının səsqatarını əmələ gətirir.
Xalis kvintalar, həm də kiçik və böyük sekstalar quruluşu
Azərbaycan musiqi sənətinin inkişafında daha sonrakı dövrdür.
Kiçik və böyük sekstaların səsqatarında məqamdan məqama
keçmək üçün modulyasiya formulu üstünlük yaradır.
Azərbaycan məqamlarının səsqatarının əmələ gəlməsində
əsas tetraxordlardan başqa, köməkçi tetraxordların da mühüm
əhəmiyyəti var. Bu tetraxordlar qeyri-bərabər tetraxordların bir-
ləşməsindən yaranır və əsas tetraxordların ikinci, üçüncü, dör-
düncü pərdələrindən və aralıq tonlardan əmələ gəlir.
Həmin məqamlar bunlardır: “Şahnaz” (1-1-1/2 və 1/2-11/2-
1/2-ayrı birləşmə), “Çahargah” (1/2-11/2-1/2 və 1-1-1/2-ayrı bir-
ləşmə), “Sarənc” (1/2-11/2-1/2 və 1-1-1/2-ayrı birləşmə). Kö-
məkçi tetraxordların arasında üçton xüsusi yer tutur. Hacıbəyli
özünün məqam konsepsiyasında bu məsələ üzərində xüsusi ola-
raq dayanır. O, yazır:
“...Bərabər tetraxordların ikinci (ayrı) üsul ilə birləşmə-
sində üçtonun olması vacibdir; bu üsul ilə birləşmədə ardıcıl
xalis kvintalar sırasından ibarət yeni səsqatarı əmələ gəlir. O
zaman belə bir dilemma ortaya çıxır: ya mənalı musiqi ifadə-
ləri düzəltməyə yaramayan üçtondan, ya da kvinta quruluşun-
dan əl çəkmək lazımdır; hərçənd kvarta quruluşuna nisbətən
kvinta quruluşu musiqi incəsənətinin inkişafında irəliyə doğru
bir addımdır”.
1
1
Hacıbəyli Ü. Azərbaycan türk xalq musiqisinin əsasları. B., 1950, s. 28.
b. 6 6 6 6
c d e f (g) a h cis d