121
Lakin Ü.Hacıbəyli üçüncü yol tapmışdır,
bu da üç bütöv
tonun ardıcıllığını yarımtonla pozmaq yoludur.
Ü.Hacıbəyli yazır ki, “üçtonun yaramazlığı” onun birinci və
axırıncı pərdəsi arasında artırılmış kvarta intervalı əmələ gəlmə-
sində yox, üç bütöv tonun ardıcıllığındadır. Deməli, orta tonlar-
dan birini ucaltmaq və alçatmaqla üç bütöv tonun ardıcıllığını
aradan qaldırmaq olar”
1
.
Bu səsqatarında üçtonun orta səsləri “sol” və “lya”dır.
Kvinta dairəsinə əsasən “sol”-un münasib dəyişilməsi “sol di-
yez” və “lya”-nın ən münasib dəyişilməsi “lya bemol”dur.
Əgər “sol” notunu “sol diyez” ilə əvəz etsək, onda səsqata-
rında üç bütöv ton hərəkətinin pozulması səsqatarının kvinta
konsekventliyini də pozmuş olur. Pozulmuş xalis kvintanı bərpa
etmək və ya əvvəlki vəziyyətə salmaq üçün səsqatarının birinci
pərdəsini ucaltmaq (do diyez) lazımdır ki, bununla da xalis kvin-
taların ardıcıl sırasından ibarət düzgün təşkil olunmuş səsqatarı
əmələ gəlir:
Ü.Hacıbəyli qeyd edir ki, üç bütöv ton hərəkətini pozmağın
ikinci üsulu “lya”-nın “lya bemol”a çevrilməsidir.
1
Hacıbəyli Ü. Azərbaycan türk xalq musiqisinin əsasları. B., 1950, s. 22.
c d e f g a h c
c d e f gis a h c
art.2
üç ton
122
Pozulmuş xalis kvintanı əvvəlki vəziyyətə salmaq üçün səs-
qatarının ikinci pərdəsini alçaltmaq (re bemol) lazımdır ki, bu-
nunla da yeni xalis kvintaların ardıcıl sırasından ibarət düzgün
təşkil olunmuş səsqatarı əmələ gəlir:
Ü.Hacıbəyli üçtonun orta tonlarının alterasiya edilməsi yolu
ilə yeni tetraxordlar və yeni artırılmış sekunda intervalını alır.
Hacıbəylinin özünün mülahizəsinə görə, Azərbaycan musiqi mə-
dəniyyətinin inkişafında kvinta quruluşu sonrakı mərhələ olduğu
kimi, eləcə də ikinci ayrı üsulla birləşmə, yeni əskilmiş və artı-
rılmış sekundalı tetraxordların yaranması Azərbaycan musiqi di-
linin tarixi inkişafının daha sonrakı dövrünə aid edilə bilər. Bu-
nunla bağlı müəyyən əlaqəni qeyd etmək olar, əskilmiş tetraxor-
dun və artırılmış sekunda ilə tetraxordun 1-1-1/2 formulu olan
əsas aparıcı tetraxorddan əmələ gəlməsini göstərmək olar.
Üçton Azərbaycan musiqi dilində yeni artırılmış sekunda in-
tervalının yaranması səbəbkarıdır. Ü.Hacıbəyli qeyd edir ki, üç-
tonun orta tonlarının alterasiya edilməsi yolu ilə üç bütöv ton ar-
dıcıllığının pozulması nəticəsində artırılmış sekunda əmələ gəlir.
Qeyd etmək lazımdır ki, bu intervalın intonasiyası Azərbay-
can musiqi dili üçün xarakterdir. Bizim bəstəkarlar milli musiqi
üçün xarakter olan bu intonasiyaya müraciət etməyə başladılar.
Lakin elə də olurdu ki, bəstəkarlar ondan süni istifadə edib, milli
musiqi dilinə nabələdliklərini bu intonasiya ilə gizlədirdilər.
Ü.Hacıbəyli yazır ki, “Bəzi bəstəkarlar güman edirlər ki, əgər
onlar təsadüfdən təsadüfə “artırılmış sekundaya” əl atsalar, bu-
nunla “milli intonasiya”ya nail olarlar. Bu “artırılmış sekun-
da”ya həm də rus “orijentalist”lərinin əsərlərində rast gəlirik.
c d e f g as h c
art.2
123
Lakin unutmaq lazım deyil ki, həmin bəstəkarlar qətiyyən əsl
Azərbaycan musiqisi yaratmaq niyyətində olmamışlar. Səthi sti-
lizasiya musiqi əsərinə əsl milli intonasiya verməməklə bərabər,
həm də əsəri gerçəklikdən, səmimilikdən və ümumiyyətlə este-
tik və bədii dəyərdən məhrum edir.
Mənim fikrimcə, bu vəzifə tamamilə başqa cür həll olunur.
Hər bir xalq öz bəstəkarlarından tələb edir ki, o, öz əsərlərini, nə
qədər mürəkkəb olursa olsun, xalqa yaxın və doğma olan musiqi
dilində bəstələməlidir. Bunun üçün bəstəkardan həmin dili mü-
kəmməl bilməsi tələb olunur”.
1
Bununla əlaqədar Ü.Hacıbəylinin “oriyentalizm” adlanan üs-
luba münasibəti ilə tanış olmaq maraqlıdır. Dahi rus bəstəkarla-
rından M.İ.Qlinkanın, N.A.Rimski-Korsakovun, “Qüdrətli dəs-
tə” bəstəkarlarının oriyental üsluba meyil edən əsərlərini yüksək
qiymətləndirən bəstəkar eyni zamanda saxta “oriyental” üslubun
barışmaz düşməni idi. Bu yol XIX əsrin sonu və XX əsrin əvvəl-
lərində Qərbi Avropa musiqisinin bir sıra zəif əsərlərində, bəzi
sovet bəstəkarlarının əsərlərində də öz əksini tapmışdır.
Ü.Hacıbəyli bu üslub haqqında yazırdı:
“Avropa sənətkarları Avropa üslubundan bir az qeyri olan bir
növ “üslub” və ya “stil” çıxarıb adına “Şərq stili” deyirlər. O cüm-
lədən məsələn, musiqidə artırılmış sekunda istemalı, şeirdə “kül və
bülbül” fiqurəsi, rəsmdə butalara bənzər güllər, teatrda rəngarəng
əlbisə geyinib salama oxşayan hərəkətlər göstərmək və s.
İşdə, şərqlilərin zövqünü korlayıb, hətta ruhlarını belə inci-
dən bir şey varsa, o da bu saxta Şərq stilidir”.
2
O, Şərq musiqisini yaratmaq istəyən sənətkarlara məsləhət gö-
rürdü ki, “kəndi sənətlərinin müxtəlif qəvaidini sənələrcə zəhmət
çəkib öyrəndikləri kimi, saxta “Şərq stili”ndən əl çəkib, əsl Şərq
incəsənətinin bütün xüsusiyyətlərini kamali-səy və ehtimal ilə sənə-
lərcə öyrənməli və bu sənətə ruhən mərbut olmalıdırlar ki, yarat-
dıqları Şərq sənəti də Şərq əhlinə zövq verib ənis və munis görünə”.
3
1
Hacıbəyov Ü. Vətən müharibəsi günlərində Sovet Azərbaycanının mu-
siqisi. Giriş. Əsərləri, II c., B., 1965, s. 350.
2
Hacıbəyov Ü. Teatr təəssüratı. “Maarif və mədəniyyət” jurnalı, 1925, № 3.
3
Yenə orada.