112
rir. O, “Çahargah”ın da əsasının və “Müxalif”in birinci tonları-
nın piano ilə müvafiq gəlmədiyini qeyd edir.
Ü.Hacıbəyli deyir ki, yenə də bu uyğunsuzluq Avropa musiqi
sistemini qəbul etməyə mane olmamalıdır: “fəqət yenə də bundan
boylə görünməsin ki, pianoda Şərq havaları çalmaq olmaz!”.
Sonrakı illərdə apardığı dərin tədqiqat işi bəstəkarı bu məsə-
lənin daha dəqiq elmi həllinə gətirib çıxartdı. 1939-cu il məqalə-
sində Hacıbəyli yazır: “Mən Azərbaycan xalq musiqisində yarım
tondan kiçik ton olduğunu eşitməmişəm. Bizim yarım ton hətta
ümumi musiqi dilində qəbul olunmuş yarım tondan daha geniş-
dir. Bizim tersiya ilə temperə quruluşunda qəbul olunmuş tersiya
arasında uyğunsuzluq elə buradan irəli gəlir”. Bu məsələ bəstə-
karın “Azərbaycan xalq musiqisinin əsasları” tədqiqatında da
araşdırılır. Əsərin elə birinci hissəsi bu mövzu ilə başlanır.
Ü.Hacıbəyli yazır ki, “Musiqişünasların rəyinə görə, “Şərq
musiqisində” (Azərbaycan musiqisini də buraya daxil edirlər)
bütöv və yarım tondan başqa 1/3 və 1/4 ton da vardır. Bu iddia
ən kiçik intervalı yarım ton olan Azərbaycan xalq musiqisinə aid
ola bilməz. Avropa musiqisində olduğu kimi, Azərbaycan musi-
qisində də oktava 7 diatonik və 12 xromatik pərdədən ibarətdir.
Fərq ancaq bundadır ki, Avropa musiqisindəki oktavada pərdə-
lər müntəzəm, Azərbaycan musiqisində isə qeyri-müntəzəm
temperasiya olunmuşdur. Ona görə də temperasiyalı musiqi alət-
lərində (xüsusilə fortepianoda) Azərbaycan havaları ifa olunduq-
da, xüsusilə tersiya və seksta tonlarının ucalığında bəzi uyğun-
suzluqlar hiss olunur; Azərbaycan musiqisində böyük tersiya
temperasiya tersiyasına nisbətən qısa (bəm), kiçik tersiya isə
temperasiya tersiyasına nisbətən geniş (zil)dir. Yarım ton tempe-
rasiyalıdan genişdir. Fərq təxminən bir komma qədərdir”
1
.
Gördüyümüz kimi, Ü.Hacıbəyli Azərbaycan musiqisində 1/3
və 1/4 kimi intervalların olması haqqında bəzi nəzəriyyəçilərin
səhv müddəalarını təkzib edir. Eyni zamanda bəstəkar Azərbaycan
musiqisinin məqam əsası ilə Avropanın temperə edilmiş sistemi
arasında keçilməz sədd kimi sayılan səhv fikri də tənqid edir.
1
Hacıbəyov Ü. Azərbaycan xalq musiqisinin əsasları. B., 1950, s.19.
113
Ü.Hacıbəyli yaradıcılığının ilk tədqiqatçılarından V.S.Vino-
qradov “Üzeyir Hacıbəyli və Azərbaycan musiqisi” adlı kitabın-
da bəstəkarın aşağıdakı vacib mülahizəsini gətirir:
“Xalq musiqisində 17, 18 və hətta 19 pərdəli səsqatarı olur,
lakin indiki vaxtda onlar öz istifadəsini yalnız bəzəkverici səs-
lərdə tapırlar, hansılar ki, dəqiq qeydə alınma şərtilə hətta 19
pərdəli səs cədvəlinə belə sığışmazlar. Avropa temperasiyasın-
dan haşiyəyə çıxan hər şey daha çox milli ifaçılıq tərzinə (oxu-
masına) aid edilə bilər. Ladlar isə mahnılar, rəqslər ümum qəbul
olunmuş not sistemində yazıla bilər və bu şəkildə kütləvi audito-
riyanın “eşitmə qabiliyyətini” təmin edə bilər. Bu mənada tar ilə
olan inkişaf səciyyəvidir. Tar 17, 19 pərdəli sazlaşmış temperə
edilməmiş alətdir. Vaxt keçdikcə oktavanı 17 pərdəyə bölən ta-
rın hərəkət pərdələri Avropa “eşitmə qabiliyyətinin” tələblərinə
uyğun hərəkət etməyə başlayır və hal-hazırda bu alətdə artıq
dünya musiqi mədəniyyətinin əsərlərinin tamamilə sərbəst ifası
mümkündür. Not orkestri adlanan orkestrin mövcudluğu faktı da
buna dəlalət edir”
1
.
Ü.Hacıbəyli tərəfindən tarın tədqiqi, onun səs düzümünün
yazılması və irəli sürülmüş mülahizələri not sisteminə keçmək
üçün imkan yaratmışdır. Yalnız bundan sonra milli orkestr həm
Azərbaycan bəstəkarlarının əsərlərini, həm də klassik Avropa ir-
sini ifa edə bilmişdir. Xalq alətləri orkestri üçün repertuarı
Ü.Hacıbəyli özü birinci yaratmışdır.
Ü.Hacıbəylinin qeyd etdiyi kimi, Azərbaycan melodiyaları-
nın ifası zamanı səslərin ucalığındakı uyğunsuzluqlar yalnız for-
tepiano kimi alətdə müşahidə olunur.
O, deyirdi ki, “simfonik orkestrdə temperasiya məsələsi qo-
yulmur. Biz bu məsələyə musiqişünaslıq nöqteyi-nəzərindən ya-
naşıb... ifaçılardan ümumi musiqi dilində qətiyyən olmayan in-
tonasiyalar vermələrini tələb edə bilmərik. Buna görə də mən
şəxsən dünya musiqi əlifbasının Azərbaycan musiqi xüsusiyyət-
lərini verə bilmədiyini isbat etməyə çalışan bəzi musiqişünasla-
1
Виноградов В. Узеир Гаджибеков и азербайджанская музыка. М.,
1938, с. 13-14.
114
rın əsassız qeydlərini etinasız buraxıram. Bu fikir tamamilə yan-
lışdır. Əvvəla, ona görə ki, xromatik qamma bizi tamamilə tə-
min edir”
1
.
Musiqi əsərləri qeyd olunmamış səs qatarı ilə milli alətlərdə
ifa edilərkən hər interval bu prosesdə riyazi cəhətdən eyni məna-
lı iki sabit nöqtənin münasibəti kimi meydana çıxmır. İnterval
bir xəttlə deyil, tam birxəttlər dəstəsi ilə müqayisə edilə bilər.
Lakin onu nəzərdə tutmaq lazımdır ki, belə bir xəttlər dəstəsi
müəyyən ölçüylə məhdudlaşmır, əlavə kəmiyyət dəyişməsi key-
fiyyət dəyişməsinə gətirib çıxarır.
Görkəmli rus musiqişünası, "zona nəzəriyyəsinin" (sahə nə-
zəriyyəsi) yaradıcısı N.Qarbuzov bu problemi öz əsərlərində irə-
li sürmüşdür. Müəyyən interval üçün səciyyəvi olan səs yüksək-
lik münasibətlərinin çoxluğunu N.Qarbuzov birmənalı "nöqtə"
münasibətlərinin əksinə olaraq sahə (zona) münasibəti kimi mü-
əyyənləşdirir. N.Qarbuzovun tədqiqatları nəticəsində indi müəy-
yən olunmuşdur ki, xalq musiqisindəki interval münasibətlərin
çox mənalı yozumu professional musiqi yaradıcılığına da xasdır,
on iki pərdəli temperasiyalı quruluşa on iki pərdəli sahə (zona)
quruluşu kimi baxmaq lazımdır. İnterval variantlarının müxtəlif-
liyinə baxmayaraq, iki tendensiyanı müəyyənləşdirmək olar.
Onlardan biri ən sadə kofisiyentlərə malik natural səslənmələri-
nə yaxın olan səslənməyə istiqamətlənir ki, bu da təbiətin özü-
nün verdiyi natural səs qatarıdır. İkincisi, son dərəcə kəskinləş-
miş səslənməyə yönəlmişdir ki, o da sahə (zona) hüdudları için-
də maksimal genişlənmə, yaxud daralma nəticəsində əmələ gəlir.
Beləliklə, on iki pərdəli temperasiya edilmiş quruluşu on iki
pərdəli zona (sahə) quruluşu kimi qəbul etdiyimizi nəzərə alsaq,
Ü.Hacıbəyli dediyi yarım ton, böyük və kiçik tersiya kimi inter-
valları N.Qarbuzovun zona (sahə) nəzəriyyəsi əsasında kiçik se-
kunda sahəsi (zonası), böyük tersiya sahəsi (zonası), kiçik tersi-
ya sahəsi adlandırmaq olar.
Ü.Hacıbəyli özünün ilk müşahidələrində hələ Azərbaycan
musiqisinin ümum Şərq sistemindən ayırmadıqda və bizim mu-
1
Hacıbəyov Ü. Musiqidə xəlqilik. Əsərləri, II c., B., 1965, s. 323.
Dostları ilə paylaş: |