101
Qəzəllərdə melodiyanın ölçüsü üç çərək (3/4), instrumental
müşayiət isə Azərbaycan xalq musiqisinə xas olan 6/8 ölçüsündə
bəstələnmişdir. Buna biz musiqimizin bir çox janrlarında rast
gələ bilərik. “Sənsiz” və “Sevgili canan”ın giriş hissələrində
vaxtilə qəzəl ifaçılarını müşayiət edən musiqi alətlərinin xüsu-
siyyətləri aydın hiss olunur.
Ü.Hacıbəyli qədim musiqi qəzəlinin bir çox cəhətlərini –
onun muğamat əsasında qurulan melodik xəttini, müşayiətçi
alətlərin xüsusiyyətlərini saxlaya bilmişdir. Hər iki qəzəlin mü-
şayiətində bir səsin saxlanılması nəfəslə və zərblə çalınan Azər-
baycan xalq çalğı alətlərini – balabanı, qavalı, tütəyi xatırladır.
Kvarta, kvinta səslənmələri isə aşıqları müşayiət edən sazın
üslubuna yaxındır.
Girişdə verilən kiçik melodik parçalar dinləyicini əsərlərin
ümumi xasiyyəti ilə tanış edir.
Girişdə vokal partiyanın kiçik melodik parçaları imitasiya
yaradaraq, hər iki əsərdə bəstəkarın polifoniya üsullarından da
istifadə etdiyini göstərir.
Üzeyir Hacıbəylinin novatorluğu ondadır ki, onun yazdığı
musiqi adi romans çərçivəsindən çıxaraq, daha geniş və sərbəst
bir forma almışdır. Bəstəkar romans janrında çox işlənən üçhis-
səli formanı öz qəzəllərində muğamatla əlaqələndirmişdir.
“Sənsiz” və “Sevgili canan”da musiqinin inkişafı muğamatın
improvizə xüsusiyyəti ilə səsləşir. Buna görə melodiya tədriclə
deyil, sıçrayışlarla, qeyri-bərabər pillələr şəklində zilə qalxaraq,
son nöqtəsinə çatır. Bundan sonra melodiya, muğamda olduğu
kimi, bəmə enməyə başlayır. “Sənsiz” və “Sevgili canan” musi-
qili qəzəlləri ehtiraslı və eyni zamanda həzin təsir bağışlayır.
Görkəmli şərqşünas-alim Y.E.Bertels haqlı olaraq yazır ki, qəzə-
lin hər sözü musiqidir, lakin bu, simfonik orkestrin gürultusu de-
yil, tarın xəfif titrəməsi, aylı gecədə neyin həzin iniltisidir. “Sən-
siz” və “Sevgili canan”da böyük bəstəkar qəzəl janrının bu ruhu-
nu gözəl ifadə edə bilmişdir.
“Sənsiz” qəzəlində melodiyanın hərəkət xəttinə diqqət yetir-
sək, deklamasiya şəklini görərik. Melodiyanın danışıq tərzi onun
bir səs üzərində təkrarlanıb, kiçik sıçrayışdan sonra yenə həmin
102
səsə qayıtması ilə əldə edilir. Məhz belə melodik xəttdən istifadə
edərək Üzeyir Hacıbəyli Nizami qəzəlində ifadə olunmuş qüssə
və kədəri musiqi dilinə çevirə bilmişdir. Qəzəldə işlənən “Sən-
siz” rədifi müxtəlif rənglərə boyanaraq, müxtəlif intonasiyalarla
səslənir. Bu gah kədər, gah ümidsizlik, gah sual, gah da şadlıq
intonasiyalarıdır. “Sənsiz” qəzəlində “Segah” məqamından isti-
fadə edilməsi Ü.Hacıbəyli musiqisinin Nizami qəzəlindəki şei-
riyyətlə, bu qəzəllərin fəlsəfi kədəri ilə gözəl ahəngini yaradır.
Birinci hissə “Şikəsteyi-fars” şöbəsində başlanır. İkinci hissə isə
“Segah” məqamının səs qatarının genişləndirmiş “Əraq” şöbə-
sində yazılmışdır. Bu hissədə başqa kökə keçməklə bərabər, öz-
gə məqama “Bayatı-Şiraz”a meyil göstərilir. Qəzəlin orta hissə-
sində eyni bir məqamın və kökün verilməsi əsərdə müəyyən bir
təzad yaradır, onu təzə rəngə boyayır.
103
“Sənsiz”dən fərqli olaraq, “Sevgili canan” qəzəlinin məzmu-
nu bir qədər başqa səpgidə verilmişdir. “Sənsiz” qəzəlində bö-
yük rol oynayan rədif burada yoxdur. Lakin onu “Şüştər” məqa-
mının “Tərkib” şöbəsinə xas olan və bütün qəzəl boyu təkrarla-
nan intonasiya əvəz edir. Bu intonasiya qüssə-qəm hissi oyadır.
Qəzəl “Şüştər” məqamının ikinci şöbəsi olan “Tərkib”dən başla-
yaraq orta hissəsində “Bayatı-Şiraz”a meyil göstərir. Melodiya
“Tərkib”ə qayıdaraq üçüncü hissənin başlanmasına səbəb olur.
Qəzəlin orta hissəsi – “Bayatı Şiraz”ın “Hüzzal” şöbəsi inamla
doludur. Qəzəl də məhz bu inamla-sevincə, səadətə, şadlığa də-
rin inam hissi ilə bitir.
104
Şübhəsiz, hər iki qəzəldə ümumi cəhətlərin olması təsadüfi
deyildir. Görünür, Üzeyir Hacıbəyli həmin ədəbi janrı musiqidə
məhz bu cür təsəvvür edirmiş.
Böyük sənətkarın musiqimizdə yaratdığı bu janrda başqa
bəstəkarlarımız da gözəl qəzəl-romanslar yazmışlar. Fikrət Əmi-
rovun “Gülüm”, Tofiq Quliyevin “Bəxtəvər oldum”, Cahangir
Cahangirovun “Nazənin” və bir çox başqa musiqili qəzəllər bu-
na misaldır.
Lakin Üzeyir Hacıbəylinin “Sənsiz” və “Sevgili canan” mu-
siqili qəzəlləri vokal lirikamızın ilk və klassik nümunələri kimi
yaşayır və yaşayacaqdır.
Nizami və Hacıbəyli dühası bu iki musiqili qəzəldə qovuş-
muş və hər iki sənətkarın adını bir daha əbədiləşdirmişdir.
105
VI fəsil
Üzeyir Hacibəylinin elmi
yaradıcılığında nəzəri problemlər
Azərbaycan musiqi dilinin inkişafını Üzeyir Hacıbəyli musi-
qisindən ayrı, təcrid olunmuş halda təsəvvür etmək mümkün ol-
madığı kimi, musiqimizin nəzəri cəhətdən əsaslanıb inkişafını
da alim-musiqişünas Hacıbəylinin yaradıcılığından kənarda təh-
lil və tədqiq etmək qeyri-mümkündür. Azərbaycan musiqi dili-
nin özünəməxsusluğunu müəyyənləşdirmək, onun təsnifatını
vermək, inkişaf yollarını göstərmək üçün Ü.Hacıbəyli çox illər
sərf etmişdir. Bəstəkarın musiqi-nəzəri fikirlərinin daha dolğun
və sistemləşmiş ifadəsi onun sanballı tədqiqatı – “Azərbaycan
xalq musiqisinin əsasları”nda öz əksini tapmışdır.
Azərbaycan – musiqisinin bənzərsizliyini, spesifikliyini, onu
digər Şərq xalqlarının musiqisindən ayıran cəhətləri təyin etmək,
müəyyənləşdirmək Hacıbəylinin musiqişünaslıq fəaliyyəti boyu
əhəmiyyətli inkişaf yolu keçmişdir ki, biz də onu izləməyə çalı-
şacağıq.
Musiqişünas fəaliyyətinin əvvəlində Azərbaycan musiqisini
“Şərq musiqisi” kimi müəyyənləşdirir, yalnız sonrakı illərdə
Azərbaycan musiqisini ümum “Şərq musiqisi” anlayışından ayı-
raraq, onun haqqında xüsusi danışır. Burada iş terminologiyada
deyil, məsələyə prinsipial münasibətdədir ki, bunun da həm icti-
mai-tarixi, həm də musiqi-nəzəri səbəbləri vardır.
Ümumiyyətlə, “Şərq sənəti” anlayışının, termininin (bura
Şərq ədəbiyyatı, Şərq musiqisi, Şərq təsviri sənəti və memarlığı
da daxildir) ictimai-tarixi planda geniş intişarı Avropanı mərkəz
sayan Qərb alimlərinin fikirləri ilə bağlı idi. Şərq xalqlarının ay-
rı-ayrılıqda incəsənətə gətirdikləri yenilikləri və xüsusiyyətləri
bilmədən və ya ayırmadan, onlar Şərq xalqlarının yaradıcı fəa-
liyyətini birgə araşdırırdılar. Tədqiqatçıların bir çoxunu, məsə-
lən, Azərbaycan musiqisini İran musiqisindən və ya türk musiqi-
Dostları ilə paylaş: |