Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə32/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   28   29   30   31   32   33   34   35   ...   168

 

106


sini  ərəb musiqisindən ayıran xüsusiyyətlərdən daha çox Şərq 

musiqisinin, incəsənətinin ümumi qanunauyğunluqları maraq-

landırırdı. 

İnqilabdan  əvvəlki illərdə Azərbaycan musiqisi bu ümumi 

axında araşdırılırdı. Yalnız Azərbaycan respublikası qurulduq-

dan sonra, musiqi dilimizin spesifik xüsusiyyətləri öyrənilməyə 

başlandı. Azərbaycan musiqisi öz dərin kökləri olan, yalnız özü-

nəməxsus individual xüsusiyyətləri olan milli misiqi mədəniy-

yəti kimi araşdırılmağa başlandı. Azərbaycan musiqisinin müs-

təqilliyi və özünəməxsusluğu ilk növbədə Hacıbəylinin özünün 

əsərlərində elmi cəhətdən isbat olundu və əsaslandırıldı. 

Ü.Hacıbəyli özünün ilk məqalələrində  Qərb alimləri kimi 

Azərbaycan musiqisini ümumi Şərq musiqisi anlayışından təcrid 

etmir. Belə ki, 1921-ci ildə musiqimizin qarşısında duran məsə-

lələrdən danışaraq o  yazır:  Şərq musiqisindən ibarət olan milli 

musiqimizin tərəqqisi yolunda elmi, fənni, nəzəri və əməli surət-

də çalışmaq məsələsinin təqib etdiyi böyük məqsəd budur ki, 

musiqimizin elmi əsaslarını arayıb tapıb, bu əsaslar üzərində 

musiqimizin tərəqqisinə çalışmış və onu həqiqətən nəsib və nə-

fis bir sənəti-aliyyə məqaminə yetirib, bu yolda ümumi üçün ye-

ni bir mənbəyi-zövq və mənşəyi-feyz açmaqla Azərbaycan türk-

ləri tərəfindən mədəniyyət və insaniyyətə xidmətlər göstərmək”.

1

 

Ü.Hacıbəyli 1929-cu ildə yazılmış “Azərbaycan türk xalq 



musiqisi haqqında” məqaləsində  Şərq musiqisini bölərək, onu 

müəyyən musiqi sistemlərinə ayırır. 

“...Şərqdə bir neçə müsiqi sistemi, məsələn, Çin, hind, ərəb-

fars musiqi sistemləri vardır; bunlar təkcə müasir Avropa siste-

mindən deyil, həm də bir-birindən fərqlənir. Bəs, Azərbaycan 

xalq musiqi sistemi həmin sistemlərin hansına  əsaslanmışdır? 

Ərəb-fars sisteminə”.

2

 



Gördüyümüz kimi, bu illərdə Ü.Hacıbəyli artıq Şərq musiqi-

sində musiqi sistemlərini ayıraraq, Azərbaycan musiqini geniş 

                                                 

1

 Hacıbəyov Ü. Vəzifəyi-musiqimizə aid məsələlər. “Sənayi nəfisə”, B., 1921. 



2

 Hacıbəyov Ü. Azərbaycan türk xalq musiqisi haqqında. Əsərləri, II c., B., 

1965, s. 245. 



 

107 


ərəb-fars musiqi sisteminə daxil edir. Bunun özünün tarixi sə-

bəbləri vardır. 

“Azərbaycan xalq musiqisinin ərəb sisteminə  məxsus olduğu 

xarici  əlamətlərin: adların, istilahların, musiqi alətlərinin, nəzəri 

müddəaların və sairə cəhətlərin ümumi olmasından görünür; bütün 

bu xarici əlamətlərdən başqa, Azərbaycan musiqisi ilə ərəb musiqi-

si arasında dərin daxili əlaqə də vardır; bu əlaqə özünü nədə göstə-

rir? Əvvəla, ərəb-fars sisteminə əsaslanan istər vokal, istərsə də in-

strumental musiqi Azərbaycan turkünə, məsələn, Çin sisteminə 

əsaslanan musiqidən daha doğma və anlaşıqlı görünür”.

1

 

Əlbəttə, Ü.Hacıbəyli Azərbaycan və ərəb – İran musiqisi ara-



sında olan yaxınlığı doğru qeyd edirdi, özü də bu yaxınlıq yalnız 

bizim musiqimiz üçün xas deyil, həm də butün Şərq xalqlarının 

musiqisi üçün xarakterdir (məsələn: Özbəkistan, Tacikistan, Əf-

qanıstan və b.).  

Tarixi əlaqələr, coğrafi yaxınlıq, Yaxın Şərq xalqlarının iqti-

sadi quruluşlarının eyniliyi onların incəsənətində olan ümumi 

qanunauyğunluqların əsas şərti idi. 

VII  əsrdə  ərəblər  əvvəl Suriyanı, Mesopatamiyanı,  İranı, 

sonra isə Azərbaycanı  zəbt etdilər.  Ərəb istilası  nəticəsində 

Azərbaycan incəsənətinin inkişafı ləngidilmişdi. 

“İslamı qəbul etmiş xalqların mədəni əlaqələrnin təsiri altın-

da demək olar ki, mədəniyyətin bütün sahələrində  ədəbiyyat-

da, fəlsəfədə, memarlıqda, musiqidə və sairədə onları yaxınlaş-

dıran bir sıra ümumi əlamətlər meydana çıxırdı. 

Bu islamın təsiri ilə deyil, müxtəlif iqtisadi, siyasi və mədəni 

həyata olan bir çox xalqın yaxınlaşması üçün geniş imkanlar ya-

ranması ilə izah olunurdu”.

2

 

Ü.Hacıbəyli həmin məqalədə bir maraqlı  məsələni də qeyd 

edir. Azərbaycan musiqisini ərəb-fars sisteminə aid edərək yazır: 

“Bəlkə “Ərəb-fars musiqi sistemi ilə yanaşı xüsusi türk sistemi 

də vardır? Ola bilsin, uzaq keçmişdə belə bir sistem varmış, ya-

xud bəlkə də indi Çin, hind və ya ərəb-fars sistemi adlandırılan 

                                                 

1

 Hacıbəyov Ü. Azərbaycan türk xalq musiqisi haqqında. Əsərləri, II c., B., 



1965, s. 254. 

2

 Azərbaycan tarixi. I cild, 1958, s. 142-143. 




 

108


sistemlərin əsasını bir zaman türk sistemi təşkil etmişdir. Hazır-

da belə bir xüsusi sistem yoxdur...”.

1

 

Azərbaycan, türk musiqisinin ərəb-fars sistemi əsasında ol-

ması fərziyyəsi mübahisəli qalsa da, lakin Azərbaycan musiqisi-

nin  ərəb-fars sisteminin yaranıb inkişafında  əhəmiyyətini inkar 

etmək mümkün deyil. “Azərbaycan tarix”ində oxuyuruq: 

“Ərəblərin özü də  əsarətə alınmış xalqların, o cümlədən 

Azərbaycan xalqının güclü iqtisadi və  mədəni təsirinə  məruz 

qalmışdılar”

2

. 



Təsadüfi deyil ki, artıq XIII və XIV əsrlərdə Şərq mədəniy-

yətinin ən böyük nümayəndələri arasında biz Səfiyəddin Urmə-

vi, Əbdülqadir Marağai və digər azərbaycanlıları görürük. Onlar 

öz elmi tədqiqatlarını o dövrün ənənələrinə uyğun olaraq ərəb 

dilində yazırdılar. 

Ü.Hacıbəylinin məqaləsində  bəzi dəqiq olmayan fikirlər də 

vardır. Məsələn, o yazır ki, “Azərbaycanda heç bir dənə də türk 

xalq mahnısı  və ya xalq yaradıcılığının digər musiqi formasını 

tapmaq mümkün deyil ki, melodik quruluşunun  əsasında  ərəb-

fars sistemi olmayan, digər sistem olsun”. 

Hətta o vaxt Ü.Hacıbəylinin məqaləsini dərc etmiş “Na rube-

je Vostoka” jurnalının redaksiyası bəstəkarın bu qəti fikri ilə ra-

zılaşmamışdı: 

“Redaksiya müəllifin belə  qəti müddəasına  şərik deyildir, 

çünki türk xalq poeziyası, xüsusilə əsl türk xalq mahnısı özü öl-

çü quruluşuna görə (“Heca vəzni”) ərəb-fars sisteminə tamamilə 

yaddır. Aşıq yaradıcılığı, aşıqlardan əvvəl isə xalq müğənniləri-

nin - türk ozanlarının yaradıcılığı bunu sübut edir”

3



Ü.Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları”nda 



Yaxın  Şərq xalqlarının musiqi inkişafı haqqında ifadə olunmuş 

məşhur fikri 1929-cu ildə “Azərbaycan türk xalq musiqisi 

haqqında” məqaləsində belə səslənir: 

                                                 

1

 Hacıbəyov Ü. Azərbaycan türk xalq musiqisi haqqında. Əsərləri, II c., 



B., 1965, s. 254-255. 

2

 Azərbaycan tarixi. I cild, B., 1958, s. 125. 



3

 Hacıbəyov Ü. Azərbaycan türk xalq musiqisi haqqında (həmin nəşr). 




Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə