Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə27/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   23   24   25   26   27   28   29   30   ...   168

 

87 


Tamaşanın quruluşu İ.Hidayətzadənin, bədii tərtibatı R.Mus-

tafayevin idi. Koroğlu obrazını bu rolun klassik ifaçısı Bülbül 

yaratmışdır (o, bu rolu 400 dəfədən artıq ifa etmişdir)

.  



 

Bülbül Koroğlu rolunda 

                                                 

 Bülbül məşhur müğənnidir (Murtuza Rza oğlu Məmmədovun təxəllüsü-



dür 1897-1961, lirik-dramatik tenor). Uşaq yaşlarından gözəl səsinə  və  tək-

rarsız zəngulələrinə görə “Bülbül” adını almışdır. O, 20-ci illərdə opera trup-

pasının solisti kimi Ü.Hacıbəylinin “Leyli və Məcnun” və “Əsli və Kərəm” 

operalarında İbn Səlam və Kərəm rollarını ifa etmişdir. 1927-ci ildə Azərbay-

can Dövlət Konservatoriyasını bitirdikdən sonra Bülbül təhsilini davam etdir-

mək üçün İtaliyaya, Milana oxumağa getmişdir. 

Ü.Hacıbəyli “Koroğlu” operasını yazarkən məhz Bülbülün səsini nəzərə 

alıb yazmışdır. Bülbül Koroğlu surətinin və partiyasının təkrarsız və əvəzsiz 

ifaçısı olmuşdur. O, bu rolu 400 dəfədən artıq ifa etmişdir.”Koroğlu” operası 

müğənninin yaradıcılığının zirvəsidir, həm də Azərbaycan Dövlət Opera və 

Balet teatrının tarixində böyük hadisədir. Bülbülün Azərbaycan bəstəkarları-

nın kamera instrumental əsərlərinin məşhurlaşmasında da böyük rolu vardır. 

Ü.Hacıbəylinin musiqi-qəzəlləri – “Sənsiz” və “Sevgili canan” Bülbülün ifa-

sında böyük ustalıq və təkrarolunmaz boyalarla verilmişdir. 

Bülbül 1938-ci ildə SSR Xalq artisti, 1940-ci ildə professor, 1950-ci ildə 

Stalin mükafatına layiq görülmüşdür. 




 

88

Nigar G.İsgəndərova, prima balerina Q.Almaszadə idi. Tama-



şaya Ü.Hacıbəyli özü dirijorluq edirdi. Sonralar operanın parlaq 

təfsirçisi dirijor Niyazi olmuşdur. Uzun müddət operaya Ə.Hə-

sənov dirijorluq etmişdir.

1

 



                                                 

1

 Operanın məzmunu belədir: Azərbaycanın dağlıq hissəsində mənzərəli 



yerdə dövlətli feodal Həsən xan hökmranlıq edir. O, özünün qəddarlığı ilə 

təhkimçi kəndliləri dəhşətə gətirir. Həsən xan dostu türk feodalı Ehsan paşanı 

gözləyir. O, qonağına hədiyyə olaraq ilxısında ən yaxşı atı bağışlamaq istəyir. 

Bu məqsədlə o, İbrahim xanı qoca mehtər Alinın yanına göndərir. Alinın il-

xını guya qəsdən otlağa sürməsindən qəzəblənmiş xan mehtərin gözlərini ci-

xarmaq əmrini verir. Rövşənin sevgilisi Nigar Həsən xanın bu yeni cinayətini 

ona xəbər verir. Kəndlilərin sevimli aşığı, Alinin oğlu Rövşənin adı bundan 

sonra “Koroğlu” qalır. O, həyəcana gəlmiş kəndlilərlə dağlara çəkilir və isti-

smarçılara qarşı qiyam qaldırır. 

Özünün cəsur hücumları ilə Koroğlu feodalları dəhşətə gətirir. Həsən xan 

başa düşür ki, təkbaşına Koroğlu ilə bacarmayacaq və Ehsan paşa ilə ittifaqa 

girir. Bu münasibətlə o, sarayda qonaqlıq düzəldir. Həsən xan Koroğluya 

qarşı böyük qoşun göndərmək istəyir. Lakin saray təlxəyi onun bu fikrinə 

gülür və öz planını təklif edir. Koroğlunu tutmaq üçün onun Qıratını oğurla-

maq kifayətdir. Onda Koroğlu özü sevimli atının dalınca saraya gələcək. Hə-

sən xan təlxəyin təklifini bəyənir. Həmzə bəy bu hiyləgər tədbiri yerinə ye-

tirməyə hazırdır, yalnız o şərtlə ki, xan Koroğlunun sevgilisi gözəl Nigarı ona 

versin. Həsən xan razılıq verir.  

Düşmənlərin niyyətini bilən Nigar, Koroğluya xəbər vermək üçün qarda-

şı Eyvazı Çənlibelə göndərir. 

Çənlibelin dağlarında qiyamçılar özlərinin azad və müstəqil həyatlarını 

bayram edirlər. Onlar təntənəli surətdə sevimli qəhrəman Koroğlunu xan qo-

şunları üzərində növbəti qələbədən sonra salamlayırlar. Ümumi təntənə vaxtı 

özünü yolcu kimi qələmə verən və sığınacaq istəyən xain Həmzə bəyin yalva-

rışları eşidiıir. Elə həmin gecə ildirım və tufandan istifadə edərək, Koroğlu-

nun ona tapşırdığı sevimli Qıratını oğurlayır. 

Həmzə bəy əfsanəvi Qıratı Həsən xanının hüzuruna gətirir. Bu münasibətlə 

Həsən xan qonaqlıq edir. Sarayda şənlik vaxtı aşıq paltarı geymiş Koroğlu içəri 

daxil olur. O, aşıq mahnıları oxuyur, Qıratı gördükdə isə başı oxumağa elə qarı-

şır ki, içəri girmiş Həmzə bəyi görmür. Xain Həmzə bəy Koroğlunu tanıyır və 

bunu Həsən xana xəbər verir. Koroğlunu tutub ağaça sarıyırlar.  

Həsən xanın əmri ilə Nigarı gətirirlər. Həsən xan Nigara deyir ki, bundan 

sonra o, Həmzə bəyindir. Xanın adamları Çənlibelin yolunda Nigarın qardaşı 

Eyvazı da tutmuşlar. Nigar qəzəblə Həsən xanın cinayətlərinə qarşı çıxış edir. 

Buna cavab olaraq Həmzə  bəy qılıncını Nigarın başı üstə  sıyırır. Koroğlu 

zəncirini qıraraq Həmzə bəyi öldürür, atına minərək aradan çıxır. Həsən xan 




 

89 


Ü.Hacıbəylinin dediyi kimi, “Koroğlu” operasının “əsas işti-

rakçıları xalq və onun nümayəndələridir”. Bu cəhətdən o, böyük 

rus bəstəkarları M.İ.Qlinkanın, A.P.Borodinin, M.P.Musorqski-

nin operaları ilə bir sırada durur.  

Xalqın obrazını biz operanın birinci, üçüncü və beşinci pər-

dələrində görürük. Bu pərdələrin rəqslə xor səhnələrində Azər-

baycan xalqının qəhrəmanlığı gözəl açılmışdır. Operanın artıq 

birinci pərdəsinin monumental səhnələrində xalq müxtəlif mər-

hələlərdə göstərilmişdir. Pərdənin əvvəlində xalq “bu gözəl təbi-

ət, bu şən mənzərə” xorunda məzlum kimi, sonra “Gərək bu gün 

edək qiyam” xorunda qəzəblənmiş və nəhayət, “hər bir yerdən, 

… qalxsın üsyan” xorunda üsyankar kimi verilmişdir. Üsyan 

qaldırmış, azadsevər xalqın parlaq obrazını Ü.Hacıbəyli opera-

nın üçüncü pərdəsində, məşhur “Çənlibel” xoru ifa edilən səhnə-

də, “Cəngi” rəqsində  və  “Əhdnamə” xorunda yaratmış,  şadlıq 

edən xalqın obrazını canlandırmışdır. “Koroğlu”nun monumen-

tal xalq səhnələrinin mühüm səciyyəvi xüsusiyyətlərini qeyd et-

mək istərdik. Operada baş verən hadisələr uzaq keçmişlərə, 

XVI-XVII əsrlərə aid olsa da, Azərbaycan xalqının öz müstəqil-

liyi uğrunda mübarizəsi onun qəhrəmani xüsusiyyətlərinin bədii 

ümumiləşdirilməsi kimi qavranılır. Ü.Hacıbəyli “Koroğlu” ope-

rasında leytmotiv prinsipindən geniş istifadə edərək, ardıcıl ope-

ra dramaturgiyasına nail olmuşdur. Bəstəkar “Koroğlu”  əsərin-

dəki işi haqqında danışarkən qeyd edirdi ki, “operada leytmotiv 

sistemi dəxi keçirilmişdir. Bunlardan biri operanın  əvvəlində 

başlanır və sonra tez-tez təkrar edilir, bu leytmotiv kəndli kütlə-

lərinin məzlum halını göstərir və  hər dəfə xanın zülm və sitə-

mindən söz açıldığı zaman eşidilir. 

İkinci leytmotiv xalqın gizli, lakin hər dəqiqə partlamağa ha-

zır olan revolyusion həyəcanını göstərir. Bu leytmotiv hər dəfə 

                                                                                                         

Nigarı, Eyvazı və Koroğlunun qaçmasına kömək edən Poladı həbs edir, edam 

barəsində əmr verir.  

Şəhər meydanında edama hazırlıq görülür. Camaat yığışır. Hamı xanın 

qəddarlığından qəzəblənmişdir. Koroğlu öz dəliləri ilə meydana daxil olur. 

Həbs olunanları azad edir. Xalq öz qəhrəmanını və xilaskarını salamlayır, qə-

ləbəni bayram edir. 



Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə