Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə9/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   5   6   7   8   9   10   11   12   ...   168

 

28

Üzeyir Hacıbəylinin ilk sənət uğurlarını qeyd edənlər arasın-



da Nəriman Nərimanov da var idi. Mirzə Cəlil Məmmədquluza-

də isə “Molla Nəsrəddin” jurnalının səhifələrində özünəməxsus 

bir üslubda “Arşın mal alan”ın geniş  şöhrətindən ürək dolusu 

söz açırdı. Üzeyir Hacıbəylinin Mirzə Cəlillə, Sabirlə, Haqverdi-

yevlə, ümumən “Molla Nəsrəddin”  ədəbi məktəbi ilə bağlayan 

mənəvi yaxınlıq, əqidə birliyi onların şəxsi dostluq münasibətlə-

rini də möhkəmlədirdi. 

Üzeyirin atası  Əbdülhüseyn Hacıbəyov və anası  Şirin xa-

nım  Əliverdibəyova öz uşaqlarını musiqi və poeziyaya mə-

həbbət ruhunda tərbiyə edirdilər. Bu məhəbbət ailənin məşhur 

şairə Xurşudbanu Natəvanla əlaqəsi nəticəsində daha da möh-

kəmlənmişdir. 

İlk təhsilini Üzeyir Şuşanın ikisinifli rus-Azərbaycan məktə-

bində almışdı. Üzeyirin ilk musiqi müəllimi onun dayısı, Azər-

baycan musiqisinin böyük bilicisi Ağalarbəy  Əliverdibəyov ol-

muşdur. Üzeyirin yaxşı  səsi var idi və o, xalq mahnılarını  və 

muğamları gözəl ifa edirdi. Onun səsi hətta fonoqrafa yazılmış-

dı. 13 yaşlı Üzeyir “Məcnun Leylinin məzarı üzərində” səhnəsi-

ni müşayiət edən oğlanların xorunda iştirak etmişdi. Səhnəni 

məşhur xanəndə Cabbar Qaryağdıoğlunun iştirakı ilə dramaturq 

Ə.Haqverdiyev qoymuşdu. Bu səhnə kiçik Üzeyiri elə həyəcan-

landırmışdı ki, bir neçə ildən sonra, bəstəkarın özünün etirafına 

görə, ilk musiqili səhnə əsərinin – “Leyli və Məcnun” operasının 

yaranması üçün əsas təkan olmuşdur. 

1896-cı ildə Üzeyir özünün böyük qardaşı Zülfüqar və  əmisi 

Hacıbəy Hacıbəyovla birlikdə şairə Xurşudbanu Natəvanla görüş-

müşlər. Bu görüş haqda Natəvanın arxivində saxlanılan sənəd xə-

bər verir. Bu sənədi Zülfüqar Hacıbəyov yazmış, Üzeyir Hacıbə-

yov isə onun doğruluğunu təsdiq etmişdir. Zülfüqar Hacıbəyov bu 

sənəddə belə yazır: 

“Keçmişdə verdiyim qeydə  əlavə olaraq təsdiq edirəm ki, 

1896-cı ildə qardaşım Üzeyir Hacıbəyovla bərabər… Qori şəhə-

rinin müəllimlər məktəbinə imtahan vermək üçün Tbilisi şəhəri-

nə yola düşərkən əmim Hacıbəy Hacıbəyovun vasitəsi və müşa-




 

29 


yiəti ilə o vaxt xan qızı  Xurşudbanu bəyimin (Natəvanın) yanı-

na gəldik ki, bizə xeyir-dua versin”.

1

 

Bu sənəd Üzeyir Hacıbəylinin tərcümeyi-halı üçün, gələcək 



bəstəkarın məşhur  şairə Xurşudbanu Natəvanla görüşü faktının 

təsdiqi üçün vacibdir. (Lakin qeyd edək ki, Üzeyir Qori semina-

riyasına həmin il yox, üç ildən sonra, artıq Natəvanın ölümün-

dən sonra 1899-cu ildə daxil olmuşdur). 

1899-cu ildən 1904-cü ilə qədər Üzeyir Hacıbəyov Qori mü-

əllimlər seminariyasında oxumuşdur. Burada o, dünya mədəniy-

yəti ilə tanış olur, rus və Qərbi Avropa klassiklərinin dahi əsərlə-

rini mənimsəyir. 

Üzeyir seminariyada skripka və baritonda çalmağı öyrənir, 

xalq mahnılarının nümunələrini nota yazır. Hacıbəylinin dünya-

görüşünün formalaşmasında seminariya illəri böyük rol oyna-

mışdır. Burada onun humanist ideyalarının və inqilabi-demokra-

tik görüşlərinin əsası qoyulmuşdur. 

Seminariyanı bitirdikdən sonra Üzeyir bir neçə vaxt Hadrut 

kəndində müəllim işləyir. 1905-ci ildə inqilab ərəfəsində o, Ba-

kıya gəlir, Bibiheybət neft rayonunda fəhlələrin uşaqlarına dərs 

deyir. Onun ictimai-siyasi və maarifçi fəaliyyəti başlanır. 

Müəllimlik fəaliyyətinə yaradıcı yanaşan Hacıbəyli hesabdan 

Azərbaycan dilində dərslik tərtib edir, N.V.Qoqolun “Şinel” əsərini 

doğma dilinə  tərcümə edir, bir sıra hekayə  və miniatürlər yazır, 

1907-ci ildə “Siyasi, hüquqi, iqtisadi və hərbi sözlərin türkü-rusi və 

rusi-türkü” lüğətini yazır.

2

 Lüğət ictimai-siyasi, fəlsəfi terminlərin 



tərtibində, eləcə də demokratik ideyalarının təbliğində əhəmiyyətli 

rol oynamışdı. Lüğətdə sosializm, internasionalizm, revolyusiya, 

demokratiya və s. kimi sözlərin mənası aydınlaşdırılır. 

Ü.Hacıbəyli öz fəaliyyətinə maarifçi-demokrat cəbhəsinin fəal 

nümayəndələrindən biri kimi başlamışdır. “İrşad”, “Həqiqət”, 

“Tərəqqi”, “Yeni iqbal”, “Kaspi”, “Molla Nəsrəddin” kimi jurnal 

                                                 

1

 Natəvanın arxivi, Azərb. MEA-nın əlyazmalar fondu. (Həmin sənədin 



məlum olması və Üzeyirşünaslığa daxil edilməsi bu sətirlərin müəllifinə məx-

susdur). M 331 (30749). 

2

 Lüğət Bakıda 1907-ci ildə Orucov qardaşlarının mətbəəsində çap 



olunmuşdur. 


 

30

və qəzetlərin səhifələrində dərc olunmuş məqalə və felyetonlarında 



Hacıbəyli dövrün aktual məsələlərinə – xalqın maarifi uğrunda mü-

barizə, milli dil problemi, rus mədəniyyətinə münasibət və s. kimi 

problemlərə toxunmuşdur. O, ən aktual siyasi mövzulara: Rusiyada 

1905-ci il inqilabı, İran inqilabı və s. haqda yazırdı. Onun felyeton-

ları “Ordan-burdan” ümumi başlıq və “Filankəs”, “Üzeyir”, “Bəh-

mənkəs” və s. müxtəlif təxəllüslərlə dərc olunurdu. 

Onun “Qədirşünaslıq”, “Biz hamımız qafqazlı balalarıyıq”, 

“Ordan-burdan”, “Filankəs” imzası ilə çıxan yazıları, 1917-ci ildə 

“Kaspi” qəzetinin səhifələrində dərc olunmuş musiqi teatrı haqqın-

da silsilə  məqalələri (“Səhnənin tərbiyəvi  əhəmiyyəti haqqında”, 

“Opera və dramın tərbiyəvi əhəmiyyəti haqqında”), “Azərbaycan” 

qəzetində  çıxan bir sıra yazıları bu dövrün qiymətli məhsuludur. 

Ü.Hacıbəylinin inqilabdan əvvəl yazdığı publisistik əsərləri və ope-

rettaları onun Azərbaycan mədəniyyətində M.F.Axundovun inqi-

labçı-mütərəqqi ənənələrini davam etdirdiyini, C.Məmmədquluza-

də, M.Ə.Sabir,  Ə.Haqverdiyev kimi demokrat yazıçıların məslək 

dostu olduğunu, rus inqilabçı demokratların təsiri altında yazıb ya-

ratdığını göstərir. Ü.Hacıbəyli yazılarında dəfələrlə bu görkəmli 

şəxsiyyətlərin əsərlərinə müraciət etmişdir. 

Zaqafqaziya xalqlarının dostluğunun carçısı Ü.Hacıbəyli 

“Biz hamımız Qafqaz balalarıyıq” məşhur məqaləsində Zaqafqa-

ziya xalqlarını birləşməyə çağırırdı: “… Biz hamımız Qafqaz 

balalarıyıq. Birimizin düşməni varsa, hamımızın düşmənidir, 

dəfninə hamımız çalışmalıyıq. Birimizi bir təhlükə təhdid edirsə, 

hamımızı təhdid edir. Nicatımız ittifaqdadır. Din, millət ayrılığı 

bizim ittifaqımıza sədd olmasın gərək”.

1

 

Ü.Hacıbəyli pubilistikasının  əsas pafosu xalqın gücünə bö-



yük inamdan ibarət idi. Onun ehtiraslı qələmi çox illər bu ideya-

lara sadiq qulluq edirdi. 

 

* * * 


 

Ü.Hacıbəylinin ilk musiqi əsəri unikal “Leyli və  Məcnun” 

operasıdır. Unikal ona görədir ki, bu əsər Şərqdə, eləcə də Azər-

                                                 

1

 “İrşad” qəzeti, 1906, № 64. 




Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə