Microsoft Word imad?Ddin n?Simi docx-hazir doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə21/66
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51144
1   ...   17   18   19   20   21   22   23   24   ...   66

______________________Milli Kitabxana_______________________ 
126 
 
Təala-şanəhü hüsnün süfatı kim, müəlladır 
Ki, ərrəhman ələl-ərş istiva, ol səhni-mövladır. 
 
Bu hüsnün iştirakından misalın laşərik olmuş, 
Pəs amənna və səddəqna sana ərz etmək övladır. 
 
Hürufi-eyni-əlqabın bu mahiyyətdürür, çünkim, 
Süfati-zatına gəlmiş bu əsma kim, müsəmmadır. 
 
Əzəl bəzmində rüxsarın nə şey kim gördü məst oldu, 
Əcəb meydir kim, içənlər hənuz uş məsti-şeydadır. 
 
Həkimin şərbəti olmaz gözün sevdasına nafe’, 
Vüsalın şərbətin istər, dimağında bu sevdadır. 
 
Vücudum lövhünə yazdım sənin eşqin, hürufundan, 
Zəhi, ey münşiyi-əşya, bu nə sün’ü nə inşadır? 
 
Üzün xurşidi-xavərdir, ana mətlə’ günəşdir kim
Nə şəmsi-ləmyəzəlsən kim, camalın adı yektadır. 
 
Saçından bil ki, şərh oldu ələm nəşrəh ləkə, yarəb, 
Camalın şəm’i yasindir, yanağın nuru tahadır. 
 
Müənbər zülfünə həqdən qədimi sabit olmuşdur 
Ki, sübhanəlləzi-əsra anın şə’nində əsradır. 
 
Yədi-beyza imiş hüsnün ki, Musa ana məhrəmdir, 
Təala şanəhü əkbər, bu necə Turi-Sinadır? 
 
Nəsiminin bu gün düşdü gözünə dişlərin əksi; 
Zəhi pakizə gövhər kim, mühiti eyni-dəryadır. 


______________________Milli Kitabxana_______________________ 
127 
 
Yarəb, nə eyni-lütfisən, ey hüsni-lanəzir 
Kim, əqlü fəhm vəchinə bir zərrədir həqir. 
 
Qalu bəla rümuzunu zülfün əyan edər, 
Hər kim ki, gördü anı, səmi’ oldu həm bəsir. 
 
Allahu nurun ayəti vəchindədir əyan, 
Əhsən bu hüsni-lütfə, təalallah, ey qədir. 
 
Arif bilir ki, Tuba boyun e’tidalıdır, 
Cahil nə Tubi arzular ol himməti-qəsir. 
 
Qaşın dəbiri gör necə çəkmiş bu qövsü kim, 
Yasini-nunu yazmaya bu şəklə min dəbir. 
 
Divi-ləin ki, əhsəni-təqvimi bilmədi, 
Mərdudvar əsfəlü safildədir əsir. 
 
Elmül-yəqin ilə oxuyan vəchin ayətin, 
Eynəl-yəqin görər həqi, həqqül-yəqin tanır. 
 
Ə’madır ol kim, əlləməl-əsmayı bilmədi, 
Bu ismi-ə’zəmi oxu kim, şərhidir kəbir. 
 
Cahil xaçan bilir ki, nədir fatehül-kitab, 
Bilməz anı fəqih kim, bəyan eylədi fəqir. 
 
Hər kim ki, Nəsimi kimi oldu zülhəyat, 
Məhşər günündə arzulamaz nəfxeyi-səfir. 


______________________Milli Kitabxana_______________________ 
128 
 
Əya, şahi-səidəxtər, üzün ərşi-müəlladır, 
Dodağın çeşməyi-heyvan, ləbin cami-müsəffadır. 
 
Camalın surəti-rəhman, vüsalın cənnəti-rizvan, 
Kamalın gənci-bipayan, vücudun cani-əşyadır. 
 
Boyundur tuba, ey huri, üzündür aləmin nuri, 
Camalında görər həqqi anın ki, eyni binadır. 
 
Qəmər dövründə, ey fitnə, sən oldun xublara xatəm, 
Sənin xalın xəyalından cahan pür-şurü qovğadır. 
 
Qiyamət qopdu hüsnündən məgər axırzaman oldu, 
Bəlalardan iraq olsun, bu nə qəddü nə baladır. 
 
Bu dünyanın zərü gənci görünməz eynimə, billah, 
İki aləmdə məqsudum cahanda hüsni-zibadır. 
 
Şəha, lütfi-kərəm eylə Nəsimiyə zəkatından, 
Qəribü aşiqi-şeyda, əsirü zarü tənhadır. 


______________________Milli Kitabxana_______________________ 
129 
 
Hər kişinin sorman əslin, izzətindən bəllidir, 
Söhbəti-irfan görənlər xidmətindən bəllidir. 
 
Həq təala elm içində çünki simahum dedi
Hər kişinin üzünə bax, surətindən bəllidir. 
 
Dərvişin pirini sormaq dedilər adət degil, 
Arifanə bir nəzər qıl, kisvətindən bəllidir. 
 
Hər zərin qəlbi məhəkdən bilinür bəllü bəyan, 
Nitəkim bimari-eşqin illətindən bəllidir. 
 
Sorsalar səndən rəqibi, sən nəsindən biləsən, 
Mən bilirəm, sözü əgri ənsəsindən bəllidir. 
 
Ey Nəsimi, nəqdini nadan əlinə vermə kim, 
Cövhəri dana bilir həm qiymətindən bəllidir. 


______________________Milli Kitabxana_______________________ 
130 
 
Aşiqə birdir əzəldən sevgili dildar, bir, 
İkilik yoxdur arada yar birdir, yar bir. 
 
Munca kim seyr eylədim, gəzdim vücudum şəhrini, 
Şəhr bir, dükkan birdir, söyləyən göftar bir. 
 
Aşiqi-divanəyəm, gəldim, ənəlhəq söylərəm, 
Nar birdir, nur birdir, əslü rəsmi-dar bir. 
 
Aşiq olanlar səxidir, aqil olanlar bəxil, 
İki aşiq arasında gizlidir əsrar bir. 
 
Zahidi-nadana söylən, özünü tərk eyləsin, 
Bu həqiqət aləmində olmasın inkar bir. 
 
İnkar əhlin söylədirsən birə yüz der, yüzə min
Əhli-iqrarın qatında varı birdir, var bir. 
 
Aşiqü mə’şuq yolunda doğrudur həq mənzili, 
İki arif arasında xirqəvü zünnar bir. 
 
Qəhrinə bel bağladım, lütfün görüm şayəd sənin, 
Canı verdim, başı qoydum, vermişəm iqrar bir. 
 
Pir birdir, sirr birdir, sirr ilə bir olmayan, 
İkilik sığmaz arada, sirr ilə sirdar bir. 
 
Gər Nəsiminin pənahı Şahi-Mərdandır Əli, 
On səkiz min aləmə hökm eyləyən sərdar bir. 


______________________Milli Kitabxana_______________________ 
131 
 
Eşq yolunda kim ki, ol yarına canfəşan gedər, 
Əhli-yəqin bilir kim, ol cənnətə bigüman gedər. 
 
Qəddü üzün hekayətin eşidəlidən, ey sənəm, 
Sərv gəlir xəyalıma, cöhrədən ərğəvan gedər. 
 
Yox xəyalı dəmbədəm gözlərimin sarayına 
Ab kimi rəvan gəlür, yaş kimi rəvan gedər. 
 
Ey həvəs eyləyən kişi eşqə, eşit bu nüktəyi, 
Xubların xəyalına vermə könül ki, can gedər. 
 
Yar ilə söhbət eyləmək bir dəm, iki cahan dəgər, 
Dövlət anın ki, yar ilə söhbəti cavidan gedər. 
 
Nərgisi-şuxu dilbərin fitnəyi-axır eylədi, 
Sərv qədinə qıl nəzər, gör necəsi rəvan gedər. 
 
Kirpik oxilə yarəlü qıldı gözün Nəsimiyi, 
Anınüçün gözündən uş ləhzədə bunca qan gedər. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə