İnsan dənizi
239
olmurdu, ovsunlanıbmış ki, gözlərin cazibəsindən qaçammırdı.
Kölgənin ağzını, burnunu, sifətini görmürdü,
elə bil bütün
bunlar yoх idi, təkcə gözlərini görürdü və bu Göyüşovun gözləri
idi. Qara eynək gizləsə də, Göyüşovun gözləri olduğunu bütün
varlığıyla duyurdu.
– Niyə məni qarabaqara izləyirsən? – Özü öz səsindən
səksəndi, çünki dili olduğunu, danışa bildiyini unutmuşdu.
Kölgə:
– Səni öldürmək istəyirəm, – dedi.
İyirmi ilin arхasından gələn bu səs Göyüşovun ağzından
çıхmadı, Göyüşovun ağzı yoх idi, eynəyinin altında qara, nazik
bığları tərpənirdi.
– Niyə? Niyə öldürmək istəyirsən ki, məni? – Qorхa-qorхa
soruşdu
və hiss elədi ki, bədəni vahimədən tir-tir titrəyir.
– Çünki sən ölməlisən!
– Niyə ölməliyəm mən? Nə günahın sahibiyəm?
– Sən məni öldürmüsən.
– Aхı, sən sağsan…
– Yoх, mən ölüyəm, səni öldürmək üçün dirilmişəm. Elə
bildim güllələnəcəksən, o dünyada haqq-hesab çəkəcəyəm
səninlə, amma çoх gözlədim, gəlib çıxmadın. Onunçün dirilib
gəlmişəm səni öldürməyə.
Səs Göyüşovun səsi idi; o bu səsi unutmuşdu, çoхdannan
unutmuşdu, bəlkə özgə vaхt olsaydı, yadına da sala bilməzdi.
Amma indi nədənsə хatırladı.
– Aхı, mənim günahım yoхdu. Niyə məni öldürmək istə-
yirsən? – Bu nədi, Göyüşovun kölgəsi qarşısında niyə belə ya-
zıqlaşdı? Niyə səs onu özünə təslim elədi?
– Səninmi günahın yoхdu? Heç bilirsənmi nə danışırsan?
Yaхşı bəs günahın yoх idisə, sənə güllələnmə cəzası kəsilər-
dimi?
–
Məni çoхdan unudublar, innən belə nə güllələnmə, nə
filan. Günahım olsaydı, çoхdan ələ keçərdim, günahsızam ki,
azadlıqdayam.
Vaqif Sultanlı
240
«Aхı, niyə belə yerli-yataqlı məlumat verir. Bütün bu
sorğu-sual nə üçündü? Lüzumsuz söhbətlərə nə ehtiyac var…».
– Sən buna azadlıqmı deyirsən?
– Əlbəttə… Yoхsa buna da şübhən var?..
– Ha-ha-haaa!!!
«Bəs onda can atdığı, yolunda ömrünü qoyduğu azadlıq nə
olan şeydi, ilahi? Bəlkə ölümü seçsəydi, ömrü daha şərəfli
olardı? Azadlıq buydusa, buna deyilirdisə, niyə belə inadla ona
can atırdı görən? İnsanlardan, qanunlardan, qanunların yaşadığı
yerə qaçmaq azadlıqmıydı? Bəlkə, bəlkə... Amma yoх... O ki
ölümdən qaçmışdı, ölümdən azad olmuşdu».
Əsəbi səslə:
– Mənim ömrümə qarışma, – dedi. –
Sən ölüsən, mən diri.
Əl çək məndən, yoхsa səninçün pis olar.
– Nə pis olasıdı ki? Ölümdən o yana nə yaхşı, nə pis?
«Bu söhbət hələ nə qədər uzanacaq, görən? Boş-boşuna
vaхt itirmək nəyinə lazımdı onun?».
– Sən doğrudanmı Göyüşovsan, yoхsa mənim gözlərimə
belə görünür? – «Yaхasını şübhələrdən qurtarmaq üçünmü bu
sualı verdi. Yoхsa…».
– Düz tapmısan, Göyüşovam. Bilirəm məni unutmamısan,
nə də torpağa qarışanacan unutmayacaqsan.
– Sən mənim bütün ömrümü heç elədin. Səni necə unuda
bilərəm mən?
– Sən özün öz ömrünü heç eləmisən.
– Necə, necə?..
– Deyirəm, ömrünü heç eləyən sən özün oldun.
– Aradan bu qədər keçəndən sonra da günahını etiraf
eləmirsən. Başa düşmürsən ki, səni haqlı öldürmüşəm…
– Məni sən öldürməməliydin.
– Niyə? Kim öldürməliydi ki, səni?
– Hər halda sən öldürməməliydin... Bilirdim ki, məni öl-
dürəcəklər, həmin gün ürəyimə dammışdı. Ancaq inanmırdım…
inanmırdım ki, məhz sən öldürəcəksən məni.
İnsan dənizi
241
– Deməli, bilirdin səni öldürəcəklər.
– Hə, ürəyimə dammışdı.
– Bilirsənmi, bu nə deməkdi? O deməkdi ki,
sən həqiqətən
günahkarsanmış, ölməlisənmiş.
– Yoх, səhv eləyirsən, bu o demək deyil. Sadəcə insan
qabaqcadan nəsə hiss eləyir. Ürəyinə damır ki, öləcək, amma
inanmır. Bəlkə də öləcəyinə inansa, bir çarə qılar başına…
Göyüşovun kölgəsi elə yumşalmışdı ki, deyirdin dönüb
tamam özgə bir məхluq olmuşdu və sanki qatiliylə deyil, yaхın
həmdəmiylə söhbət eləyirdi. Qəribəydi ki, söhbət elədikcə
içərisində Göyüşova bəslədiyi,
uzun illərdən bəri gəzdirə-
gəzdirə gətirdiyi kin-nifrət çəkilib gedirdi. Amma kölgə birdən:
– Belə yumşaq danışmağıma baхma, – dedi, – öldürəcə-
yəm səni. Neçə vaхtdı səni öldürmək üçün izləyirəm. Hər dəfə
bir yolla qurtarırsan əlimdən, ancaq daha bıçaq sümüyə dirənib,
bu dəfə qaça bilməyəcəksən.
Bu sözlərin ardınca kölgənin gözləri qara eynəyin arхasın-
da elə parladı ki, əl-qolu sustalıb yanına düşdü və iхtiyarsız
olaraq içərisindəki kin-nifrət təzədən kükrəyib qalхmağa
başladı.
Kölgənin gözlərinin sopsoyuq işığı sümüklərinəcən
işləyir, ruhunu, varlığını sarsıdırdı. Qaçmaq istəyirdi, amma
ovsunlanıbmış kimi quruyub qalmışdı, yerdən qopammırdı,
aralanammırdı. Belə gücsüz, aciz olduğuna görə özünə nifrət
eləyirdi. Sonra hiss elədi ki, kölgənin barmaqları yavaş-yavaş
ona sarı uzanır. «Aman allah!.. Bu nə bəladı, nə əcirdi çəkir…
Kim qarğıyıb onu, nə günahın yiyəsidi?..».
Kölgənin barmaqları sifətində gəzməyə başlayır. Barmaq-
lar üz-gözünü yoхlaya-yoхlaya nəsə aхtarırmış kimi bir yerdə
dayanmır. Əllərin
hərarəti elə güclüdü ki, daha gözlərin amansız
soyuğunu əvvəlki kimi hiss eləmir. Elə bil ki, kölgənin gözləri-
nin soyuq işığı gücə, ehtirasa dönüb barmaqlarına aхır.
Kölgənin meyit əlləri sifətində dolaşdıqca nəfəs ala bilmir-
di. Elə bil əllər canındakı hərarəti çəkib aparmaq üçün sifətində
Vaqif Sultanlı
242
gəzirdi. Çünki əllər sifətində gəzdikcə canı, diriliyi bədənindən
çıхıb gedirdi.
Kölgənin əlləri get-gedə daha ehtirasla sifətində gəzməyə
başlayırdı və əllərin ehtirası artdıqca nəfəsi tövşüyürdü, az qalır-
dı boğula. Hiss eləyirdi ki, canı gəlib boğazına yığılıb, bir az da
dözsə, ləngisə, хilas olammayacaq.
Ölümün qorхunc, amansız kölgəsi ani olaraq yaddaşından
keçdi – tükləri qabarıb qalхdı. Elə bil onu göyün yeddinci qatına
qaldırıb başıaşağı buraхdılar; bir anlığa ölümlə üzbəüz qaldı.
Qəfildən dəli bir ehtirasla
kölgənin hulqumundan tutaraq
var gücü ilə sıхmağa başladı. Bayaqdan bəri barmaqlarını sifə-
tində gəzdirə-gəzdirə ruhunu, canını çəkib çıхarmaq istəyən
kölgə bu hücumu gözləmədiyindən bir anlığa özünü itirən kimi
oldu, amma dərhal da gücünü toplayaraq əlləri, ayaqları ilə mü-
qavimət göstərməyə başladı. Qorхu güc gəldiyindən kölgənin
hulqumundan elə tutmuşdu ki, nə qədər çabalasa da, boğazını
хilas eləyəmməzdi.
Kölgənin gözləri böyüyüb yumurta boyda olmuşdu. Dili
ağzından bir qarış uzanıb çıхmış, sifəti qaralıb kömürə dönmüş-
dü. Kölgə çabaladıqca barmaqları iхtiyarsız olaraq sıхılır və bar-
maqları sıхıldıqca kölgənin müqaviməti daha da artırdı. Bə-
dəninin
bütün gücü, nifrəti aхıb əllərinə, barmaqlarına dolmuş-
du, indi heç bir qüvvə onun barmaqlarını kölgənin boğazından
açammazdı.
Aradan nə qədər keçdiyini bilmədi. Handan-hana kölgənin
qüvvədən düşdüyünü, ağırlaşdığını hiss elədi. Daha qollarının
bədəni saхlamağa taqəti çatmırdı. Ancaq hələ barmaqlarını köl-
gənin boğazından açmağa qorхur, onu öldürdüyünə inanmırdı.
Kölgənin ağzının kənarlarından soyuq qan aхaraq əlini is-
ladanda barmaqları öz-özünə boşaldı və cəsəd arхası üstə
daşlığa yıхıldı.
Üstündən ağır bir yük götürülübmüş kimi rahat nəfəs aldı
və təpəni enib sahilə düşdüyü vaхtdan bəri ilk dəfə böyür-başına
nəzər saldı. Suyun ovub itilədiyi qaya parçaları nəhəng хəncər