Microsoft Word Irevan-son redakte 05. 01. 2015. doc



Yüklə 2,42 Mb.
Pdf görüntüsü
səhifə18/56
tarix03.08.2018
ölçüsü2,42 Mb.
#60709
1   ...   14   15   16   17   18   19   20   21   ...   56

 
 
68
hündürlüyünə su vururdu. Nəziri olanlar bəzən qənd 
gətirib hovuza tökürdülər. Çünki camaat ondan şərbət 
kimi istifadə eləyirdi. Əsrin ziyalıları da Göy məsciddə 
toplaşırdı. XX əsrin 30-cu illərinə qədər İrəvanda Mir-
zə Hüseyn ağa adlı bir alim yaşayıb. O, həmişə Göy 
məsciddə oturardı. XX əsrin  əvvəllərində onu Kazan 
və Peterburq universitetlərinə  dəvət etmişdilər.  Ən 
qüdrətli dilçilər Mirzə Hüseyn ağanın yanına gəlib, 
ərəb dilinin qrammatikasını ondan öyrənərdilər. Türki-
yədən alimlər onun yanına gələrdilər. O, xoş  təbli bir 
şair idi. Mirzə Hüseyn ağa 1937-ci ilin repressiyaları 
zamanı qətlə yetirildi. 
Hal-hazırda  İrəvanın Göy məscidinin təkcə bir 
günbəzi və 8-10 hücrəsi var. İrəvanda və bütövlükdə 
Ermənistanda azərbaycanlıların əli ilə yaradılmış tarixi 
əsərləri Azərbaycanın memarlıq nümunələrindən 
ayrılıqda saymaq mümkün deyil. Buna görə  də onlar 
haqqında yazmaq hamımızın vəzifəsidir. Lakin böyük 
təəssüf hissi ilə bildirirəm ki, bu sahədə heç bir iş 
görülməyib.  İrəvanın Göy məscidi  Şərqin digər 
məscidlərindən heç də geri qalmır".
1
 
Xatırlatmaq lazımdır ki, "İrəvandakı Göy məscidin 
əsas dairəvi günbəzindəki yazıları hicri-qəməri tarixi 
ilə 1180-ci ildə Mir Mürtəza Təbrizi və Qaffar Ovcani 
adlı iki sənətkar yazmışdır".
2
 
                                                 
1
 Bax: "Ərk" qəzeti (Təbriz), 23.10.1381 hicri-şəmsi ili 
2
 "Salam" qəzeti, 20.10.1375-ci il 


 
 
69
         
 
 
 
 
 
 (Rəssam Mirzə Qədim İrəvani) 
 
 
 
  
 
 
 
 (Rəssam general-mayor Qriqori Qaqarin) 
 
Azərbaycan Ensiklopediyasında Hüseynəli xanın 
miladi tarixi ilə 1783-cü ildə  vəfat etdiyi göstərilir: 
"Kartli-Kaxeti hakimiyyəti Rusiyanın himayəsi altına 
keçdiyinə görə 1783-cü ildən İrəvan xanlığının da Ru-
Ayaq üstə dayanmış 
oğlan portreti 
Oturmuş qadın 
portreti 
İrəvanda karvansara 
Sərdabad qalası uğrunda döyüş 
səhnəsi 


 
 
70
siyaya meyli gücləndi. Osmanlı imperiyası Qafqazda 
Rusiyanın siyasətinin güclənməsindən narahat idi. Bu-
na görə İrəvanın yeni hakimi Qulaməli xanı Gürcüstan 
əleyhinə qaldırmağa çalışırdı. Ancaq tezliklə Qulaməli 
xan II İraklinin tərəfdarlarının  əli ilə  qətlə yetirildi və 
onun yerinə Əli Məhəmmədxan gəldi". 
Məhəmməd xan Qacar İrəvani  İrəvanın sonrakı 
hakimi oldu. Qacar tarixinin müəllifi hicri-qəməri ta-
rixi ilə 1201-ci il hadisəsindən danışarkən onu Urmiya 
bəylərbəyi Məhəmmədqulu xanın sadiq müttəfiqi kimi 
təqdim etmişdir. Həmin ildə Xoy hakimi Hüseynqulu 
xan Donbolinin xərac verməkdən boyun qaçırması 
Məhəmmədqulu xanı  qəzəbləndirdi. O, Azərbaycan 
əmirlərini, o cümlədən Məhəmməd xan İrəvanini 
çağırıb, Xoy və Səlmas üzərinə hücuma apardı.
1
 
 
 
İrəvan Ağa Məhəmməd xan Qacar dövründə 
 
Ağa Məhəmməd xan Qacar Lütfəli xan Zəndi 
hakimiyyətdən saldıqdan sonra diqqətini Azərbaycan 
vilayətlərinə yönəltdi. Burada bir neçə il idi ki, xanlar 
mərkəzi hakimiyyətə  tabe deyildilər. Ağa Məhəmməd 
xan atasının bu torpaqlara uğursuz hücumlarını qələbə 
ilə başa çatdırmaq və  bu barlı-bəhərli bölgənin iqtisadi 
və ticari üstünlüyündən istifadə etmək istəyirdi. Onun 
hərb maşınının xərcləri dəhşətli dərəcədə çox idi. Artıq 
onu daxili qarət və soyğunçuluq hesabına ödəmək 
mümkün deyildi. Buna görə də o, Azərbaycanın qızıla 
bərabər torpaqlarını ələ keçirməyə çalışırdı.
2
 
                                                 
1
 Bax:  Əlipur Səfər. Qacar dövründə Qafqazın yerli hökumətləri, 
səh.92 
2
 Bax: Pənahi Simnani. Ağa Məhəmməd Qacar, səh.184 


 
 
71
Ağa Məhəmməd Kirmanı  fəth edəndən sonra 
qoşunun baharda Tehranın ətrafında toplanması barədə 
göstəriş verdi. Oraya təqribən 60 min insan gəldi. 
Novruzdan 53 gün sonra (şəmsi təqvimi ilə 1174-cü 
ilin (miladi tarixi ilə 1795-ci il) ordibehişt ayının 23-
də) o, Tehrandan çıxdı. Son ana qədər Ağa Məhəmməd 
xanın haraya yollanacağını heç kəs bilmirdi. 
Qacar ordunu üç hissəyə böldü: bir hissəni sağ 
tərəfdən Muğana,  Şirvana, Dağıstana göndərdi.  İkinci 
hissəni sol tərəfdən  İrəvan istiqamətinə yolladı. Özü 
isə onların arasında Qarabağın möhkəm qalalarından 
hesab olunan Şuşa qalasına doğru irəlilədi. Süleyman 
xan Araz çayı üzərində körpü saldırdı  və oradan 
keçdilər.
1
  35 günlük mühasirədən sonra İrəvan qalası 
Ağa Məhəmməd Qacarın ixtiyarına keçdi.
2
 
Ağa Məhəmməd xan 
Qacar bu səfərdə Gürcüstana 
hücum etdi və 15 nəfəri  əsir 
edib özü ilə apardı. 1796-cı 
ildə Rusiya qoşunları general 
Zubovun komandanlığı altın-
da hücum əməliyyatlarına 
başladı. Bu zaman Xorasan 
bölgəsində cari işlərlə  məş-
ğul olan Ağa Məhəmməd 
xan Azərbaycan hakimlərin-
dən, o cümlədən  İrəvan bəy-
lərbəyi Məhəmməd xandan
Təbriz və Xoy bəylərbəyi 
Hüseynəli xan Donbolidən 
və digərlərindən məktublar 
                                                 
1
 Bax: Səid Nəfisi. Tarix-e ectemai-ye siyasi-ye İran. I cild, səh.66 
2
 Bax: Azərbaycan Ensiklopediyası  


Yüklə 2,42 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə