68
hündürlüyünə su vururdu. Nəziri olanlar bəzən qənd
gətirib hovuza tökürdülər. Çünki camaat ondan şərbət
kimi istifadə eləyirdi. Əsrin ziyalıları da Göy məsciddə
toplaşırdı. XX əsrin 30-cu illərinə qədər İrəvanda Mir-
zə Hüseyn ağa adlı bir alim yaşayıb. O, həmişə Göy
məsciddə oturardı. XX əsrin əvvəllərində onu Kazan
və Peterburq universitetlərinə dəvət etmişdilər. Ən
qüdrətli dilçilər Mirzə Hüseyn ağanın yanına gəlib,
ərəb dilinin qrammatikasını ondan öyrənərdilər. Türki-
yədən alimlər onun yanına gələrdilər. O, xoş təbli bir
şair idi. Mirzə Hüseyn ağa 1937-ci ilin repressiyaları
zamanı qətlə yetirildi.
Hal-hazırda İrəvanın Göy məscidinin təkcə bir
günbəzi və 8-10 hücrəsi var. İrəvanda və bütövlükdə
Ermənistanda azərbaycanlıların əli ilə yaradılmış tarixi
əsərləri Azərbaycanın memarlıq nümunələrindən
ayrılıqda saymaq mümkün deyil. Buna görə də onlar
haqqında yazmaq hamımızın vəzifəsidir. Lakin böyük
təəssüf hissi ilə bildirirəm ki, bu sahədə heç bir iş
görülməyib. İrəvanın Göy məscidi Şərqin digər
məscidlərindən heç də geri qalmır".
1
Xatırlatmaq lazımdır ki, "İrəvandakı Göy məscidin
əsas dairəvi günbəzindəki yazıları hicri-qəməri tarixi
ilə 1180-ci ildə Mir Mürtəza Təbrizi və Qaffar Ovcani
adlı iki sənətkar yazmışdır".
2
1
Bax: "Ərk" qəzeti (Təbriz), 23.10.1381 hicri-şəmsi ili
2
"Salam" qəzeti, 20.10.1375-ci il
69
(Rəssam Mirzə Qədim İrəvani)
(Rəssam general-mayor Qriqori Qaqarin)
Azərbaycan Ensiklopediyasında Hüseynəli xanın
miladi tarixi ilə 1783-cü ildə vəfat etdiyi göstərilir:
"Kartli-Kaxeti hakimiyyəti Rusiyanın himayəsi altına
keçdiyinə görə 1783-cü ildən İrəvan xanlığının da Ru-
Ayaq üstə dayanmış
oğlan portreti
Oturmuş qadın
portreti
İrəvanda karvansara
Sərdabad qalası uğrunda döyüş
səhnəsi
70
siyaya meyli gücləndi. Osmanlı imperiyası Qafqazda
Rusiyanın siyasətinin güclənməsindən narahat idi. Bu-
na görə İrəvanın yeni hakimi Qulaməli xanı Gürcüstan
əleyhinə qaldırmağa çalışırdı. Ancaq tezliklə Qulaməli
xan II İraklinin tərəfdarlarının əli ilə qətlə yetirildi və
onun yerinə Əli Məhəmmədxan gəldi".
Məhəmməd xan Qacar İrəvani İrəvanın sonrakı
hakimi oldu. Qacar tarixinin müəllifi hicri-qəməri ta-
rixi ilə 1201-ci il hadisəsindən danışarkən onu Urmiya
bəylərbəyi Məhəmmədqulu xanın sadiq müttəfiqi kimi
təqdim etmişdir. Həmin ildə Xoy hakimi Hüseynqulu
xan Donbolinin xərac verməkdən boyun qaçırması
Məhəmmədqulu xanı qəzəbləndirdi. O, Azərbaycan
əmirlərini, o cümlədən Məhəmməd xan İrəvanini
çağırıb, Xoy və Səlmas üzərinə hücuma apardı.
1
İrəvan Ağa Məhəmməd xan Qacar dövründə
Ağa Məhəmməd xan Qacar Lütfəli xan Zəndi
hakimiyyətdən saldıqdan sonra diqqətini Azərbaycan
vilayətlərinə yönəltdi. Burada bir neçə il idi ki, xanlar
mərkəzi hakimiyyətə tabe deyildilər. Ağa Məhəmməd
xan atasının bu torpaqlara uğursuz hücumlarını qələbə
ilə başa çatdırmaq və bu barlı-bəhərli bölgənin iqtisadi
və ticari üstünlüyündən istifadə etmək istəyirdi. Onun
hərb maşınının xərcləri dəhşətli dərəcədə çox idi. Artıq
onu daxili qarət və soyğunçuluq hesabına ödəmək
mümkün deyildi. Buna görə də o, Azərbaycanın qızıla
bərabər torpaqlarını ələ keçirməyə çalışırdı.
2
1
Bax: Əlipur Səfər. Qacar dövründə Qafqazın yerli hökumətləri,
səh.92
2
Bax: Pənahi Simnani. Ağa Məhəmməd Qacar, səh.184
71
Ağa Məhəmməd Kirmanı fəth edəndən sonra
qoşunun baharda Tehranın ətrafında toplanması barədə
göstəriş verdi. Oraya təqribən 60 min insan gəldi.
Novruzdan 53 gün sonra (şəmsi təqvimi ilə 1174-cü
ilin ( miladi tarixi ilə 1795-ci il) ordibehişt ayının 23-
də) o, Tehrandan çıxdı. Son ana qədər Ağa Məhəmməd
xanın haraya yollanacağını heç kəs bilmirdi.
Qacar ordunu üç hissəyə böldü: bir hissəni sağ
tərəfdən Muğana, Şirvana, Dağıstana göndərdi. İkinci
hissəni sol tərəfdən İrəvan istiqamətinə yolladı. Özü
isə onların arasında Qarabağın möhkəm qalalarından
hesab olunan Şuşa qalasına doğru irəlilədi. Süleyman
xan Araz çayı üzərində körpü saldırdı və oradan
keçdilər.
1
35 günlük mühasirədən sonra İrəvan qalası
Ağa Məhəmməd Qacarın ixtiyarına keçdi.
2
Ağa Məhəmməd xan
Qacar bu səfərdə Gürcüstana
hücum etdi və 15 nəfəri əsir
edib özü ilə apardı. 1796-cı
ildə Rusiya qoşunları general
Zubovun komandanlığı altın-
da hücum əməliyyatlarına
başladı. Bu zaman Xorasan
bölgəsində cari işlərlə məş-
ğul olan Ağa Məhəmməd
xan Azərbaycan hakimlərin-
dən, o cümlədən İrəvan bəy-
lərbəyi Məhəmməd xandan,
Təbriz və Xoy bəylərbəyi
Hüseynəli xan Donbolidən
və digərlərindən məktublar
1
Bax: Səid Nəfisi. Tarix-e ectemai-ye siyasi-ye İran. I cild, səh.66
2
Bax: Azərbaycan Ensiklopediyası
Dostları ilə paylaş: |