Microsoft Word Irevan-son redakte 05. 01. 2015. doc



Yüklə 2,42 Mb.
Pdf görüntüsü
səhifə21/56
tarix03.08.2018
ölçüsü2,42 Mb.
#60709
1   ...   17   18   19   20   21   22   23   24   ...   56

 
 
80
həmməd xan Qacarın hərəkətləri barədə  məlumat Sis-
yanova çatan kimi o, hiyləyə əl atdı. Xəbərdarlıq etmə-
dən Dərkə yolundan İran ordularının üzərinə hücuma 
keçdi, yenidən döyüş başlandı. Bu arada İran ordusu-
nun tərkibində olan Şəmsəddinli və Qazax süvariləri-
nin bir qismi qiyama qalxdı  və  əhalini qarət etməyə 
başladı.  İran ordusunun komandanlığı  vəziyyəti belə 
görüncə geri çəkildi. Qarşısında maneə görməyən Sis-
yanov İrəvana daxil oldu və şəhər məscidini qərargaha 
çevirib, oradan  topları istehkamlara yönəltdi; onunla 
Məhəmməd xan Qacar arasında qızğın döyüş başladı. 
Şəhərin müsəlman  əhalisi bu qeyri-bərabər döyüş-
də bütün vasitələrlə  işğalçılara nifrətini göstərdi. Bu 
dövrü tədqiq edən Jan Yunir yazır: "İrəvan  şəhərinin 
came məscidi qərb tərəfdə idi. Ayrı-ayrı  məzhəblərin 
nümayəndələrinin qarışıq yaşadığı bütün şərq  şəhərlə-
rində came məscidi  müsəlmanların çoxluq təşkil etdiyi 
ərazidə tikilirdi. Şəhərin qərbində  də demək olar ki, 
əhalinin hamısı müsəlman idi. 
Dalov  İrəvanın qərbinə daxil olandan sonra söz 
verdi ki, müsəlmanlara dini nöqteyi-nəzərdən problem 
yaratmayacaq və  hər bir müsəlman öz şəri borcunu 
sərbəst yerinə yetirə biləcək. Torpaqlarının Dalov 
tərəfindən işğal edilməsindən qəzəblənən yerli əhali 
heyıflərını azan vermək yolu ilə  çıxırdılar. Səhər tez-
dən, günorta vaxtı və qürub çağı İrəvan kişilərinin bö-
yük əksəriyyəti şəhərin qərbində azan verir və  şərq tə-
rəfdəki müsəlmanlar da onlara qoşulurdu.  Əlahəzrətin 
(şəhərin hakimi və Abbas Mirzə  nəzərdə tutulur) bu 
məsələdən xəbəri yox idi. Çünki o, İrəvan mühasirəyə 
alınmazdan və Dalov şəhərə girməzdən qabaq oradan 
getmişdi. Bir də eşitdi ki, şəhərin qərbində və şərqində 
insanlar azan verməyə başlayıb, heyrətləndi. Əlahəzrət 


 
 
81
gördü ki, heç kim onlara mane olmur. Dalovun 
keşikçiləri sanki onları  eşitmir. O da azanın ahəngini 
tutmağa başladı, lakin azan vermək  əvəzinə üzünü 
şəhərin qərbinə tutub Məhəmməd xana müraciətlə dedi 
ki, Abbas Mirzə ona kömək göndərir. Sabah gecə 
həmin qüvvə hücuma keçəcək. Abbas Mirzə əlavə etdi 
ki,  keşikçibaşı Məhəmmədhüseyn xanın komandanlığı 
ilə onun əsgərləri hücuma başlarkən o da həmlə etsin. 
İrəvan döyüşü müsəlmanların rus ordusu ilə mü-
haribəsində unudulmaz səhifələrdən biri olub. Həmin 
gecə İrəvanın müdafiəçiləri çar zabit və əsgərlərini çox 
ağır hala saldılar. Müsəlman ölkələrində müqəddəs 
yerlərin bəst yeri olduğunu bilən ruslar qaçıb  şəhər 
məscidinə doluşaraq aman istədilər.  Şəhərin müdafiə-
çiləri səhərə qədər döyüşdülər. Şəhərin keçid və yolları 
rus  əsgərlərinin meyitləri ilə örtülmüşdü, bütün arxlar 
ərğuvan kimi qızarmış, sanki torpağın üstünü lalələrlə 
rəngləmişdilər. Dalov müharibənin davam edəcəyi 
təqdirdə sonuncu əsgərinin də  məhv olacağını görüb 
geri çəkildi".
1
 
Bütün bu döyüşlərdə ermənilərə etimad göstəril-
mədi, çünki onlar  ruslarla yaxınlaşmağa fürsət ax-
tarırdılar. Səid Nəfisi bu barədə yazır: "Həmin günün 
səhəri  şəhərin hakimi Məhəmməd xan Qacar dedi ki, 
qalanın keşikçiləri ermənilərdir, qorxuram ki, onlar öz 
dindaşları ilə birləşsinlər və qalanı təslim etsinlər. Fətəli 
şah bir qrup əsgər göndərdi ki, gedib qalanı tutsunlar".
2
 
Müharibələrin ikinci dövründə ermənilər ruslarla 
yaxın  əməkdaşlıq etdilər. Bu xəyanətlərin bəzilərini 
qeyd etmək yernə düşər. Səid Həfisi yazır: "Hicri-qə-
                                                 
1
 Jan Yunir. Delavəran-e qomnam-e İran dər cəngha-ye  İran və 
Rusiye. Tərcümə edən: Zəbihulla Mənsuri, səh.588 
2
Səid Nəfisi. Tarix-e ectemai-ye siyasi-ye İran. I cild. səh.244  


 
 
82
məri tarixi ilə 1242-ci ilin ramazan ayında (1828-ci ilin 
25 aprelində) Benkedarov bir gecə  əvvəl  şah ordu-
sunun tərk etdiyi Eçmiədzin kilsəsini maneəsiz işğal 
etdi. Orada dörd yüz nəfərlik  şah qornizonu var idi. 
Onlar köçəndə azuqə və erməni keşişlərini də özləri ilə 
aparmışdılar. Bir qrup müsəlman süvarisi İrəvan sərda-
rı Hüseyn xanın qardaşı  Həsən xan Sarı Aslanın ko-
mandanlığı ilə  Sərdarabad, Eçmiədzin və  İrəvan ara-
sındakı çöldə ordu düşərgəsi qurmuşdu. Sərdarabad 
Hüseyn xan Sərdar tərəfindən  İrəvan yolunun üstündə 
qurulmuş qala idi və onun işğalı  İrəvanın itirilməsi 
demək idi. İrəvan  şəhərinin zəbt edilməsi isə  şah 
ordusuna ən ağır zərbə ola bilərdi. 
Ermənilərin katolikosu Nerses rus orduları ilə bir-
likdə Eçmiədzinə daxil oldu. Onun çox böyük nüfuzu 
vardı. O, ermənilərin bir qrupunu silahlandırdı, azuqə 
topladı  və  şah ordusunun vəziyyəti barədə  məlumat 
əldə etdi".
1
  
Xanək Eşqi yazır: "...Zaqafqaziyanın Rusiyaya bir-
ləşdirilməsinin ciddi tərəfdarları olan erməni ruha-
niləri, mülkədarları, kapitalistləri Rusiyanın diqqətini 
öz tərəflərinə  çəkmək üçün müxtəlif vasitələr fikir-
ləşirdilər”. 
XIX  əsrin ikinci yarısında Yosef Amin, Movses 
Banqramyan,  Şahembryan və digər  şəxslər erməniləri 
Rusiyaya yaxınlaşdırmaq üçün ciddi səy göstərirdilər. 
Miladi tarixi ilə 1896-cı ildə, Rusiya ilə Osmanlı 
arasında müharibə getdiyi bir vaxtda fəal ermənilərdən 
ibarət "Xarici İşlər üzrə  Təhqiqat Cəmiyyəti" adlı  cə-
miyyət təşkil olundu. Həmin cəmiyyətin keçirdiyi 
                                                 
1
 Səid Nəfisi. Tarix-e ectemai-ye siyasi-ye İran. II cild, səh.135 


Yüklə 2,42 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə