Microsoft Word Irevan-son redakte 05. 01. 2015. doc



Yüklə 2,42 Mb.
Pdf görüntüsü
səhifə24/56
tarix03.08.2018
ölçüsü2,42 Mb.
#60709
1   ...   20   21   22   23   24   25   26   27   ...   56

 
 
90
Cəmşid cəlallı xaqanın hakimiyyəti dövründə  
Mülk alan və mülk bağışlayan hökmdar  
Gördüyü hər bir işlə tarixə bir naxış vurdu. 
O xeyirxahlıqlardan biri də məscidin tikilməsi oldu. 
 
İrəvan Türkmənçay müqaviləsindən sonra 
 
Gülüstan müqaviləsi imzalandıqdan sonra Qacarlar 
dövlətinin təsir dairəsində qalmış  İrəvan hicri-qəməri 
tarixi ilə 1243-cü ildə (miladi tarixi ilə 1828-ci ildə) 
göstərilən ciddi müqavimətə baxmayaraq, Azərbayca-
nın Quzeyi Türkmənçay müqaviləsinə  əsasən Rusiya 
imperiyasının müstəmləkəsinə çevrildi və həmin tarix-
dən başlayaraq, bu müsəlman sakinli diyarın erməni-
ləşdirilməsinə başlanıldı. Ruslar İrəvan  əhalisinin tər-
kibinin  ermənilərin xeyrinə  dəyişdirilməsi məqsədilə 
bütün işləri gördülər. Ermənilər çar hökumətinin kö-
məyi ilə Rusiyanın iqtisadi, mədəni, siyasi və hərbi sa-
hələrinə nüfuz etdilər. 
Miladi tarixi ilə 1985-ci ildə Ermənistan Respub-
likasında nəşr edilmiş "Ermənistan tarixi" adlı kitabda 
1828-ci ildəki İrəvan şəhərinin əhalisinin tərkibi aşağı-
dakı kimi verilmişdir: “Azərbaycanlılar 1805 ailə, yəni 
7331 nəfər; ermənilər isə 567 ailə, yəni 2369 nəfər”.
1
 
Yazılı  mənbələr miladi tarixi ilə 1827-ci ildə  İrə-
vanda 2400 ailənin, cəmi 12 min nəfər insanın yaşadı-
ğını göstərdiyi halda, bildirməliyik ki, Rusiya tərəfin-
dən işğaldan sonra onların bir hissəsi  İrana və Türki-
yəyə köçmək məcburiyyətində qaldılar. Mühacirətə 
gedənlərin evləri və  əmlakları  həmin ölkələrdən 
gələnlər tərəfindən zəbt olundu. Nəticədə  İrəvandakı 
                                                 
1
 "Sirdaş" qəzeti. Bakı çapı, 1992, noyabr, səh.4 


 
 
91
azərbaycanlıların sayı 1807 ailə,  7331 nəfər azaldığı 
halda, ermənilərin sayı 567 ailə, 2379 nəfər artdı. 
Bütün bunlara baxmayaraq, hələ də dörd xan ailəsi, 41 
bəy və sultan müqabilində, cəmi 8 erməni məliki və 
ağası orada yaşayırdı. 50 ruhani müqabilində isə, 19 
nəfər keşiş var idi.
1
 
Türkmənçay müqaviləsindən sonra, yəni 1829-cu 
ildə ruslar İvan  Şopenin başçılığı ilə sonuncu işğal 
olunmuş yerlərin, yəni  İrəvan və Naxçıvan xanlıq-
larının iqtisadi, coğrafi vəziyyəti, sosial təbəqələri və 
əhalinin tərkibi barədə  məlumat  əldə etmək üçün bir 
heyət təşkil etdilər. Hesabatın hazırlanması üçün 4 il 
vaxt lazım gəldi. Rusca "Kameralnoe opisanie" 
adlanan bu sənəd işğal  ərəfəsində  və ruslar tərəfindən 
işğaldan sonra iki xanlıqdakı  vəziyyəti  əks etdirən  ən 
dəqiq mənbələrdən biridir. Həmin sənədə görə, 1826-cı 
ildə bu iki xanlıqda 143 min insan yaşamış  və  həmin 
əhalinin 117.849 nəfəri müsəlman, 15.151 nəfəri isə 
erməni olmuşdur. Yəni müsəlmanlar cəmiyyətin 80 
faizindən çoxunu təşkil etdiyi halda, ermənilər 20 
faizdən də az idi. Müsəlman  əhalinin isə  əksəriyyəti 
azərbaycanlılar idilər. Yerdə qalan müsəlmanlar Qacar 
dövlətinin məmurları (kargüzar və qoşun üzvləri), 
onların ailələri və kürd əyalətindən gələnlər idi.  
Adı  çəkilən sənəddə göstərildiyi kimi, 1828-ci il 
müqaviləsinin ardınca 20 mindən artıq azərbaycanhli 
türk-müsəlman (Qacar dövlətinin məmurları da daxil 
olmaqla) bu iki xanlığı  tərk etmək zorunda qaldı  və 
İrana köçdülər. Nəticədə 1828-ci ildə müsəlman əhali-
nin sayı 93 min nəfər azaldı. Dörd il sonra, yəni 1832-
ci ildə müsəlmanların sayı yenə də azaldı. Adı çəkilən 
                                                 
1
 Bax: Ə.Ələkbərli. Qədim türk-oğuz yurdu Ermənistan, səh.186 


 
 
92
sənəddə göstərildiyi kimi, mühacirət nəticəsində mü-
səlman əhalinin sayı 82373 nəfər azaldı. Lakin həmin 4 
il müddətində, yəni 1828-ci ildən 1832-ci ilə  qədərki 
dövrdə ermənilərin sayı 82377 nəfər artdı. Daha doğ-
rusu, erməni  əhalinin sayı 25151 nəfərdən 82377 nə-
fərə qalxdı. Yəni 4 il müddətində erməni  əhalisinin 
sayı 3 dəfə artdı. Bu xərçəngvari yayılmanın səbəbi 
nədir?
1
 
Bu xərçəngvari yayılmanın səbəbi ermənilərin 
İrandan, Osmanlıdan və digər yerlərdən bu bölgəyə 
köçmələri olmuşdur. Müxtəlif tarixi mənbələrdə  dəfə-
lərlə toxunulan bu məsələ "Ermənistan tarixi" kitabın-
da da öz əksini tapıb. Osmanlı torpağından bu ölkəyə 
mühacirətin  əsas səbəblərindən biri barədə danışmaq 
yerinə düşər. Pasdar Maciyan yazır: "1829-cu ildəki 
rus-Osmanlı müharibələrində ruslar tərəfindən işğal 
olunmuş  ərazilərin erməni sakinlərinin bir hissəsi (ən 
başlıcası, Ərzurum, Alaşgerd (Eleşkirt), Bayəzid, Qars 
və Van) Osmanlını  tərk edib, rusların ardınca getdi. 
Beləliklə, yüz min nəfərə qədər erməni müharibə nəti-
cəsində Ermənistana [İrəvana] gəldi və Axalkalakidə 
(40 min nəfər),  Şirakda (12 min nəfər),  İrəvan və 
Sevanda [Göyçə gölü] (25 min nəfər) məskunlaşdılar. 
Bu mühacirətlər Rusiyanın hakim dairələrinin səyi 
nəticəsində baş tuturdu. Ruslar erməni məsələsinin 
idarə olunmasını erməni polkovniki Lazarevə tapşır-
mışdılar. Mühacirlərə torpaq, kənd təsərrüfatı ilə  məş-
ğul olanlara lazımi vəsait verirdilər və onlar beş il 
müddətində vergilərdən azad edilmişdilər".
2
 
                                                 
1
 Bax: Fərhad Pərdedar. Siyasət-e toseetələban-e Rusiye-ye tezari. 
“Varlıq” jurnalı, 74, səh.84 
2
 
Pasdar Maciyan.Tarix-e Ermənestan. Tərcümə edən: 
Məhəmməd Qazi, səh.367 


 
 
93
Arazın o tayındakı vilayətlərin Rusiya imperiyasına 
ilhaq edilməsinin ilk illərində xanlıqlar ləğv olundu. 
Xanların əksəriyyəti yenidən öz hakimiyyətlərini bərpa 
etmək ümidi ilə  İrana qaçdılar. Çar hökuməti bu 
situasiyadan istifadə edərək onların torpaqlarını,  əm-
laklarını  müsadirə etdi. Çarizm xanlıq quruluşunu si-
lah gücünə  hərbi-inzibati idarəçiliklə  əvəz etdi. Xan-
lıqlar əyalət və dairələrə çevrildi. Dairələrin çoxu "mü-
səlmanların  əyalət rəisi" adlandırdığı  hərbi  şəxsə tabe 
idi və onun rezidensiyası Şuşada yerləşirdi. Digər əya-
lətlər də Dərbənd əyalətinin hərbi idarə rəisinə tabe idi. 
Bu yerlərdə çarizm qanunlarının həyata keçirilməsi 
ordu komandirlərinə tapşırıldığından, həmin idarəçilik 
sistemi "komendantlıq" adlanırdı.  Əyalət keçmişdəki 
kimi məntəqələrə bölünürdü və bu məntəqələri naiblər 
(bu vəzifələrə  əsasən bəylər seçilirdi)  idarə edirdi. 
Şəkidə və Qarabağda əyalət məhkəmələri yaradılmışdı. 
Onların da sədri komandantlar olurdu. 
Qafqazın Rusiya əsarətinə düşdüyü ilk günlərdə çar 
hökumətinin gözü bu ölkənin təbii sərvətlərinə dikil-
mişdi və həmin sərvətlərdən öz  məqsədləri üçün istifa-
də etmək istəyirdi. Ancaq mübaşir idarəçilik metodu 
çarizmin ümidlərini doğrultmadı. Mübaşirlər daha çox 
öz  şəxsi mənafelərini güdürdülər. Buna görə  də 1830-
cu illərin axırlarında yeni hərbi idarəçilik sistemi 
layihəsi təsdiqləndi. Çar məmurları elə düşünürdülər 
ki, mübaşir idarə üsulunun ləğvi o vaxta qədər bir neçə 
dəfə qiyama qalxmış narazı xalqı sakitləşdirəcək. 
Bu islahatda məqsəd Qafqazda çarizmin mövqeyini 
möhkəmləndirmək idi. 1840-cı ildə çar hökuməti 
Qafqazla bağlı bir sıra qanunlar verdi. Həmin 
qanunlara əsasən, mübaşir idarəçilik üsulu ləğv edildi. 
Qafqaz iki məntəqəyə - Gürcüstan və mərkəzi Şamaxı 


Yüklə 2,42 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə