72
aldı. Həmin məktublarda da bu barədə yazılmışdı:
“Rusiya imperatriçası Tiflisdə qətlə yetirilmiş bir qrup
rus əsgərinin intiqamını almaq üçün kifayət qədər
yaxşı silahlanmış və toplarla təchiz edilmiş 80 minlik
ordunu bölgəyə göndərib. Başqa bir dəstə isə Dərbəndi
mühasirəyə alıb. Bundan əlavə, Bakı və Talış bölgəsi
ruslara təslim edilib, Şirvan və Gəncə camaatı da əmrə
tabe edilib. Adı çəkilən bölgədə vəziyyət qarışıq, əhali
isə pərişandır. Gərək tezliklə bir əlac fikirləşəsiniz, əks
halda, bütün nizam-intizam pozulacaq”.
1
Ağa Məhəmməd xan tərəfindən İrəvan hakimliyi
vəzifəsi saxlanılmış və Məhəmməd xan Qacar İrəvani
də Azərbaycanın əksər yerli əmirləri kimi dinclik
xatirinə Ağa Məhəmməd xanın dostluq həlqəsinə
qoşulmuşdu. Amma fürsət düşsəydi, başqa bir hami
tapıb, ondan kömək istəyərdi. O, hicri-qəməri tarixi ilə
1209-1211-ci illərdə Osmanlı dövlətinə tərəf üz çevirdi
və Osmanlı sultanı III Süleymana və Ərzurum valisi
Yusif paşaya yazdığı məktubda Ağa Məhəmmədin
yenidən qoşun çəkməsi barədə məlumat verərək, ona
kömək əli uzadılmasını, Osmanlı dövlətinin hima-
yəsinə qəbul edilməsini xahiş etdi.
2
Ağa Məhəmməd xan Qacar İrəvan xanını zindana
salıb, idarəçilik işlərini Əliqulu xana tapşırdı. Ağa
Məhəmmədin qətlindən sonra 1797-ci ildə Əliqulu
xanı İrəvandan qovdular. Həmin ilin sonlarında Fətəli
şah Məhəmməd xanı zindandan azad edib, yenidən
İrəvanın hakimi təyin etdi.
3
1
Xanək Eşqi. Siyasət-e nezami-ye Rusiye dər İran (1790-1810-cu
illər), səh.42
2
Bax: Əlipur Səfər. Hokumətha-ye məhəlli-ye Qəfqaz dər əsr-e
Qacar, səh.92
3
Bax: Azərbaycan Ensiklopediyası
73
XIX əsrin astanasında İrəvanın iqtisadi
durumuna bir nəzər
Çarlz İsəvi özünün mükəmməl "İranın iqtisadi
tarixi - Qacariyyə dövrü (hicri-qəməri 1215-1332-ci
illər)" əsərində XIX əsrin birinci yarısında İrəvanın
iqtisadi vəziyyəti barədə qiymətli məlumatlar vermiş-
dir. O, İrəvanın sənətkar və xırda tacirlərinin təşkilati
vəziyyəti barədə yazır: "Sənətkarlar kütləsi ustalardan
ibarət idi. Ustalar kustar sənaye məhsullarının isteh-
salında çox mühüm yer tuturdular. Gəlirləri hər peşə
üzrə ustaların sayına uyğun olurdu. Ustalar öz peşələri
ilə bağlı olmayan əmtəə istehsal etmək hüququna da
malik idilər. Peşə üzrə hər hansı inhisarçılığa yol veril-
mirdi və sənətkarlar onların üzvlərindən hər hansı biri-
nin başqa işə keçməsinin qarşısını ala bilməzdilər. La-
kin rəqabətdən qorunmaq üçün hər bir usta öz istehsal
etdiyi məhsulu yalnız müəyyən bir yerdə satırdı və
müştəriləri aldatmaq hüququ yox idi. O, mal satarkən
kimdənsə qabağa keçə, ya öz malını tərifləyə, başqala-
rının malını pisləyə bilməzdi. Ödədikləri icarə haqları
onları daxilən birləşdirirdi və əgər bir usta keyfiyyətsiz
mal düzəltsəydi, müştərini aldatsaydı və s. onun dükanı
mıxlanar, həmin dükan başqasına verilərdi.
Yalnız ustaların haqqı var idi ki, özlərinə şagird
götürüb, peşələrini onlara öyrətsinlər və onları usta
olmağa hazırlasınlar. Ustaların yanında işləyən
şagirdlərin sayı sabit deyildi. Adətən, hər ustanın bir və
ya iki şagirdi olurdu. XIX əsrin birinci 30 illiyyində
İrəvan şəhərində ustalarla şagirdlər arasındakı nisbət
təqribən aşağıdakı kimi idi:
74
ustaların
sayı
şagirdlərin
sayı
Çəkməçi
10 15
Dulusçu 11
19
Bənna
25 70
Dəmirçi
20 45
Nalbənd 12
10
Dərzi
18 20
Pinəçi 60
150
Gümüş mütəxəssisi
6 21
Metal ustası
40 3
Dülgər və taxta ustası
49 150
Yəhər ustası
8 19
Yegizarovun dediyinə görə, İrəvan sənətkarları 722
nəfər usta və 667 nəfər şagirddən ibarət idi. Birbaşa
olmasa da, hər ustaya bir şagird düşürdü, əlbəttə,
elələri də var idi ki, ümumiyyətlə, şagirdi yox idi.
Çörəkçilərin və misgərlərin şagirdi olmadığı halda,
dülgərlərin, pinəçilərin, bənnaların hər birinin 4 şagirdi
var idi. Ölkənin bütün şəhərlərində şagirdlərlə ustaların
sayı fərqli idi. Sənətkarlıqla əlaqəsi olmayan ustaların
şagirdlərinin sayı məhdud idi. İrəvan, Naxçıvan, Or-
dubad şagirdlərinin və ustalarının sayı aşağıdakı kimi
idi: İrəvanda 143 usta, 43 şagird, Naxçıvanda 109 usta,
41 şagird, Ordubadda 140 usta və 128 şagird var idi.
...Ustalar lazım olan halda özlərinə fəhlə götürür-
dülər. Məsələn, İrəvanda 6 nəfər taxıl tacirinin şagirdi
yox idi, amma taxılı daşımaq, yükləmək işinə 24 nəfər
fəhlə cəlb etmişdi. Çörəkçilərin də şagirdi yox idi, lakin
bu sahədə çalışan 18 nəfər usta 50 nəfər fəhlə işə
götürmüşdü. Bu şəhərdəki 52 nəfər baqaliyyə tacirinin
nə şagirdi, nə də fəhləsi var idi. Amma 10 nəfər ayaqqa-
75
bı ustasının yanında beş fəhlə və 15 şagird çalışırdı. 11
nəfər dulusçu 23 ixtisaslı fəhlə və 19 şagird işə cəlb et-
mişdi. 25 nəfər usta-bənna bu qayda ilə öz əlinin altında
18 fəhlə və 70 şagird işlədirdi. 7 nəfər dəri ustasının 30
fəhləsi olduğu halda, bir nəfər də şagirdi yox idi. 6 gü-
müş ustasının 8 fəhləsi və 21 şagirdi, 8 sərracın (yəhər
ustasının) 12 fəhləsi və 19 şagirdi, 49 dülgərin 90 fəh-
ləsi və 150 şagirdi var idi. Dəmirçilər, misgərlər (dəmir
lövhə düzəldənlər), nalbəndlər, şam düzəldənlər, metal
ustaları, iptoxuyanlar, nəleyndüzəldənlər (mollalar üçün
çustabənzər ayaqqabı), yun parça ustaları, hətta bir nəfər
fəhlə belə saxlamırdılar. Hər peşənin sərmayə qoyuluşu
məhdud və az idi. Peşə ustaları yalnız bir və ya iki
şagirdlə işləyirdilər. Çox iş və fəhlə tələb edən sənətlər
sənətkarlıq mərtəbəsi sırasında olmayıb, kapitalist
emalatxanaları istehsalının göstəricisi sayıla bilərdi".
1
Əhməd Əşrəf də bu sahə ilə bağlı məlumat verir. O
yazır: "İrəvanda, demək olar ki, hər ustanın bir şagirdi
var idi. XIX əsrin əvvəllərində bu şəhərdə 722 usta və
667 şagird çalışırdı. Şagirdlik yaşı adətən 12 yaşdan
başlanır və həmin şagird 10 ilə ustalıq məqamına
çatırdı. Ustalar öz şagirdlərinə dini işləri və sənətin
sirlərini öyrədirdilər. Şagird öz ustasından yemək və
paltar alırdı, lakin onun əməkhaqqı almaq hüququ yox
idi, yalnız şagirdlik pulu alırdı. Ustadlıq məqamına
yüksəlmiş şagirdin belinə xüsusi kəmər bağlanır və
onun əməkhaqqı artırılırdı. Bəzi hallarda sənətkarlar
günəmuzd fəhlələrdən istifadə edirdilər. Bəzi sənət-
karlar isə işə yalnız günəmuzd fəhlə götürür, başqaları
isə həm günəmuzd fəhlə, həm də şagird saxlayırdı".
2
1
Çarlz İsəvi.Tarix-e eqtesadi-ye İran. Tərcümə edən:Yəqub Ajand,
səh.146 və 218
2
Əhməd Əşrəf. Məvane-ye tarixi-ye roşd-e sərmayedari dər İran,
doure-ye Qacariyye, səh.32
Dostları ilə paylaş: |