Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə19/64
tarix19.07.2018
ölçüsü1,48 Mb.
#57345
1   ...   15   16   17   18   19   20   21   22   ...   64

               _______________  
Milli Kitabxana
  ________________ 
74 
 
Quru bağırsaqdan bağladı pərdə, 
Içi boş qabağa çəkərək dəri, 
Düzəltdi, bağladı o, pərdələri. 
Ceyran dərisinə çəkdi qara rəng, 
Quru ud səslənib oldu xoşahəng. 
Bir xeyli cəhd edib fikrinə uyğun, 
Düzəltdi, nəhayət, o bir ərğənun. 
Telləri yaxşıca köklənmiş bu saz 
Başladı verməyə ahəngdar avaz. 
Zil və bəm nəğmələr hasil edərək, 
Mizrabı gah yavaş vururdu, gah bərk. 
Səslər çıxarırdı, bərkdən, yavaşdan
Sanki nərə çəkir öküz, ya aslan. 
Səslərdə o qədər məlahət vardı 
Ki, heyvan eşitcək donub qalardı. 
Insan səslərindən heyvana qədər - 
Sazdan çıxardırdı hər cürə səslər. 
Belə ki, çaldığı o havalardan 
Şadlanıb oynamaq istərdi insan. 
Bütün heyvanları yatırdıb sazla, 
Sonra ayıldardı xoş bir avazla. 
Hər bir səsə uyğun səslər çıxardan 
Bir saz düzəltdi ki, başqa bir insan 
Onun sirlərini əsla bilməzdi, 
O sazda bir hava çala bilməzdi. 
Ustad həmin sazı çaldığı zaman 
Edərdi xəstənin dərdinə dərman. 
Çalğıda elə bir cəhət də vardı 
Ki, həkim onunla dərdi tapardı. 
Həmin sazdan çıxan səs əsasında 
Təşxis olunardı illət bir anda. 
Ərğənun təkmilə yetdiyi zaman 
Süni ud çox yaxşı oldu xam uddan
109

Alim sazı alıb, səhraya getdi, 
Hər bir nisbət üçün onu kök etdi. 
Dördbucaq xətt çəkib öz dövrəsinə, 
Başladı çalmağa sazını yenə. 


               _______________  
Milli Kitabxana
  ________________ 
75 
 
Çöldəki, dağdakı bütün heyvanlar - 
Yüyürdü yanına onun hər nə var. 
Yığılıb hamısı sazın səsinə, 
Düzüldülər onun dörd dövrəsinə. 
Hamısı bir anda huşdan gedərək 
Sərildi torpağa bir-bir ölütək. 
Nə bir qurd orda bir quzuya dəydi
Nə bir şir gur tutmaq həvəsindəydi. 
Sonra başqa cürə kökləyib yenə 
Alim saz çalanda, onun səsinə, 
O yatmış heyvanlar, çəkmədi bir an, 
Ayıldı hamısı şirin yuxudan, 
Yayıldı hamısı çöllərə həmən... 
Heç belə sərgüzəşt varmı eşidən? 
Bu xəbər bürüdü bütün cahanı 
Ki, yaqut paylayır o yaqut kanı
110

Əflatun yaradıb bir elə pərdə 
Ki, onu bir bilən yoxdur heç yerdə. 
Onun qurduğu saz elə səslənir 
Ki, fələk o səsə yerlərə enir. 
Müəyyən pərdədə bir hava çalır 
Ki, bütün heyvanlar yuxuya dalır. 
Başqa bir pərdədə çaldığı zaman 
Yatanlar hamısı durur yuxudan. 
Şahın sarayına çatdı bu xəbər 
Ki, Zöhrə Harutla bəhsə giriblər
111

Ərəstu bildi ki, o böyük ustad 
Qəribə bir alət eləyib icad. 
Xəcalət çəkəntək düşməndən düşmən 
Utandı alimin bu hünərindən. 
Sarayda bir küncdə xəyala daldı, 
Onun dar qəlbini bərk həsəd aldı. 
O zərif sənətin, o xəzinənin 
Sirrini bilməkçin düşündü dərin. 
Xəyala gedərək bir xeyli müddət
Gecəli-gündüzlü çəkdi əziyyət. 
Axır, əzab çəkib aylar uzunu, 


               _______________  
Milli Kitabxana
  ________________ 
76 
 
Bu sirli kələfin tapdı ucunu. 
Öz iti əqlinin köməyi ilə 
Bildi ki, saz necə gəlirmiş dilə. 
O səslər qulağa nə sayaq çatır 
Ki, bəzən yatırdır, bəzən oyadır. 
Bildi ki, o sazda necədir nisbət, 
Düzəltdi belə saz o da, nəhayət, 
Səhraya gedərək sazını aldı, 
Bihuşluq gətirən havanı çaldı, 
Heyvanlar eşidib, getdilər huşdan. 
O, başqa bir hava çaldı bu zaman, 
Bu dəfə olmadı ona bəxti yar, 
Huşsuzlar yuxudan oyanmadılar. 
Nə qədər çaldısa, bəlkə birtəhər 
Yatmışlar ayılıb huşa gəlsinlər, 
Olmadı...Köklədi sazı hər sayaq, 
Özü də bu işə mat qaldı ancaq.. 
Aciz qaldığını özü görəndə 
Axtardı əlacı müəllimində. 
Gedib özü oldu ustada təslim, 
Başladı almağa həvəslə təlim. 
Soruşdu: "Huşsuzu huşa gətirən 
O hansı havadır, bilməyirəm mən. 
Hansı pərdələrdən çıxır o avaz? 
Nə cürə köklənsin onda gərək saz?" 
Əflatun gördü ki, o böyük insan 
Yalvarıb öyrənmək istəyir ondan. 
Çöldə bir xətt çəkib, sazını aldı, 
Kökləyib, bildiyi havanı çaldı. 
Nə qədər şir və gur var biyabanda 
Yığılıb gəldilər səsə bir anda. 
Birinci havanı çalanda, yenə 
Baş qoyub yatdılar Məndəl xəttinə
112

Başqa bir hava da çaldı o ustad. 
Ərəstu özü də yatdı o saat. 
Əflatun bir hava çaldı bu zaman, 
Heyvanlar ayıldı yenə yuxudan. 


               _______________  
Milli Kitabxana
  ________________ 
77 
 
Başqa bir hava da çaldı yenidən. 
Ərəstu sıçrayıb qalxdı yerindən. 
Mat-məbhut yerində durub dayandı, 
Bilmədi heyvanlar necə oyandı. 
Nə oldu onları huşa gətirən, 
Nə oldu onlara hərəkət verən? 
Bildi ki, o alim, o sahibhünər 
Sirri gizlətmişdir ondan bu təhər. 
Ondan üzr istəyib, çox dua etdi, 
O da gizlin-sirri buna öyrətdi. 
Öyrənib bunları yazdı Ərəstu, 
Özü yazdığını dəftərdən pozdu. 
Ustadın hünərin eləyib iqrar, 
Ehtiram göstərdi ona o ki var. 
Şah bildi kimdəymiş əsil istedad
Rumda Əflatundur elmə baş ustad. 
O da rütbəsini artırdı onun, 
Sarayda uca yer tutdu Əflatun. 
 
 
ƏFLATUNUN KEÇMİŞDƏN HEKAYƏ 
                   SÖYLƏMƏSİ 
 
Müğənni, çəngini yenə saz elə, 
Xoş sözçün səsini xoşavaz elə. 
Könlünü şad elə sən o çəng ilə, 
Gəl nəvaziş eylə xoş ahəng ilə! 
 
Güldü ertəsi gün üfüq zəfərlə, 
Gecə vidalaşdı qızıl səhərlə. 
Səma çəmənində günəş gül açdı, 
Ay da balıq kimi sulara qaçdı. 
Öz qızıl təxtinə çıxdı İskəndər 
Belində gövhərlə bəzəkli kəmər. 
Yenə alimlərdən bir məclis qurdu, 
Əflatun hamıdan başda oturdu. 
Əsrarlı sazına şah qalıb heyran, 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə