Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə24/64
tarix19.07.2018
ölçüsü1,48 Mb.
#57345
1   ...   20   21   22   23   24   25   26   27   ...   64

               _______________  
Milli Kitabxana
  ________________ 
94 
 
Çalışıb nə əksən bu dünyada sən, 
Onun məhsulunu orda biçərsən. 
Burda bütün şeylər dəyişir hər an. 
Orda əbədidir hər şey, hər zaman. 
Yaradan çəkmişdir iki cür pərgar: 
Burda zəhmət çəkən orda əcr alar. 
Bura bir körpüdür, keçmək gərəkdir, 
Sel axıb dənizə töküləcəkdir. 
Dağlardan süzülüb axan hər bulaq 
Dənizə qovuşar axırda ancaq." 
Qoca hindli yenə soruşdu ondan: 
"Nədir bu bədənə həyat verən can? 
Onu atəş kimi zənn edirəm mən, 
Oddan bir şərarə almış hər bədən. 
Can da ölüb gedir, sönür atəştək
Buna şəkk-şübhə olmaya gərək?" 
Bu sözdən od tutdu sanki İskəndər, 
Saldı o hindliyə odlu bir nəzər, 
Dedi: "Əhrimənlik sənin şanındır, 
Oddan törənən can sənin canındır. 
Yoxsa bilmirsənmi, can etsə səfər, 
O yenə gəldiyi məkana dönər? 
Atəşdən olsaydı insanın canı. 
Cəhənnəm olardı onun məkanı. 
Deyirsən: can dəxi çıraqtək sönər. 
Qələtdir tamamən dediyin sözlər. 
Uca bir aləmdən gəlmiş bizə can, 
Yenə ora dönər, ölməz heç zaman! 
Canını tapşıran adam üçün, bil, 
"Can verdi" deyərlər, "can öldü" deyil. 
Əlbəttə, bu sözdə vardır həqiqət, 
"Verməklə" "ölməyin" fərqi var, əlbət. 
Keç ondan, o qüdsi bir işıqdır, pak. 
Allahın nurudur, nə sudur, nə xak!" 
Hindli bir söz atdı yenə ortaya, 
Soruşdu ondan ki: "Bəs nədir röya? 
İnsan yatan zaman yuxu görərkən 


               _______________  
Milli Kitabxana
  ________________ 
95 
 
Nədir xəyalına qol-qanad verən? 
Dağları, daşları gəzir röyada, 
Min cür sərgüzəştlər görür dünyada. 
Əgər orda isə röya görən kəs, 
Yerində sərilib yatan kimdir bəs?" 
Acıqla söylədi ona hökmüdar: 
"Röya bir xəyaldır, bədəndən doğar. 
Bütün röyaların kökü bədəndir, 
Yad deyil, hamısı bu bədəndəndir. 
Yuxuda gördüyün canlı, ya cansız, 
Sənin öz şamının odudur yalnız
142

Sənə öz düşüncən göstərir yuxu, 
Sənin öz arzundur onların çoxu. 
Bilmək istəsən ki, neçin arzular 
Yatmış bir adama görünür aşkar? 
Hər qeyddən asudə olanda xəyal, 
Ona gizlin qalmaz artıq heç bir hal. 
Riyazət çəkənlər, bilmirsən məgər, 
Ayıqkən ən gizlin sirləri bilər. 
O sirr ki, başqası görər röyada 
Onlar ayıq ikən görər dünyada." 
Hindli yenə şahdan sual elədi
Gövhəri almazla deşərək dedi:
143
 
"Pis gözdən sən uzaq olasan, ey şah, 
Gəl elə bir məni pis gözdən agah. 
Necə bir qüvvədir, söylə, bəd nəzər 
Ki, öz sevdiyini gözə gətirər? 
Təcrübə sahibi, müdrik bir insan 
Ondan daha pis şey görməyib, inan! 
Bəyənilən şeyi görsə xoşnəzər, 
Ona gözəl şeylər əlavə edər. 
Hər şeyi bəyənsə bədnəzər, ancaq 
Onu tələf edər, qoymaz qala sağ. 
Biz hansı peşəni etdiksə tədqiq. 
Görmədik bir sözü, əməli dəqiq. 
Bircə o bəd nəzər oxunu atan 
Dümdüz nişanəyə vurur hər zaman. 


               _______________  
Milli Kitabxana
  ________________ 
96 
 
De görək bir, nədir ondakı qüvvət, 
Neçin üzərriklə dəf olur afət? 
Nə bilim, birinə rast gəlsəm əgər, 
O qəlbitəmizdir, yoxsa bədnəzər?" 
Şah dedi: "Düşünüb alimlər incə. 
Bundan çıxarıblar belə nəticə: 
Şübhəsiz, hər şeyə düşərsə nəzər, 
Havadan keçərək eləyər əsər. 
Bu zaman havayla birləşir, yəqin, 
Odur ki, təsiri artır nəzərin. 
Dəydiyi nöqtəyə göz salar bir iz, 
Hava da o yerə bir yol tapar tez. 
Əgər sağlam olsa hava bu zaman, 
Dəydiyi şeylərə yetirməz ziyan. 
Yox, əgər olarsa havada zəhər, 
Dəydiyi hər şeyi yəqin məhv edər. 
Göz, dəyən hər şeyə tək özü deyil, 
Havayla birlikdə zərər verir, bil. 
Zənnimcə, burda bir başqa sirr də var. 
O hələ bizlərə deyildir aşkar: 
Bədnəzər tək özü eləməz təsir, 
Səbəbkar - qarşıda cilvələnəndir. 
Bədnəzər, önündə gözəl şey görcək
Ona nəzər salıb cəza verəcək. 
Gözəl şey olmalı ondan uzaqda, 
Yolundan gözündən daim iraqda. 
Gözünə görünsə bir gözəl surət, 
Əz çirkin işinə başlar o əlbət. 
Hər kim xoş görünsə gözünə onun 
Tez tələf edər ki, olmasın məftun. 
Birinə bəd nəzər dəyərsə əgər, 
Dəyişər əhvalı, tez-tez əsnəyər. 
Bədnəzər olarsa əgər bir insan 
Alnı hərarətdən tərlər çox zaman. 
Bu iki əlamət aydın göstərər: 
Kimdir gözə gələn, kimdir bədnəzər. 


               _______________  
Milli Kitabxana
  ________________ 
97 
 
Üzərrik yaxarlar göz dəyən üçün, 
Od yaxıb-yandırar dərdi büsbütün. 
Başqa alim isə belə şərh edir: 
Üzərrik yananda tüstüsü gedir
Qara pərdə kimi tutur havanı, 
Qaytarır, rəf edir gələn bəlanı." 
Rumipərəst hindli doymaq bilmədi. 
Öz hind qılıncını çəkərək dedi:
144
 
"Yaxşını, yamanı, deyin, nə təhər 
Verir qabaqcadan münəccim xəbər? 
Bir əməl ki, üzə çıxmayıb hələ, 
Xoşluğu, bədliyi gələrmi dilə?" 
Diqqətlə yetirib hindliyə nəzər 
Ilahi kəlamla dedi İskəndər: 
"Dünyada nə varsa - yaman və yaxşı. 
Göylərin tağına çəkilib naxşı. 
Münəccim rəmlini atdığı zaman, 
Taleyin naxşını oxuyur ordan. 
Zəmiyə səpilmiş toxumun bir-bir 
Necə bitməsini bilir, bildirir. 
Bizə üz verəndə bir gün ehtiyac, 
Eldir dərdimizə yaradan əlac. 
Baxıb arzumuza, istəyimizə, 
Açır qədərincə sirləri bizə, 
Göndərir bir mələk, əlində açar, 
Edir gizli sirri bizlərə aşkar." 
Hindli bu şərabdan məst olub qaldı
145

Nəhayət, qılıncı əlindən saldı. 
Sordu ki: "Zənciylə çinli nə sayaq 
Biri qara olmuş, o birisi ağ? 
Bu küpdə olan rəng yalnız bircədir
146

Bəs bu ikiliyin səbəbi nədir?" 
Şah dedi: "Hərlənən bu kürə, əslən 
Özü ikirəngdir, birrəng bilmə sən. 
Güzgütək iki üz vardır günəşdə, 
Bir üzü Çindədir, biri Həbəşdə. 
Bir üzü eləyər üzü aypara, 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə