Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə32/64
tarix19.07.2018
ölçüsü1,48 Mb.
#57345
1   ...   28   29   30   31   32   33   34   35   ...   64

               _______________  
Milli Kitabxana
  ________________ 
126 
 
Alim əməl etdi uca fərmana, 
Dürlər çıxarmaqçün daldı ümmana
186

Gümüştək kağıza qara xətt ilə 
Zəkanın hökmünü nəqş etdi belə: 
"Nəqqaş hansı nəqşə başlasa, gərək 
Allahın adına vursun ilk bəzək. 
Hamıya köməkdir böyük yaradan, 
Onun möhtacıdır bütün bu cahan."  
Allahın mədhini yetirib sona, 
Bağladı sözünü şahın adına: 
"Ey şah, bu örtülü quyuya, gəl, sən 
Girmə əqlin, huşun əmr vermədən. 
Sən ki, bol gövhərdən yoğurulubsan. 
Həyat oyuncaqtək gəlməsin asan! 
Bu başdan edirəm səni xəbərdar, 
Gücünə güvənmə, yolda pələng var! 
Döyüşdə, şənlikdə, - hər yerdə olsan, 
Heç zaman ayrılma yaxşı dostlardan. 
Əyləncə, eyş-işrət bəzminə düşsən, 
Işvəli bir dilbər seç özünə sən. 
Məclisdə qüssədən, qəmdən uzaq ol
Həmişə kefi kök, damağı çağ ol. 
Siyasət məclisi qurulsa fəqət, 
Orda hər yetənə sən vermə fürsət. 
Yanında hərzə söz danışmasınlar, 
Səni də hörmətdən salmasın onlar. 
Yeməyi heç yemə dəniz kimi tək, 
Yediyin olmasın acı, dəniztək
187

Bulaq ol, çox olsun gəlib içənin, 
Dursun qulluğunda kuzələr sənin! 
Xörəyi evində gizlətsən, əlbət, 
Ondan yetmiş evi basar üfunət. 
Vaxtında evindən çıxarsan əgər, 
Qapına müşktək ətir səpilər
188

Nə qədər açmayıb hələ bənövşə, 
Qönçəsi pis qoxu verər həmişə. 
Saçları açılıb dağılan zaman 


               _______________  
Milli Kitabxana
  ________________ 
127 
 
Müşk-ənbər qoxusu yayılar ondan. 
Acgöz olma, sənin deyil bu saray
Yalnız bir çörəkdir alacağın pay. 
Tək bircə fətirə gəl qane ol sən, 
Düşün, günəşdən ki, artıq deyilsən
189

Allahlıq edərsən nəfsi saxlasan, 
Acgözdür öküzlə eşşək hər zaman. 
Kimin km, yeməkdə heyvan nəfsi var. 
Heyvan sifətində qəbirdən çıxar. 
Qiyamət gələndə, əldə tərəzi, 
Öküztək, eşşəktək baxar hərəsi. 
Insan sağlam olar az-az yeməkdən, 
Uzun ömr eləməz əsla çoxyeyən. 
Həddindən ziyadə yesə bir insan, 
Gəyirər, pis qoxu gələr ağzından. 
Aslantək sən də az yeməyə alış, 
Çünki qorxaq olar çox yeyən camış. 
Dartıb sürüyərlər tənbəl eşşəyi, 
Çünki ölçüsüzdür yeyib içməyi. 
Buludtək damcıyla su al dənizdən
Verəndə bol-bol ver, səxavətlə sən. 
Suçu tuluğundan tez-tez su paylar, 
Tuluq gah boşalar, gah da ki, dolar. 
Yağlıdan, yavandan elə ye ki, sən 
Onu asanlıqla həzmə verəsən. 
Saxla əndazəni qədərlə, sayla, 
Bir az ye, bir az yığ, bir az da payla! 
Bu cür yeyib, yığıb paylasan əgər, 
Sənə bu dünyada xoşbəxt deyərlər. 
Yeməkdə əsasdır cana nuş olmaq, 
Onun dadına yox, faydasına bax! 
Sirkəni yeyəndə süddən et həzər, 
Sirkəylə süd içmək azar törədər. 
Uyma eyş-işrətə həddindən artıq, 
Yola tədarük gör, bir səfərə çıx!.. 
Bu nə tənbəllikdir? Giriş bir işə, 
Bekarlıq insanı sıxar həmişə! 


               _______________  
Milli Kitabxana
  ________________ 
128 
 
Özgənin əliylə qazdırma mədən, 
Özün bir əl tərpət, əgər dirisən. 
Əl-ayaq qulundur, işlətsən, yəqin, 
Çıxmazlar heç zaman əmrindən sənin. 
Minlərlə xidmətçin olsa da, hökmən, 
Özün əl-qolunu heç qoyma işdən. 
Sənin əl-ayağın səlamətdirsə, 
Onların işini xadimlər görsə, 
Bunlar da əlindən çıxsa bir zaman, 
Sən əlsiz, ayaqsız qalmış olarsan! 
Şirinsə birinin dili, söhbəti, 
Başqa şey istəmə, bəsdir ülfəti! 
Köməyi dəyməyən şirindil insan 
Yaxşıdır acıdil əltutanlardan. 
Daim şirin dillə yaxşılıq elə, 
Nə fayda eləsən acı dil ilə? 
Həyalı söz danış, öyrənib səndən 
Həyalı danışsın səni dinləyən. 
Ağıllı bir işdir yumşaq danışmaq, 
Kobudluq axmağa yaraşar ancaq! 
Söz özü nə qədər gözəl olsa da, 
Onu gözəllikdən salar pis əda! 
Sükut çox yaxşıdır pis danışmaqdan, 
Sükutdan olmayıb heç kəs peşiman. 
Hər kim qol qoyarsa nalayiq işə, 
Dünyada xar olar özü həmişə. 
Bir şeyi tapmasan, çalış, səbr elə, 
Aldat sən özünü bir ümid ilə! 
Yeməkdən yaxşıdır ümid min kərə, 
Ümidlə, vədəylə bəslənər zirə. 
Quraqlıq olanda, bilmirsən bunu, 
Zirəyə verərlər zirə suyunu?
190
 
Zirə öz suyuyla yaşayar ancaq, 
Dolan qismətinlə sən də o sayaq. 
Bulud çiskinindən yatarsa güllər, 
Yağış şiddətlənsə, aparar sellər. 
Zalimə heç zaman eləmə kömək


               _______________  
Milli Kitabxana
  ________________ 
129 
 
Bir gün sorğu-sual günü gələcək! 
Çox da qoşun çəkib susama qana, 
Bu, bir kündə olar öz ayağına. 
Bu qədər baş kəsib atmaqdan usan, 
Bu topla nə qədər oynayacaqsan? 
Sənin buludunda çox göz yaşı var, 
Daim qılncından nahaq qan axar. 
Qorx ki, boyun vuran qılıncın bir gün  
Vurar öz boynunu nahaq qan üçün. 
Elə sür kəcavə çəkən dəvəni, 
Filin ayağına salmasın səni
191

Bir gör nə qədər qan tökübsən hədər, 
Başlar kəsdiribsən nahaq, nə qədər
Nə qədər ölkələr edibsən xərab, 
Sorsalar, nolacaq verdiyin cavab? 
Güllərə dağ çəkmək olmasın peşən, 
Yetirməz onları bir də bu gülşən. 
Bu harın göy atdan daim et həzər, 
O bir əjdahadır, gəlinə bənzər
192

Qəlbi ülfətsizdir, köksü boşluqdur, 
Özünün özündən xəbəri yoxdur. 
Bağla torpaq kimi dinclik kəməri
193

Qoy fələk tələssin, sən asta yeri! 
Şahsan, şahin kimi iti uçma sən, 
Şiri-pər kimi ol, vüqarlı tərpən! 
Iti düşüncənin cilovunu çək
Meşə yollarında çoxdur daş-kəsək. 
Dərdə əlac etmək istəsən əgər, 
Ləngiyib vaxtını eyləmə hədər. 
Günahsızla dava fikrinə düşsən, 
Səbr elə, bu işdə tələsmə heç sən. 
Canini, oğrunu bağışlama heç, 
Başqa təqsirlərdən, günahlardan keç! 
Çəkin aşnalıqdan hər bir alçaqla, 
Onları özündən uzaqda saxla, 
Şah əgər xalq ilə etsə ədavət, 
Ağ olar üzünə xalq da, nəhayət! 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə