Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə34/64
tarix19.07.2018
ölçüsü1,48 Mb.
#57345
1   ...   30   31   32   33   34   35   36   37   ...   64

               _______________  
Milli Kitabxana
  ________________ 
134 
 
Tərk edib sitayiş yolunu hakim, 
Bütün din əhlinə zülm edir daim. 
Başını dik tutub, tökür nahaq qan, 
Çoxunun başını kəsib nahaqdan. 
Hamımız qorxuruq o əhriməndən, 
Divlər qənimisən, dadə yetiş sən!" 
İskəndər onları belə görəntək, 
O göz yaşlarına rəhm eləyərək, 
Əsla incimədi fəryadlarından. 
Çatdı məzlumların dadına o an. 
Dinləyib onların ah-fəryadını, 
Beytülmüqəddəsə sürdü atını. 
Dünyanı hasardan qurtarsın deyə, 
Beytülmüqəddəsdən başladı səyə. 
Orda qoymamaqçün fitnədən əsər 
Rumdan düz Məqdəsə gəldi İskəndər. 
Bu vaxt hər tərəfdən - dağdan, dərədən 
Ədalət səsini eşidib düşmən, 
Tədarük görərək döyüşə çıxdı, 
Bilmirdi ki, şahın bəxti açıqdı. 
İskəndər vuraraq ona şəbxunu, 
Yolkəsən ağzının kəsdi yolunu. 
Onu zalim görüb, qanını tökdü, 
Qüdsün qapısında çarmıxa çəkdi. 
Carçılar bir neçə müddət çəkib car, 
Elədiyi zülmü bir-bir saydılar, 
Dedilər: "Bu evə zülm etsə hər kəs, 
Belə aqibətdən qurtara bilməz!" 
Pak evi napakdan azad eylədi, 
Şadlıq sevənləri o şad eylədi. 
O dinclik məkanı asudə oldu, 
Nakəsin torpağı göyə sovruldu. 
Zalimin zülmünü şah məhv elədi, 
Müti olanlara verdi məbədi. 
Beytülmüqəddəsi nizama saldı, 
Sonra da Məğribə tərəf yol aldı. 
Çəkdi Əfrəncəyə qoşunu ordan, 


               _______________  
Milli Kitabxana
  ________________ 
135 
 
Sonra Əndülüsə oldu o rəvan. 
Həm dəvət edərkən, həm hökm edərkən 
Əql ilə, ədl ilə iş gördüyündən, 
Müdrik bir hökmdar görərək onu, 
Hamı qəbul etdi doğru yolunu. 
Hamını düz dinə elədi dəvət,  
Tikdirdi hər yerdə bir yeni məbəd, 
Yenidən qoşunla yola çıxaraq 
Dünyanı tutmaqçün ucaltdı bayraq. 
Sürətlə keçirdi dağdan, dərədən, 
Çəmənlik görəndə salırdı məskən. 
Dincəlib bir qədər, oldumu aram
Yenidən edirdi yoluna davam. 
O keçdi çölləri sahilə qədər. 
Yetişib dənizə saldı gəmilər. 
Üç ay gecə-gündüz üzdü dənizlə, 
Ancaq dənizdə ov keçmədi ələ. 
Sürətlə gedirdi Məğribə sarı 
Yanında qoşunu və yoldaşları. 
Keçirdi bir yerdən o başqa yerə, 
Insan yaşamayan cəzirələrə. 
Çıxdı qarşısına minlərcə insan, 
Cürbəcür canlılar, cürbəcür heyvan, 
Ancaq heç yaxın da gəlməyib ona, 
Qaçıb dağıldılar hərə bir yana. 
Bir xeyli yol gedib İskəndər yenə, 
Enişdən qalxdı bir geniş düzənə. 
Bu çölün sapsarı qumları vardı, 
Yerindən sarı gil tozu qalxardı. 
O qumun üstündə atlar çaparkən 
Həmişə od-alov qopurdu yerdən. 
Başqaymış torpağın tərkibi yəqin
İçində kükürd də varmış o yerin. 
Bir ay o çöllərdə etdilər səfər, 
Nəhayət, ordan da ötüb keçdilər. 
Çöllər qurtaranda, gördü uzaqdan 
İskəndər önündə əngin bir ümman. 


               _______________  
Milli Kitabxana
  ________________ 
136 
 
Yunanlar Okyanos deyərdi ona
202

Qəribə gəlirdi dəniz insana. 
Dəhşətlə döyürdü ətrafı dalğa, 
Yol yoxdu keçməyə burdan uzağa. 
Günəş batan zaman bütün dünyada, 
Yenə görünürdü həmin dəryada. 
Atəşpərəst kimi güdürdü odu, 
Odu heç gözündən iraq qoymurdu. 
Fələk də heç gecə-gündüz bilmədən 
Ona nur saçırdı odlu çeşmədən. 
Qürubu dəryada seyr edən zaman 
Sanırıq çeşmədə gün olur nihan. 
Sanki odlu çeşmə axır dənizə, 
Şəfəqli yol kimi görünür bizə. 
Axıb çuxurları doldursa sular, 
Böyüyə-böyüyə bir dərya olar. 
Müəyyəb adlanar çuxura dolsa, 
Müəlləq deyilər yer üstə olsa
203

Baxsaq Mühit adlı böyük dənizə, 
Suları müəlləq görünər bizə. 
Su qalxıb oyanar günəş batanda, 
Günəş də boylanar sular yatanda. 
Ucalan günəş də ordan keçərək 
Dəniz rənglərindən bürünər ipək. 
Günəş endirərsə zirvədən bayraq, 
Dalğalar ardında görünər ancaq. 
Örtüyə bürünər bir az gedərək, 
Çünki yer altından keçsə o gərək
204

Bilik belə verir bunu nəzərə, 
Başqa rəhbər də var yol bilənlərə. 
Şah isti görəndə dəniz suyunu, 
Çox dərin bir heyrət götürdü onu. 
Alimdən soruşdu: "Deyin, bu nədir? 
Kimdir gözətçisi, bu nə çeşmədir?" 
Alim cavab verdi: "Həmin isti su 
Çoxunun abrını tökmüş, doğrusu
205

Çox olub bu sirri açmağa həvəs. 


               _______________  
Milli Kitabxana
  ________________ 
137 
 
Kələfin ucunu tapmayıb heç kəs. 
Çoxundan bu sirri soruşmuşam mən. 
Olmayıb bir doğru cavab söyləyən. 
Günəşin seyrini, hərə birtəhər, 
Mərkəzdə, ya yerin altında bilər. 
Kim bilir, günəş, Ay bu cilvəgahdan 
Keçib sonra harda sürürlər dövran?.." 
İskəndər kənarda bir az dincəldi
Sonra yavaş-yavaş sahilə gəldi. 
Civətək ağırdı o dənizdə su, 
Kəsmişdi yolları bulud ordusu. 
Gəmi belə suda üzməzdi asan, 
Müşküldür yol getmək rəhbər olmadan. 
Soruşdu şah sirri bələdçilərdən: 
"Bu yola nə tədbir görməliyəm mən? 
Salaq biz gəmini suya nə sayaq? 
Yüklə o sahilə mümkünmü çıxmaq?" 
Məsləhət görmədi o yolbilənlər, 
Dedilər: "Yaramaz bu yerdən səfər. 
Olsa yüz bələdçi, yenə də heç kəs 
Gəmini bu sudan çıxara bilməz. 
Vardır civə rəngli bu qorxunc suda 
Qəssasə deyilən bir əjdaha da
206

Mağaradan çıxan qara tüstütək 
Görünər heybətlə hərdən o nəhəng. 
Elə dəhşət saçar o qorxunc heyvan, 
Uzaqdan görərsə əgər bir insan, 
Vahimə içində quruyub ölər... 
Kim olar bu qorxunc yollara rəhbər? 
Hələ bundan betər: burdan baxanda 
Işıqlı bir sahil vardır o yanda. 
Rəngbərəng daşlarla doludur hər yan: 
Qapqara, sapsarı, gömgöy, al-əlvan! 
Hərəsi bir-iki batman qədərdir, 
Qızıl sürmə daşlar sanki gövhərdir. 
O əlvan daşları görəndə insan 
Sevinər fərəhdən, gülər şadlıqdan. 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə