Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə42/64
tarix19.07.2018
ölçüsü1,48 Mb.
#57345
1   ...   38   39   40   41   42   43   44   45   ...   64

               _______________  
Milli Kitabxana
  ________________ 
166 
 
Ölüm ayağıdır indisə bura, 
Yağışdan qurtarıb düşdük yağmura. 
Bu dağ qılıncından xilas olaq biz, 
Quruyla getməkdir ancaq çarəmiz. 
O yanda Qeysura gedən bir yol var. 
Ordan Çinə sarı uzanır yollar, 
Quru yol olsa da nə qədər uzaq, 
Dənizlə getməkdən yaxşıdır ancaq."  
Söylədi İskəndər orda bir məsəl: 
"Uzaqlıq eyb etməz, sağ-salamat gəl!" 
Sonra tələb etdi o, alimdən də: 
"Müdrik bir insansan, fikir de sən də
Qüdrətli əqlindən işıq saçılsın, 
Gəmiyə qurtuluş yolu açılsın!" 
Alim söylədi ki: "Bu yolda müdam 
Mən şahın bəxtini rəhbər tutmuşam. 
Şah əgər qalarsa burda bir qədər, 
Mən qaya üstündə tilsim düzəldər, 
Sonra da bir günbəz tikərəm ona, 
Bir təbil asaram onun boynuna. 
Günbəzin içində durub bir nəfər 
Təbili şiddətlə döyərsə əgər, 
Gəmi burulğandan çıxar səlamət, 
Əvvəlki qaydayla yol gedər rahət!" 
Şaha çox qəribə gəldi bu oyun
Istədi fikrini öyrənsin onun. 
Alimə buyurdu fikrində nə var, 
Yerinə yetirib eləsin aşkar. 
Hər nə lazım isə həmin iş üçün 
Verildi alimə o şeylər bütün. 
Hünərli alim də durmadan bir dəm 
O çətin iş üçün çalışdı möhkəm. 
Sarp daşdan bir günbəz tikdi çox yüksək. 
Ona əfsunlarla vurdu min bəzək. 
Misdən bir tilsim də elədi bina, 
Asdı bir mis təbil onun boynuna. 
Şaha söylədi ki: "Günbəz hazırdır, 


               _______________  
Milli Kitabxana
  ________________ 
167 
 
Onun tilsimi də, təbli də vardır! 
Indi burulğana gəmini salsan, 
Salamat çıxacaq o təbli çalsan!" 
Mahir gəmiçiyə şah verdi fərman
Sürsün gəmisini ora qorxmadan. 
Gəmi burulğana daxil olantək, 
Coşaraq hərləndi bir burulğantək. 
Təbil ağacını şah alıb ələ,  
Yoxlamaq istəyib, endirdi təblə. 
Elə bir dəhşətlə gurladı təbil, 
Sanki qanad çaldı göydə Cəbrail. 
Gəmi də girdabda qalmayıb bir an, 
Tez çıxıb qurtuldu o burulğandan. 
Bu sirli hikmətə çox sevinərək, 
Şahın üzü güldü yaz günəşitək. 
Xilaskar alimə, şad olsun deyə, 
Çoxlu mal-xəzinə etdi hədiyyə. 
Başqa bir katib də xəritələrdən 
Yoxlayıb, danışır həmin o yerdən: 
"Babil tərəfdədir həmin burulğan..." 
Çətindir iki rəy söylənən zaman. 
Iki çay bir yerə tökülsə əgər, 
Səsi nəğmə kimi qulağa gələr. 
Bunu bir alimdən sual elədim: 
"Bu təblin səsində nə sirr var?" dedim. 
Heyətşünas alim öz biliyilə 
Dəlillər gətirib, şərh etdi belə: 
"Gəmi burulğana çatdığı zaman 
Heybətli bir balıq suyun altından 
Bir dairə üzrə daim dövr edir, 
Ağır gəmiləri suda hərlədir. 
Gəmilər hərlənir dağılanadək, 
Qərq olub batanı udur o nəhəng. 
Gurlayanda təbil - o qurd dərisi, 
Yetişir balığa sehirli səsi. 
Balığı sarsıdır bu müdhiş nərə, 
Baş vurub o qaçır dərinliklərə. 


               _______________  
Milli Kitabxana
  ________________ 
168 
 
O balıq qaçanda suları yarır, 
Ardınca gəmini çəkib aparır. 
Çıxır burulğandan gəmi bu sayaq, 
Allah özü bilir düzünü ancaq!" 
Tilsimin sirrini bilib hökmüdar, 
Dənizə çıxmağa verdi tez qərar. 
O dağda dayanmaq istəməyərək
Tələsik sahilə gəldi sevincək. 
Gecənin hindusu bu göy çadırdan 
Yeddi rud boyunca ip çəkən zaman
221
 
O qorxunc sahildə xof etməyərək, 
Ip üstə oynadı şah bir hindlitək
222

Ancaq bilmirdi ki, o təbli çalan 
Adamı nə sayaq götürsün ordan. 
Yenə kömək oldu bu işdə allah
Heç kəsi qoymadı qalsın orda şah. 
Özgənin gözünə dərman eyləyən 
Özünə istərmi dərman özgədən? 
Kafur həbbi atar çox qızdırmalı, 
Bunsuz yaxşılaşar təbibin halı. 
Başqa dərdlilərə kim etsə dərman 
Özü sağ-salamat olar hər zaman. 
Hünərli gəmiçi cəld tərpənərək, 
Atıldı gəmiyə sanki bir nəhəng. 
Yelkənin ipini açdı bəndlərdən, 
Dora altdan-üstdən bənd idi yelkən. 
Yelkəni qaydayla açıb yüksəltdi, 
Gəldiyi yollarla qayıdıb getdi. 
Qara su üstüylə gəmiylə keçdi, 
Əvvəlki sahilə gəlib yetişdi. 
Hamı əqlə gəlməz bir sevinc ilə 
Çıxdı sağ-səlamət həmin sahilə. 
İskəndər dəhşətlə dolu o yoldan 
Qayıdıb sahilə çıxdığı zaman 
Çəkdiyi əzabdan artıq dincəldi, 
Dərd-qəmi unudub özünə gəldi. 
O, xeyli qul, dustaq eylədi azad, 


               _______________  
Milli Kitabxana
  ________________ 
169 
 
Allaha şükr etdi, qəlbi oldu şad. 
Çatanda bu xəbər Çin xaqanına 
Gəldi gülər üzlə şahın yanına. 
Allaha sidq ilə şükr edib yenə. 
Səpdi ayağına bol-bol xəzinə. 
Onu nəvazişlə qucaqladı şah, 
Başına gələndən elədi agah. 
Danışdı dəhşətli dəniz selindən,  
Qurduğu tilsimin nicat əlindən. 
Dənizdə yolunu azdığı zaman 
Dəstənin düşdüyü o burulğandan. 
Qaçdıqları dağdan, xilas təblindən... 
Nəql etdi hər şeyi ona tamamən. 
Bütün əhvalatı xaqan dinlədi, 
Şahın iqbalına mədhlər dedi: 
"Şahların şahına tanrı yar oldu, 
Bu xanlar xanı da bəxtiyar oldu. 
Buraya gəlməkdə sirr varmış yəqin, 
Fələk qüdrətini bilirmiş sənin! 
Qarşına yaxşı da çıxsa, yaman da, 
Yaxşı bax, bir məqsəd gizlənib onda... 
Bu üstüörtülü sirləri isə 
Görməz huş sahibi olmayan kimsə. 
Ora getməsəydi hökmüdar əgər, 
Necə düzələrdi bütün bu işlər? 
Əlimə müşküllər açır bu cahan, 
Cahanda əbədi qərar tutasan!" 
İskəndər dincəlib orda yeddi gün 
Yolun əzabını unutdu bütün. 
Dünya səfərini yad edib yenə 
Keçmişi almadı əsla vecinə. 
Ucaldı o gecə yenə köç səsi, 
Yollandı qoşunun önçü dəstəsi. 
Qlavuz birinci düşdü qabağa
223

Nallar naxış vurdu daşa, torpağa. 
Gövhərlə bəzənmiş əlvan bayraqlar 
Çölləri bahartək etdi laləzar. 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə