Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə41/64
tarix19.07.2018
ölçüsü1,48 Mb.
#57345
1   ...   37   38   39   40   41   42   43   44   ...   64

               _______________  
Milli Kitabxana
  ________________ 
162 
 
Başlandı bu sayaq Məşriqə səfər, 
Yolda saf qızıllar sərf edirdilər. 
Sonrasa Cənuba dönüb yenə də, 
Çoxlu ov etdilər yol gedə-gedə. 
Belə yol getdilər onlar düz qırx gün, 
Bir yer tapmadılar dincəlmək üçün. 
Göy su kənarına çatdıqda onlar, 
Enərək sahildə tutdular qərar.  
Ordaca yığılıb məclis quraraq, 
Yenə ucaltdılar göylərə bayraq. 
Orda eşitdilər bir xoş hekayət. 
O sahil haqqında xoş bir rəvayət: 
"Günüzlü, ayüzlü pərilər gecə 
Çıxırlar dəstəylə ora gizlicə, 
Ucadan oxuyub dadlı nəğmələr, 
Çalıb oynayırlar səhərə qədər. 
O qədər lətifdir, incədir o səs, 
Huşunu itirər eşitsə hər kəs. 
Beytlər yayılır bəhrdən çölə, 
Heç kəs bu bəhrdə yazmayıb hələ
217

Dağın ətəyində bir neçə saat 
Hər gecə qururlar pərilər büsat. 
Sübhün nəfəsini onlar duyanda 
Batırlar qapqara suya bir anda..." 
Şah bunu eşidib belə buyurdu, 
Iki mil uzağa çəkilsin ordu. 
Müşktək ətirli bir gecə, göydən 
Ulduzlar gövhərtək nur səpələrkən 
Şahın əmri ilə bir gəmi gəldi, 
Şah burdan qoşunsuz yola düzəldi. 
Sahildə bir xeymə qurdu o sultan, 
Gövhər nur saçmağa başladı sudan. 
Göründü pərilər, elə bu zaman 
Gün bayraq qaldırdı sanki dəryadan. 
Saçlar ağ əndama səpələnibdir, 
Sanki gümüş üstə müşk ələnibdir. 
Təranə oxuyur şövq ilə onlar, 


               _______________  
Milli Kitabxana
  ________________ 
163 
 
Hər səsdə, nəğmədə başqa ahəng var. 
İskəndər eşidib o xoş səsləri, 
Qanı cuşə gəldi, yandı ciyəri. 
Bu həzin nəvadan ağladı bir az, 
Sonra gülüb dedi: ağlamaq olmaz. 
Bir səsdən gülə, həm ağlaya insan, 
Onun qüdrətinə olmazmı heyran? 
Şah bütün bunları seyr edib, yenə 
Sahildən qayıtdı öz məskəninə. 
Bəzədi göyləri ağ Çin ipəyi
Yer açdı üzündən qara örpəyi
218

Dedi gəmiçiyə böyük hökmüdar: 
"Tez ol, bu dənizə bir gəmi çıxar. 
Dalğalı suları seyr eləyim bir, 
Var bu pərdələrdə ilahi bir sirr. 
Bu iş qorxuludur, anlayıram mən, 
Ancaq əl çəkmərəm öz niyyətimdən. 
Bunu bir aqildən soruşsan əgər, 
Fələk sövq eləyib bu işə, - deyər." 
Gəmiçi dinlədi şahın əmrini, 
Sahildən dənizə saldı gəmini. 
Şah minib gəmiyə gedəndə ordan 
Sahildə müntəzir dayandı xaqan. 
Ona tapşırdı ki: "Mən qayıtmamış 
Tərpənmə yerindən əsla bir qarış! 
Geri döndərmərəm əsla yelkəni, 
Bəlkə də əcəldir aparan məni... 
Sağ dönsəm, çıxaram xəcalətindən, 
Dönməsəm, işlərə əncam çəkərsən!" 
Deyib, göz yaşını axıtdı seltək, 
Yerdə qalanlara vida edərək
Sürdü gəmisini Çin dənizinə. 
Kim görüb ki, dəniz gəmiyə minə!
219
 
Yoldaşlarından da bir neçə nəfər 
Götürdü, birlikdə etdilər səfər. 
O Isa nəfəsli ustadlardan da 
Bircə Bəlinasdı onun yanında... 


               _______________  
Milli Kitabxana
  ________________ 
164 
 
Çəkildi sahildən ənginliklərə 
Sahil görünməyən uzaq bir yerə. 
Dəniz dünyasında bir dünya getdi
220

Hünəri, şöhrəti dünyaya yetdi. 
Bir xeyli yol getdi dənizdə gəmi, 
Axıntı başladı birdən sel kimi. 
Axırdı Mühitə dəniz bu yerdən
Axırdı, axırdı geri dönmədən. 
Mahir dənizçilər düşüb heyrətə, 
Bu qorxunc sularda gəlib dəhşətə, 
Axır rəhnümədən öyrənib sirri, 
Gördülər ki, gərək dönsünlər geri. 
Bu zaman uzaqda nurtək parlayan 
Kiçik bir cəzirə göründü əyan. 
Mühitin selindən qorxaraq onlar 
Həmin cəzirədə tutdular qərar. 
Bir qoca gəmiçi gələrək dilə 
Müdrik padişaha söylədi belə: 
"Çatmışıq ən qorxunc, çətin bir yerə
Bura son mənzildir rəhnüma üzrə. 
Gəl, inad eləmə, dəniz suları 
Burdan axıb gedir Mühitə sarı. 
Əgər bir mənzil də o yana getsək. 
Daha mümkün olmaz geriyə dönmək!.." 
İskəndər bunları eşidən zaman 
Gördü qorxuludur bu yer, doğrudan. 
Əmr etdi, burda bir tilsim düzəlsin, 
Əliylə işarə eyləyə bilsin. 
Görənlər bilsin ki, yol yoxdur burdan, 
O yana keçməyib hələ bir insan. 
O yerdə misdən bir tilsim tökərək. 
Onu qaldırdılar adada yüksək. 
Gəmilər gələndə bura uzaqdan, 
Tilsim suyu verib əliylə nişan, 
Bildirsin ki, burdan keçməyib heç kəs. 
Kimsə cəhd etməsin o yana əbəs! 
Şahın buyruğundan olub xəbərdar, 


               _______________  
Milli Kitabxana
  ________________ 
165 
 
Bu yoldan geriyə qayıtsın onlar. 
Tilsimə bir daha nəzər saldı şah, 
Duydu ki, bu sirri buyurmuş allah. 
Alimə dedi ki: "Çəkilən zəhmət 
Bu işin xatiri üçünmüş, əlbət! 
Bu tilsim üstündə, buna sal nəzər, 
Məni bu dənizin Xızrı etdilər." 
Allahın əmrilə qadir hökmüran 
Salamat qayıtdı o gur axından. 
Dənizdə on gün də etdilər səfər, 
Yol azdıqlarını sonra bildilər. 
Uca bir dağ gördü onlar uzaqdan, 
Önündə yol kəsən qorxunc burulğan. 
Bir gəmi girdaba düşsəydi əgər
Hərlənib qalardı hey uzun illər. 
Sınıb dağılardı orda, nəhayət, 
Ordan çıxmamışdı kimsə səlamət. 
O mahir gəmiçi ora yetişcək 
Xətt çəkdi gəmiylə suda pərgartək. 
Bir dağ ətəyində saldı lövbəri, 
Çıxardı sahilə sərnişinləri. 
Baxıb burulğana, xəyala daldı, 
Arvad-uşağını yadına saldı. 
Şah sordu: "Nə var ki, qəmgin durubsan? 
Üzübsən əlini sanki dünyadan." 
Gəmiçi bilirdi iş nə yerdədir, 
Bunları şaha da danışdı bir-bir: 
"Gəmini bu yerə sürərsə hər kəs 
Bu qorxunc girdabdan qurtara bilməz! 
"Şir ağzı" deyərlər bu burulğana, 
Çünki şir ağzıtək hərisdir qana. 
Doğrudur, çox qorxu çəkdik biz müdam, 
Ancaq bu təhlükə başqadır tamam. 
Bu ona bənzər ki, qızdıra xəstə, 
Bir yara da çıxa yaranın üstə. 
Qorxuyla keçdiksə o yolu əgər, 
Öndəydi təhlükə, öndəydi xətər. 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə