Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə33/64
tarix19.07.2018
ölçüsü1,48 Mb.
#57345
1   ...   29   30   31   32   33   34   35   36   ...   64

               _______________  
Milli Kitabxana
  ________________ 
130 
 
Etmə tabəənlə çox yumşaq rəftar, 
Məlumdur almazı qalay sındırar. 
Heç salma altına özgə kilimi, 
Öz dərin üstündə yat aslan kimi! 
Özündən özünə baramaqurdu 
Həm kəfən toxudu, həm də ev qurdu. 
Məhrəm olmayandan gözlə özünü, 
Dinləmə onların əsla sözünü.  
Ömrünü ah-vayla vermə sən bada, 
Acizlər ah-vayla yaşar dünyada. 
Bu cürə sözlərim çoxdur, ancaq mən, 
Demirəm: tapılmaz məndən çox bilən, 
Sən özün göylərdən ilham alansan
Bundan çox söyləsəm, gətirər ziyan. 
Sözlərim itisə mənim qılınctək, 
Incimə, adətdir qılıncda kəsmək. 
Əlində bu iti qılınc ilə şah 
Hara qoşun çəksə, basar inşallah!" 
Dürlə dolub sandıq tamamə yetdi, 
Bunu da bəyənib şah qəbul etdi. 
 
 
İSKƏNDƏRİN PEYĞƏMBƏRLİK 
SƏFƏRİNƏ ÇIXMASI 
 
Yuxudan duraraq bir səhər erkən, 
Üzümü günəştək alışdırdım mən. 
Sözümün təxtini göyə ucaltdım, 
Qəlbimdən atəşə üzərrik atdım. 
Mən "Xosrovnamə"ni yazmaqçün rəvan
194

Bu qoca sərvimi elədim cavan. 
Qaldırdım möhrü söz xəzinəsindən
Orda deşilməmiş dürr qoymadım mən. 
Qələmim o qədər saçdı ki, gövhər, 
Heç gövhər qalmadı, boşaldı göylər. 
Bu zaman bir gözəl içəri girdi, 
Qılınc kimi parlaq bir güzgü verdi. 


               _______________  
Milli Kitabxana
  ________________ 
131 
 
Dedi: "Bu güzgüdə bir bax üzünə, 
Çox da məftun olma özün özünə." 
Bu parlaq güzgüyə dikdim gözümü, 
Gördüm surətimi, gördüm özümü: 
Baxanda güzgüdə - o yaşıl bağda 
Ağqanad bir qarğa gördüm budaqda. 
Yuxudan məhrumdu o nərgiz gözlər,  
Sərvimdə görmədim gənclikdən əsər. 
Bənövşə üstünü basmış yasəmən, 
Əz qızıl gülümü solğun gördüm mən
195

Sikkəni bu qədər sürtülmüş görcək
196

Süstləşdim, heyrətdən çırpındı ürək. 
Hanı o ayaq ki, quş edə məni, 
Hanı əl, dəyişə köhnə nəqşəni. 
Xəcalət çəkərək solğun rəngimdən, 
Başladım nəvaya öz ahəngimdən. 
Qorxdum vaxtsız əcəl üstümü ala, 
Çəkdiyim bu naxış natamam qala. 
Yuxu göz mülkünü tutana qədər 
Dedim ki, bu evi tikim birtəhər. 
Bəlkə bir yatağa yetişə əlim, 
Ola son mənzilim, axır mənzilim... 
 
Dövrandan baxəbər bir alim yenə 
Başladı keçmişin bu cür şərhinə: 
"Allahın hökmüylə böyük İskəndər 
Vəhy alıb, elə ki, oldu peyğəmbər, 
Dövlət divanından pozdu adını, 
Zəhmət divanına yazdı adını
197

Əmr etdi bacını Rum ilə Rusun 
Yazsınlar adına İskəndərusun. 
Getmədən tərk etdi təxti oğluna, 
Tapşırdı anası göz olsun ona! 
Vəsiyyət etməkçün gələrək dilə, 
Əziz anasına söylədi belə: 
"Gedirəm, bu xalqla et yaxşı rəftar, 
Qoy səndən həmişə razı qalsınlar. 


               _______________  
Milli Kitabxana
  ________________ 
132 
 
Ata tək bu xalqı himayənə al, 
Anasan, anatək dərdlərinə qal. 
Amandır, dindar ol, göstər ədalət, 
Allahın əmrinə elə riayət, 
Əmrə əməl edib xeyirə çat sən
Bu, qat-qat yaxşıdır əmr eləməkdən. 
Mən yola çıxmağa duydum zərurət, 
Qalır təxtim, tacım sənə əmanət. 
Yollarım uzundur, mənzillərim çox, 
Bilməm dönəcəyəm geriyə, ya yox. 
Elə et qayıtsam əgər səfərdən, 
Xəcalət çəkməyək nə mən, nə də sən. 
Yox, əgər dönməyim olmasa qismət, 
Huşyar ol, xoş gəlsin ta ki, aqibət. 
Elə et ki, haqqın məhkəməsindən 
Dilin tutulmasın, xəcil olma sən." 
Bütün sözlərini deyib İskəndər, 
Qoyub təxti, tacı, elədi səfər. 
Əmr etdi bir anda bütün Rum və Şam 
Qoşunu önündə cəm olsun tamam. 
Fərmanında olan bütün qoşundan 
Yol üçün ayırdı yüz min pəhləvan. 
Bunlar hər ölkədən seçmə mərdlərdi, 
Hərə bir orduya dəyən əsgərdi. 
Dörd min yük daşıyan dəvə götürdü, 
Onları nizamla yola düzdürdü. 
Bisrək cinsindəndi onun min başı
198

Keçərdi yel kimi o dağı, daşı. 
Mini də büxtiydi, nərdi hər biri
199

Dadlı yeməklərdi bütün yükləri. 
Üçüncü mini də cəld naqələrdi
200

Bəzəyi qızıldı, zərdi, zivərdi. 
Dördüncü min isə, nəcib dəvələr, 
Hər biri ceyrantək iti yol gedər. 
Vardı hər peşədən, hər bir sənətdən 
Yanında yüzlərcə mahir işbilən. 
Belə tədarüklə qurub növrağı, 


               _______________  
Milli Kitabxana
  ________________ 
133 
 
Qaldırdı balıqdan Aya bayrağı
201

O, Məqduniyyədən yola düşərək 
İskəndəriyyəyə gəlib çatantək, 
Orda o möhtəşəm təxti ucaldı, 
Neçə gün şadlıqla orada qaldı. 
Fateh Keyxosrovtək görüb baxtını, 
Gedib düz Sərirdə qurdu taxtını. 
Əmr edib o uca bir mil düzəltdi. 
Başına bir parlaq güzgü bənd etdi. 
Güzgüdə bir-aylıq bir məsafədən 
Görünür dənizdə hər gəlib, gedən. 
Təxti düşmənlərdən qorumaq üçün 
Keşikçi dururdu orda bütün gün. 
Güzgü əyan etsə bir sirri əgər, 
Gəlib hökmdara bildirərdilər. 
Düşmənlər çal-çapa gəlsələr, işdir, 
Saray adamları görərdi tədbir. 
Olub paytaxtından arxayın, yenə 
Şah mindi vüqarla öz köhləninə. 
Ilk əvvəl yolunu Məğribə saldı. 
Misrə gəlib, orda iki gün qaldı. 
Sonra çıxıb ordan, qəlbində dilək, 
Allahın əmrinə əməl edərək, 
Bir xeyli yol gedib, dərələr keçdi. 
Ötüb zəmiləri, çölə yetişdi. 
Məqdəsdən dəstəylə bir neçə adam 
Hakimin zülmünə etməyib davam, 
Yolda düzüldülər, o qadir şahdan 
Belə dilədilər mərhəmət, aman: 
"Pak etdin dünyanı, sən, ey hökmüdar, 
Gəl, bu pak evi də paklığa çıxar. 
Ucalt bayrağını şəhərimizdə, 
Yox et bədxahları, dincələk biz də. 
O paklar yurdunda var bir əhrimən, 
Allah dostlarıyla düşməndir, düşmən. 
Müqəddəs binada itaətkarlar 
Olub o zalimin zülmündən bezar. 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə