Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə47/64
tarix19.07.2018
ölçüsü1,48 Mb.
#57345
1   ...   43   44   45   46   47   48   49   50   ...   64

               _______________  
Milli Kitabxana
  ________________ 
186 
 
Əlac mümkün deyil düşdüyü dərdə. 
Diz çökdü, üzündə qüssə, duman, çən,  
Yoxladı nəbzini öpüb əlindən. 
Nəbzin vurmasına elədi diqqət, 
Tapdı xəstəlikdən neçə əlamət. 
Buyurdu: nə qədər vardısa imkan 
Axtarıb tapsınlar bu dərdə dərman. 
Dərmanın olsa da lap abi-həyat, 
Əcəlin çatanda yoxdur bir nicat! 
Artıq hökmüdarın işi bitmişdi, 
Əbədi dincəlmək vaxtı yetmişdi. 
Əmanət aldığı mayəni yenə 
Gərək qaytaraydı tələb edənə. 
Onu əridirdi indi bu cahan 
Ki, zəri ayırsın qara torpaqdan. 
Daha can köhləni asta gedirdi
Gedər-gəlməz yola səfər edirdi. 
Şamtək tərk edirdi nurlu aləmi 
Suda qənd, odda mum əriyən kimi. 
Bir külək söndürdü yanan çırağı, 
Bağda ağaclardan tökdü yarpağı, 
Sərvdə yaşıl bir budaq qoymadı, 
Sındı qırqovulun qolu, qanadı. 
Müşk ətirli olan əlvan gül-çiçək 
Solub səpələndi yerə xəzəltək. 
Ayı yəhərləyən həmin İskəndər 
Ölüm yatağına baş qoyub inlər...
232
 
 
 
İSKƏNDƏRIN VƏSIYYƏTI 
 
Müğənni, bir quşsan - vaxtı düz bilən, 
De görək: nə qədər keçmiş gecədən? 
Nədənsə gecikib quşların səsi, 
Çal, suğdi quşunun gəlsin naləsi
233

Əsdi xəzan yeli, payız yetişdi, 


               _______________  
Milli Kitabxana
  ________________ 
187 
 
Bağların əhvalı tamam dəyişdi. 
Küləklər taladı bağçanı, bağı, 
Söndü al güllərin yanar çırağı. 
Arxlar kənarında otlar sapsarı, 
Töküldü reyhanın şux yarpaqları. 
Sanki ağaclıqda odlar qalandı, 
Əlvan yarpaqları alışdı, yandı. 
Gördü bazarını kəndli pərişan, 
Bağın qapısını bağladı bağban. 
Şahlar hovuzuna axan saf sular 
Soyuqdan, ayazdan tamam dondular. 
Çeşməsiz, çiçəksiz bağ şad olarmı? 
Hasarsız, barısız abad olarmı? 
Hanı saqi, badə, o məclis hanı? 
Bura vəhşilərin olmuş məkanı! 
Kəsilmiş nəğməsi ötən quşların, 
Dolaşır qıçına xəzəl ruzgarın. 
Seyrə gələnlər də bağı tərk etmiş, 
Müğlər də çəməndən ayrılıb getmiş. 
Yeyəylə sürtülmüş günəşin tacı, 
Yeyətək dən-dəndir suların saçı. 
Bağı tərk eləyib getmiş gözəllər, 
Nə bülbül səsi var, nə güldən əsər... 
Tikanlar dağ çəkib gülün köksünə, 
Bəzəksiz, cəh-cəhsiz qalıb bağ yenə. 
Belə sərt bir xəzan çökəndə bağa 
Başladı o Kəyan sərvi solmağa... 
Şahlıqın şah sərvi-İskəndəri də 
Axır saldı dövran sağalmaz dərdə. 
Çovğuntək soyutdu şahın nəfəsi, 
Çoxdu bu dünyada qəmi, qüssəsi. 
Özülü çökərsə bəxtin, dövlətin
Səhhətə zəiflik üz verər yəqin! 
Illərlə dünyanı uçub seyr edən 
Quşun qol-qanadı qırıldı birdən. 
Uca sərv yıxıldı, şux lalə soldu, 
Qırqovul şahinin şikarı oldu. 
Ordu həkimləri, şəhər ə yanı 


               _______________  
Milli Kitabxana
  ________________ 
188 
 
Aldılar araya o hökmüranı. 
Bəlkə də bir əlac tapalar ona; 
Şərbətlər qatıldı dava-dərmana. 
Nəbzi, qarurəsi olundu təhlil
234

Nə çarə, gedən can qayıdan deyil! 
Əlac eləsə də təbib nə qədər
Ömür tükənibsə, nə fayda verər? 
Çox səy göstərdilər çarə etməkçün, 
Gedəni qaytarmaq olmadı mümkün. 
Tədbirlə gəlmədi o gövhər ələ, 
Necə sədd çəkəsən əsən bir yelə? 
Əcəl yetişəndə tapıb bəhanə 
Insana min əzab verər zəmanə. 
Ruzgardan o qədər inciyər insan 
Özü ölümünü istər allahdan. 
Əl atmadıqları tədbir qalmadı, 
Rəylərdən bir fayda hasil olmadı. 
Çırağın əcəli çatıbsa əgər, 
Ona öz yağı da yetirər zərər. 
Çürümüş bir meyvə ağacda durmaz
Düşəcək, tərpənsə budaqda bir az. 
Ən mahir, ən ustad təbib heç zaman 
Tapa bilməmişdir ölümə dərman. 
Göyün hesabına bələd olanlar 
Saldılar hesaba göydə hər nə var. 
Onun taleyini gördülər nursuz, 
Ondan uzaqdaydı bəxt açan ulduz. 
Heç elə bir ulduz yoxdu ki, onun 
Göstərmiş olaydı ömrünü uzun. 
Taleyi səmada bəd görən zaman 
Münəccim özü də əsdi qorxudan. 
Önündə aynaya baxdı İskəndər. 
Baxdı, vücuduna yetirdi nəzər
Gördü ki, bədəni tüktək incəlib, 
Qaçmaq istəyən can dodağa gəlib.  
Nə qəlbdə qüvvə var, nə canda taqət, 
Əyilmiş əvvəlki o sərv qamət. 


               _______________  
Milli Kitabxana
  ________________ 
189 
 
O öz ölümünü gözüylə görcək, 
Özü öz halına ağladı şamtək. 
Yaxın dostlarını dəvət elədi, 
Ürək sözlərini onlara dedi: 
"Gəmim dar girdaba düşdü, a dostlar
Ölüm ağzı açıq nəhəngtək durar. 
Köçmək vaxtı gəldi bu düşərgədən, 
Başqa bir ovlağa getməliyəm mən. 
Bu fələk mənimlə xoşrəftar oldu, 
Dağda, daşda mənə pərəstar oldu. 
Indi düşmən oldu o haqq-sayda, 
Dəyişdi rəftarı Günəş də, Ay da. 
Ruzgar gözlərimdə çənə bürünür, 
Bu dardan çıxmağım müşkül görünür, 
Nə çarə qılım ki, oldum dərdmənd
Bu fələk tacıma atıbdır kəmənd. 
Hardadır, çatdırın xəzinədara, 
Bəlkə rüşvət verib məni qurtara. 
Mənim od qılınclı qoşunum hanı? 
Qovsun canımdakı bu qızdırmanı. 
Ən qorxunc divləri tutub ram edən, 
Təxti-tac sahibi İskəndərəm mən! 
Qılınca qurşandım, kəmər bağladım, 
Bütün qulaqlara çatmışdır adım. 
Zəhərli qılıncla tufan edib mən 
Tozlar qaldırmışam Bəhri-Qülzümdən
235

Böyüdüb çoxunu etdim hökmüran, 
Çox qoyun almışam qurdlar ağzından. 
Çox-çox sınıqları mən calamışam, 
Çox-çox bütövləri parçalamışam. 
Zülmü ədalətlə eyləyib əvəz, 
Müşküllər həll edim hesaba gəlməz. 
Qünnücdən Qülzümə oldum hökmüran, 
Şimşək qılıncımı gördü Qiyrəvan
236

O qılınc dönübdür indi zəncirə,  
Ömrümü tor kimi salıbdır girə. 
Çox dağlar, dənizlər keçmişəm, heç kəs 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə