Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə55/64
tarix19.07.2018
ölçüsü1,48 Mb.
#57345
1   ...   51   52   53   54   55   56   57   58   ...   64

               _______________  
Milli Kitabxana
  ________________ 
219 
 
Nə xeyri, uzunmuş ipi, ya qısa? 
Getdim, bu dastanda qoyub qəlbimi, 
Gərək oxunmasın əyləncə kimi. 
Dinləyən halını duysun dərindən, 
O da getməlidir bu köç yerindən! 
Bizi nə düşünsün, nə yada salsın, 
Özünün, dostların qeydinə qalsın. 
Mən də oturmuşdum bir gün, dünyada 
Olub keçənləri salırdım yada. 
Ölənlərin qəmi qəlbimə doldu, 
Gözlərimin yaşı dönüb sel oldu. 
Suda batanlardan bir nəfər gecə 
Yuxuma girərək dedi gizlicə: 
"Sən özün bizimlə bir yerdə ikən 
Bizim dərdimizi nahaq çəkirsən. 
Indi ki, gedirsən bu karvan ilə, 
Sən öz dərdini çək, fikrini elə!" 
Bu dünya mənasız göründü mənə, 
Düşdüm o gecədən səfər fikrinə. 
Çünki təşviş etməz ayıq bir insan 
Bu çıraqsöndürən dəli ruzgardan. 
Mən şərab küpünə düşərsəm, nə qəm, 
Meylə al boyanmış libas geyərəm! 
Tapa bilməsəm də qulan kababı, 
Çəkmirəm toxluq ya aclıq əzabı. 
Yoxsa da içməyə dadlı bir şərbət, 
Şirin xəyallardan alaram ləzzət! 
Qurtarıb tükənsə yağdanda yağım, 
Nə olar, qoy sönsün bu can çırağım. 
Səsim çıxmasa da təbiltək əgər
Dözərəm təbiltək yağsa zərbələr. 
Sındırsa sərvimi zamanın yeli, 
Sağaldar yaramı şahın öz əli. 
Xudaya, sən özün bu saf gövhəri, 
Bu, hünər bağında yetmiş bəhəri, 
Yetimdir, dünyada qoru hər zaman, 
Gecəli-gündüzlü dərddən, bəladan. 


               _______________  
Milli Kitabxana
  ________________ 
220 
 
Bu dəri dastanım yetişdi sona, 
Yaxşı fal, xoş tale yar oldu ona. 
Şahın adı kimi o Məsud olsun, 
Şah da bu dastanla qoy Mahmud olsun
264

İlk dəfə bu dürrü mən sapa düzdüm, 
Tale ümmanında fərəhlə üzdüm, 
İqbalı xoşlara yazdığım əsər, 
Təəccüb etməyin məqbulsa əgər. 
Nəzər salan zaman şah bu dastana 
Qoy əqli, zəkası yar olsun ona! 
Ucalsın adıyla onun bu kitab, 
O da bu kitabdan olsun feyziyab! 
Nizami aləmə bir də səs salsın, 
Adı bu əsərlə əbədi qalsın! 
Bunun adı kimi olsun bəxtəvər, 
Dolandıqca dövran, keçdikcə illər!
 
 
 
 
 
 


               _______________  
Milli Kitabxana
  ________________ 
221 
 
İZAHLAR 
 
1
 Yeddi 
qat 
içində nə var binadan, 
Min alqış ona ki, odur Yaradan. 
Yeddi qat - Şərq  əsatirində göyün yeddi təbəqədən ibarət olduğu təsəvvür 
edilir. 
2
 
Heç bir kəs torpağa dil verə bilməz, 
Naxış vura bilməz suya da heç kəs. 
Heç kim torpağı danışdıra bilməmiş və heç kim suya naxış sala bilməmişdir. 
Təkcə Allah torpaqdan nitq sahibi olan insan yaratmış  və bir damcı suya 
(nütfəyə) insanın surətini nəqş etmişdir. 
3
 
Səni ümid ilə hey axtarmaqda 
Kimisi qarada, kimisi ağda. 
Səni hər kəs qaranlıq gecədə, işıqlı gündüzdə, kimi yerdə, kimi göydə axtarıb 
tapmaq istəyir. 
4
 Köhnə hekayəti çatdırdım sona, 
Başlasın təzə söz indi cövlana. 
Bundan  əvvəlki hekayəni - "İskəndərnamə"nin birinci hissəsini -
"Şərəfnamə"ni yazıb bitirdim, indi də onun ikinci hissəsini - "İqbalnamə"ni 
yazmağa başlamışam. 
5
 Saldın ilk sözümü Sən dildən-dilə, 
Bu son addımı da yetir mənzilə. 
"Şərəfnamə"də müvəffəqiyyətimi və  şöhrətimi təmin etdin, indi 
"İqbalnamə"ni də o cür başa çatdırmağa mənə yol göstər, yardım et. 
6
 Onun 
taxtı idi bütün bu əflak, 
Başının müqəddəs tacıydı "lövlak". 
Həqiqətdə  Məhəmmədin taxt-tacı yox idisə  də, mənən o həm taxt, həm tac 
sahibi idi. 
Quranda "Lövlökə ma xələqqü-1-əflak" ("Əgər sən olmasaydın, göyləri 
yaratmazdım") ayəsinin ixtisar edilmiş variantıdır. Güya bu sözləri Allah 
Məhəmmədə müraciətlə demişdir. 
7
 Parlayıb nur saçdı bu kainata, 
Bənzərdi Zülmatda abi-heyata. 
Məhəmməd cəhalət qaranlığında olan dünyaya öz mərifəti ilə  işıq saçdı. 
Onun dünyada varlığı  əsatirə görə Zülmətda olan dirilik suyuna (abi-həyata) 
bənzədilir. 
 


               _______________  
Milli Kitabxana
  ________________ 
222 
 
Uca qalxmasaydı ərşin tağından,  
Kimdi kainatın sirrini açan? 
Ərşin tağı - burada Məhəmmədin, dini əfsanədə deyildiyi kimi qalxdığı 
"merac"dır ki, göyün yeddinci təbəqəsi sayılır. 
Beytin mənası: Məhəmməd göylərin  ən yüksək qatından uca qalxdığı üçün 
kainatın sirlərini açdı. 
Cənnətdən torpağa gəldisə Adəm, O qoydu torpaqdan cənnətə qədəm. 
Dini əfsanəyə görə, birinci peyğəmbər olan Adəm Allahın əmrindən çıxdığı 
üçün cənnətdən çıxarılıb dünyaya atılmışdı. 
Beytin mənası: Məhəmməd Adəm peyğəmbərdən də yüksəkdir. Adəm 
cənnətdən çıxarılıb yerə qovulduğu halda, Məhəmməd yerdən cənnətə getmişdir. 
Burada Məhəmmədin behişti görməsinə işarə edilir. 
10
  
Aytək çıxdı Yusif quyudan əgər, 
Nur saçdı quyudan o, Aya qədər. 
Yusif quyudan Ay kimi bayıra çıxdısa, Məhəmməd merac gecəsi yerdən 
Ayın üstünə, ərşə çıxdı və hər yeri öz nuruna qərq etdi. 
11
 
 
Xızra abi-həyat oldusa qismət, 
Həyat çeşməsindən keçdi Məhəmməd. 
Əgər Xızır Zülmata gedib dirilik suyuna çatdısa, Məhəmməd merac gecəsi 
daha yüksək məqama çatdı. 
12
 
 
Yunisi uddusa balıq bir zaman, 
Ona səcdə etdi balıqla ilan. 
Yunis - dini rəvayətə görə, qədim yəhudilərin peyğəmbərlərindəndir. 
Uydurduğu möcüzə yalan çıxdığı üçün qaçıb Dəclə  kənarına gəlmiş, gəmiyə 
minmiş, günahkar olduğundan gəmi onu aparmamışdır; Yunisi suya atmışlar. Bir 
böyük balıq onu udmuş, o da balığın qanında tövbə və dua etmiş, Allah duasını 
qəbul etmiş, bir müddət sonra balıq onu kənara buraxmışdır. 
İkinci misrada Nizami Məhəmmədin möcüzələrindən birinə  işarə edir. Dini 
əfsanəyə görə, Məhəmmədin möcüzələrindən biri də güya heyvanları dilə 
gətirməsi olmuşdur. Guya balıq və ilan da ona ram olub dilə  gəlmiş, onun 
peyğəmbərliyini təsdiq etmişdir.  
13
 
 
Davuddan yadigar tək bir zireh var, 
Məhəmməd yüz zireh qoyub yadigar. 
Davud peyğəmbər öləndən sonra ondan insanlara yadigar kimi zireh 
qayırmaq bacarığı qalmışdı. Məhəmmədin təlimi isə yüz zirehə bərabərdir. 
14
 
 
İsanın beşiyi göyə qovuşdu, 
Məhəmmədsə özü göylərə uçdu. 
Məhəmməd peyğəmbərin meracına işarədir. 
 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə