_______________
Milli Kitabxana
________________
253
_______________
Milli Kitabxana
________________
254
188
Vaxtında evindən çıxarsan əgər,
Qapına müşktək ətir səpilər.
Bundan əvvəlki beytdən də aydın olur ki, xəsislik edib yeməyi evində
saxlasan, onun üfunəti çox evlərə yayılacaq. Əliaçıq olub onu qonşulara versən,
onların məhəbbətini qazanarsan, haqqında yaxşı sözlər yayılar.
189
Tək bircə fətirə, gəl, qane ol sən,
Düşün, Günəşdən ki, artıq deyilsən.
Burada fətir yuvarlaq Günəş qürsü ilə müqayisə edilir. Yəni dünyada acgöz
olma, bir çörəklə kifayətlən, düşün ki, parlaq Günəş də bir qürs (dairə) ilə
kifayətlənir.
190
Quraqlıq olanda, bilmirsən bunu,
Zirəyə verərlər zirə suyunu?
Rəvayətə görə, guya zirə bitkisinə su verilmir. Quraqlıq vaxtı: zirə - sənə su
verəcəyəm, - deyən sahibinin vədilə, ümidlə yaşayır. Buna görə də zirə suyu
ifadəsi aldadıcı, yalançı vəd və ümid mənasını daşıyır.
191
EIə sür kəcavə çəkən dəvəni,
Filin ayağına salmasın səni.
Az qan tök, az zülm elə, işini elə ehtiyatla apar ki, şahlığın bərbad olmasın;
dəvə (ədalət, qanun) səni filin (xalqın, rəiyyətin) ayağı altına salıb pay-mal
etməsin.
192
Bu
harın göy atdan daim et həzər,
O bir əjdahadır, gəlinə bənzər.
Burada harın göy at - fələk, asiman mənasındadır. Yəni bu dünyanın gərdişi
aldadıcıdır, əslində o, kinli bir əjdahadır, lakin zahirdən gozəl bir gəlinə bənzər.
193
Bağla torpaq kimi dinclik kəməri.
Sokratın dilindən deyilən bu sözlər yerin sabit, hərəkətsiz olması barədə
idealist fəlsəfi nəzəriyyəyə işarədir.
194
Mən “Xosrovnaməni” yazmaqçün rəvan...
"Xosrovnamə" - "İqbalnamə" (yaxud "Xirədnamə") deməkdir. Xosrov
- böyük Şah. Əsər İskəndərə həsr edildiyi üçün onu "Xosrovnamə" də
adlandırmaq olar.
195
Yuxudan
məhrumdu o nərgiz gözlər,
Sərvimdə görmədim gənclikdən əsər.
Bənövşə üstünü basmış yasəmən,
Öz qızılgülümii solğun gördüm mən.
Şair öz bədəninin üzvlərini müxtəlif bitkilərə bənzədir: nərgiz - gözəl, sərv -
boy, qamət; bənövşə üstünü basmış yasəmən - yəni saçlar ağarmışdır.
Qızılgülün solğun gördüm - al yanaqlarımı, üzümü solub-saralmış gördüm.
Demək, daha qocalmışam.
_______________
Milli Kitabxana
________________
255
_______________
Milli Kitabxana
________________
256
196
Sikkəni bu qədər sürtülmüş görcək...
Sifətimi rövnəqdən düşmüş görəndə...
197
Dövlət divanından pozdu adım,
Zəhmət divanına yazdı adım.
Dövlət divanı - hakimiyyət mövqeyi, şahlıq; zəhmət divanı - peyğəmbərlik.
198
Bisrək - güclü dəvə, qıvraq və tez yeriyən olur.
199
Büxti - Xorasan dəvəsi.
200
Naqə - dişi dəvə.
201
Qaldırdı balıqdan Aya bayrağı.
İskəndər bayrağını qaldırıb yola düşdü.
202
Yunanlar
Okyanos
deyərdi ona.
Nizami Okyanos sözünü bilavasitə yunancadan götürmüşdür.
203
Müəyyəb - eybəcər. Müəlləq - asılı, asılmış.
204
Örtüyə bürünər bir az gedərək,
Çunki yer altından keçsin o gərək.
Guya Günəş əvvəl dənizdən keçdiyi üçün onun ipək sularına bürünər, sonra
da yerin altından keçdiyi üçün yerin örtüyünü örtər.
205
Alim cavab verdi: "Həmin İsti su
Çoxunun abrını tökmüş, doğrusu".
Bu sirri çox adamlar gəzib axtarmış, tapa bilmədikləri üçün biabır olmuşlar.
206
Qəssasə - bir cins mifik, dəhşətli dəniz nəhəngi.
207
O
çıxsın, ətəkdə qoysun oğlanı,
Balası zəncirtək saxlar aslanı.
Aslan üçün balası zəncir kimidir: balası harada olsa, özü də orada olmalıdır.
Burada atanın öz övladına məhəbbətinin qüdrətindən söhbət gedir.
208
Ziyəhat - diri, yaşayan.
209
Ulduzlu
gecənin od tutub canı,
Sanki əqrəb çalıb xallı ilanı
Nizami yay gecəsindəki səmanı xallı ilana, ulduzların sayrışmasını isə əqrəb
vurmuş ilanın hərarətdən çırpınmasına oxşadır.
210
Gecənin camına gün axıb doldu
Gün batıb axşam oldu.
211
Bu
yeddi
xalvarlıq təbli çaldıran
Xoruza əmr edib verdirəndə ban...
Yeddi xalvarlıq təbli çaldıran - yeddi təbəqəli göyləri işıqlandıran günəş
deməkdir.
Beytin mənası: səhər olub Günəş doğanda, xoruzlar banlayanda...
212
Tutiyə dönübsən, ey şad könül, sən,
Yadına Hindistan düşüb deyəsən...
_______________
Milli Kitabxana
________________
257
_______________
Milli Kitabxana
________________
258
Tutuquşu əsasən isti ölkələrdə, xüsusən, Hindistanda yaşayır. Oradan başqa
ölkələrə aparılan tutuquşu daima öz vətənini arzularmış. Bu beytdə şair öz
qəlbini tutuquşuna, eşq və gənclik dövrünü Hindistana bənzədir.
Beytin mənası: tutuquşu Hindistana uçmaq istədiyi kimi, könlüm də
gəncləşmək, sevinmək istəyir.
213
Yolları cəhənnəm istisi sardı,
Gündən balığın da beli qızardı.
Hava Günəşdən o qədər qızmışdı ki, istilikdən (məlum əfsanəyə görə) yerin
altında olan balıq da qızardı.
214
Padişah buyurdu: o gözəl dilbər
Yaqut sandığından saçsın saf gövhər.
İskəndər əmr etdi ki, o gözəl qız yaqut kimi qırmızı dodaqlarını (ağzmı) açıb
gövhər kimi sözlər söyləsin.
Nur alır gözümüz gündən, gündüzdən, Rəvamı gözləri gün ala bizdən?
Bütün gözlər Günəşdən nur aldığı halda Günəş (yəni İskəndər) necə bizim
gözümüzü bizdən uzaqlaşdırar? Burada gözümüzü sözü, haqqında söhbət gedən
bütün, heykəlin üzündəki iki parlaq gövhəri bildirir.
216
Sabah öz möhrünü göstərən zaman
Atəşpərəst oldu hindli Qaraxan.
İkinci gün günəş çıxanda hindli Qaraxan atəşpərəst oldu - gecənin
gündüzlə əvəz olunmasına işarədir.
217
Beytlər yayılır bəhrdən çölə,
Heç kəs bu bəhrdə yazmayıb hələ.
Burada birinci misrada bəhr sözü dənizi, ikinci misrada əruz vəzninin bəhrini
bildirir.
Yəni bu dənizdən sahilə elə xoş nəğmələr yayılır ki, bunlan heç bir şair heç
bir bəhrdə (vəzndə) deməmişdir.
218
Bəzədi göyləri ağ Çin ipəyi,
Yer açdı üzündən qara örpəyi.
Ağ Çin ipəyi - burada Günəşin işığı, qara örpək - gecənin zülməti
mənasında işlənmişdir.
Beytin mənası: Günəş çıxdı, yerin üstündən qaranlıq çəkildi.
219
Kim görüb ki, dəniz gəmiyə minə!
Burada dəniz (dərya) sözü gəmiyə minib gedən İskəndərə işarədir.
220
Dəniz dünyasında bir dünya getdi.
Bu misrada ikinci dünya sözü İskəndəri bildirir.
221
Gecənin hindusu bu göy çadırdan
Yeddi rud boyunca ip çəkən zaman...
Dostları ilə paylaş: |