Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə60/64
tarix19.07.2018
ölçüsü1,48 Mb.
#57345
1   ...   56   57   58   59   60   61   62   63   64

               _______________  
Milli Kitabxana
  ________________ 
241 
 
 


               _______________  
Milli Kitabxana
  ________________ 
242 
 
107 
 
Təblini çaldıqca təbilçi yeyin, 
Qızışdı havası soyuq gecənin. 
Naümid olanda o qara qarğa 
Ağ xoruz başladı xoş dil açmağa.  
Çıxdı Rum taxtına İskəndər erkən,  
Dili od, dimağı mumdu deyəsən.  
Təblini çaldıqca təbilçi: - Günəş doğduqca...  
Qara qarğa - qaranlıq gecə, ağ xoruz - gündüz deməkdir. İkinci beytin birinci 
misrasının mənası: gece keçdi, səhər açıldı, dan yeri ağardı. 
İkinci beytin ikinci misrasının mənası:  İskəndərin dili kəsərli, ağlı isə elmi, 
fəlsəfəni mənimsəmək üçün hər nəqşi asanlıqla qəbul edən mum kimi yumşaq 
idi. 
108
   
Bir küpün içində gizləndi bir gün. 
Axtardı səsini bu yeddi küpün. 
Əflatun bir küpün içinə girib yeddi fələyin, kainatın səsini axtardı. 
109
   
Ərğənun təkmilə yetdiyi zaman 
Süni ud çox yaxşı oldu xam uddan. 
Ərğənün zahirən pianoya bənzəyən bir musiqi alətidir. Ud həm simli musiqi 
aləti, həm də Hindistanda bitən və yanarkan xoş qoxu verən ağac adıdır. İkinci 
misrada süni ud - musiqi alətinə, xam ud isə ağaca işarədir. 
Yəni çalman musiqi dinləyənləri çox ruhlandırır. Bunun təsiri yanan xoş 
qoxulu udun təsirindən daha yaxşı idi. 
110 
 Bu 
xəbər bürüdü bütün cahanı 
Ki, yaqut paylayır o yaqut kanı. 
Yaqut kanı sözlərində elm və hikmət sahibi olan Əflatun nəzərdə tutulur. 
Yəni hər tərəfə xəbər yayıldı ki, Əflatun gözəl musiqi aləti yaratmışdır. 
111
   
Şahın sarayına çatdı bu xəbər 
Ki, Zöhrə Harutla bəhsə giriblər. 
Harut əfsanəvi sehirbazdır. Güya o, Zöhrə ulduzuna aşiq imiş və ona çatmaq 
üçün mahir cadugər olmuşdur. Burada Əflatun adamı sehirləyən musiqi aləti 
yaratdığı üçün Haruta bənzədilir. Zöhrə də əsatirdə göyün musiqiçisi sayılır. 
Yəni saraya xəbər çatdı ki, Əflatun Harut kimi Zöhrə ilə çalğı meydanında 
deyişməkdədir. 
112
  
Birinci 
havanı çalanda yenə 
Baş qoyub yatdılar Məndəl xəttinə. 
Məndəl xətti - sehirbazların və cadugərlərin öz dövrələrinə çəkdikləri tilsimli 
xəttə deyilir. 
 


               _______________  
Milli Kitabxana
  ________________ 
243 
 
Yəni musiqi o qədər təsirli idi ki, dinləyənlər sehirlənmiş kimi bihuş 
olmuşdular. 
113 
 Qayıdıb üzüklə qurdu min kələk. 
Necə ki, ulduzla oynayır fələk. 
Fələk göydəki ulduzlarla cürbəcür hadisələr törətdiyi kimi çoban da 
barmağındakı üzüyün qaşını oynatmaqla min kələk qururdu. 
114
   
Bəlkə ilham alıb sazın telindən, 
Ruma ipək həşyə nəqş eləyim mən. 
Bəlkə bu ipək telli sazın musiqisi ilə ilhama gələrək Rum tarixini, ipəyini 
gözəl naxışlarla bəzəyim, İskəndər Rumi haqqında gözəl bir əsər yazım. 
115
  
Bir 
də ki, xəbər vər, qoy gəlsin Sokrat, 
Tərkibdə, ixlatda o böyuk ustad. 
Tərkib və ixlat sözləri köhnə elmi istilahlardır.  İxlat - qədim nəzəriyyəyə 
görə orqanizmdə olan dörd ünsürdür: qan, səfra, qara öd və bəlğəm. Tərkib - bu 
ünsürlərin birləşmə qayda və nisbətləridir. 
Beytdə Sokrat bu əməliyyatın böyük bilicisi kimi göstərilir. 
116 
 
İnsanın belə bir xasiyyəti var: 
İraq gəzənləri çox yada salar. 
İraq gəzən sözləri ilə Sokrat nəzərdə tutulur. 
117 
 Getməmək üçün də vardır çox dəlil, 
Hara oynamağa gedib Cəbrail? 
Sokrat özünü Cəbrail ilə müqayisə edib. Cəbrail kimi hər kiçik iş üçün 
yerindən tərpənməməyi, ağır oturub-durmağı özünə layiq bilir. 
118
   
Səhnənin gümbəzi düz olsa əgər, 
Köklənməmiş tel də gözəl səslənər. 
Evin sahibi (İskəndərə işarədir) düz adam olsa, evindən çıxan söhbət də xoş 
olar. 
119
  
O, 
dürr 
süfrəsindən örtüyü açdı, 
Şahın ətəyinə dürr-gövhər saçdı. 
Xidmətçi Sokratın dəyərli, hakimanə sözlərini açıb İskəndərə söylədi. 
120 
 Ancaq 
bu 
süfrədən doymayır gözün. 
Süfrə sözü burada dünyanın mal-dövləti mənasında işlənmişdir. 
121 
 
Sokrat verdi ona gümüştək cavab, 
Dedi ki: "Qulağa tökülməz simab!" 
Simab  - civə. Yəni Sokrat ona gümüş kimi parlaq və  təmiz cavab verərək 
dedi ki, qəflət civəsini üz qulağından çıxart, bu haqq sözü eşit. 
122 
 
Dəmiri aynatək parladan insan 
Pası silməlidir öz vicdanından. 
Özgələrə tərbiyə verən özü mənən təmiz, yüksək olmalıdır. 


               _______________  
Milli Kitabxana
  ________________ 
244 
 
 


               _______________  
Milli Kitabxana
  ________________ 
245 
 
123
  
Olmaz 
hər zəncidən bir Xacə Müqbil. 
Xacə Müqbil - Hüseyn Cavid "Xəyyam" pyesində buna Xacə Nizam deyir. 
Məşhur "Siyasətnamə" kitabının müəllifi Nizamülmülkdür. Bu bir çox dillərə, o 
cümlədən Azərbaycan dilinə  Rəhim Sultanov tərəfindən tərcümə edilmişdir. 
Səlcuq padşahlarından Alp Arslanla oğlu Məlikşahın baş vəziri olmuşdur. 
124 
 Qara 
olsan 
əgər, söyüd kimi yan, 
Zəncinin dişini odur ağardan. 
Zəncilər dişlərini söyüd kömürü ilə yuyarlarmış. 
125  
Dirilik suyunu Zülmatda sanan 
Alimlər o hökmü çıxarıb burdan. 
Əsatirə görə, dirilik suyu Zülmatda, yəni qaranlıq dünyadadır. Nizami demək 
istəyir ki, qara zəncidə işıqlı, fərəhli rah olduğunu görən alimlər dirilik suyunun 
qaranlıqda, Zülmatda olduğunu düşünmüşlər. 
Bundan o zamankı fəlsəfi əqidəyə görə, "həqiqət qaranlıqdadır" nəticəsini də 
çıxarmaq olar. 
126 
 
Bir idrak nurani olarsa əgər, 
Bu tutqun günbəzə qalxıb yüksələr.  
İdrak işıqlı, güclü olarsa, əlçatmaz göyləri də dərk edə bilər. 
127 
 Günəşin nuruna yedəkçi ol sən, 
Səni tərk etsə də düşmə ümiddən. 
Günəşin nuru - həqiqət, doğruluq. 
Yəni sən həmişə həqiqətdən, doğruluqdan yapış. O səni bir müddət tərk etsə 
də, ümidsiz olma. Burada Nizami həqiqət və mərifət günəşini kəcavədə gedən bir 
gözələ bənzədir. 
128 
 
İndi sən bir düşün, nə dərgahdasan, 
Gör necə, hansı bir seyrəngahdasan? 
Nizami Sokratın dili ilə padşahın sarayını elm və mərifət rütbəsi ilə müqayisə 
edir və elmi, mərifəti daha yüksək tutur. 
129 
 Bilik 
ayinilə İskəndər yenə 
Çıxdı öz möhtəşəm şahlıq təxtinə. 
Bilik ayini ifadəsində İskəndərin təşkil etdiyi elmi məclislər nəzərdə tutulur. 
130 
 
Eşitcək buyurdu ona İskəndər 
Ki, muği Günəşə tez yetirsinlər. 
Muğ - atəşpərəstə, Günəş - şaha işarədir. 
131
   
Ədəblə, ərkanla o muğ eyildi
Atəşin önünə təzimlə gəldi. 
Atəş sözündə  İskəndər nəzərdə tutulur. Məlumdur ki, atəşpərəstlər -muğlar 
oda sitayiş edirlər. 
 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə