Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə51/64
tarix19.07.2018
ölçüsü1,48 Mb.
#57345
1   ...   47   48   49   50   51   52   53   54   ...   64

               _______________  
Milli Kitabxana
  ________________ 
202 
 
Bir yanı sudursa, oddur bir yanı
249

Orada hərlənən çox tağalaq var, 
Biri boşalanda o biri dolar. 
Dünyanın sirrini boşdur axtarmaq, 
Üstü tüstü-duman, altı toz-torpaq. 
Bu tozdan, tüstüdən görünür hər an 
Çarpışır, vuruşur yerlə asiman! 
Sazişə gəlsəydi göylə yer əgər, 
Bizi yer üzündən süpürməzdilər... 
 
Nizami, gəl qurtar axır sözünü, 
Qorxutma özgəni, nə də özünü. 
Sultanın bəzminə gedəndə mehman 
Yolun yarısında olma peşiman. 
Eşit sözlərini huşu-guş ilə
Acı badəsini alıb nuş elə! 
İskəndər bu camdan murada çatıb, 
Içib o badəni, əbədi yatıb. 
Sultan sağlığına kim içsə şərab, 
Nuş olsun, içənlər olsun feyziyab! 
 
 
İSKƏNDƏRİN MƏKTUBUNUN 
      ANASINA ÇATMASI 
 
Müğənni, bu gecə çəngini saz et, 
Məni bu dar yolda qəmdən xilas et! 
Bəlkə genişlənsin, açılsın yolum, 
Köçüm bu daşlıqdan, asudə olum... 
 
Fəsillər içində qış gələn zaman 
Narın yağış səpər yerə buluddan 
Tozdan xəstələnmiş dünyaya fələk 
Sanki dərman verər rəhmə gələrək!  
Geniş səmaların sərin şəbnəmi 
Qurtarar istidən bütün aləmi. 


               _______________  
Milli Kitabxana
  ________________ 
203 
 
Susamış otlara bağçada, bağda 
Xırdaca buzlardan pay verər şaxta. 
Hamıya bəxşişlər paylayan bağlar 
Tamam müflis olub möhnətdə qalar. 
Dünən reyhan suyu satanlar bütün 
Şərab doldurarlar küplərə bu gün. 
Qaynayır kəndlinin evində küplər, 
Kəndlilər kətan yox, yun paltar geyər. 
Ceyran göbəyindən müşk saçılar, 
Kabablı, noğullu süfrə açılar. 
Şahlar kef məclisi qurub bu zaman 
Içərlər İskəndər içən şərabdan. 
Gör, qəlbdə nə vardı, dilim nə dedi, 
Bu çərxi-fələyin oyunu nədi? 
 
Ruma gəlib çatdı bu qara xəbər: 
"Getdi bu dünyadan böyük İskəndər". 
Tayfa başçıları yığılıb dedi: 
Cahan sahibsizdir, başsızdır indi. 
Hər kim barigaha töhfə yollasa, 
Gərək təqdim etsin İskəndərusa. 
Örtdü qara qanad Rumu sərasər, 
Bürüdü ölkəni sanki zəncilər
250

Çatanda hamını batırdı qəmə, 
Şahın anasına yazdığı namə. 
Oxuyub məktubu ana ağladı, 
Matəmə büründü, qara bağladı, 
Baxdıqca oğlunun bu məktubuna
Tumartək qıvrılıb açıldı ana
251

Qəlbi yas tutsa da bu möhnətindən, 
Çıxmadı o şahın vəsiyyətindən; 
"Oğlumun qoy ruhu şad olsun!" dedi. 
Onun andlarına əməl elədi... 
Bir an kəsilmədi ahı, fəryadı, 
Tez getdi dünyadan, o da qalmadı! 
Qara taleyinə əlvida etdi, 
Onun da həyatı bu cürə bitdi. 
 
 


               _______________  
Milli Kitabxana
  ________________ 
204 
 
       ATASININ VƏFATINDA 
İSKƏNDƏRUSUN NALƏ ETMƏSI 
 
Müğənni, qəlb açan o sazın ilə 
Bu odlu dərdimə bir əlac eylə! 
O nurlu nəğmənlə könlümü bəzə
Bu qəmli gecədən çıxar gündüzə!.. 
 
İskəndərdən sonra İskəndərus da 
Qovğa eləmədi taxtü-tac üstə. 
Şahların içində heç onun qədər 
Yoxdu şah olmağa layiq bir nəfər. 
Beş günlük dünyaya tamah salmadı, 
O uca mənsəbə mayil olmadı. 
Güldən ayrı düşmüş şeyda bülbültək 
Ahü zar eylədi gecə sübhədək. 
Sanki anasını bir bala ceyran 
Kabab olmuş gördü oyanan zaman. 
Ordu böyükləri çox etdilər cəhd, 
Bəlkə qəbul etsin tacı vəliəhd. 
Açsınlar önündə xəzinələri, 
Tutsun atasının tutduğu yeri. 
Yoxdu şahzadənin şahlıq məqsədi, 
O, ancaq ibadət etmək istədi. 
Üzr ilə onlara dedi ki: "Gedin, 
Təxti başqasına həvalə edin. 
Atamın yerində məclis qurmaram, 
Badəni etmişəm özümə haram. 
Dünya işlərindən əl çəkmişəm mən. 
Yoxdur bu kələfin ucunu görən. 
İnana bilməzdim, böyük hökmüran 
Belə gənc yaşında gedə dünyadan. 
Tərk edib sarayı, keçə təxtindən, 
Darısqal daxmanı eyləyə məskən. 
Bu dünya əhlini tərk edib daha 
Mən üz tutacağam yalnız allaha. 


               _______________  
Milli Kitabxana
  ________________ 
205 
 
Sütunu sarsılmış titrək körpünün 
Üstündə bərk durmaq olarmı mümkün? 
Atamdan artıq ki, olmayacağam, 
Ölüb-getmədimi elə bir adam? 
Onuntək tədbirli ola bilmərəm
Cahanı fəth edib ala bilmərəm. 
Atama nə verdi o güc, o qüdrət 
Ki, ola məndə də mənsəbə rəğbət? 
Bu yeddi qatlı çərx tüğyan eylədi, 
Atamın təxtini viran eylədi. 
Mən də təxtü tacı ataraq oda, 
Kəyanlar təxtini qoydum tabuta! 
Sadə adamları azad görüncə, 
Çəkildim özüm də azad bir küncə. 
Çoxunu aldatmış gümüş həvəsi, 
Axırda yırtılıb zərdən kisəsi! 
Dolmuş bir qədəhi doldursan yenə. 
Içəndə dağılar o, üz-gözünə. 
Bir yer ki, deyildir əbədi məskən, 
Gərək "Get!" deməmiş özün gedəsən. 
Şahlıq arzusundan uzaqdır könlüm, 
Çünki qarşımdadır amansız ölüm. 
Bu dar mağarada hörümçəklərtək 
Nə qədər ovlayım qarışqa, milçək? 
Qayalar içində məbəd taparam, 
Orda keçirərəm ömrümü müdam. 
Dünyanın çirkini təmizlərəm mən 
Gözümün yaşilə öz ürəyimdən. 
Dünya işlərindən əl çəkib bütün, 
Tədarük görərəm axirət üçün. 
Quşlartək az dənə edib qənaət, 
Edərəm allaha dağda ibadət. 
Köçməyin növbəsi yetişən zaman  
Div girsən pərinin qoy qapısından! 
Axirət xovfundan qorxum var məgər? 
Asan ömr eləyən çətin can verər. 
Atamtək məni də məzara atın, 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə