Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə53/64
tarix19.07.2018
ölçüsü1,48 Mb.
#57345
1   ...   49   50   51   52   53   54   55   56   ...   64

               _______________  
Milli Kitabxana
  ________________ 
210 
 
Zəiflik qoymadı bədəndə taqət. 
Bəxtini göylərdə yoxlayan zaman 
Gördü bəxt ulduzu uzaqdır ondan. 
Ulduz ədalətdən çıxmışdı kənar. 
Ona zülm etməyə vermişdi qərar. 
Ordakı dostlara eyləyib xitab, 
O da öz ömründən verdi haqq-hesab: 
"Xatircəm olmayın, - deyirəm ki, mən - 
Qara zınqırovlu yeddi hindlidən
253

Bizə xoş bəxt verən bu ulduzlardır, 
Ancaq pislikdə də əlləri vardır. 
Nəhs dövrə başlasa ulduzlar əgər,  
Bu dövrə zalimlik dövrü gətirər. 
Zülmün zəmanəsi olmamış tamam 
Dünyada yetişməz adil bir adam. 
Qayıtsa yenidən o yeddi ülkər. 
Şad olar o zaman yenə xoşbəxtlər. 
Dönüş nöqtəsinə gedib çatmadan 
Yazdı yazımızı amansız zaman..." 
Allahın adıyla bitirdi sözü, 
Yumuldu dodağı, yumuldu gözü... 
 
 
BƏLİNASIN RUZGARININ SONU 
 
Müğənni, bu köhnə pərdədə yekə 
Hüzünlü, qəmli bir hava çal mənə! 
Qəlbim də səs versin o nalələrə
Şəbnəmtək göz yaşım çilənsin yerə! 
 
Dövrü Bəlinasın axıra yetdi, 
O da ariflərə belə ərz etdi: 
"Vaxt çatıb, köçümü mən çatım gərək. 
Başqa bir aləmi arzular ürək. 
Bu palçıq daxmada yaşardım əvvəl, 
Mən getdim, yerimdə qaldı bir heykəl. 
Yeddi heykəlinə bu fələyin mən 


               _______________  
Milli Kitabxana
  ________________ 
211 
 
Əsla baş əymərəm səmimi qəlbdən! 
Mən göydən də uca bir hökmüdaram, 
Istəsəm hər evə girib-çıxaram. 
Budaqda gül olub açaram bəzən, 
Istəsəm tovuztək uçaram bəzən. 
Pəritək kimsəyə olmadan əyan, 
Istəsəm uçaram hər yerə nihan. 
Mənim uçuşlarım sığmaz zamana, 
Öpərəm mən onu getsəm hər yana. 
Istəsəm göyləri ayaqlaram mən
Daşın içini də eylərəm məskən. 
Səhralar, dənizlər qarşımı almaz, 
Çöldə Xızr olaram, dənizdə İlyas. 
Gəlib mənzilimə əgər baxsanız, 
Hər şey yerindədir, mən yoxam yalnız. 
Uçaram göylərə - o son məskənə, 
Yerdə nə qalarsa dəxli yox mənə!..." 
Bunları astaca tərənnüm etdi, 
O da gedənlərin ardınca getdi. 
Son qoydu dünyanın əzablarına, 
Dostlarla bir ölmək xoşdur insana... 
 
 
FƏRFURIYUSUN RUZGARININ 
SONU 
 
Müğənni, çal, sənə heyran olum mən, 
Ayrılım bu vaxtsız mürgüləməkdən! 
Bəlkə nəğmələrin ola mənə yar, 
Nə yatam, nə görəm qorxunc röyalar! 
 
Fərfuriyus köçmək əmrini aldı, 
Dəvəni yükləyib, təblini çaldı. 
Dedi dostlarına: "Bu bəzəkli bağ 
Reyhan ətirlidir, gözəldir, ancaq 
Fanidir, o bir gün gedəcək bada. 
Cəhənnəm olsa da, behişt olsa da! 
Bizə bilikdəndir hər qorxu, bəla, 


               _______________  
Milli Kitabxana
  ________________ 
212 
 
Yolbilən arxayın düzəlməz yola! 
Qozbel olar bütün yay qayıranlar, 
Dərzinin paltarı yamaqlı olar! 
Yağ satanın qabı yağlı görünər, 
Evində yağ olmaz bir zərrə qədər! 
Xəzinə yükünü çəkərsə hər kəs, 
Ömründə dərd-qəmdən dincələ bilməz!" 
Pərgarı nəqşədən üzüldü, bu dəm 
Onun da ömrünə çəkildi qələm...
254
 
 
 
SOKRATIN RUZGARININ SONU 
 
Müğənni, çal rudu, gəl, dadıma çat, 
Məni bu amansız yuxudan oyat! 
Bəlkə rudun səsi axar çay kimi 
Soyutsun susamış yanar qəlbimi! 
 
Vaxt çatdı, Sokrat da düzəldi yola
Əcəlin önünə çapdı dördnala. 
Deyirlər: gizlicə düzəldib zəhər, 
Özündən xəbərsiz ona verdilər. 
Bundan xəstələnib səfər edərkən 
Bir şadlıq nərəsi çəkdi ürəkdən, 
Dedi ki: "Çatarsa vaxtı ölümün, 
Ona çarə etmək deyildir mümkün! 
Bu solğun balışa dünyada bir-bir 
Hamı baş qoyaraq, dincələcəkdir!" 
Yüksəklik aşiqi o quş durmadan,  
Gördülər, uçacaq indi bu tordan. 
Dedilər Sokrata: "Canın bədəndən 
Çıxanda, ey alim, bilirsən ki, sən 
Gedəcək əlindən hər iqtidarın, 
De, harda qazılsın sənin məzarın?" 


               _______________  
Milli Kitabxana
  ________________ 
213 
 
Gülərək söylədi onlara ustad: 
"Burdan gedənləri etməyin heç yad. 
Mənimçün nə fərqi burdakı yerin? 
Harda istəsəniz orda yer verin
Ona da bir yuxu tufanı çatdı, 
Bəxtinin yelkəni sularda batdı. 
Ordakı zirəklər bildi o saat 
Nə dedi onlara o böyük ustad. 
 
 
NİZAMİNİN RUZGARININ SONU 
 
Müğənni, çal görək bir "Ramişi-can"
255

Açılsın ürəyim o xoş havadan! 
Xosrov məclisində Barbət çalantək 
Çal bir-bir nəğməni, birdən yüzədək! 
 
Bu dastan yazılıb qurtaran kimi 
Köçmək xəyalına düşdü Nizami. 
Çox çəkməz, o çatar öz arzusuna, 
Ömrünün kitabı yetişər sona. 
Altmış üç yaşından altı ay qədər 
Keçmişkən, istədi eləsin səfər. 
Keçmiş alimlərdən danışdı bütün, 
O da onlar kimi yatacaq bir gün. 
Yığdı dostlarını edərkən səfər, 
Verdi köçəcəyi yollardan xəbər. 
Gülərək söylədi ki: "Ümidim var, 
Keçər günahımdan o pərvərdigar! 
Bizimçün çəkməyin boş yerə zəhmət
Siz qalın, bizləri gözləyir cənnət! 
Belə danışarkən getdi yuxuya, 
Heç oyaq deyilmiş dünyada guya. 
 
 


               _______________  
Milli Kitabxana
  ________________ 
214 
 
MƏLİK İZZƏDDİNİN MƏDHİ 
 
Müğənni, o "Ramiş" havasını çal, 
Şadlıq məqamıdır, qurtardı məlal! 
Rudunla bir dəsgah çalasan gərək, 
Çaldıqca uzana şahın ömrütək! 
 
Aqil adamları aldı ruzigar, 
Qaldı şahımıza ağıl yadigar. 
Şaha kömək olsun həmişə xoş bəxt, 
Onunla bəzənsin daim tacü təxt! 
Məlik Izəddinə bu çərxi-dövran 
Qüdrət kəməndini bəxş etmiş çoxdan. 
Odur yeddi ulduz sirrini açan
Odur səkkizinci qərana sultan
256

Kəsra-Key bəzmində o tutub qərar, 
Olub Firiduntək xoşbəxt hökmüdar! 
Dodağı dünyanın həyat şərbəti, 
Ondandır göylərin rəngi, ziynəti. 
O qədər şirindir söz bulaqları, 
Səsinin quludur öz qulaqları. 
Hər səhər bəzəkli bir məclis qurar, 
Orada Keyqubad kimi oturar. 
Gələr ölkələrin bir çox alimi 
Arılar pətəyə yığışan kimi. 
Çox bilən alimlər göstərib hünər
Biliyi azların dərsini verər. 
Vardır hər guşədə gövhər tapanlar, 
Oddan su almağı bacarar onlar. 
Mələk xislətlidir şahın vəziri, 
Behiştə açardır hər bir tədbiri. 
Şah - Məlik şah kimi səxavətlidir. 
Vəziri nizamtək ləyaqətlidir. 
O, hökmran şahdır indi dövrana, 
Vəzir də ikinci Nizamdır ona. 
Alimlər gətirmiş hər bir diyardan, 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə