Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə101/114
tarix15.07.2018
ölçüsü2,24 Mb.
#55735
1   ...   97   98   99   100   101   102   103   104   ...   114

_______________  

Milli Kitabxana

  ________________ 

412 

 

22



 

 

 



 

Çin ipəklərinə düzmüş dürr, gövhər...  

Yəni göyləri ulduzlarla bəzəmişdir. 

Yetmiş yollu yurddan köçünü vurdu,  

Çadın yeddinci fələkdə qurdu. 

Yəni yetmiş iki millətin yurdu olan bu dünyadan köçüb, yeddinci 

fələyə meraca getdi. 

24 


   Doqquz 

hücrəsini bir an buraxdı, 

Göyün doqquzuncu tağına qalxdı. 

Məhəmmədin doqquz arvadı və doqquz otağı vardı. Yəni o, doqquz 

hücrəsinin işindən əl çəkdi, dünyanı tərk etdi, doqquzuncu fələyə getdi. 

25 


 

 

 



Yeddinci əflakə çapdığı zaman 

Dişan atıldı dördkünc daxmadan. 

Dini etiqada görə, Məhəmməd meraca Büraq adlı mövhumi at 

üzərində getmişdir. Dördkünc daxma - güya dörd ünsürdən (sudan, oddan, 

havadan, torpaqdan) vücuda gəlmiş yer deməkdir. Yəni yeri buraxıb, göyə 

çıxdı. 


26

 

 



 

 

Ərəb səmasında bir Süheyl çapdı, 



Yəmən gönü ondan yeni rəng tapdı. 

Yəni onun (Məhəmmədin) Büraqı ərəb torpağının göylərində Süheyl 

ulduzu kimi parladı, onun nurundan Yəmənin tumaçı rəng və xoş qoxu aldı. 

Süheyl - cənubda görünən çox parlaq bir ulduzdur. 

27

 

 



 

 

Gecə otlağından, sərxoş olaraq 



 

Ay kimi gəlmişdi əldə şəbçıraq. 

Əfsanələrə görə,  şəbçıraq elə bir gövhərdir ki, dəniz atı sahilə 

otlamağa çıxarkən onu özü ilə  çıxarır, işığında otlayır, doyub məst olandan 

sonra yenə o gövhəri özü ilə  dənizə aparır. Nizami burada Büraqı  həmin 

əfsanəvi dəniz atına, Məhəmmədi də  həmin nurlu gövhərə  bənzədir: at, 

gövhəri (şəbçıraqı) dənizə apardığı kimi, Büraq da Məhəmmədi göylər 

dənizinə, asimana aparmışdır. 

28 

 

 



 

O səyyar dənizdən toz qoparırdı. 

Burada dəniz - göylərə işarədir. Yəni Məhəmməd göyləri çox sürətlə 

keçib gedirdi. 

29 

 

 



 

Çatdı hər dənizə yeddi ülkərdə, 

Yeddi yol yuyundu o dənizlərdə. 

Yəni göylərin yeddi təbəqəsini keçib, daha da yüksəklərə qalxdı.  

Ütarid ulduza verdi qələmi,  

Əlinə qələmi alarmı ümmi? 




_______________  

Milli Kitabxana

  ________________ 

413 

 

Ütarid ulduzu - köhnə astroloji təsəvvürə görə, göylərin katibi 



sayılır. Ümmi isə savadsız deməkdir. Yəni oxuyub-yazmaq bilməyən 

Məhəmməd öz gəlişi ilə Ütarid ulduzunu savadlandırdı, işıqlandırdı. 

 



_______________  

Milli Kitabxana

  ________________ 

414 

 

31



 

 

 



 

Ərş divangahını sürətlə keçdi, 

Dərcin də yolunu bir anda biçdi. 

Dərc - burada Məhəmməd peyğəmbərin güya meraq gecəsində 

keçdiyi göy pillələrindən birinin adıdır. Yəni Məhəmməd göyün təbəqələrini

o cümlədən dərc pilləsini keçib, yeddinci qata yüksəldi. 

32

 



 

 

 



Ağızdan çıxmayan səsi eşitdi, 

Görünməz simanı ziyarət etdi. 

Yəni Allahdan gələn səsi eşitdi və gözə görünməyən varlığını iman 

gözü ilə gördü. 

33

 

 



 

 

Tərifə başlasam dörd yavərini, 



Dörd gövhər satan var, dörd gövhər alan. 

Burada  dörd yavər dedikdə, Məhəmməddən sonra onun yolunu 

davam etdirmiş olan dörd xəlifə nəzərdə tutulur. Gövhər - burada islam dini 

deməkdir. Dörd gövhər satan və alan - yenə dörd xəlifəyə işarədir. 

34

 

 



 

 

Bu dərviş sifətli dörd böyük soltan, 



Dünyaya olmuş dörd təkbir oxuyan. 

Dərviş sifətli dörd soltan - yenə dörd xəlifəyə işarədir. Dörd təkbir 

- ölü üçün oxunan namazdır; burada üz çevirmək mənasındadır. Yəni o dörd 

xəlifə dünyadan üz çevirib, onun bütün varına göz yummuşlar. 

35

 



   Bazarlar 

olmuşdu səs-küydən uzaq, 

Zınqırov səsindən dincəlmiş qulaq. 

Yəni bayır-bazar küydən, gurultudan boşalmış, hər tərəfə  səssizlik 

çökmuşdü. Gecə qarovulları yatmış, zınqırovların səsi kəsilmişdi (Şahların 

qarovulları bellərinə  zınqırov bağlardılar ki, onun səsindən yuxuları qaçsın, 

yatmasınlar). 

36

 



   Dan 

yeri 


başını salmışdı suya. 

Yəni Günəş də göyün dənizinə qərq olmuşdu. 

37

 

 



 

 

Gah başım dizimin üstündə dalğın,  



Yer - başım altmda, göy - ayağımın. 

Yəni başım dizimin üstündə, fikrə dalmış halda xəyalat və ilham 

göylərində uçurdum. Deməli, yer başımın, göy isə ayaqlarımın altında idi. 

38

 



 

 

 



Günəş qarşısında əriyəntək mum, 

O mumla gözümdən çəkildi yuxum. 

Yəni Günəş mumu əridən kimi, mənim qızğın fıkirlərimlə coşğun 

ilhamım yuxumu əritmişdi, səhərə qədər yatmamışdım. 

39 

 

 



 

Müəzzin başlarkən birinci qunut 

Ki: "Subhanə həyyəlləzi layəmut"...  



_______________  

Milli Kitabxana

  ________________ 

415 

 

Yəni azançı əvvəl Allahın əmrlərinə tabelik duasını oxudu: "Həmişə 



diri və əbədi ölməz olan Allaha alqışlar olsun", dedi. 

 



Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə