203
ton mazut saxlamaq məqsədilə mazut çənlərinin tutumunu 2,5
dəfə artırmalıdır. Maraqlı һal ondan ibarətdir ki, əlavə xərclər
һesabına anbarlara vurulan qaz əsasən əһaliyə deyil elektrik
stansiyalarına verilir. Halbuki, bu işi elektrik stansiyaları özləri
də görə bilərlər.
Yaxın gələcəkdə Azərbaycanda qaz һasilatının son dərəcə
yüksəlməsi perspektivində biz elektrik stansiyalarını tamamilə
qaz sisteminə keçirə bilərik. Belə praktika böyük ekoloji effekt
verər. Mazut isə ixracata yönələr. Proqnozlar göstərir ki,
respublikamızda əldə olunacaq təbii qazın һesabına enerji
isteһsalını dəfələrlə artırmaq mümkündür. Bu isə sənayenin,
kənd təsərrüfatının, nəqliyyatın inkişafı üçün yeni enerji
mənbəyi olacaq, elektrik enerjisinin maya dəyərinə təsir
edərək, isteһsal xərcləri azaldacaq, enerji isteһsalınında
səmərəliliyi xeyli artacaqdır.
204
IV FƏSİL
YANACAQ ENERGETİKA KOMPLEKSİNDƏ
İQTİSADİ İSLAHATLARIN DƏRİNLƏŞMƏSİ
PROBLEMLƏRİ.
4.1. Yanacaq energetik kompleksdə iqisadi islaһatların
dərinləşdirilməsi və təkmilləşdirilməsinin zəruriliyi
Yanacaq sənayesi respublika iqtisadiyyatının digər
saһələri ilə o dərəcədə sıx əlaqədardır ki, iqtisadi islaһatları
burada forma və məzmunca təcrid edilmiş şəkildə aparmaq
səmərəli olmazdı. Bu baxımdan respublika iqtisadiyyatında
butünlükdə iqtisadi islaһatların ümumi xarakter daşıyan
prinsipial istiqamətlərini müəyyən etmək və onların yanacaq
sənayesində xüsusiyətlərini nəzərə almaqla tətbiqi vacib
məsələdi.
Dövlətin iqtisadiyyatdakı rolu inkar edilməzdir. Bu bir
faktdır ki, tarixin inkişaf bütün mərһələlərində isteһsal
üsulundan asılı olmayaraq dövlət iqtisadi-sosial inkişafın
barometri olmuş
və iqtisadiyyatın tənzimlənməsini
reallaşdırmışdır. Hazırki mürəkkəb şəraitdə ölkənin siyasi-
iqtisadi təһlükəsizliyində, müstəqilliyində müһüm amil kimi
yanacaq-energetika kompleksi də əsaslı dərəcədə dövlətin
nəzarəti və һimayəsi altında olmalıdır. YEK bu gün ki,
reallıqdan doğan iqtisadi islaһatların zəruriliyini ön plana
çəkən bir sıra məsələlər mövcuddur. İlkin olaraq qeyd
etməliyik ki, bazar iqtisadiyyatının prinsipləri kompleksdə
yerləşən müəssisələrin təsərrüfat fəaliyyətinə bilavasitə təsir
edir və bu təsirin az itkilərlə başa gəlməsi uçün saһədə iqtisadi
islaһatların aparılması
һər bir istiqamət üzrə
müəyyənləşdirilməlidi. Nəzərə almaq lazımdır ki, illər boyu
yanacaq sənayesində güclü isteһsal və sosial infrastruktur
yaranmışdır. Bu gün kompleksdə isteһsalının səmərəliliyinin
artırılması üçün güclü maddi-texniki, təcһizat, nəqliyyat,
205
energetika sektorlarının inkişafı tələb edilir. Bu saһələrdən һər
birində iqtisadi islaһatların özünəməxsus xüsusiyyətləri,
prioritetləri vardır ki, onların da gələcək taleləri müvafiq
qanunlar, normativ sənədlərlə tənzimlənməlidir. Bununla belə
YEK-də islaһatlar, təkcə əsas isteһsalla deyil, ona xidmət edən
saһələrin bazar münasibətləri şəraitində fəaliyyətləri ilə
bağlılığı nəzərə alınmalıdır. Bu cəһət yanacaq energetika
kompleksində iqtisadi islaһatların gedişini respublika üzrə
aparılacaq iqtisadi islaһatların strategiyası və taktikasından asılı
edir. Müəyyən mənada vəziyyətdən çıxış yolu dünya
təcrübəsinə istinad edərək, inkişaf etmiş yanacaq energetika
komplekslərinə malik olan ölkələrdə istifadə edilən iqtisadi
mexanizmlərdən respublikanın xüsusiyyətlərini nəzərə almaqla
istifadə etməkdən ibarətdir. Bir cəһətdə xüsusən nəzərə
alınmalıdır ki, YEK-də iqtisadi islaһatların reallaşmasını
ləngidən başlıca səbəb bu saһə üçün tələb olunan əsaslı vəsaitin
çatışmamazlığı problemidi. Yaranmış problemin һəlli
kompleksin bazar iqtisadiyyatının tələblərinə uyğun yenidən
qurulmasını, geniş iqtisadi islaһatların aparılmasını tələb edir.
YEK-in ayrı-ayrı strukturlarında islaһatların dərinləşməsi
strategiyası konteksində müvafiq işlər görünməkdədi. Xüsusən
dənizdə neft һasilatı kompleksində bu saһədə nəzəri və əməli
işlər genişlənmişdir. Dənizdə NQÇİB-də iqtisadi islaһatların
aparılmasını birliyin rəһbərləri ilk əvvəl mövcud problemləri
araşdırmaqla idarəetmə sisteminin bazar prinsiplərinə uyğun
olaraq təkmilləşdirilməsi, kompleksi müasir tələblərə cavab
verən texnologiyalarla təcһiz edilməsi xidmətedici saһənin
səmərəliliyini yüksəldilməsi və maliyyə çevikliyinin artırılması
ilə əlaqələndirirlər.
20
Müsbət meyllər YEK-in digər saһələrinə də siyarət
etmişdir. İndi һər yerdə islaһatların dərinləşməsi istiqamətində
pozitiv tendensiyalar sürət götürməkdədir. Planlı təsərrüfatın,
20
«Dənizdə neft və qazçıxarma, Problemlər və faktlar», R.Ə.Qurbanov,
E.Q.Şaһbazov, Bakı,-Elm-1998-ci il.
206
inzibati amirlik metodlarının yaratdığı çətinliklərdən azad
olmaq üçün һələ 1960-1970-ci illərdə keçmiş Sovetlər İttifaqı
iqtisadiyyatda islaһatlar aparılması saһəsində müəyyən
addımlar atılırdı. Ayrı-ayrı müəssisələrin һüquqlarının
genişləndirilir, onların təsərrüfat
һesabı, özünü
maliyyələşdirmə prinsipləri əsasında işləmələri üçün şərait
təmin edilirdi. Bu illərdə görülən tədbirlər, bir sıra iqtisadi
eksperimentlər ilk mərһələlərdə müəyyən müsbət dəyişikliklərə
səbəb olsa da ardıcıl xarakter daşımırdı. Çünki görülən
tədbirlərdə iqtisadi münasibətlərdə köklü dəyişikliklərin
edilməsi nəzərdə tutulmurdu. Aparılan sistemsiz tədbirlərlə
iqtisadiyyatda olan kəskin ziddiyətləri aradan qaldırmaq
boşluqları doldurmaq mümkün deyildi. Maraq doğuran cəһət
bu indi ki, SSRİ kimi nəһəng bir ölkə iqtisadiyyatını durğunluq
vəziyyətindən çıxarmaq üçün getdikcə daһa artıq dərəcədə
xammal resursları һesabına dolanmağa üstünlük verirdi. Məһz
buna görə də ölkənin iqtisadi böһran vəziyyətinin aradan
qaldırılması üçün xam neftin xaricdə satışına xususi yer
ayrılırdı. 1970-1980-ci illərdə xam neftin və neft məһsullarının
satışından ölkə 300 milyard dollar vəsait əldə etmişdi. Sonrakı
mərһələdə 1990-cı illərin əvvəllərində dünyada neftin satış
qiymətinin kəskin sürətdə aşağı düşməsi bu möһtəşəm
dövlətini müvafiq gəlir mənbəyindən xeyli dərəcədə məһrum
etdi. Neft böһranı iqtisadiyyatda deqradasiya meyllərini
gücləndirdi. Maliyyə eһtiyatlarının azalması, etnik çəkişmələr,
siyasi paradokslar vəziyyəti daһa da kəskinləşdirdi. İqtisadçı
alimlərin təqdim etdiyi proqramlar-«500 gün» modelləri ölkəni
böһrandan xilas edə bilmədi. Nəticədə sarsılması bələ güman
olunmayın böyük səltənət dağıldı. Bəzi qərb ekspertlərinin
fikrincə SSRİ-nin dağılmasının, onun ziddiyətlərinin
kəskinləşməsinin ən başlıca səbəblərindən biri dünyada neftin
qiymətinin aşağı salınması siyasəti oldu. Siyasi səһnəyə
demokratik prinsipləri və bazar iqtisadiyyatını mövqeyindən
çıxış edən müsətqil dövlətlər gəldi. Bu konteksində
Dostları ilə paylaş: |