Microsoft Word Jurnal 1 13 ed doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/51
tarix26.11.2017
ölçüsü5,01 Kb.
#12659
1   ...   6   7   8   9   10   11   12   13   ...   51

Fəlsəfə tarixi 
 
 
31
Artur Şopenhauer 
Şopenhauer öz dövrünün həm səsi, həm də siması oldu. Hər  şeydən 
əvvəl o iddia edirdi ki, öz görüşlərində Upanişadların, Platonun və Kantın 
fəlsəfəsini birləşdirir. Lakin Rasselin də bildirdiyi kimi, “o, Platona düşün-
düyü qədər də çox borclu deyil” (12, s. 5). Həqiqətən də, Şopenhauer Kantın 
fəlsəfəsindən çox təsirlənmiş və onun “özündə şeyi”ni iradə kimi qəbul edir-
di. Xatırladaq ki, Leibnizə görə, iradə Allahın sifətlərindəndir və yalnız xe-
yirdə təzahür edir. Kierkegaar isə iradəni “insanın aşağı təbiətini idarə edən” 
qüvvə hesab edir, yəni iradənin gücü ilə insanın mənfi cəhətlərini də azalt-
maq mümkündür. Şopenhauerin fikrinə görə isə, məhz qaranlıq, eyni za-
manda, transsendent olan iradə insanın mahiyyətidir: “Ölüm və həyat – öz-
lüyündə  nə  əvvəli, nə sonu olan və  təkbaşına sanki varlığın substansiyası 
olan iradənin şüurunun daimi yenilənməsidir (lakin hər belə yenilənmə özü 
ilə həyat iradəsinin inkarı imkanını da gətirir). Şüur – idrakın subyektinin və 
ya beyninin həyatıdır, ölüm isə bu subyektin sonudur. Ona görə də, şüur əl-
bəttə, həmişə yenidir, hər dəfə başdan başlayır” (12, s. 150). Sonralar Şo-
penhauerin iradənin  əhəmiyyətini bu qədər artırması barədə Rassel yazır: 
“Proporsional olaraq, iradənin əhəmiyyəti artdıqca, idrakın əhəmiyyəti aza-
lırdı. Məncə, bu, XX əsrdə filosofların mövqeyində baş vermiş ən spesifik 
dəyişiklikdir. Onu Russo və Kant hazırlamışdı, ilk dəfə onu saf şəkildə səs-
ləndirən isə Şopenhauer oldu” (12, s. 14). Bəli, öz fəlsəfəsində hər nə qədər 
Buddadan ruhlansa da, onun fəlsəfəsinin gözəlliklərindən yazsa da, onun 
düşüncələri məhz Kantın fəlsəfəsinin sütunları üzərində qurulur; hər hə qə-
dər buddizmin insanı əzabdan xilas edən ideyaları onu cəlb etsə də, Kantın 
məhdudluğu onu məhv edir. “Biz özümüz içinə zamanı  çəkmiş varlığıq, 
onun boşluqlarını doldurmaq üçün: buna görə də biz özümüzlə zamanı dol-
dururuq, indini, keçmişi, gələcəyi, – eyni ölçüdə  və bizim üçün varlıqdan 
çıxmaq mümkün olmadığı kimi, zamandan da çıxmaq olmur” (12, s. 133). 
Bəli,  Şopenhauerin insanı  məkan və zaman çərçivəsində  sıxışdırılıb və bu 
səbəbdən həm özü əzab çəkir, həm də əzab verir. Qəribədir ki, filosof bunun 
köklərini öz xristian sələfləri kimi ilk günahda axtarır. Rasselin də vurğu-
ladığı kimi, Şopenhauer öz görüşlərində başı  bəlalı günah faktını yenidən 
gündəmə  gətirərək, həddindən artıq qabardır: “İnsan nə ilə qürurlanır? 


Fəlsəfə və sosial-siyasi elmlər – 2013, № 1
 
 
 
 
32
Günah dolu hamiləlik, iztirablı doğuş, əzablı həyat, qaçılmaz ölüm!” (12, s. 
15) XIX əsrin filosofunun Renessans dövrünün ruhuna uyğun fikirlərindən 
belə nəticə çıxartmaq olar ki, Şopenhauer insanın heç cür azad ola bilməmə-
sinin, hətta ruhunun belə “qaralmasının” səbəbini dində görür. 
Yeri gəlmişkən, Şopenhauerin məhz bu xüsusiyyətindən çıxış edərək 
türk yazıçısı  Sənail Özkan onunla Mövlana arasında paralellər aparır.  Əv-
vəla o, hər ikisinin də insanın canavarlaşmasının səbəbi kimi “insanın çox 
həris olduğunu, eqoiminin önünə keçilməzsə özündən başqasına həyat haqqı 
vermədiyini” dediklərini bildirir. İkinci bir paralel isə  mərhəmət haqqında 
düşüncələrlə bağlıdır. Belə ki, Özkanın fikrinə görə, alman filosofunun “əx-
laqi dəyərin yeganə qaynağı başqalarının acılarına qarşı şüursuz (hesabsız) 
olaraq hərəkətə keçmək və onlara yardım etmək” (4, s. 378) ideyası islami 
dəyərlərlə  səsləşir. (4, s. 378) Deyilənlərlə bir çox aspektlərdə  və insanın 
müəyyən hallarından çıxış edəndə razılaşmalı olsaq da, məsələnin mübahi-
səli tərəfləri də yox deyil. Məsələn,  Şopenhauerə görə “həqiqət budur: biz 
bədbəxt olmalıyıq və biz bədbəxtik. Və insanın başına gələn ən böyük şərlə-
rin  əsas mənbəyi insan özüdür: insan insanın canavarıdır” (12, s. 78-79). 
Yəni canavarlıq insanın xislətindədir. Təsəvvüf fəlsəfəsində, xüsusilə Möv-
lanada isə insanın mahiyyəti, yaradılışı gözəllikdir, eşqdir, yalnız nəfsi düz-
gün tərbiyə edilməmiş,  şər mənbəyi olan şeytana uymuş insan məhz in-
sanlıqdan çıxmaqla canavar ola bilər.  
Əslində, burada təəccüblü bir şey yoxdur. Mövlana bəşəriyyətə sevgi 
ilə dolu olan və insanı kamilliyə çağıran İslamdan çıxış edir, islamı “iyrənc 
təlim” hesab edən Şopenhauer isə keçmişini bəyənməyən, gələcəyi qaranlıq 
olan öz zəmanəsindən. Bəli, Şopenhauerin təsvir etdiyi insan onun öz müa-
siridir – Qərbin həmin vaxtlarda çalışıb-çarpışan, ağlının gücü ilə cəmiyyət-
lərin quruluşlarını, formasiyaları  dəyişən, eyni zamanda yeni silahlar kəşf 
edərək müharibələr aparan, qan tökən, pul, var-dövlət qazanmaq üçün hər 
üsula  əl atan, bu yolda özündən başqalarını alçaldan, məhv edən insandır: 
“İnsan mahiyyətcə vəhşi bir dəhşətli heyvandır. Biz ancaq əhliləşmiş və tə-
lim görmüş halda görürük ki, buna da sivilizasiya deyirlər: ona görə də onun 
təbiətinin təsadüfi partlayışları bizi dəhşətə gətirir” (12, s. 26). 


Fəlsəfə tarixi 
 
 
33
Ən mənfi hal isə bunda idi ki, o, bu insanın keyfiyyətlərini bütün 
bəşəriyyətə müncər edirdi: “İstənilən insan fərdini dəyərləndirərkən daim 
nəzərə almaq lazımdır ki, onun təməli elə bir şeydir ki, mövcud olmamalı 
idi, günah dolu, təhrif olunmuş, elə bir şeydir ki, ölümə məhkumdur; bu əsas 
murdar xüsusiyyət elə bir şəraitdə xarakterizə olunur ki, heç kəs dözmür ki, 
ona diqqətlə baxsınlar.” (12, s. 69) Maraqlıdır ki, insanın varlığında bir qara 
nöqtəyə  bənzəyən bu keyfiyyət məhz diqqət yetirildiyinə, üzərində xüsusi 
dayanıb şərhlər verildiyinə, əhəmiyyəti qabardıldığına görə, o, həqiqətən bö-
yüdü, digər keyfiyyətlərdən həqiqətən böyük və əhəmiyyətli göründü, insa-
nın bütün varlığı onunla əlaqələndirildi. Bunu istər Nitsşenin, istər Freydin, 
istərsə də onların davamçılarının fəlsəfəsində görmək mümkündür.  
Beləliklə, Şopenhauerin insanı bir tərəfdən təsəvvüründə fani dünyanı 
yaşadan əbədi və “gizli bir nüvə olan “Mən”ə”
 
 (12, s. 151) sahibdir, digər 
tərəfdən, bu insan “hamının hamıya qarşı müharibə apardığı” “mümkün 
olan dünyaların ən pisində” mütləq hakimiyyətə can atan canavardır ki, ağlı 
var. Maraqlıdır ki, o, ideyanı obyekt, dahinin yaratdığı sənət əsərini isə ira-
dəsiz subyektin inikası kimi qəbul edir. Musiqi isə bilavasitə iradənin özü-
nün inikasıdır. Məhz bu düşüncələrdən sonra belə qərara gəlmək olar ki, Şo-
penhauer ümumiyyətlə insanın deyil, kilsənin təqdimatındakı insanı tanımaq 
istəmir: “Məncə, belə günahkar iradəli, belə məhdud ruhlu, belə kövrək və 
tez zədələnən bədənə malik bir varlığın – insanın ləyaqəti haqqında ancaq 
istehza ilə danışmaq olar”. (12, s. 15) Əslində, filosofun təqdimatındakı in-
san Allahın yaratdığı bir varlıq deyil. Onun tanıdığı və onu dəhşətə gətirən 
insan sivilizasiyanın meyvəsidir. Bu sivilizasiyadan kənarda isə yüksək ide-
yalar və onların inikasları var, hətta insandan kənar olan iradənin də inikası 
dahiyanə bir əsər, şedevr kimi çıxır ortaya. Bir sözlə, bu kiçik dünyada qa-
panan və bu dar dünyada öz yerini genişləndirmək üçün başqaları ilə vuru-
şub əzab çəkən və əzab verən insana toxunan hər şey alçalır, qaralır, məhv 
olur. Görünür, sonralar bütün XX əsri bürüyəcək bu pessimist notların təsiri 
idi ki, Nitsşeyi belə deməyə sövq etmişdi: “Müəyyən bir müddət uçuruma 
baxanda uçurum sizin içinizdən baxmağa başlayar”. (4, s. 47) 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə