Microsoft Word Kamran Imanov Kitab Designed doc



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə12/80
tarix11.03.2018
ölçüsü4,58 Kb.
#31238
1   ...   8   9   10   11   12   13   14   15   ...   80

E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
49 
“erməniləşdirmiş”, CMOMPK-ın
 
28-ci buraxılışında isə M. Poqosov 
tərəfindən “Zaqafaziyada erməni xalq ədəbiyyatı” adlı yazıda mü-
dafiə edilmişdir. 
“İlandağ” hələ CMOMPK-ın ikinci buraxılışında “İrəvan quber-
niyasının Naxçıvan qəzasında xalq rəvayətləri” başlığı altında “ermə-
niləşdirilmişdir”, guya keçmiş Naxçıvan qəzası və keçmiş İrəvan xan-
lığı da ermənilərə məxsus imiş və onların ərazisi kimi adlandırılır. 
Sonrası daha ağlasığmazdır. Belə  məlum olur ki, “Şuşa” rəva-
yətini guya 70 yaşlı şuşalı Arşak Petrosyan danışmış, 1952-ci ildə isə 
Qriqoryan-Spandaryan tərəfindən toplanmış və qələmə alınmışdır. 
Burada düşünməyə başlayırsan: rəvayət nəinki “əfsanə”yə, sözün 
həqiqi mənasında, əsl “erməni uydurması”na və “erməni mifi”nə çev-
rilir. Özünüz fikirləşin, “Minkənd” rəvayətini Gorusdan Norik danış-
mışdır. O da bunu anasından eşitmişdir və bunları 1965-ci ildə M. 
Arakelyan qələmə almışdır. 
“Sultan Murad daşı” rəvayəti isə “Toros Axbar”dan (xaricdən 
gələn erməni köçkün - “qardaşlarını” belə adlandırırdılar) olan Q. 
Srvantzyan tərəfindən hələ 1897-ci ildə “erməniləşdirilmişdir.” 
“Şirvan rahibxanası”na gəlincə isə belə çıxır ki, o da Leonun “Ermə-
ni tarixi”ndən götürülmüşdür (Leo (1946-cı il, c.3).  
Erməni uydurmalarının mənzərəsi aydın göründüyünə görə, belə 
düşünürük ki, istinad etdiyimiz mənbələrlə kifayətlənə bilərik. Canlı 
və ya çap edilmiş erməni mənbələri Azərbaycan (türk) rəvayətlərini 
“danışır” və bu, kifayət edir ki, erməni əlifbasına “geyindirilmiş” hə-
min rəvayətlər “erməniləşdirisin”. Belə “erməni” rəvayətlərinin coğ-
rafiyası olduqca genişdir və erməni etnosu ilə əlaqəsi etnosların yaşa-
dığı arealları əhatə edir və bir sıra müstəqil dövlətlərin ərazilərini də 
buraya daxil edir. Bununla belə, kitabda erməni rəvayətlərinin yayıl-
ma arealını  əks etdirən erməni dilində olan xəritə ilə tanış olarkən, 
belə bir təsəvvür yaranır ki, burada göstərilən bütün coğrafi məkanlar 
müstəsna olaraq ermənilərin yaşayış yerləridir. Hörmətli oxucular, biz 
bu xəritəni ona görə misal gətiririk ki, onun şimalda - Azərbaycanın 
şimal-qərb rayonlarını, Tiflisi, Axalkalakini, Batum (adlar xəritədə 
K A M R A N  İ M A N O V 
 
50 
erməni dilində göstərildiyi kimi verilir) daxil olmaqla Gürcüstanı 
əhatə etdiyini özünüz əyani şəkildə görəsiniz. Cənubda isə “erməni” 
rəvayətlərinin yayılma arealı Bolu, Diyarbəkir və s. daxil olmaqla 
Türkiyənin ərazisini, eləcə də İran ərazisini - Urmiya gölünün ətrafı 
daxil olmaqla, Təbrizə  qədər olan böyük bir ərazini (Cənubi Azər-
baycan əyalətlərini) əhatə edir. Erməni rəvayətlərinin şərq arealı kimi 
isə - Azərbaycan (Kür-Araz çaylarının arası, Naxçıvan, Qarabağ) və 
nəhayət, qərbdə - yenidən Türkiyənin Trabzondan Malatyaya qədər 
ərazisi göstərilir. Bir sözlə, “erməni rəvayətləri” “dənizdən-dənizə” - 
Qara dənizdən-Xəzər dənizinə qədər olan arealda yayılmışdır. Həmin 
xəritədə “Böyük Ermənistan” ərazisi məhz bu cür uydurulmuşdur. 
Biz oxucuların diqqətini ona yönəltmək istəyirik ki, söhbət ümu-
mi fikrə görə, uzaq keçmişin canlı  mənbələri sayılan rəvayətlərdən 
gedir, özü də bu “erməniləşdirilmiş” rəvayətlərin “daşıyıcıları” kimi 
ermənilər çıxış etdiklərinə görə, deməli, belə çıxır ki, bu yerlərin əsil, 
yerli sakinləri ermənilər olmuş və rəvayətlər də onlardan toplanmış-
dır. Beləliklə, yerli sakinlərin torpaqlarına açıq şəkildə iddialarla sıx 
bağlı olan, onların folklor nümunələrinin mənimsənilməsi və  əqli 
mülkiyyətinə iddiaların nümunələri gözünüz önündədir. Burada bir 
daha əmin oluruq ki, ermənilər rəvayətlər hesabına hər şeyi edirlər ki, 
“Böyük Ermənistan” xülyasından unudulmasın. Biz də bu paraqrafı 
Qriboyedovun “Ağıldan bəla” əsərindəki Çatskinin dilindən verilmiş 
məşhur ifadə ilə tamamlayırıq: “Rəvayət çox təzədir, çətin ki, ina-
nılsın”. 
 
 
 
 
 
 
 


E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
51 
§7.  
“...Mənimsədim”də Azərbaycan dastanlarının 
mənimsənilməsindən 
 
Hörmətli oxucular! “Gəldim, gördüm...mənimsədim” materialını 
davam etdirərək, şəkli dəyişdirilmiş latın ifadəsinin yekununda, yəni 
“...Mənimsədim” adlı son hissəsində biz Azərbaycan dastanlarının 
mənimsənilməsi və “erməniləşdirilməsi” faktlarını göstərmək fikrin-
dəyik. 
Azərbaycanın dastan fenomeni sözün həqiqi mənasında nadir 
miqyaslı bir hadisədir və o hətta eposa, epik əsərlərə aid edilsə belə, 
bu cür təqdimata tam adekvat deyil. Bu, şübhəsiz ki, müvafiq ümum-
şərq folklor janrı ilə  sıx bağlı olan müstəqil və özünəməxsus Azər-
baycan folkloru janrıdır. 1978-ci ilin “Ensiklopedik lüğəti”ndə dastan 
“folklorda və “Şərq xalqları ədəbiyyatında böyükhəcmli qəhrəmanlıq 
və ya romantik poema” kimi izah edilir. Dastanın xüsusiyyəti onun 
qarışıq poetik-nəsr janrı olmasındadır: dastan nəzm, nəsr, eyni za-
manda şeir-nəsr şəklində də ola bilər. Dastanın digər bir xüsusiyyəti 
isə ondan ibarətdir ki, onun deklamasiyası, bir qayda olaraq, musiqili 
əlavələrlə növbələşir. 
“Azərbaycanca-rusca lüğət” (Bakı, Azərnəşr, 1985-ci il) “dastan 
termininə uyğun oxşar leksik mənalı söz axtararaq, “epos”, “leqenda”, 
“bılina”, “ballada”, “skazanie” kimi sözləri işlədir. Bu, yəqin ki, 
düzdür, ona görə ki, “dastan” sözünün dəqiq tərcüməsi yoxdur. Həqi-
qətən, ”dastan” eposun müstəqil hissəsidir, dastanın əsasında “əfsanə” 
də ola bilər. Onu nağıllarla da əlaqələndirmək olar, çünki bu termin 
folklorda rəvayət,  əfsanə, bılinalar kimi tarixi və  əfsanəvi xarakterli 
hekayələri ümumi başlıq altında birləşdirir. 
Bir sözlə, dastan eposa aid edilirsə də, bu, yalnız müstəsna olaraq 
S.Ojeqovun “Rus dili lüğəti” (M., “Rus dili”, 1982) çərçivəsində mü-
əyyən edilmiş “qəhrəmanlıq nağılları, mahnılar və s. kimi xalq yara-
dıcılığı  əsərlərinin məcmusu” anlamında və eyni zamanda Azərbay-
can xalq ədəbiyyatının xüsusi, müstəqil folklor janrıdır. 
K A M R A N  İ M A N O V 
 
52 
Bununla belə, hörmətli oxucular, qonşularımız bu janra da iddia 
irəli sürürlər. 
İndi isə hər şeydən öncə, Azərbaycan dastanlarının mənimsənil-
məsi və “erməniləşdirilməsi” mənbələri üzərində dayanaq. 
İlkin mərhələdə  hələ XVI əsrdən başlayaraq, bu əsərlər  əvvəlcə 
erməni əlifbasında yazıya köçürülərək, arxivə - Matenadarana, indiki 
Ermənistan Qədim  Əlyazmalar  İnstitutuna verilirdi. Erməni  ədəbiy-
yatşünası Babken Çuvaşyan da bunu etiraf edir: “Aşıq Qərib” və di-
gər türk-Azərbaycan dastanları burada (Matenadaranda) saxlanılır”. 
Onlar çoxdan saxlanılır, ancaq XVI əsrdən sonra Azərbaycan dastan-
larının “erməniləşdirilmə” prosesi intensivləşdirilir, çünki 1721-ci 
ildə  İlyas Muşeqyan özünün “Mahnılar kitabi”nda Azərbaycan das-
tanlarını “Koroğlu”, “Kərəm”, “Qərib” adları altında nəşr etdirir. O, 
bunların hamısını  Təbrizdə toplamışdı. Erməni professorları Anton-
yan və Torosyanın etiraflarına  əsasən, XI-XII əsrlərdən başlayaraq, 
“Aşıq Qərib”, “Əsli və  Kərəm”, “Şah  İsmayıl Xətai”, “Fərhad və 
Şirin”, “Leyli və  Məcnun” kimi məşhur Azərbaycan nağılları  və 
məhəbbət dastanları, sonralar isə “Koroğlu” qəhrəmanlıq eposu er-
məni dilinə tərcümə olunmuş, dəyişikliyə məruz qalmış, daha doğru-
su, “erməniləşdirilmişdir.” Misal üçün, “Koroğlu”nu götürək. Erməni 
mütəxəssislərinin məlumatına görə, Koroğlunun 13 mahnısı İ.Muşeq-
yan tərəfindən “erməni hərfləri ilə türk dilində” yazılmış  və onlar 
1954-cü ildə Yerevanda nəşr edilmişdir (A.Abramyan, D.Qabrielyan, 
“Koroğlunun çap olunmamuş mahnıları” Ermənistan EA-nın nəşri, 
Yerevan, 1954). “Koroğlu”nun XIX əsrə aid üç qolunun əlyazması 
55 bənddən ibarət şeirlə birlikdə Matenadaranda saxlanılır. “Koroğlu”-
nun toplanmış və erməni dilində yazıya köçürülmüş 7 qolu da daxil 
olmaqla, onun ayrı-ayrı hissələri M.Qaraxanyanın “erməniləşdirilmiş” 
süjetlərlə  hələ 1908-1909-cu illərdə Eçmiədzinə saxlanılmağa veril-
mişdir. 
“Koroğlu” isə tamamilə və başqa bir mövzudur və bu qəhrəman-
lıq dastanının “erməniləşdirilməsi” üçün göstərilən çox böyük cəhd-
lər haqqında ayrıca danışacağıq. 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə