Microsoft Word Kamran Imanov Kitab Designed doc



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə13/80
tarix11.03.2018
ölçüsü4,58 Kb.
#31238
1   ...   9   10   11   12   13   14   15   16   ...   80

E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
53 
Azərbaycan dastanlarının ideya zənginliyi və  dərin məzmunu
süjetlərin gözəlliyi və epizodların rəngarəngliyi, surətlərin parlaqlığı - 
bütün bunlar erməni  əhalisinin diqqətini cəlb etmiş  və bunlar, öz 
növbəsində, erməni ifaçılarının ifasında xalqa çatdırılmışdır. Onları 
daha çox cəlb etmək məqsədi ilə növbəti mərhələdə dastanlar tərcü-
mə olunmağa, dəyişdirilməyə  və “erməniləşdirilmə”yə, həmçinin 
erməni və xarici dillərdə çap olunmağa başlanmışdır. Qeyd edək ki, 
XIX  əsrin sonundan XX əsrin  əvvəlinə kimi olan müddətdə, daha 
doğrusu, 30 il ərzində müxtəlif nəşriyyatlarda erməni dilində 10-dan 
artıq Azərbaycan dastanı nəşr olunmuşdur. Azərbaycan dastanlarının 
nəşr edilməsinin  əsas təşəbbüskarları Azərbaycan dilini gözəl bilən 
erməni aşıq poeziyasının nümayəndələri: Civani, Sazai, Camali, 
Həyat, eləcə də A.Mxitaryan kimi təbliğatçılar və başqaları olmuşlar. 
Misal üçün, Civani “Aşıq Qərib”, “Əsli və  Kərəm”, “Şah  İsmayıl”, 
“Leyli və  Məcnun” və s. dastanları  dəyişdirmiş, “erməniləşdirmiş”, 
tərcümə etmiş  və erməni dilində  nəşr etdirmişdir. Eyni ilə A. 
Mxitaryan “Aşıq Qərib”, “Tahir və Zöhrə”, “Şah  İsmayıl”, “Fərhad 
və  Şirin”, “Leyli və  Məcnun” dastanlarını  tərcümə etmiş, dəyişdir-
miş, “erməniləşdirmiş” və nəşr etdirmişdir. 
Qeyd etmək kifayətdir ki, erməni nəşriyyatları 1897, 1990 və 
1904-cü illərdə yalnız olan “Koroğlu” qəhrəmanlıq eposumuzun 
müvafiq qollarını ayrı-ayrı kitablar şəklində buraxmışdır. Jurnal və 
məcmuə kimi çap və dövri nəşrlərdə Azərbaycan dastanlarının 
dəyişdirilmiş  tərcümələri, “Leyli və  Məcnun”, “Aşıq Qərib” və 
digərlərinin “erməniləşdirilmiş” variantları çap olunmuşdu. Hətta 
dastanların motivləri, Azərbaycan aşıq poeziyasının-xalq dastançıla-
rının ənənələri erməni bənzərlərinin, məsələn, Sazainin “Qarnik haq-
qında dastan”, Q. Balaseyansın “Rüstəm və Salman”, Q.Ovsepyanın 
“Rüstəm Zal” kimi nümunələrinin yaradılmasında və  nəşr olunma-
sında istifadə olunmuşdur. Onların hamısı quruluşuna və məzmununa 
görə bizim dastan yaradıcılığının çox böyük təsiri altında olmuşdur. 
Lakin hörmətli oxucular, bir daha qeyd etmək istərdik ki, bütün bu 
nəşr olunmuş  tərcümələr, işlənmələr “erməniləşdirilmış” variantlar, 
Azərbaycan dastanlarının kompiliyasiyaları üçün əsas hər  şeydən 
K A M R A N  İ M A N O V 
 
54 
əvvəl, dastanlarımızın Azərbaycan dilində toplanmış orijinallarının 
erməni əlifbasında çap olunması olmuşdur. Misal üçün, Azərbaycan 
dilində erməni  əlifbasınad yazıya köçürülmüş  və 1871-ci ildə 
İstanbulda Kafafyan mətbəəsində nəşr olunmuş “Şah İsmayıl – Gülzar 
xanım” dastanı ilk belə dastan olmuşdur. Bir il keçəndən sonra elə 
həmin naşir “Leyli və  Məcnun” və “Koroğlu” dastanlarını da nəşr 
edir. 1875-ci il-də isə “Aşıq Qərib” və digərləri nəşr olunur və s. 
Burada da müəyyən bir məqsəd var idi: ərəb qrafikasını bilməyən 
əhalini nəinki bu dastanlarla tanış etmək, həm də bizim dastanları er-
məni əlifbasında nəşr etməklə onların tərcüməsi, işlənməsi və sonrakı 
“erməniləşdirmə”si üçün şərait yaratmaq idi. 
Qeyd edək ki, bizim “erməniləşdirilmiş” dastanları sadəcə erməni 
əlifbasında və ya erməni dilinə tərcümədə saxlanmırdı, onlar həm də 
geniş şəkildə ifa olunurdu. Dastanlar ermənilərin yaradıcılıq məhsulu 
kimi xarici naşirlərə təklif olunurdu, onlar da əvvəlcədən aldandıqla-
rından həmin nümunələri öz nəşrlərində ermənilərinki kimi təqdim 
edirdilər. 
Beləliklə, Azərbaycan dastanlarının “erməniləşdirmə” prosesi əv-
vəlki paraqraflarda göstərilmiş xüsusi “hazırlanmış” sxem üzrə ge-
dirdi. Əvvəlcə toplamaq, sonra Azərbaycan dilində erməni əlifbası ilə 
yazıya köçürmək, daha sonra tərcümə etmək və sonda, təxminən XIX 
əsrin 60-cı illərində onları nəşr etdirmək. Üstəlik də, bizim dastanları 
orijinalın ruhuna yad olan şəkildə işləməklə və süjetin “erməniləşdi-
rilməsi” ilə yanaşı, bu dastanlar həm də ermənilər tərəfindən geniş ifa 
olunurdu. Xahiş edirəm, diqqət yetirin, sadalanan guya erməni aşıqla-
rının təxəllüslərinin mahiyyəti də türkcə, Azərbaycancadır. 
Yenə dastanlara qayıdaq və nümunə kimi “Açıq Qərib” dastanını 
götürək. Onun Ermənistanda saxlanılan ilkin variantları erməni əlif-
basında yazıya köçürülmüş Azərbaycan mətnləri idi. Elə Lermonto-
vun “Aşıq Qərib” nağılının süjetinin əsasını da məhz bu dastan təşkil 
etmişdir. Dastanın motivləri əsasında erməni rejissoru S. Paradjanov 
Azərbaycan dilində eyniadlı film çəkmişdir. Təbii ki, erməni ifaçıları 
–qusanlar tərəfindən geniş istifadə olunan Azərbaycan dastanları ye-


E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
55 
nidən işlənir, ora erməni elementləri, o cümlədən onların məişəti, 
coğrafi adları  və s. daxil edilirdi. Elə düşünməyin ki, bütün bunlar 
erməni dilində həyata keçirilirdi. Əksinə, onlar çox vaxt Azərbaycan 
dilində, lakin təkrar edirik, erməni  əlifbasında yazıya köçürülərək, 
erməni yaradıcılıq əsərləri kimi arxivlərə saxlanılmağa verilirdi. Son-
rakı mərhələdə onların “erməniləşdirilmiş” tərcümələri ortaya çıxırdı. 
Nəticədə arxivlərdə saxlanılan Azərbaycan dastanları ya tam şəkildə 
Azərbaycan dilində  səslənirdi, ya da nəsr hissəsi Azərbaycan, mən-
zum hissəsi isə erməni dilinə tərcümədə və ya əksinə olurdu. Nəha-
yət, onlar həm Azərbaycan, həm də erməni dilinə  tərcümədə arxiv-
lərdə saxlanılırdı. 
Azərbaycan dastanları çox vaxt Azərbaycan dilində ifa olunurdu, 
başqa cür də ola bilməzdi, ona görə ki, “erməniləşdirilmiş” redak-
siyada Azərbaycan əsərləri öz mənasını heç də tam şəkildə ifadə et-
mirdi. Digər tərəfdən, hətta Azərbaycan dilində ifa olunanda belə 
poetik sətirlərin Azərbaycan dilindəki bədii çoxmənalılığının fəlsəfi 
mahiyyəti erməni ifaçılarına çatmırdı və bu da məqsədyönlü “ermə-
niləşdirmə” ilə yanaşı, ifa olunan mətnlərdə semantik dəyişmələrə 
səbəb olur və onlara müvafiq zərər vururdu. 
Bununla belə, Azərbaycan dastanlarının poetik gücü o qədər bö-
yük, aşıq poeziyasının təsiri o qədər əhəmiyyətli idi ki, hətta bir sıra 
yüksək dini təhsil və rütbə almış erməni xadimləri bizim etnosun 
təsiri altında aşıq olmuşlar. Məsələn, Tlkuransi (XIV-XV əsrlər) əv-
vəlcə din xadimi olmuşdur. K.Qostanyanın (“Ovanes Tlkuransi və 
onun şeirləri”, Tiflis, 1892, erməni dilində) qeyd edirdi ki: “Tlkuransi 
gənc yaşlarından peşəsinə görə yox, ancaq istəyinə görə  aşıq ol-
muşdur... O, türk (Azərbaycan”) dilini mükəmməl bilirdi, fars dili ilə 
tanış idi...” 
Məhz Azərbaycan epik əsərləri erməni mühitində qusan adlan-
dırılan aşıq hadisəsini yaratdı. Baxmayaraq ki, ermənilərin ozan-aşıq 
yaradıcılığını  mənimsəməsi ayrıca mövzunun söhbətidir, lakin bu 
məsələnin dastan oğurluqları ilə bağlı olduğunu nəzərə alaraq, bu gün 
onu qısaca da olsa işıqlandıracağıq. K.Qostanyansın (Tiflis, 1898, er-
K A M R A N  İ M A N O V 
 
56 
məni dilində) etirafına  əsaslanaraq qeyd edək ki, adətən, dastanlar 
üzərində qurulmuş ozan-aşıq yaradıcılığının ermənilər tərəfindən 
qavranılması, onun forma və metodlarının mənimsənilməsi elə səviy-
yədə idi ki, o, belə yazırdı: “ qusanları erməni adlandırmaq düzgün 
deyil, onlar yalnız ona görə ermənidirlər ki, erməni ailələrində do-
ğulmuşlar”... Erməni xadimi Leonun (“Erməni tarixi”, III c) verdiyi 
izahata görə, erməni aşıqları “K.Yerzinkatsi, Ovan. Tlkuransi, Mık. 
Naqaş, Krik. Axtamaretsi və başqaları yalnız o səbəbdən aşıq idilər 
ki, onlar məşhur  əsərlərini özləri üçün anlaşılan dildə”, yəni Azər-
baycan dilində ifa edirdilər. Q.Levonyanın (“Erməni aşıqları”, Alek-
sandropol, 1892, erməni dilində) açıqlamasına görə, erməni aşıqları-
nın qəbul etdikləri adlar kimi, onların şeirlərinin və mahnılarının ad-
ları da Azərbaycan dilindədir. Düşünürəm ki, erməni aşıq yaradıcı-
lığının qısa xarakteristikasını əqli mülkiyyət dəyərlərimizin mənimsə-
nilməsində “xüsusi” payı olan Qazaros Ağanyanın etirafı ilə yekun-
laşdırmaq olar. Görün o, Azərbaycan dilində  aşıq sənətinə yiyələn-
məsi barədə (1893-cü il tarixli Xatirələr, əsərləri, c.3, erməni dilində) 
nə yazır: “Mən  əvvəlcə  şeirləri  əzbərləyirdim,  əlifbanı öyrəndikdən 
sonra isə onları  qələmə almağa başladım... Yazdıqlarımın mənasını 
tam olmasa da, müəyyən qədər başa düşürdüm... Aşıqlar erməni 
dilində deyil, türk dilində oxuyurdular. Bizim aşıqlar arasında erməni 
dilində oxumaq haqqında hələ  təsəvvür yox idi... Bizim aşıqların 
erməni dilində olan şeirlərlə dastanları yoxdur, onların hamısı yalnız 
türk dilindədir”. Yəqin ki, başqa cür də ola bilməzdi! Nəhayət, Aşıq 
yaradıcılığının təcrübə  və  ənənələrini öyrənmiş erməni folklorçusu 
Ter-Sərqisyan sonuncu beytdə yaradıcısının  əsl, yaxud poetik adı 
göstərilməklə müəlliflik hüququ təsbit edilən məşhur Azərbaycan 
“tapşırma“sı haqqında yazmışdır: “Tapşırmanın çıxarılması, yaxud 
dəyişdirilməsi plagiatın qanunla cəzalandırılmasından da ciddi ola-
raq, adətlə qorunur və ictimai nifrətlə qarşılanır.” 
Üstəlik, qeyd olunurdu ki, erməni qusanları bu ənənəni də götür-
müşlər. (S.Ter-Sərqisyan, “Erməni aşıqları”, “Şərq” toplusu, 1924). 
Hörmətli oxucular! Biz qondarma erməni aşıqları haqqında qısa-
ca olaraq danışdıq, baxmayaraq ki, erməni mənbələrinin bu qusan-


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə