Microsoft Word Kamran Imanov Kitab Designed doc



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə15/80
tarix11.03.2018
ölçüsü4,58 Kb.
#31238
1   ...   11   12   13   14   15   16   17   18   ...   80

E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
61 
 Beləliklə, nə çox, nə az: aşıqları olan ermənilərin sayəsində türk-
lərə aid olmayan rəvayətlər əlavə edilmiş dastanlar bu günümüzə gə-
lib çatmışdır. Bu cəfəngiyatı yadda saxlayaq, çünki buna oxşar məna-
sız sözlərə  və digər bu kimi erməni hay-küyülərinə yenə rast gələ-
cəyik. 
Bu qəbil mənasızlıqdan sonra son ifadə ilə ermənisayağı alicə-
nablıq nümayiş etdirilir: “kəndlilərin və  zəhmətkeşlərin bu rəvayət-
ləri sevdiklərini, onların bu nümunələrə xüsusi hörmət və ehtiramını 
nəzərə alaraq, bu tərcüməni onların öhdəsinə buraxırıq” (“Fərhad və 
Şirin” türk və fars dillərindən olan müqayisəli tərcümədə, CMA, 
Tiflis, “Kultura”mətbəəsi, 1913. 
“Erməniləşdirilmiş” tərcümədə nə şərh olunur? 
Birincisi, bütün hadisələr Tosp vadisinin Vaspurakan şəhərində 
vaqe edir. Oxuculara xatırladaq ki, ermənilərin iddialarına görə, 
“Vaspurakan özündə 37 vilayəti birləşdirən” uydurma “Böyük Ermə-
nistan”ın ən böyük əyalətlərindən biri olmuşdur və bunların arasında 
Van  şəhəri rayonunda hələ Urartu dövləti dövründən Tosp adlanan 
ərazi də var imiş.  İkincisi, Vaspurakanın mədh olunmasını  və hadi-
sələrin süjetinin tam “erməniləşdirilməsi”ni bir kənara qoyaraq qeyd 
edək ki, “tərcümə”də Fərhadın dilindən iddia olunur ki, onun vətəni - 
Ermənistandır, eləcə də Şirin - “Vaspurakan sakinidir”. Bundan sonra 
giriş sözü tamamilə ermənilər tərəfindən mənimsənilmiş dastanın 
məzmunu ilə tam uyğunlaşır. Əlbəttə ki, dastanın əsasını təşkil edən 
əfsanə də məhz “ermənilərinkidir”. 
Beləliklə, dastan “erməniləşdirilərkən” nəinki erməni kökləri ilə 
bağlanaraq yalnız qədimləşdirilir, həm də guya erməni xalqının 
həyatında baş verən hadisələri  əks etdirməklə ermənilər tərəfindən 
tam “milliləşdirilir”. İş o yerə çatır ki, “Fərhad və Şirin” mövzusu az 
qalır ki, Hörmüz şahın sarayının Vaspurakanı ələ keçirmək fars planı-
nın alətinə çevrilsin... Bəs bu tərcümə hansı  mənbədən götürülür? 
Əsasını böyük Nizaminin ölməz “Xosrov və  Şirin” poeması  təşkil 
edən Azərbaycan orijinalından. Böyük Azərbaycan  şairi Nizami isə 
məşhur şərqşünas Bertelsin fikirlərinə və onun öz yazdıqlarına əsas-
K A M R A N  İ M A N O V 
 
62 
lansaq, deyə bilərik ki, qədim rəvayəti və Firdovsinin “Şahnamə” 
əsərində təsvir olunmuş qısa bölməni əsas kimi götürmüşdür. Üstəlik 
də Bertelsin fikrinə görə: “...Nizami Firdovsinin hekayətinin demək 
olar bir hissəsini də  təkrar etməmişdir...” Qeyd etmək lazımdır ki, 
“Fərhad və  Şirin” dastanının “erməniləşdirilmiş” variantı tamamilə 
Nizaminin “Xosrov və Şirin” əsəri ilə üst-üstə düşür. 
Şübhəsiz ki, “Fərhad və  Şirin” rəvayəti hələ VI əsrdən mövcud 
idi və Ön və Orta Şərq, Hindistan, Orta Asiya və  Cənubi Qafqaz 
xalqlarının folklorunda geniş yayılmışdı. Ancaq bunun ermənilərə 
heç bir aidiyyəti olmamışdır. 
Fərhadın etnik mənsubiyyətinin ermənilərə aid olması barədə 
iddianın mütəxəssislər tərəfindən heç vaxt ciddi qəbul edilmədiyinə 
baxmayaraq, erməni saxtakarlığı olan tərcümələrdə  Şirinin erməni 
mənşəli olmasına dair iddialar müəyyən reaksiyalara səbəb olmuşdur. 
Hörmətli oxucular, xatırladaq ki, böyük Nizami Şirini şairin qıp-
çaq tayfasından çıxmış arvadına oxşayan türk qadını kimi təqdim et-
mişdir: “o, mənim Afaqıma oxşayırdı”.  Şirinin  İran mənşəli olması 
barədə fikir də vardır, onun xristian məzhəbli olması fikri də müza-
kirələr obyekti olmuşdur. 
Burada Nzaminin poemasına aid bir detalı qeyd etmək lazımdır. 
Nizaminin  əsərində  Şirinin bibisi Məhinbanu (Şamir) Arran, Ermə-
nistan və Abxaziyanın hökmdarı kimi təqdim olunur, Fərhad və Şiri-
nin görüşləri isə  Cənubi Qafqazda cərəyan edir. Coğrafi adlar sıra-
sında tarixi Azərbaycan ərazisi olan Amasiya göstərilir. Ona görə də 
Şirin ola bilər ki, xristian Alban mənşəli olsun, ancaq heç cür erməni 
mənşəli ola bilməzdi. Bununla belə, Şirinin erməni mənşəli olmasına 
dair o dövrdə yaşamış erməni tarixçilərində bir dənə də təsdiq olma-
masına baxmayaraq, Nizaminin “Xosrov və Şirin” əsəri yaradılandan 
sonra bu rəvayətin motivləri  əsasında yazılmış bir sıra poemalarda 
Şirinin erməni mənşəli olması barədə yalan təsəvvür yaranır, bunu da 
bəzən Suriya salnaməsindən alınmış  məlumatla izah edirlər. Burada 
Şirinin aramey mənşəli olması göstərilir ki, guya bu səhvən erməni 
mənşəli kimi oxunmuşdur.  


E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
63 
Biz bu detallar üzərində ona görə dayanırıq ki, ermənilər dastan 
yaradıcılığımızı mənimsəməklə yanaşı, məqsədyönlü və ardıcıl şəkil-
də böyük Nizami Gəncəvinin yaradıcılığını bütün mümkün uydur-
malarla saxtalaşdırırlar. Misal üçün, Orbeli Ermitajın direktoru olar-
kən özünün “Bəhram və Azadə” (1940) əsərində böyük Nizaminin 
yaradıcılığında erməni folklor köklərini “tapa bilmişdir”. Məşhur 
şərqşünas Bertelsin nüfuzu ilə hesablaşmayaraq, Nizaminin öz yaz-
dıqlarına  əhəmiyyət vermədən o qeyd edirdi ki, “Yeddi gözəl”  əsə-
rindəki Bəhram Gur surətinin kökü Sasanilərə yox, erməni folklor 
pəhləvanı Vahanqa gedib çatır. Yaxud 1967-ci ildə Ab. Şahsuvaryan 
“Şahnamə” və erməni mənbələri” (Yerevan, “Ayastan” nəşriyyatı) 
kitabında sübut etməyə çalışmışdır ki, Şirin nə iranlı, nə də türkdür, o 
daha çox erməni olmuşdur. Artıq XX əsrin 80-ci illərində növbəti 
addım atılır: tədqiqatlar “aparılır” və dissertasiyalar müdafiə olunur 
və bunlarda iddia olunur ki, nə az, nə çox, Nizaminin “Xosrov və 
Şirin”  əsərindəki  Şirin erməni  şahzadəsi olmuşdur, Xosrov Pərvizin 
sarayında olan xanəndələrin rəhbəri Sarkeş isə erməni Sərkis elan 
olunmuşdur. Bununla da erməni musiqi mədəniyyətinin Şərq xalqları 
mədəniyyətinə müstəsna təsiri haqqında çoxmənalı nəticələr çıxarılır 
və əlbəttə ki, “ilk mədəniyyət ocağı” olan Ermənistan haqqında və s. 
nağıllar yayılır. Nizami ətrafında gedən bütün bu başağrısına cavab 
kimi böyük şairin öz sözləri tamamilə yerinə düşür: 
“Məni talayan əvəzində hələ bir məni söyür də.  
Halbuki bu, bir oğrunun çığırtısıdır. 
Axı küçədə oğrunu tutanda  
Oğrular küçə böyunca qaçır və “Oğru!”, “Oğru!”- deyə qışqırırlar”
 
 
Saxtakarlara Marietta Şaqinyanın “Nizami haqqında etüdlər” əsə-
rini oxumağı da məsləhət görmək pis olmazdı. 
Beləliklə, hörmətli oxucular, Azərbaycan mədəni  ənənələrinin 
mənimsənilməsi “erməni” ənənəsinin mahiyyətini açaraq, sizinlə na-
dir Azərbaycan dastan yaradıcılığının “erməniləşdirilməsi” haqqında 
söhbət etdik. Bu da təsadüf deyil, çünki “ saxtakarlıqları təsadüf yox, 
niyyət yaradır.” 
K A M R A N  İ M A N O V 
 
64 
§8.  
“...,Mənimsədim”də “Koroğlu” dastanını 
ermənilərin necə ələ keçirmək cəhdlərindən               
bəhs olunur 
 
Hörmətli oxucular! Şəkli dəyişdirilmiş latın ifadəsinin üçüncü 
hissəsi çərçivəsində “Gəldim, gördüm,...mənimsədim” mövzusunu 
davam etdirərək “...Mənimsədim” hissəsində “Koroğlu” dastanımızın 
“erməniləşdirilməsi” üçün aparılan “fədakar cəhdlər”i işıqlandırmaq 
niyyətindəyik. 
“Koroğlu”  ədəbiyyatımızın sərbəst və nadir janrı olan Azərbay-
can epik dastan yaradıcılığının incilərindən biridir. Bu qəhrəmanlıq 
hekayətidir və buna görə ona həmişə xüsusi münasibət bəslənilmişdir. 
Şərh olunan material tamamilə absurdlar rubrikasına düşə bilər-
di, çünki absurd orasındadır ki, “erməniçilik” nəinki dastan yaradıl-
masında birinciliyi öz adına yazmağa cəhd göstərir, hələ dastanın 
süjetinin “erməniləşdirilməsi” barədə absurdu demirik, hətta dasta-
nın yaranması  və onun əsasını  təşkil edən hadisələri absurd şəkildə 
“ermənicəsinə” izah etməyə çalışır. 
Ondan başlayaq ki, mütəxəssislər “Koroğlu”nu şərti olaraq, tarixi 
dastan adlandırırlar, ona görə ki, bu eposda XVI-XVII əsrlərdə olmuş 
hadisələr öz əksini tapmışdır. Üstəlik, belə güman edirlər ki, Koroğlu 
haqqında dastanın son orta əsrlərə aid tarixi özəyi, dəqiq desək, 
Cənubi Azərbaycan  əsası mif yaradıcılığı elementləri ilə mövcud 
epik folklor ənənəsi üzərində yaranmışdır. Bu qəhrəmanlıq dastanı 
əsl Azərbaycan variantında Şah Abbasın hakimiyyəti dövründə olan 
xalq üsyanları ilə bağlı olan hadisələri  əks etdirir. Deməli, bu hadi-
sələr xalqımız tərəfindən yaşanmışdır, buna görə  də  “tarixi  ədalət 
məhkəməsinin qılıncının qını olmamalıdır”. 
“Koroğlu” dastanı bütün dünyada məşhurdur. Azərbaycan tor-
paqlarında çar rejimi tərəfindən yaradılan Ermənistan vilayətində 
vaxtilə işləmiş N.Şopenin sayəsində rus dilində verilmiş yazılı infor-


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə