Microsoft Word Kamran Imanov Kitab Designed doc



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə26/80
tarix11.03.2018
ölçüsü4,58 Kb.
#31238
1   ...   22   23   24   25   26   27   28   29   ...   80

E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
105 
rizə edilməsi də bunun sonuncu səbəbi deyildi. Deməli, musiqi folk-
lorunun bu növünü “erməniləşdirmək” mümkün olmamışdır. Bunun 
səbəbləri çox dərindir. Muğam - dilin poetikasının rezonansından, 
muğam musiqisi ilə ahəngdarlığından yaranmış xüsusi bir incəsə-
nətdir. Muğamı qəzəl, qəsidə, rubai, bir sözlə, Şərq poeziyası olma-
dan oxumaq mümkün deyildir. Məhz buna görə ermənilərin onu yal-
nız instrumental səviyyədə mənimsəməsi mümkün olmuşdur. Ancaq 
son zamanlar ermənilər “erməni muğamı”nın olduğunu və üstəlik, 
“erməni muğam sənətinin inkişaf etdiyini” də iddia edirlər. 
Misal üçün, M.Brutyan erməni muğam ifaçılarının əslən Bakı və 
Şuşadan olduqlarını təsdiqləməsinə və muğamın Ermənistanda olsa-
olsa, instrumental səviyyədə ifa olunması faktını etiraf etməsinə bax-
mayaraq, bununla birlikdə, bir fikri sırımağa çalışır ki, ermənilər 
“erməni-fars” və vokal-instrumental musiqisindən ibarət konsert ve-
rirlər,  əslində isə o, “Bayatı-Şiraz” Azərbaycan muğamını  nəzərdə 
tutur. Üstəlik də, onun fikrinə görə, erməni muğamı ümumşərq mu-
ğamat mədəniyyətindən ayrılaraq, Ermənistanda milli xüsusiyyətlər 
nəzərə alınmaqla inkişaf edə bilmişdir. Bununla yanaşı, o, təəssüflə 
qeyd edir ki, ermənilər orta əsrlərdə muğamatın inkişafında daha fəal 
iştirak edirdilər (M.Brutyan, “Muğamatın Ermənistanda yaşaması”; 
Kn. “Makomlar,
 
muğamlar və müasir bəstəkarlıq sənəti”, Daşkənd, 
1978). Hörmətli oxucular, göründüyü kimi, Şaverdyan vaxtilə 
“Bayatı-Şiraz”ı işləmiş bəstəkar N.Tiqranyanla bağlı qərarında tələs-
mişdir, ona görə ki, erməni plagiatının imkanları  həqiqətən, sərhəd-
sizdir. Oxucular başa düşdükləri kimi, bu cür mühakimələr və  nəti-
cələr üçün hansısa əsaslar lazımdır. Bunlar isə tapılır və həmişə oldu-
ğu kimi saxta. Sən demə, yuxarıda haqqında söhbət açdığımız Təh-
məzyan  əvvəllər, hələ 1968-ci ildə  “Şərq musiqisi dərsliyi”ni öz 
şərhləri ilə birlikdə buraxır, müəllif kimi isə XVIII əsr erməni nağa-
raçısı Arutini göstərir. Kitab elə “Nağaraçı Arutin” (Türk dilindən 
tərcümə və şərh N.Təhməzyanındır, Yerevan, Erm. EA, 1968) adla-
nır. Bəlli olur ki, bu nağaraçının dərsliyi hansı səbəbdənsə, Azərbay-
can dilində, ancaq erməni əlifbası ilə yazılmışdır. Hörmətli oxucular, 
gördüyünüz kimi, bu artıq sizə bəlli üsuldur. Üstəlik də, Təhməzyan 
K A M R A N  İ M A N O V 
 
106 
inandırmağa çalışır ki, bu kitab fars musiqi mənbələri əsasında yazıl-
mışdır. Beləliklə, muğamatın dərk edilməsi üçün Azərbaycan dilində 
fars mənbələri  əsasında erməni  əlifbası ilə  dərslik yazılmışdır. Hər 
necə olsa da, bu əsərə istinad etmək və Ermənistanda muğamatın 
inkişafı haqqında nəticə çıxarmaq imkanı yaranmışdır, bunu da digər-
ləri, məsələn, L.Yerncakyan, “Ənənəvi monodiya janrı Erməni-İran 
musiqi əlaqələrində” (M., Sovetskiy kompozitor, 1987) edir. Bununla 
birlikdə, məsələ aydınlaşır, sən demə, nağaraçı Arutinin “yaratdıq-
ları” məşhur Azərbaycan muğamatçıları - azərbaycanlılar Həşim bəy 
və Zakir bəyin yaratdıqlarının elə surəti imiş. Bunlar isə fars mənbə-
lərinə yox, məhz Azərbaycan mənbələrinə - S.Urməvi və A.Marağa-
yiyə  əsaslanaraq yazılmışdır. Uydurulmuş keçmişlə  əsaslandırılan 
erməni muğam yalanının qısa tarixi belədir. 
“Muğamatın inkişafı”na dair başqa bir misal. Biz bəstəkar N. 
Tiqranyanın muğamatı işləməsinə görə musiqişünas Şaverdyanın gö-
zündən düşməsi barədə artıq danışmışdıq. Belə ki, N.Tiqranyan hələ 
1884-1904-cü illərdə 12 Azərbaycan muğamının not variantının üzü-
nü fortepianoda çalmaq üçün köçürmüşdü. Buraya həm “Bayatı-
kürd”, həm “Bayatı-Şiraz”, həm də “Segah-Zabul” və başqaları daxil 
idi. Bunları isə onun üçün erməni tarzəni Ağamal Məlik-Ağamalyan 
ifa etmişdi. Məhz bu not toplusunu N.Tiqranyan “Fars muğamları” 
adı altında çap etdirmişdi. Sonuncu fakt, adətən olduğu kimi məlumat-
sızlara, bəlkə  də, bilmək istəməyən mütəxəssislərə  həmin not 
mətnlərini “erməni muğamları” kimi təhlil etməyə imkan vermişdir. 
Beləliklə muğamla məşğul olmasına görə N. Tiqranyanın 
bağışlanması bu cür olmuşdur. Adıçəkilən Təhməzyan yazırdı ki, 
Komitas “fars mahnıları”nı not yazılarına köçürürməyi bacarmışdısa, 
onun müasiri N.Tiqranyan bir çox klassik (fars) muğamlarını 
dərindən öyrənən və onları not variantında, özü də “yaxşılaşdırılmış” 
şəkildə təsvir etməyi bacaran ilk Şərq bəstəkarı olmuşdur və nəhayət
A.Spendiyarov muğam melosunu simfoniyalaşdırmaqla yekun 
mərhələdə çox böyük zirvələr fəth etmişdir. Təqdim və təsvir edərkən 
“Azərbaycan” sözünü işlətməkdən bacardıqca uzaq qaçdıqları erməni 
muğamatı bax, elə belədir. 


E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
107 
İndi isə, ötən illərdə qazanılmış ənənələri layiqincə inkişaf etdir-
məklə, mahnılarımızın müasir texniki vasitələrlə  rəqəmli yazısının 
həyata keçirildiyi erməni oğurluqları haqqında danışaq. “Ani-
Rekords” və “Full Xauz” adlı səsyazma studiyalarının nümunəsində 
həyata keçirilən musiqi oğurluqlarından başlayaq. Özü də ona görə 
ki, Azərbaycanın onlarla musiqi nümunələrini mənimsəmiş  və pirat 
məhsullarına görə hazırda lisenziyadan məhrum edilmiş “Ani-
Rekords” studiyasının “fəaliyyəti” mətbuat səhifələrində çox işıqlan-
dırılmışdır. “Erməni musiqisi”, “erməni rəqsləri”ni  ştamplayan, üs-
təlik də riyakar pərdə altında “guya bütün istiqamətlərdə erməni mu-
siqi mədəniyyətinin  ən yaxşı nümunələri”ni “seçmiş” bu studiyanın 
“xidməti siyahısında” mənimsənilmiş “Vağzalı”, “Tərəkəmə”, “Yallı”, 
“Uzundərə”, “Qazağı” folklor rəqslərimiz, “Xan bacı”, “Dəli ceyran”, 
“Ay Leyli”, “Sarı köynək” mahnılarımız və B. Nəsibovun “Ay qız”, 
O. Kazımovun “İndi məni tanımadı”,  Ə. Tağıyevin “Mənim dün-
yam”, “Olmaz-olmaz”, P. Bülbüloğlunun “Dilim can incidəndir” və 
s. bir çox müəllif əsərləri olmuşdur. Bu piratların lisenziyaları yalnız 
onlar Rostov vilayəti, Çıltır kəndi, Myasnikyan küçəsi, 90 ünvanda 
qeydiyyata alınaraq öz fəaliyyətlərini leqallaşdırdıqdan sonra RF-nın 
müvafiq orqanları  tərəfindən  əllərindən alınmışdır. Bunu ona görə 
xatırladırıq ki, həmin studiyanın fəaliyyəti dayandırıldıqdan sonra 
onun rəsmi rəhbəri X.Avedyanın Rostovda çıxan “Yeddinci paytaxt” 
qəzetində çap olunmuş “izahatı”nı misal gətirək: “...Azərbaycan mu-
siqisinə gəlincə, mən haradan bilim ki, o, erməni musiqisi deyil, onu 
həmişə bizdə çalırlar.” Təhlil göstərmişdir ki, bu studiyanın işləyən 
başlıca prinsipi: musiqinin mənbəyini göstərmədən erməni ifaçılarını 
iri planda nəzərə çarpdırmaqdır. Hazırda bu studiya “Full Xauz” 
studiyasının timsalında özünün layiqli “davamçısı”nı tapmışdır, Ru-
siya səlahiyyətli orqanlarının fikrinə görə, həmin studiya heç bir 
yerdə qeydiyyata alınmadan qeyri-qanuni fəaliyyət göstərir. Onun 
“Şərqin instrumental xitləri.
 
Sehrli tütək -1” adlı pirat serialındakı 15 
musiqi kompozisiyasından 7-si Azərbaycan bəstəkarlarına məxsus-
dur, lakin heç birində onların müəllifliyi göstərilməmişdir, əvəzində 
isə, duduk ifaçısı D.Qasparyan və  qədim “erməni” aləti duduk haq-
K A M R A N  İ M A N O V 
 
108 
qında zəngin məlumat verilmişdir. Bu topluda oğurlanmış  əsərlərin 
siyahısında T. Quliyevin “Sənə də qalmaz”, R. Hacıyevin “Saçlarına 
gül düzüm”, C. Cahangirovun “Ay qız”, E. Sabitoğlunun “Neylə-
yim”, Ə. Tağıyevin “Sən gəlməz oldun”, E. Mansurovun “Melodiya” 
və “Gecə zəngləri” kimi məşhur musiqi əsərləri vardır. 
Erməni musiqi plagiatı MDB hüdudlarını çoxdan aşmışdır. Misal 
üçün, ABŞ-ın Los-Anceles şəhərində “Parseqyan-Rekords” tərəfin-
dən buraxılmış “Klarnet və zurna” erməni SD-ni göstərmək olar. Er-
məni plagiatının sxemi ənənəvidir: klarnet və tütəkdə ifa olunan 14 
kompozisiyada ön planda erməni ifaçılarının adları çəkilir, Azərbay-
canın 12 müəllif əsərindən və folklor musiqisindən ibarət kompozisi-
yanın mənşəyi haqqında isə susurlar. “Şərur yallısı”, “Köçəri”, “Bə-
növşə”, “Fuadı”, Zabul rəngi”, İbrahim Topçubaşovun “Söz olmasay-
dı” və başqaları bunların sırasındadır. Plagiatçılar öz “oğurluqlar”ını 
“Armenians Best...” ümumi adı altında, yəni ən yaxşı erməni nümu-
nələri kimi “möhkəmləndirmişlər.” 
Bax “erməni musiqi yaradıcılığı” barədə  məlumatı olmayanları 
beləcə inandırmağa çalışırlar. Bütün bunlarada ən qəribəsi odur ki, 
ermənilər plagiatçılığa o dərəcədə aludə olmuşlar ki, ermənilərin 
çoxu ifa olunan Azərbaycan musiqisinin erməni mənşəli olmasına 
heç təəccüb də etmir. Misal üçün, yuxarıda xatırlatdığımız lizenzi-
yadan məhrum edilmiş “Ani Rekords” studiyasının rəhbərinin gül-
məli fikri ilə Azərbaycan musiqi folkloru nümunələrindən ibarət 
“Vokaliz” kompozisiyasının ermənilər tərəfindən oğurlanması ilə 
bağlı hadisə çox yaxındır. Erməni millətinin nümayəndələri İnternet-
də belə izah edirlər ki, “Baqdaguli” “qədim erməni” kompozisiyasını 
hələ uşaq ikən eşitmişlər. Maraqlı faktdır, ona görə ki, ermənilər mə-
nimsədikləri Azərbaycan mahnısının adının “bağda gül” mənasını 
ifadə edən etimologiyası üzərində heç düşünmürlər də. B. Dadaşova-
nın “Vokaliz”i ilə yanaşı, A.Səmədzadənin məşhur “Məktəb illəri” 
müəllif mahnısı, eləcə də V.Şahbazovun yazdığı və ifa etdiyi “Leyla” 
mahnısı da ermənilər tərəfindən oğurlanmış və mənimsənilmişdir. 
 İndi isə, hörmətli oxucular, görün İnternetdə nələr baş verir? 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə