Microsoft Word Kamran Imanov Kitab Designed doc



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə28/80
tarix11.03.2018
ölçüsü4,58 Kb.
#31238
1   ...   24   25   26   27   28   29   30   31   ...   80

E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
113 
Hörmətli oxucular, hər hansı bir şişirtmə olmadan təsdiq edə bilə-
rik ki, Üzeyir Hacəbəyovun bu yeniliyi Avropa və Şərq musiqisi ara-
sında  əsrlərlə toplanmış inkişaf  ənənələrinin “sərhədləri”ni dağıdan 
bir kəşf olmuşdur. O, ilk dəfə olaraq Şərq və Qərb nusiqi mədəniy-
yətləri arasındakı elə bil sarsılmaz olan bir divarı dağıtmışdır. Lakin 
sonralar erməni müəllif-tənqidçiləri Üzeyir bəyin musiqi sahəsində 
qazandığı ilkinliyi öz həmvətənlərinə- məşhur erməni bəstəkarı 
A.Xaçaturyanın adına yazmışlar. Diqqət yetirin, görün D.Arutyunov 
özünün “A.Xaçaturyan” (M., “Muzıka”, 1983) kitabında A.Xaçatur-
yanın “bu bədii kəşfini” necə təqdim edir: “Prinsipial cəhətdən müx-
təlif musiqi ənənələrinin üzvi şəkildə birləşməsi və Şərq musiqi mədə-
niyyətinin spesifik xüsusiyyətlərinin, onun melodiyalarının Avropa 
klassikasının janrları, formaları və ifadə vasitələrinin qanunauyğun-
luqları ilə sintezi”(kursiv bizimdir). Üstəlik, Ü.Hacıbəyova istinad 
olmadan qeyd edilir ki, Xaçaturyanın kəşfi - “onun yaradıcılığına 
muğamatın və aşıq sənətinin”, bir sözlə, böyük Üzeyir bəyin yenidən 
işlədiyi həmin Azərbaycan mənbələrinin təsirinin nəticəsidir. 
İndi isə, hörmətli oxucular, bilavasitə A. Xaçaturyanın özünı və 
onun xalq musiqisinin istifadəsi və Avropa klassikası ilə sintezi ilə 
bağlı fikirlərinə müraciət edək. Beləliklə, A.Xaçaturyan necəsə qeyd 
etmişdir ki, “müasir musiqidə plaqiat yoxdur, müasir musiqidə kollaj 
vardır.”
 
Burada aydınlaşdırmaq vacibdir, kollaj altında, nə başa düşü-
lür və məşhur erməni bəstəkarının bu fikrində nə nəzərdə tutula bilər-
di. Əgər biz “Xarici sözlər lüğəti”nə müraciət etsək, “kollaj” sözünün 
fransız mənşəli olduğunu və bilavasitə “yapışdırma” mənası verdiyini 
görərik. İstinad gətirilən lüğət göstərir ki, bu, “təsviri incəsənətdə tex-
niki üsuldur”, yəni hər hansı bir özülə ondan rənginə və fiquruna görə 
fərqlənən materialların yapışdırılması, həmçinin bütünlüklə bu üsulla 
yaradılmış əsər”. Oxşar izahat 1985-ci ildə nəşr olunmuş “Ensiklope-
dik lüğətdə” də verilir. İndi isə, hörmətli oxucular, “musiqidə kollaj” 
anlayışını aydınlaşdırmaq üçün bir haşiyə çıxmalıyıq ki, musiqi əsər-
lərində plagiat və  mənimsəmə problemlərini düzgün təsəvvür edə 
bilək.  
K A M R A N  İ M A N O V 
 
114 
Musiqi  əsərində  bədii obrazlar səslər vasitəsi ilə ifadə olunur. 
Səslər isə sözün konkret mənasını olduğu kimi verə  və  rəssamlıqda 
olduğu kimi, dünyanın təsbit edilmiş görünən mənzərəsini canlandıra 
bilmir. Xüsusi şəkildə düzülmüş  və  təşkil edilmiş  səslər intonasiya 
təbiətinə malik olur və bununla da onlar səslə ifadə olunan incəsənətə 
çevrilir. Beləliklə, musiqi nə  qədər gözəl olsa da, o qədər asan mə-
nimsənilə bilir və bir o qədər də plagiatın müəyyən edilməsi çətin 
olur.  Əgər biz ədəbi  əsərlərdə  məzmunu (süjeti, fabulanı) formadan 
(obrazlar, dil) asan ayıra biliriksə, musiqi əsərində bu daha mürək-
kəbdir, ona görə ki, musiqidə ifadəliliyin başlıca komponenti olan 
melodiya musiqinin həm formasını, həm də  məzmununu müəyyən 
edir.  İş burasındadır ki, melodiya elə  əslində bir səslə ifadə olunan 
musiqili fikirdir. Polifoniya, harmoniya, ritm və s. – bütün bunlar 
musiqili formanın əlavə vasitə və komponentləridir. Biz burada əsas 
mətləbə  gəlirik. Müəllif hüququ əsərin formasını qoruyur. Əsərin 
məzmunu isə onun qorunan əsərin formasına daxil edildyi səviyyədə 
qorunur.
 
Elə  məsələnin kəskinliyi də bundadır:  əsərin melodiyası 
müəllif hüququ ilə qorunurmu? Qorunursa, deməli, onda melodiyanın 
təkrar edilməsi plagiatdır, qorunmursa, onda bu iqtibas onu edənin 
yaradıcılıq məqsədinə uyğundur. Hazırda müəllif hüququ sahəsinin 
müasir peşəkarları birmənalı şəkildə etiraf edirlər ki, baxmayaraq ki, 
melodiya, musiqi əsərinin müstəqil obyekti deyil, bununla belə, o, 
müəllif hüququ çərçivəsində qorunmalıdır. Bu birmənalı fikrin səbəbi 
də ondadır ki, melodiya musiqi əsərinin başqa elementləri cəlb edil-
mədən sərbəst şəkildə təkrar oluna bilər. Musiqi əsərinin harmoniya, 
yəni eyni vaxtda səslənən notların birləşməsi, eləcə də ritm - yüksək 
və alçaq səslərin ardıcıl səslənməsi və s. kimi digər komponentləri isə 
müəllif hüququ ilə qorunmur. Razılaşın ki, nə harmoniya, nə də ritm 
öz-özlüyündə mənimsənilə bilməz. Onlar yalnız melodiya ilə birlikdə 
müəllif hüququ ilə qorunma əldə edə bilər. Ancaq bu hələ hamısı 
deyil: axı musiqi əsəri uyğunlaşdırıla, məsələn bir səsdən, yaxud bir 
alətdən digərinə uyğunlaşdırıla bilər. Bu elə aranjirovkadır. Onun bir 
növü də orkestrovkadır, yəni bir musiqi aləti üçün yazılmış musiqi 
əsəri orkestrə uyğunlaşdırılır. 


E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
115 
Oxucuların nəzərinə! Əgər sovet dövründə aranjirovka və orkes-
trovka müəllif hüququ ilə qorunmurdusa, indi onların nəticəsində 
yaradılmış musiqi əsərləri, baxmayaraq ki, onlar müstəqil deyil, oriji-
naldan asılıdır, bununla belə, onlara müəllif hüququ ilə qorunma veri-
lir. Bu, variyasiyalara da aiddir, burada ilkin orijinalın əsas musiqi möv-
zusu tanınan şəkildə qalır. Burada ritm və taktın dəyişməsi sayəsində, 
yəni manera və tonallıq variyasiya edilərək, melodiya düzümünə və 
harmoniyaya təsir edilir və bununla da müstəqil olmayan, lakin müəl-
lif hüququ ilə qorunan əsər yaranır. Hörmətli oxucular, bütün bu sa-
dalananlar: aranjirovka, orkestrovka, variasiya-bunlar əsərin yenidən 
işlənməsidir. Yenidən işlənmə yenidən işləyənə yaradıcılıq fəaliyyə-
tində böyük variyasiyalığa imkan verir. Belə ki, bu paydan asılı ola-
raq yenidən işlənmiş əsər orijinaldan tam asılı da ola bilər, tam sər-
bəst də. Birinci halda mahiyyətcə, orijinalın əsas obrazı kimi melodi-
yanın surəti
 
çıxarılır və onun ifadə vasitəsi olan dil musiqi pərdəsi 
cüzi  şəkildə  dəyişdirilir.  İkinci halda isə yalnız ayrı-ayrı obraz ele-
mentləri istifadə olunur və ifadə vasitələri tamamilə  dəyişdirilir. Bu 
qıraq formalar arasında yenidən işlənmənin aralıq forması mövcud-
dur. 
Gördüyümüz kimi, musiqinin yenidən işlənməsi plagiat (birinci 
hal) və ya qeyri-plagiat, yəni tam müstəqil, yaxud orijinaldan zəif 
asılı olan iqtibas ola bilər. 
Nəhayət, məsələ ilə bağlı  əhəmiyyətinə görə yox, şərh edilmə 
mənasında sonuncu qeydimiz. Müəllif hüququnda toplu anlayışı, də-
qiq desək, elementləri digər əsərlərdən ibarət olan tərtib edilmiş əsər 
anlayışı vardır. Məsələn, mahnılar, havalar kimi mövcud olan bir sıra 
kiçik formalar əsasında böyük formalı musiqi əsərinin yaradılmasını 
misal çəkmək olar. Belə ki, müəllif-hüquq qanunvericiliyində belə 
tərtib olunmuş əsərə daxil edilmiş komponentlərin seçiminə, ardıcıllı-
ğına və bağlılığına görə yeni əsər kimi baxılır və müəllifinə qorunma 
hüququ verilir. Təkrar edirik: yalnız orijinal ilkin materialın seçilməsi 
və düzülməsi üzrə yaradıcılıq əməyinə görə. Özü də yenidən yaran-
mış əsərə onun elementləri kimi daxil edilmiş orijinalların müəllifləri 
öz müəlliflik hüquqlarını qoruyub saxlayırlar. 
 
K A M R A N  İ M A N O V 
 
116 
Hörmətli oxucuların, başa düşdükləri kimi, bu, elementlər qis-
mində ayrı-ayrı mahnılar, yaxud başqa müəlliflərin əsərlərindən par-
çalar olan iri musiqi əsərləri üçün qəbuledilməzdir. İş ondadır ki, belə 
mürəkkəb  əsəri yaradan bəstəkar ona bütövlükdə müəllifi olduğuna 
iddia edir və  əsər tam şəkildə onun adı ilə bağlanır. Axı  bəstəkar - 
yeni bütöv musiqi əsərinin yaradıcısıdır, başqa əsərlərdən öz fikrinə 
uyğun konqlomerat və kollaj etmiş tərtibçi deyil. Həm də yadda sax-
lamaq lazımdır ki, folklor musiqisi, eləcə  də  şifahi xalq yaradıcılı-
ğının digər janrları müəllif hüququ ilə qorunmur və onların götürül-
məsi və plagiatına, üstəlik də, mənşəyinin mənimsənilməsinə görə 
məsuliyyət hələlik  əxlaqi səciyyə daşıyır və yaradıcılıq etikasının 
predmeti olaraq qalır. 
Hörmətli oxucular, əsas mövzuya qayıdaq və qeyd edək ki, 
Üzeyir Hacıbəyovun bədii kəşfi bütün Cənubi Qafqazın peşəkar mu-
siqisinin inkişafına çox böyük təsir göstərmişdir. Qlinkanın rus opera 
sənətində tutduğu yeri Üzeyir bəy Azərbaycan opera sənətində tut-
muşdur. Onun yeni janrın yaranmasındakı nailiyyətləri,  şübhəsiz ki, 
dərin öyrənilmə predmeti olmuşdur. Üstəlik, Üzeyir Hacıbəyovun 
yaradıcılıq metodunun inkişafı öz əksini “Leyli və Məcnun”dan sonra 
“Koroğlu” (1937) operasında tapmışdır. “Leyli və Məcnun” milli ən-
ənələrin Avropa musiqi kompozisiyasının qanunları ilə üzvi şəkildə 
birləşdiyi, muğamların ahəngdarlığı vasitəsi ilə isə Füzulu poema-
larının lirizminin
 
musiqili ifadə imkanlarının  əldə olunduğu muğam 
operası idisə, “Koroğlu” operası aşıq ahəngdarlığı şəklində milli mu-
siqi ənənələrinin Avropa harmoniyası ilə ayrılmaz vəhdəti oldu. 
Hörmətli oxucular, bu, Avropa operalarının  ən təkmil standart 
nümunəsi idi. Ü.Hacıbəyov yazırdı: “Mən Çaykovski yaradıcılığının 
coşqun pərəstişkarlarından biriyəm. Mən Çaykovskidən xalq - mahnı 
ənənələrini sərbəst yaradıcılıq  şəklində  həyata keçirmə prinsipini 
mənimsəmişəm...”. Hacıbəyovun bədii kəşfi böyük əhəmiyyət kəsb 
edən yeni amildə  də - böyük bəstəkarın poetik sözə münasibətində
onun incə  bədii zövqündə, parlaq biliyində  və  bədii materialı anla-
masında
 
öz  əksini tapmışdır. Puşkin-Çaykovski tandeminə xas olan 
harmoniya Füzuli-Hacıbəyova da aiddir. Hacıbəyovun Çaykovskiyə 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə