Microsoft Word Kamran Imanov Kitab Designed doc



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə31/80
tarix11.03.2018
ölçüsü4,58 Kb.
#31238
1   ...   27   28   29   30   31   32   33   34   ...   80

E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
125 
edilməsi barədə xəbərin ona çatdırılması belə son nəticədə Spendaya-
rovun mövqeyini dəyişmədi. Bu barədə  bəstəkarın qızı M.Spenda-
yarovanın “Məşhur adamların həyatı“ (“Molodaya qvardiya”, M., 
1964) seriyasından olan müəllifi olduğu “A. Spendayarov” kitabında 
oxumaq olar. Nəhayət, O.Tumanyan özünün “Tmkabertin alınması” 
poemasını A.Spendiyarova təklif edəndə bəstəkar buna razılaşmışdı. 
Bu süjetin də yalnız bədii xəyal olmasına və heç cür real hadisələrə 
əsaslanmadığına baxmayaraq, hətta  əvvəlcə o, bu süjeti də  rədd et-
mişdi (Ş.A.  Şevardyan “A.Spendiarov”, M., “Musiqi nəşriyyatı”, 
1939). Nadir şah heç vaxt erməni knyazı Tatul ilə vuruşmamışdır. 
İdeyaya görə bu, ermənilərin XVIII əsrdə xalq-azadlıq mübarizəsində 
real olmayan epizodlardan biridir
.
 Baxın, M. Muradyan “SSRİ xalq-
ları musiqisi tarixi”nin “Ermənistan” bölməsində nə yazırdı: “S. Par-
nokun librettosu çox şeydə O.Tumanyanın poemasından kənara şıxır. 
Onda Almastın psixoloji dramı mürəkkəb və ziddiyətli daxili aləmi ilə 
gücləndirilmiş və nəzərə çarpdırılmışdır. Buradan da operanın qəh-
rəmanlıq-vətənpərvərlik və fərdi-psixoloji xüsusiyyətlərini birləşdirən 
dramaturgiyanın məşhur ikililiyi meydana çıxmışdır“ (kursiv bizim-
dir). Yuxarıda sitat gətirilən mənbəyə  əsasən, operanın məzmununu 
açacağıq, yeri gəlmişkən,  əvvəllər sitat gətirdiyimiz məşhur erməni 
musiqişünası T.Tiqranov da bu kitabın redaksiya heyətinə daxil ol-
muşdur. Siz isə hörmətli oxucular, sitat gətirilən mənbədə yazıldığı 
kimi bu əsərin “ikili dramaturgiyana” münasibətdə öz nəticələrinizi 
çıxarın.  
“Tmuk erməni qalasını mühasirəyə almış İran qoşunu əbəs yerə 
onun müdafiəçilərinin müqavimətini qırmağa çalışır. Başda knyaz 
Tatul olmaqla erməni döyüşçüləri Nadir şahı bir-birinin ardınca məğ-
lubiyyətə  uğradırlar. Yalnız çarlıq tacı haqqında Nadir şahın yalan 
vədlərinə aldanan knyaginya Almastın xəyanəti nəticəsində iranlılar 
gecə qalaya girməyə müvəffəq olurlar. Tatul öldürülür, onun bütün 
silahdaşları  məhv edilir. Xain Almastın həyatı faciəli sonluqla bitir. 
Onu çar tacı yox, gələcəkdə şahın hərəmxanasında kəniz yeri gözlə-
yirdi. Öz şöhrətpərəst arzularında aldanan Almast Nadir şahı öldür-
məyə cəhd edir. Ancaq şahın döyüşçülərı onu tərksilah edir və cəlla-
dın əlinə verirlər”. 
K A M R A N  İ M A N O V 
 
126 
Belə çıxır ki, ermənilərin azadlıq hərəkatı knyaz Tatulun arvadı-
nın – Almastın xəyanəti nəticəsində heç olmuşdur. O.Tumanyanın 
fikrinə əsasən, Almast xalq satqınıdır. Deməli, bu obraz heç vaxt O. 
Tumanyanın  əsas qəhrəmanı ola bilməzdi. Onda sual doğur, bəs nə 
üçün librettonun müəllifi şair S. Parnok orijinalın müəllifi O.Tuman-
yanın variantının əksinə olaraq, Almastın psixoloji dramını dərinləş-
dirir, onun obrazını gücləndirir? İş burasındadır ki, bunu S.Parnokdan 
elə A.Spendiyarovun özü xahiş etmişdir. Bunu da qeyd etmək lazım-
dır ki, öz yaradıcılıq başlanğıcına sadiq qalan Spendiyarov belə hesab 
edirdi ki, Almastın  şəxsi dramında güclü obraz uydurulmuş azadlıq 
mübarizəsinin qondarma qəhrəmanlarından daha əhəmiyyətlisidir. 
Üstəlik, Almast nəinki vətənə xəyanət etmişdir, o həm də qoca şeyxin 
sözü ilə Nadir şah tərəfindən Almastın yanına göndərilmiş onu tərən-
nüm edən aşıq vasitəsi ilə bu işə  təhrik edilmiş satqın bir qadın ol-
muşdur. 
Bax belə, hörmətli oxucular, erməni qəhrəmanlıq operası qaliblə-
rin... satqın kimi edam etdikləri erməni knyaginyası tərəfindən satıl-
mış  qəhrəman erməni müdafiəçilərin məğlubiyyəti ilə bitməli idi. 
Ancaq opera tamaşaya qoyularkən (bu, 1933-ci ildə Yerevanın xalq 
evində olmuşdur) Spendiyarovun niyyəti həyata keçmədi. Məsələ on-
dadır ki, Spendiyarov 1928-ci ildə vəfat etdi və operasını başa çatdıra 
bilmədi. Musiqini bəstəkar M. Şteynberq tamamlayır. “Almast” ope-
rası tamaşaya qoyularkən sonuncu-dördüncü pərdə tamamilə dəyişdi-
rilir: üsyan etmiş xalq başda Tatulun silahdaşı Ruben olmaqla qalaya 
soxulur. Nadir şah və onun qoşunu geri çəkilir, xalq satqını cəzalan-
dırır”. Bu variantın mətni T.Axumanyan, musiqi və orkestrovkası isə 
M.Şteynberq tərəfindən yazılmışdır. Bir halda ki, “Almast” operası 
“bu günə  qədər erməni opera sənətinin misilsiz nümunəsi kimi qal-
maqdadır”, onda Spendiyarovun çox sevdiyi və öz operasında istifadə 
etdiyi Azərbaycan musiqi nümunələrini: “Rast”, “Çahargah”, “Şüştər”, 
“Hicaz”, “Şahnaz”, “Mahur Hindi” muğamları, “Novruz ərəbi”, 
“Heydəri”, “Kəndirbaz”, “İnnabı” xalq musiqi folkloru nümunələrini 
də göstərmək məqsədəuyğundur. Klassik rus musiqi məktəbi ənənə-
lərinə sadiq olan A.Spendiyarov, biz bunu qeyd etməliyik, Bakıya 


E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
127 
böyük Ü. Hacıbəyovun yanına gəlir və “O olmasın, bu olsun” operet-
tasının musiqi fraqmentindən öz operasında istifadə etməyə icazə 
alır. A.Spendiyarovun “Almast” operasındakı məşhur “İran marşı” və 
operadakı bir şox başqa məqamlar məhz belə meydana gəlmişdir. 
İndi isə A.Spendiyarovun özünün etirafına müraciət edək:  “Opera 
üçün musiqi materialı qismində  mənə xalq havaları lazım idi. Bəzi 
şeyləri şəxsən özüm qələmə aldım, mənə lazım olan nəğmələrin yazıl-
dığı çoxlu qrammofon valları  və onların işlənmiş, həmçinin N.F. 
Tiqranovun əsərlərindən ibarət nəşr olunmuş toplularını əldə etdim. 
Bu böyük materialda N.F.Tiqranovun yazıları parlaq surətdə fərqlə-
nirdi, öz operamda onların üzərində bir neçə orkestr epizodları qur-
dum. Beləliklə, birinci tamaşadakı fars marşı üçün “Heydəri”ni və 
“Novruz ərəbi”ndən parçaları, Almastın böyük rəqsi üçün tamamilə 
“Kəndirbaz” nəğmələrini tam istifadə etdim (kursiv bizimdir), 
(Qumretsi “N. F. Tiqranov və Şərq musiqisi”, L., 1927). Oxucuların 
nəzərinə çatdırmaq istəyirik ki, söhbət burada ömrünün çox hissəsini 
folklorun, ilk növbədə Azərbaycan folklorunun, eləcə də muğamları-
mızın toplanması  və  işlənməsinə  həsr etmiş erməni musiqi xadimi 
və folklorşünası Nikoqayoz Tiqranovdan gedir. Biz isə bir daha N. 
Tiqranova qayıdaq və onun növbəti dəlilini nəzərdən keçirək:  “A. 
Spendiyarovun not yazılmış kitabçasında çoxlu qeydlər... bir sıra 
muğamların yazısı var: “Mahur”, “Rast”, “Çahargah”, “Şüştər”, 
“Kürd Şahnaz”. Bu yazıların əksəriyyətindən Spendiyarov öz əsərlə-
rində istifadə etmişdir”  (kursiv bizimdir), (Q. Tiqranov, “A.Spendi-
yarov”, M., “Muzıka”, 1971 ). 
Bax belə, A.Spendiyarovun simfonik istedadı  əhəmiyyətli dərə-
cədə türk-Azərbaycan musiqi ənənəsinə söykənərək və Ü. Hacıbəyo-
vun musiqisinin təsiri altında ən yaxşı erməni operası olan “Almast”ı 
yaratmışdır ki, bu da indiyə qədər erməni səhnəsindən düşməmişdir.  
Görün, məşhur erməni  şairi Avetik İsaakyan öz memuarlarında 
A. Spendiyarovu xatırlayaraq nə yazırdı: “onun bizə əbədi qoyduqları 
gələcək nəslin yaradıcılığına təsiri səbəbindən ölməzdir, unu-
dulmazdır və misli-bərabəri yoxdur”. “Almast” operasının məşhur 
müəllifinin xatirəsinə ünvanlanmış bu sözlərlə razılaşmamaq çətindir. 
K A M R A N  İ M A N O V 
 
128 
İndi isə, hörmətli oxucular, biz “Almast” operasının yazıldığı vaxta 
qayıtmalı və erməni musiqi dairələrində olan vəziyyəti “bərpa etmə-
li” olacağıq.  Əsrin  əvvəlində erməni musiqisində  nə baş verdiyini 
təsəvvür etmək üçün, hörmətli oxucular, bizə XIX əsrin son dövrünə 
müraciət etmək lazım gələcək. Məhz bu dövrdə erməni musiqisində 
dərk etmə prosesi baş verir, onun inkişaf yolları formalaşırdı. Bura-
da erməni musiqi mədəniyyətinə iki yanaşma, iki müxtəlif dərk etmə 
forması toqquşur. Birinci kosepsiya yığcam şəkildə belə ifadə oluna 
bilərdi: erməni musiqisinin qədim kökləri və  mənbələri vardır. Bir 
halda ki, S.Palasanyanın fikrinə görə, “bizim mahnıların motivləri 
fərqlidir, (ermənilərin yaşadığı yerlərdən asılı olaraq) və ümumiy-
yətlə, biz hansı xalqın təsiri altında oluruqsa, onların mahnılarını da 
özümüzünkü hesab edirik”, onda bu sahənin mütəxəssisləri hesab 
edirdilər ki, qarşıda xalqın musiqi yaradıcılığına söykənməklə erməni 
musiqi  ənənələrinin sistemləşdirilməsi üzrə  iş durur. Belə yanaşma-
nın lideri kimi erməni çoxsəsli klassik musiqisinin banisi Komitas 
çıxış edirdi. Bəstəkar X. Qara-Murza da buna meylli idi. “Ensiklope-
dik musiqi lüğəti”nə görə, Komitas öz yanaşmasını həyata keçirmək 
üçün 3 mindən artıq mahnı və rəqsi yazıya köçürməyə nail olmuşdur, 
X. Qara-Mirzənin payı isə az, cəmisi 300 xalq musiqi nümunəsinin 
işlənməsindən ibarət olmuşdur. Onu da deyək ki, Komitas Anadoluda 
doğulmuş Türkiyə sakini, Qara-Mirzə isə Krımdan olmuşdur. Və 
tamamilə  təbiidir ki, onlar türk musiqisinə can atır və erməni xalq 
havalarında və  rəqslərində  uşaqlıqdan onların yaxşı tanıdıqları  və 
qəlblərinə yaxın olan türk melodiyalarını və motivlərini götürürdülər. 
Bəli, onlar tarixi Azərbaycanın ərazisində, qismən də Türkiyədə “er-
məni musiqi folkloru”nu toplayırdılar. Məhz, bu əsasda da onlar tərə-
findən erməni klassik musiqisinin imkişafı  təqdim edilmişdir. Bəs 
ikinci yanaşma prinsipi nədən ibarət idi? Bu, erməni monodiyası - 
birsəsli musiqisinə yad olan Azərbaycan-türk, bütövlükdə türk musi-
qisinin ora daxil edilməsinə qarşı  çıxan klerikalların, erməni kilsə 
xadimlərinin mövqeyi idi. Bu yanaşmanın nümayəndələri belə hesab 
edirdilər ki, şarakanlar, meqedlər, voxblar və taqilər
 
müstəsna erməni 
musiqi  ənənələridir və onlar müasir klassik erməni musiqisinin əsa-
sını təşkil etməlidir. Erməni klassik musiqisinin bu şəkildə  formalaş- 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə