Microsoft Word Kamran Imanov Kitab Designed doc



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə33/80
tarix11.03.2018
ölçüsü4,58 Kb.
#31238
1   ...   29   30   31   32   33   34   35   36   ...   80

E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
133 
§14.  
“...Mənimsədim”də Üzeyir Hacıbəyovun “Arşın 
mal alan” operettasının mənimsənilməsi 
cəhdlərindən danışılır 
 
Hörmətli oxucular, “Gəldim, gördüm...mənimsədim” fəslində 
Azərbaycan musiqi ənənəsinin və böyük Ü. Hacıbəyovun yaradıcılı-
ğının klassik erməni musiqi məktəbinin formalaşmasına göstərdiyi 
təsir haqqında əvvəl başladığımız söhbəti davam etdirərək, bu mate-
rialda biz nəinki ermənilər tərəfindən götürülmüş, eləcə də Ü. Hacı-
bəyovun “Arşın mal alan” operettası ilə bağlı erməni musiqi oğurluq-
larına da toxunacağıq. 
Musiqi plagiatı ilə bağlı əvvəlki paraqraflarda biz Ü. Hacıbəyo-
vun məşhur “Arşın mal alan” operettasının yaradılması  ərəfəsində 
erməni musiqi aləmində yaranmış  vəziyyət haqqında danışmışdıq. 
İndi isə  qısaca olaraq, xronoloji ardıcıllıqla “Üzeyir Hacıbəyov en-
siklopediyası”na əsaslanaraq həmin illərdə Azərbaycan musiqi palit-
rasının nə ilə  zənginləşdirildiyi barədə söhbət açacağıq.  İş burasın-
dadır ki, parlaq şəxsiyyət, gözəl publisist – alim və ölməz musiqi us-
tası olan böyük Üzeyir bəy tərəfindən bənzərsiz musiqi aləmi yaradıl-
mışdı. Müsəlman aləmində opera sənətinin əsasını qoyan Ü.Hacıbə-
yov təqribən yüz il bundan əvvəl H.Z.Tağıyev teatrında səhnəyə qo-
yulmuş məhur “Leyli və Məcnun” muğam operasının ardınca 1909-
1915-ci illərdə  “Şeyx Sənan” (1909), “Rüstəm və Zöhrə” (1910), 
“Şah Abbas və Xurşud Banu” (1912), “Əsli və  Kərəm” (1912) mu-
ğam operalarını yaratmışdır. Bunlarla yanaşı, mətni də böyük bəstə-
karın özünə  məxsus olan “Ər və arvad” (1910), “O olmasın, bu ol-
sun” (1911) musiqili komediyaları yaradılmışdır. 
Ü. Hacıbəyovun benefis tamaşalarından sonra erməni musiqi-
teatr xadimləri öz rahatlıqlırını itirirlər. Erməni bəstəkarlarının gös-
tərdiyi böyük cəhdlərə baxmayaraq, erməni operası yazılmır, erməni 
teatr truppaları isə Ü. Hacıbəyovun opera və operettalarını  səhnəyə 
qoyaraq, demək olar ki, tamamilə Azərbaycan mövzusuna keçirlər. 
K A M R A N  İ M A N O V 
 
134 
Üstəlik də, 1913-cü ildə dünya şöhrətli məşhur “Arşın mal alan” ope-
rettası yaranır... 
Hörmətli oxucular, qeyd etmək istəyirik ki, XX əsrin əvvəllərin-
də Azərbaycan musiqi incəsənəti, Ü. Hacıbəyov başda olmaqla bizim 
sənət ustalarımız Avropa musiqi mədəniyyətinə daxil olurlar. Teatr 
sənətimiz də yüksələn xətlə inkişaf edir. Bir sözlə, Azərbaycan teatr-
musiqi sənəti hələ tam təşəkkül tapmamış bütün Şərqin musiqi sənə-
tinin inkişaf prosesinə böyük təsir göstərməyə başlayır. 
Arxiv materialları Azərbaycan musiqisinin klassiki Ü. Hacıbəyo-
vun  əsərlərinin böyük sayda tamaşaya qoyulduğunu, onun opera və 
komediyalarının daimi uğurlarını əyani şəkildə göstərir. Bu əsərlərin 
librettoları tez bir zamanda başqa dillərə  tərcümə olunur və  Şərqin 
musiqi məkanını doldurur. Özünüz düşünün, hörmətli oxucular, “Ar-
şın mal alan” operettasının ilk tərcümələrindən biri məhz gürcü dilinə 
olmuş və əsər gürcü dilində Bakıda və Tiflisdə səhnəyə qoyulmuşdur 
(İ.Qiqoşvilinin tərcüməsi). 1916-cı ilin mart ayında Pirumyan operet-
tanı erməni dilinə tərcümə edir. Yerli teatr truppası onun Mozdokda 
kazaklar arasında qoyuluşunu hazırlayır. 
Karapetyan “Leyli və  Məcnun” operasını, D.Ayrapetyans və S. 
Maqalov isə “Əsli və Kərəm” operasını erməni dilinə tərcümə edirlər. 
“O olmasın, bu olsun” operettası S.Maqalov, “Arşın mal alan”ı S. 
Torosyan, Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” operası S.Çalumyan 
tərəfindın erməni dilinə tərcümə olunur.  
Azərbaycan əsərləri çoxlu sayda yeni yaranmış truppalar tərəfin-
dən ifa edilirdi. Təxminən 100 min azərbaycanlının yaşadığı ancaq 
Tiflisdə biri A. Abbasovun, digəri isə Avedyanın olmaqla iki Azər-
baycan truppası fəaliyyət göstərirdi. 
Z. Hacıbəyovun truppasının Azərbaycan və  İranın  şəhərlərinə 
qastrol səfərləri böyük uğur qazanmışdır. Petrov-Portda (Mahaçqala), 
Teymurxanşurda (Buynaks) Azərbaycan truppaları yaradılmış, həm-
çinin  Ərəblinskinin teatr truppası  və müsəlman truppası  əsasında 
Aşqabad Dövlət Azərbaycan Musiqili Teatrının kollektivi formalaş-
mışdı. 


E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
135 
Beləliklə, Qafqaz, İran, Rusiya, Orta Asiya bu musiqili-teatr bu-
muna cəlb olunmuşdu. Hələ bu, heç də tam siyahı deyil. Və əlbəttə, 
diqqət mərkəzində librettosu rus, gürcü, erməni, türk, ukrayna, belo-
rus, ingilis, fars, polyak, özbək, çin, bolqar, ərəb, fransız və digər 
dünya dillərinə  tərcümə olunmuş Ü. Hacıbəyovun “Arşın mal alan” 
operettası idi.  
Lakin ümumi təsir dairəsinin böyük miqyasına baxmayaraq, təs-
vir olunan dövrün Azərbaycan teatr-musiqi sənəti və ilk növbədə 
“Arşın mal alan” məhz erməni cəmiyyətinin musiqi-teatr həyatına 
əhəmiyyətli canlanma gətirmişdi. 
“Arşın mal alan”ın yaranmasından  əvvəlki dövrdə  də bir sıra 
erməni teatr truppaları var idi. Bakı, Tiflis kimi iri şəhərlərdə erməni 
həvəskar tamaşaları qoyulur, həvəskar və yarıpeşəkar heyətli xalq 
teatrları yaradılırdı. Bu illərdə Bakıda-şəhər  ətrafındakı xalq evləri 
nəzdində erməni dram dərnəkləri var idi, həvəskar truppalar isə İrə-
van, Aleksandropol, Batumi və Yelizovetpolda sadə dildə başa düşü-
lən tamaşalar verirdilər. Tiflisdə Araksyanın Avlabar teatrı (1903-cü 
il), Zubalovun Xalq evinin Erməni dram bölməsi (1909-cu il) möv-
cud idi. Erməni mənbələrində yazılanlara görə, erməni milli stasionar 
teatrlarının olmaması, senzura qadağaları və başqa səbəblər bu dövr-
də erməni musiqili teatrının inkişaf imkanlarını  məhdudlaşdırırdı. 
Ancaq bu, heç də belə deyildi. Məsələn, T. Çuxacyanın, A. Vardov-
yanın, Aristakesyanın, O. Voskanyanın rəhbərliyi altında həvəskar və 
yarıpeşəkar musiqi truppaları mövcud idi. Ancaq onların repertuarları 
yalnız A. Tiqranyanın “Anuş” operası, Qərbi-Avropa və rus müəllif-
lərinin operettaları  və vodevilləri ilə  məhdudlaşırdı. Beləliklə,  əsas 
səbəb, ilk növbədə, tamaşaçını maraqlandıran parlaq musiqili-teatr 
materialının və milli koloritli musiqili komediyaların olmamasında idi. 
Əslinə baxsan, Q.Qoyanın “Erməni teatrının 2000 yaşı” (1952), həm-
çinin elektron nəşrlər kimi erməni mənbələrinə görə, müasir komedi-
yanın, ozü də musiqili yox, təməli 1924-cü ildə erməni xalq nağılının 
motivləri əsasında D.Dəmirçyanın yazdığı “İgid Nazar”la qoyulmuş-
dur.  Əlbəttə,  şair Y.Çarensin Zaqafqaziya əksinqilabçı partiyalarını 
ifşa edən “Kapqaz-tamaşa” satira-komediyasını hesaba almasaq... 
K A M R A N  İ M A N O V 
 
136 
Bir sözlə, Azərbaycanın musiqili teatr əsərləri, xüsusən də “Arşın 
mal alan” erməni truppaları ücün arzuolunan idi. Və bunun necə baş 
verməsi barədə bir az sonra danışacağıq. 
İndi isə Ü.Hacıbəyovun üçüncü və sonuncu musiqili komediyası-
nın - librettosunu da özü yazdığı “Arşın mal alan” operettasının ya-
ranma tarixi haqqında qısaca söhbət açaq. Operetta böyük bəstəkarın 
Sankt-Peterburq Konservatoriyasına qəbul imtahanlarına hazırlaşdığı 
dövrdə başa çatdırılmışdı. Dəlillərə müraciət edək. Professor S. 
Ginzburq “Üzeyir Hacıbəyov Peterburq Konservatoriyasında” adlı 
elmi işində göstərir ki, “Üzeyir bəyin Peterburq Konservatoriyasında 
aldığı gözəl təhsil bəstəkarın yaradıcılığının formalaşmasında mühüm 
rol oynamışdır. Bununla birlikdə, Üzeyir bəyin istedadı ona hələ Kon-
servatoriyaya qəbul olana qədər operettanı tamamlamağa imkan ver-
mişdi”. Doğrudan da, Üzeyir bəy hələ Peterburq Konservatoriyasında 
təhsil aldığı illərdə, 1913-cü ildə öz dostu və silahdaşı M.Maqomaye-
və məktublarında yazırdı ki, o, sayca üçüncü yeni operettası - “Arşın 
mal alan” üzərində işləyir və onu tamamlamaq üzrədir. Ü.Hacıbəyov 
onun böyük müvəffəqiyyət qazanacağına inanırdı. Müəllifin burada 
ifadə olunan hiss və duyğuları Azərbaycan ziyalılarını narahat edən 
məsələlərin komediya-satira janrında işıqlandırılmasına, patriarxal 
həyat tərzinin vaxtı keçmiş adət-ənənələrinə  və normalarına tənqidi 
yanaşmağa imkan vermişdi. Operettanın yaranması, həqiqətən, çox 
böyük hadisəyə çevrilmişdi (o, dünyanın 45-dən artıq ölkəsində nü-
mayiş etdirilmiş  və 75 dilə  tərcümə olunmuşdu). Bəstəkarın “Arşın 
mal alan” operettasının musiqisi xalq sənətinin üslub xüsusiyyətləri-
ni, onun ahəng-intonasiya, metro-ritmik və kompozisiya nüanslarını 
yaşadan misilsiz bir musiqidir. Bir sözlə, “Arşın mal alan” nəinki çox 
gözəl musiqili komediyadır, o həm də dünya musiqi mədəniyyətinin 
şah əsəridir. 
“Arşın mal alan” operettsının ilk tamaşası 1913-cü ildə oktyabrın 
25-də Bakıda H.Z.Tağıyev teatrında olmuşdur, tamaşanın rejissoru 
H.Ərəblinski, dirijoru isə M.Maqomayev idi. O, böyük müvəffəqiy-
yət qazandı. Lakin bu şah  əsərin xoşbəxt səhnə taleyinə elə  həmin 
vaxtlarda erməni mənimsəmələri ilə kədərli ovqat yazıldı.  


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə