Microsoft Word Kamran Imanov Kitab Designed doc



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə41/80
tarix11.03.2018
ölçüsü4,58 Kb.
#31238
1   ...   37   38   39   40   41   42   43   44   ...   80

 
 
165 
II. FƏSİL 
 
ABSURD TEATRI 
 
 
 “Arare bole et asino” (hərfi mənada: “öküz və eşşəklə əkmək”,  
yəni bir araya sığışmayanları birləşdirməklə, mənasızlıq düzəltmək).  
 “Latın zərbi-məsəli” 
 
Absurd- (“absurdus”. Bax. L.P. Krısin, “Xarici dillərin sözlərinin 
izahlı lüğəti”. “Ekspo”, M., 2006),
 
(“Latın zərbi-məsəli”, “Ekspo”, M., 
2002) qədim zamanlardan mənasız söz uydurmaq cəhdlərini, mənası-
nız şeylər yaratmaq” mənasını ifadə edir. Təsadüfi deyildir ki, qədim 
romalılar epiqraf kimi seçilən zərbi-məsəldən başqa mənasızlığı yara-
danlara münasibətdə tamamilə sarkazm olan “xərçəng dovşan tutur” 
mənalı “Cancer leporem capit” sözlərini işlədirdilər ki, bu da məna-
ca oxşar sitiuasiyanın mənasızlığını ifadə edirdi.
 
N. Kondakovun 
“Məntiq lüğəti”nə (M., “Elm” nəşriyyatı, 1971) əsaslansaq, “cəfəngi-
yata aparıb çıxarmaq” mənasızlığın hansı  vəziyyətdə olmasını, gizli 
məntiqi ziddiyyəti sübut etməyi və bu yolla onu təkzib etməyi bildi-
rir”. Məntiq sahəsində məşhur mütəxəssislərin incə və çox vacib bir 
fikrinə əsasən, cəfəngiyat hələ dolaşıq, mənasız ifadə deyildir. Başqa 
sözlə, “absurd” semantik cəhətdən dolaşıqlıq deyil, əksinə bu və ya 
digər bir ifadənin, mülahizənin absurd olması üçün, onun özü məna 
kəsb etməlidir, semantik mənasızlıqdan azad olmalıdır. 
Ermənilərin Azərbaycan ərazilərinə, eləcə də mədəni irsimizə olan 
iddiaları nə qədər absurd olsa da, onların öz mənası vardır: “erməni-
lər bu torpaqların qədim sakinləridir, onlar mifik “Böyük Ermənis-
tan”ın varisidirlər və bu torpaqlarda kimin yaratmasından asılı olma-
yaraq, maddi və qeyri-maddi xarakterli az və çox dərəcədə  dəyərli 
olan nə varsa, hamısı onlara məxsusdur”. 
K A M R A N  İ M A N O V 
 
166 
Bəli, bütün bunlar bizim qonşularımız tərəfindən məhz belə təq-
dim edilir və ilk növbədə Azərbaycanla əlaqələndirilir. 
Hələ keçən  əsrin ikinci yarısından başlayaraq, E.İonesko və S. 
Bekketunun sayəsində ortaya çıxan “Absurd teatrı” gerçəkliyi məna-
sızlaşmış, absurd kimi təqdim edirdi. Absurd ideyanı təbliğ edən bu 
cərəyanın yaradıcıları öz personajlarının dünyasını orijinalı olmayan 
cütlərin dünyası,
 
öz başlanğıcından doğmayan plagiat surətlər kimi 
təqdim etməyi bacarırdılar. Absurd teatrının səhnəsındə baş verən fan-
tasmaqoriya dil və həyatın ayrılığını, sözlərin, anlayışların, bütövlük-
də dilin şəxssizliyini təsdiq edirdi. Dilin bilavasitə təfəkkürün varlığı 
olduğunu hesab edən klassik məntiqin əksinə olaraq, məhsuldar əqli 
yaradıcılığın nəticələrinin dillə ifadə olunma faktını inkar edərək, təs-
diq edilirdi ki, dil yalnız hansısa bir ştampdır. Təsadüfi deyildir ki, E. 
İoneskonun pyesindəki Pip ana ucadan demişdi: “...Əşyaların özlərini 
yox, adlarını dəyişdirirlər...”  
Bu gün və ola bilsin ki, absurd teatrının yaradıcılarından daha 
əvvəl hadisələrin, yaxud yaradıcılıq nəticəsinin mahiyyətini dəyişmə-
dən onların adını dəyişdirmək, bu və ya digər bir şeyi özününküləş-
dirmək cəhdləri erməni plagiatçıları  və saxtakarları  tərəfindən fəal 
nümayiş etdirilir. Bu, indi maddi və qeyri-maddi mədəni irs adlanan, 
bizə məxsus olan və başqa etnosun əməyi, intellekti və mentallığı qo-
yulmayan hər şeyə aiddir. Bununla birlikdə, ermənilər folklor yaradı-
cılığının bir növünə - mif yaradıcılığına çox meyllidirlər. Bu, doğru-
dan da, milli istedaddır, istər “Böyük Ermənistan”, yaxud “böyük er-
məni mədəniyyəti” haqqında mif, istərsə də sivilizasiyanın ilk ocağı, 
yaxud Azərbaycanda ermənilərin hüquqlarının pozulması haqqında 
mif olsun. Və əlbəttə ki, bu, Cənubi Qafqazın, ilk növbədə Azərbay-
canın bütün mədəni irsinin “ağıllı ermənilər”dən başlandığı barədə 
mifdir. Erməni miflərini saymaqla qurtarmaz. Onların hamısı məqsəd 
quruluşuna və praktiki təyinatına görə birləşərək, siyasi mifologiya 
kateqoriyasına aid olur. Erməni etnik aləminin mənzərəsinin bir his-
səsi olan məhz bu mifologiya xarici reallığın və buradakı əxlaq me-
xanizminin erməni etnosu tərəfindən qavranılması üsulunu müəyyən 


E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
167 
edir. Məhz bu mifologiya “böyük torpaqlar” stereotipini və qonşulara 
qarşı ərazi iddialarını bir-birinə bağlayır, məhz bu mifologiya qonşu-
ların mədəni irsinin mənimsənilməsinə  təbiilik, hələ üstəlik, “legi-
timlik” verir. Nəhayət, məhz bu, erməni xadimlərinin - istər siyasətçi, 
istər alim, istərsə də bütövlükdə millət olsun, əxlaqını təyin edir. Er-
mənilərin “müstəsnalığı” haqqında yaradılmış mif, xarici aləmə qarşı 
“əzabkeşlik” tezisindən irəli gələn ambisiya və iddialar ermənilərin 
təbii olan adilik roluna hər cür maneçilik törədərək, ermənilərin “xü-
susi missiya”sının olmasını irəli sürərək və bunların nəticəsi olaraq, 
beynəlxalq hüququn müasir sülh quruculuğunun təməl daşı kimi 
tanınmasına mane olaraq, hələ  də xalq şüurunda üstünlük təşkil et-
məkdə davam edir. Adətən, hakimiyyətlər elə  həmin mədəni stere-
otiplərə , siyasi təfəkkür paradiqmalarına tabe olaraq, yaradılmış mi-
fin əsirləri və qurbanları olurlar, ona görə ki, şüurlu şəkildə hazırlan-
mış ideologiya “dünyanın şüursuz mənzərəsini sıxışdırıb çıxartmağa 
qadir deyildir”. Rusiya etnopolitoloqu S. Luryenin sərrast bir fikrinə 
əsasən, ermənilərin dünya ictimaiyyətinin ideyasına istiqamətlənmiş 
“yeni düşüncə” tərəfdarlarının baxışları “faktiki olaraq, ermənilərin 
siyasi folkloru ilə razılaşdırılmamışdır”. Yəqin ki, etnos tərəfindən iş-
lənən paradiqmaların uyğunsuzluğu səbəbindən hakimiyyətlərin xalq 
təsəvvürlərinə uzlaşması baş verir. Sınanmış silah kimi isə özünü qa-
zanılmış riyakarlıq təcrübəsi göstərir.  
BMT-nin Baş Assambleyasının 61-ci sessiyasında Voskanyanın 
etdiyi çıxışdan götürülmüş  bəzi sitatlar deyilənlərə  əyani sübutdur. 
Görün, Ermənistan XİN-nin başçısı  nə  bəyan etmişdir: “...Bakı öz 
vətəndaşları sayılan qarabağlılara münasibətdə çox məsuliyyətsiz hə-
rəkət etdi. Onlar Dağlıq Qarabağdan çox uzaqlarda yerləşən şəhərlər-
də ermənilərin qırğınına imkan verdilər... onlar müharibəyə başladı-
lar, müharibədə  məğlub olub barışığa gəldikdə isə öz ərazilərində 
ermənilərin izlərini
 
məhv
 
etməyə başladılar. Qarabağdan çox uzaq 
məsafədə, ermənilərin olmadığı yerlərdə
 
və digər münaqişə zonala-
rında xaçdaşların bu cür məhv edilməsi Azərbaycanın tolerantlığa, 
insani dəyərlərə, mədəniyyət incilərinə,  əməkdaşlığa və  hətta sülhə 
münasibətinin dəyişməməsinin dözülməz təzahürüdür”. 
K A M R A N  İ M A N O V 
 
168 
Məhz bu təfəkkür nümunəciyi geniş mənada başa düşülən mədə-
niyyət sahəsində saysız-hesabsız tərəfləri olan siyasi folklorun yara-
dılmış mifologiyasına yol açır. 
Hörmətli oxucular, bu bölməni erməniçiliyin siyasi folklorundan 
doğan absurd iddialardan bəzi misallar gətirməklə tamamlayırıq: nə 
vaxt “adlar dəyişlirilir, əşyalar isə dəyişdirilmir”. 
Bir sözlə,  “Ab absurdo...” “Ad absurdum”, yaxud “Absurd-
dan...” “...Absurda doğru”. 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə