Microsoft Word Kamran Imanov Kitab Designed doc



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə40/80
tarix11.03.2018
ölçüsü4,58 Kb.
#31238
1   ...   36   37   38   39   40   41   42   43   ...   80

E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
161 
yəti illərində Ermənistana verilmişdir) verilmişdir. Vaxtilə azərbay-
canca “kilim” adlanan erməni “karpetləri”nin “sirri” də elə bundadır. 
Kilim isə albomun tərtibatçıları  tərəfindən, ümumiyyətlə, yuxarıda 
qeyd etdiyimiz kimi, ermənilərin ingilis dilindən mənimsədikləri 
“xalça” mənasını bildirən “karpet” termininin əvəzinə  işlənən xalça 
növünü izah etmək üçün istifadə edilmişdir.
  
Erməni ekspertləri inandırmağa çalışırlar ki, “[erməni] xalçaları-
nın  ən geniş yayılmış simvolları, qədim erməni etiqadında tez-tez 
işıqla, sonra isə  həm günəş, həm də ulduzla eyniləşdirilən Allahın 
simvollarıdır”. Bununla yanaşı, erməni xalçalarına həsr olunmuş 
saysız-hesabsız erməni saytlarında, məsələn “Erməni xalçaları”nda, 
yaxud “Arsaxın xalçaçılıq sənəti”ndə iddia edilir ki, “ermənilərdə 
xalçanı döşəməyə  sərmək dəb deyil, onları ancaq divardan asmaq 
adətdir”. Məlum olur ki, “pravoslavların həyatında ikonaların bu gün 
tutduğu yeri lap qədim vaxtlardan bəri ermənilərdə xalçalar tuturdu, 
...özündə bir çox işarələri birləşdirən xalçalar nə isə dini, ola bilsin ki, 
həm də energetika simvoluna malikdir”. 
Bax belə, hörmətli oxucular, etimoloji lüğətlərə  əsasən, erməni 
kişi adı “Karapet” “günəş  şüalarının, günəşin hökmdarı”dır. Biz də 
belə düşündük ki, ola bilər, dini və günəş  mənası daşıyan “karpet”-
xalça sözü bu işığın günəş daşıyıcısını ifadə edən “Karapet” şəxsi 
adından yaranmışdır. Ona görə də ermənilər hətta “kilim”i adlandır-
maq üçün ingilislərdən, yaxud latınlardan “karpet” sözünü götürmüş-
lərsə də, onların buna etiraz etmək imkanları vardır, belə ki, “Karapet” 
adı “karpet” sözü ilə eyni həmahəng səslənir... 
Ermənilərin Azərbaycan xalçalarına iddiaları “nadir erməni xal-
çaçılığının  şöhrəti naminə” davam edir. Yekun olaraq, 2500 il bun-
dan  əvvəl Qarabağda qədim  əcdadlarımız-ustalarımız tərəfindən to-
xunmuş və uzun illər erməni təcavüzkarlığının predmeti olmuş qədim 
Azərbaycan xalçasını misal çəkək. 
Dünyanın bu ən qədim xalçası  qədim türk tayfası “saqlar” tərə-
findən toxunmuşdur və o, hazırda Ermitajda saxlanılır. Sovet dövrünün 
20-ci illərindən başlayaraq, ermənilər qədim Azərbaycan türklərinin 
K A M R A N  İ M A N O V 
 
162 
bu xalçaçılıq möcüzəsinə qarşı hücumlarını  kəsmirlər və bu və ya 
digər üsullarla onu da dünyaya “qədim erməni xalçası” kimi təqdim 
etməyə çalışırlar. Özü də bu, həmin xalçanın nəinki tarixi nöqteyi-
nəzərdən qədim türk mənşəli olması, həm də onun üzərindəki türk 
ənənələri ilə  sıx bağlı olan naxışların heç bir şübhə doğurmadığı 
nəinki Azərbaycan, eləcə də rus alimlərinin müqavimətinə baxmaya-
raq baş verir. Ermənilər saysız-hesabsız simpoziumlar, nəşr olunan 
kitablar, öz diasporlarının tədbirləri vasitəsi ilə dünyanı buna inandır-
mağa çalışırlar. Bir sözlə, hər  şey ona xidmət etməlidir ki, qədim 
Azərbaycan xalçaçılığının bu nadir əsəri ermənilərin hesab edilsin... 
Oxucuların başa düşdükləri kimi, bunun əsas səbəbi təcrübəsiz 
adamları ermənilərin qədimdən bu yerlərdə yaşamasına və nəticədə, 
dəfələrlə yazdığımız kimi, onların bundan da “qədim olan xalçaçılıq 
sənətinə” məcburən inandırmaqdır.  
Azərbaycan xalqının maddi və qeyri-maddi mədəni irsinin mə-
nimsənilməsi erməni “ənənəsi” haqqında danışdığımız “Gəldim, gör-
düm, ...mənimsədim” bölməsini başa çatdırırıq. Hörmətli oxucular, 
ənənə yüz illər ərzində, neçə-neçə nəsillər tərəfindən qazanılır. Bizim 
maddi və  əqli mülkiyyətimizin “erməniləşdirilməsi” də bu cür baş 
vermişdir. Maraqlıdır ki, müasir erməni ədəbiyyatının banisi Xaçatur 
Abovyan hələ XIX əsrdə yazmışdı: “Qədim və yeni dillərin [erməni] 
başlıca fərqi danışıq tərzində  və sintaktik quruluşundadır. Bu nöq-
teyi-nəzərdən  qədim erməni dili [“qrabar”] Avropa dillərinə,  yeni 
erməni dili [“aşxarabar”] isə türk [Azərbaycan] dilinə oxşayır” 
(X.Abovyan, Naxaşaviq, Yerevan, 1940, erməni dilində) (kursiv bi-
zimdir). Bir sözlə, X. Abovyana görə, müasir türkləşdirilmiş (azər-
baycanlaşdırılmış) dil meydana çıxmışdır. X. Abovyanın davamçısı – 
Qazaros Ağayan da öz növbəsində  həmin  əsrdə yazırdı: “...Türklər 
[azərbaycanlılar] onu [Koroğlunu] türk [azərbaycanlı], kürdlər - kürd, 
ermənilər isə - azərbaycanlılaşdırılmış erməni hesab edirlər. Onun 
mahnılarını türk [Azərbaycan] və kürd dillərində ancaq ermənilər 
oxuyurlar, başqa xalqlar isə öz dillərində oxuyurlar” (Q.Ağayan, Se-
çilmiş əsərləri, Yerevan, 1939, erməni dilində). Bir sözlə, Q.Ağayana 
görə, bizim Koroğlu “azərbaycanlılaşdırılmış erməni” olmuşdur. Bu, 


E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
163 
azərbaycanlılaşmanın erməni etnosuna və onun istlfadə etdiyi erməni 
dilinə obyektiv təsiri idi. Sonralar bu, Azərbaycan xalqının yaradıçılı-
ğının ermənilər tərəfindən mənimsənilməsinə və subyektiv “erməni-
ləşdirməyə” keçmişdi. 
Hörmətli oxucular, bu gün isə daha qəribə hadisələr baş verir. 
Bütöv bir etnosun yazılı  şəkildə erməniləşdirilməsi həyata keçirilir, 
hələ bu bir yana, rusları... ermənilər kimi təqdim edirlər.
 
Söhbət Suren 
Ayvazyanın 1997-ci ildə Moskvada buraxılmış “Rusiya tarixi. Rus 
izi” kitabından gedir. S.Ayvazyana görə, məlum olur ki, “Vladimir 
Monomaxın oğlu Yuriyə “Dolqoruki” adının verilməsi onun “Baqra-
tuni sülaləsi olan erməni Dolqorukiləri ilə” əlaqəli olmasındadır”. 
S.Ayvazyan “sübut edir” ki, “Baqratuni çarları sülaləsinin süqut 
edənə  qədər və ondan sonra bir sıra qolları olmuşdur,... Yuryeva-
Polskinin, Moskvanın, Yaroslavlın, Dmitrovun, Kideşin, Zveniqoro-
dun, Pereslavlın, Vladimirin, Rostovun əsasını qoyan Yurinin adı 
Georq... Georq Erkanaybazuk olmuşdur”. Ümumiyyətlə, Ayvazyan 
inandırmağa çalışır ki, “Arilər-ermənilər və ruslar Ermənistan yayla-
sında, Ararat dağlarının  ətəyində anadan olmuş  və böyüyüb boya-
başa çatmışlar”. Bax bu da “sübut”: “ermənicə “hay”-hündür demək-
dir, “rus” etnonimi də ucaboy mənasını bildirir, hələ üstəlik, “qədim 
ruslar və  qədim ermənilər bir dildə”,  əlbəttə, qədim erməni dilində 
danışmışlar”! Ovanes Tumanyan da əbəs yerə deməmişdir “...həqiqi 
qurtuluş daxildən başlanmalıdır, çünki biz daxilən xəstəyik” (Ovanes 
Tumanyan, “Seçilmiş əsərləri”, Yerevan, 1977).  
İndi hökmü özünüz verin, hörmətli oxucular! Biz isə sizinlə 
sağollaşarkən, Sədinin bir kəlamını xatırladırıq:  
Əgər hakimlər oğruların əllərini kəsməsələr, 
Çətin ki, oğru öz əllərini özü kəssin.  
 
 
 
K A M R A N  İ M A N O V 
 
164 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə