Microsoft Word Kamran Imanov Kitab Designed doc



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə42/80
tarix11.03.2018
ölçüsü4,58 Kb.
#31238
1   ...   38   39   40   41   42   43   44   45   ...   80

E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
169 
§1.  
Azıxantrop absurdu 
 
Məlum olduğu kimi, ibtidai insanın Azıx mağarasındakı  qədim 
sığınacağı M. A. Hüseynovun rəhbərliyi altında Azərbaycan arxeo-
loqları tərəfindən aşkar və tədqiq olunmuşdur. Hazırda bu tapıntı bü-
tün dünyada “Azıxantrop” kimi məşhurdur və Aşel dövrünə aid edil-
mişdir. Bu yerlərdə ibtidai sivilizasiyanın olduğunu sübut edən 
Azərbaycan ərazisindəki bu böyük tapıntı “Ermənistan – sivilizasiya-
nın beşiyidir” fikrində olan ermənilərə heç cür rahatlıq vermir. İş 
bundadır ki, Azıx mağarasının materialları bizim tarixi bir milyon 
ildən artıq qədimləşdirməyə imkan verir. Azıx mağarasının ən aşağı 
qatlarında quruçay adlanan qədim daş dövrünün mədəniyyət alətləri 
tapılmışdır. Bu qədim mədəniyyət  Şərqi Avropadakı olduvay və
 
Cənubi Fransadakı vallonev mədəniyyəti ilə müqayisə edilir. Deməli, 
Azərbaycan sadəcə qədim torpaq deyi, o həm də ibtidai insanın yaşa-
dığı qədim bir ərazidir və bu ərazi Aralıq dənizi ölkələri və Afrika ilə 
birlikdə antropoqenez zonasına daxil olmuşdur. Ermənilərin narahat-
çılığının kökü də elə buradan başlayır. Üstəlik də, Azıx mağarasının 
materialları paleolit dövrünün insanları haqqında daim köçəri həyat 
tərzi keçirən şəxslər kimi mövcud olan fikri təkzib edərək, aydın şə-
kildə sübut edir ki, bu dövrün adamları məhdud arealda kiçik qruplar 
şəklində yaşayaraq və yaşayış yeri kimi mağaradan istifadə edərək, 
oturaq həyat tərzi keçirmişlər. Buna görə də hamı bilməlidir ki, ermə-
nilərin Kiçik Asiyadan, yaxud Balkandan Cənubi Qafqaza köç etmə-
si, onların Azıx mağarasının daimi və yerli sakinləri olması fikri hə-
qiqətə uyğun deyil, çünki ermənilər onların öz Azıxlarının ilk sakinləri 
və yerli əhalisi olmuşdur! Və  əlbəttə ki, Azıx mağarasından tapılan 
yaşı bir neçə yüz min il olan qədim əmək alətlərini-qiqantolitləri də 
(sadə kəsici alətlər) və qalanmış ilk tonqalları da ermənilərinki kimi 
elan etmək istəmişlər. Heç kəs şübhə etməməlidir ki, mağaranın orta 
Aşel qatında (350-400 min il əvvəl) aşkar edilmiş qadın çənəsinin 
fraqmentləri ermənilərə aid deyil. Azıxantroplar ayı  kəlləsinə-to-
temlərə sitayiş etmişlər, üstəlik də onların birinin üstündəki çətmələr-
K A M R A N  İ M A N O V 
 
170 
qrafik işarələr də yalnız ermənilərinki ola bilər. Sən demə, ermənilər 
bunların sayəsində dünyada ilk əlifbanı yaratmışlar... Məhz belə, hör-
mətli oxucular, çünki Azərbaycan alimlərinin kəşfini Azərbaycandan 
qoparmaq üçün göstərilən absurd iddialar ermənilərin “elmi” axtarış-
larının fırtınasına səbəb olmuşdur. Onların müəllifləri Azıxantropun 
erməni mənşəli olduğunu “əsaslandırmağa” çalışırlar. Bu saxtakarlı-
ğın müdafiəsi öz ifadəsini ixtisasca müəllim olan bir muzey işçisi Ş. 
Mkrtıçyanın qələmindən çıxmış “Dağlıq Qarabağın tarixi-memarlıq 
irsi” adlı əsərində tapmışdır. Bir halda ki, mütəxəssislərin fikrinə gö-
rə, bu müəllifin tarix və memarlıq sahəsində dünyagörüşü məhdud
bilikləri kifayət qədər deyil, biz yalnız onun cəfəng fantaziyasının 
məhsulu olan Azıx mağarasının erməni mədəniyyətinin ilk mənbə-
yinin “yeri” olması barədə fikrinin üzərində dayanacağıq. Bunun üçün 
“azıx” termini “azox” şəklində (transkripsiyasında) verilir, bu da 
onunla əlaqədardır ki, bu, ermənicə (qrabarda) “turş üzüm”, daha doğ-
rusu, biz işlətdiyimiz “abqora” mənasını ifadə edir. Lakin bu da az-
mış kimi, müəllif “yaxınlıqda yerləşən Azox kəndinə” istinad edərək 
göstərir ki, Azərbaycan alimləri qəsdən “ Azox” sözünü türkləşdirə-
rək, “Azıx” şəklinə salmışlar, çünki “Azıx” sözündə “az”ın, yəni “azəri”-
nin kökləri görünür və bununla “azəri”lərin burada yaşamlarının elmi 
əsasını verir. Məhz İnternetdə həmin Mkrtıçyanın müəllifliyi ilə ve-
rilmiş 21 noyabr 2003-cü il tarixli “Azox nə vaxt və niyə “Azıx” ad-
landırılmışdır” məqaləsində nə az, nə çox, belə iddia olunur. Hər iki 
variantda “az” kökünün olmasını və deməli adın bu məqsədlə dəyiş-
dirilməsi üçün əsasın olmadığını bir kənara qoyaraq, Azıx mağarası-
nın adına münasibətdə guya qrabarda “günəşli-turş üzüm” mənasını 
bildirən “Vorvan-Azox”a müəllimin verdiyi mənasız izahat üzərində 
dayanmadan, hörmətli oxucuların diqqətini bu başabəla alimin cəfəng, 
mənasız nəticələrinə yönəldirik. Müəllif onu qrabardan götürüb, hərf-
bəhərf “ günəşli – turş üzüm” kimi təqdim edir. Biz də, öz növbəsin-
də, oxucuların diqqətini bu başabəla alimin həmin cəfəngiyat haqqında 
çıxardığı nəticəyə yönəltmək istəyirik. Sən demə, hələ aşel dövründə 
artıq ermənilər mövcud olmuşlar (yaranmışlar). Oxucuların nəzərinə 
çatdırırıq ki, aşel (aşel mədəniyyəti) paleolitin (təxminən iki milyon il 
əvvəl) erkən dövrüdür və adətən, bu dövr insanın meydana gəlməsi 


E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
171 
ilə (1 milyon il əvvəl) müqayisə olunur. Mkrtıçyanın absurd məntiqi-
nə  əsaslanaraq, belə  nəticəyə  gəlmək olar ki, erməni milləti qədim 
insanın meydana gəldiyi dövrdə yaranmışdır. Müəllif “ağıllı erməni” 
terminini işlədir və heç onun ağlına da gəlmir ki, “ağıllı adam”lar 
(müasir adamlar) demək olar ki, kromanyonların (təxminın 40 min il 
bundan əvvəl) meydana gəlməsi ilə fomalaşmışlar. 
Əlavə edək ki, elm qədim insanları “arxantrop” (yunanca “arxayos” 
- qədim, “antropos”-adam) adlandırır. Mkrtıçyanın cəfəng məntiqinə 
əsaslanaraq, qədim insanları sadəcə xayostrop adlandırmaq və bunun-
la da “azıxantrop” da daxil olmaqla bütün “troplar” haqqında müza-
kirələrə birdəfəlik son qoymaq olardı.  
Biz artıq qeyd etmişdik ki, bir absurd digərini doğurur və bir 
qayda olaraq, onu çox gözləmək lazım gəlmir. Azıx mağarası Ermə-
nistanın indi işğal etdiyi Qarabağda, Füzuli rayonunun yaxınlığında 
yerləşir. Bir halda ki, ermənilərin qədim millət kimi tanınmaq istə-
yinə hələ son qoyulmayıb, onlar işğal etdikləri Qarabağ torpaqlarında 
da qanunsuz qazıntı işləri aparırlar. Və artıq milli erməni paltarında 
olan neandertal-qadın heykəlinə qədər qazıb çatmışlar. Erməni KİV-
ləri 2007-ci ilin payızında məhz belə informasiya yaymışlar. Hələ bu, 
bir yana, “erməni neandertal”la yanaşı, məişət əşyaları, erməni milli 
yeməklərinin və alətlərinin qalıqları aşkar edilmişdir. Necə deyərlər, 
azıxantropun qalıqlarını xayostrop kimi eyniləşdirmək baş tutmadı, 
əvəzində  qədim qadın-neandertalın heykəli, üstəlik də erməni milli 
paltarında işə yaramışdır. Burada şərhə də ehtiyac yoxdur, çünki belə 
çıxır ki, neandertallar nəinki erməni olmuşlar, həm də onlar ilkin 
yaranış formalarında qala biliblər, özü də o formada ki, son bir neçə 
yüz min illər ərzində onların geyimində və məişətində heç nə dəyiş-
məmişdir. 
Bir sözlə, hörmətli oxucular, ermənilər  Homo Sapiens, yaxud 
ağıllı insanın yaranmasından çox əvvəl meydana gəlmişlər... 
 
K A M R A N  İ M A N O V 
 
172 
§2.  
Qafqazda ilk xristianlıqla bağlı absurd 
 
Kitabın əvvəlində qeyd olunduğu kimi, “absurd” uydurulmuş mə-
nasız söz, yaradılmış boş fikirdir. İfadənin absurd sayılması heç də 
ona görə deyil ki, o, məntiqsiz fikir yığınından ibarətdir. Əksinə, onun 
əvvəlcədən düşünülmüş müəyyən bir məqsədi olur. Ermənilərin Azər-
baycan torpaqlarına olan iddiaları, mədəni sərvətimizin aramsız şəkil-
də mənimsənilməsi də bu məqsədi güdür. Absurdun genetikası çox-
şaxəlidir. Bu həm tarixi faktların qəsdən təhrif edilməsi, həm onların 
saxtalaşdırılması, həm də mif səviyyəsinə çatdırılan və ustalıqla dü-
şünülmüş uydurmalardır. Onların fikrincə, bunlar ictimai fikrə yeridi-
lərək, həqiqət kimi qəbul edilə bilən stereotip və psixoloji ştamp
 
ol-
malıdır. Bəlkə də, qədim romalılar “Credo, cuya absurdum”, yəni 
“inanıram, ona görə ki, absurddur”, - dedikdə məhz bunu nəzərdə tu-
turmuşlar. Biz isə oxucuları “ab absurdo... ab absurdum” (“absurd-
dan ... absurda”) ardıcıllığı ilə ermənilərin növbəti saxtakarlığı ilə 
tanış edəcəyik. 
Beləliklə, xristianlığın Qafqaza gəlişi ilə                    
bağlı saxtakarlıq 
Ermənilər belə iddia edirlər ki, guya onlar Qafqazda (nəinki Qaf-
qazda) xristianlığı kütləvi olaraq birinci qəbul etmiş xalqdır və bu 
hadisə IV əsrin əvvəlində baş vermişdir. Lakin tarixi dəlillər tamami-
lə fərqli mənzərəni açıb göstərir. Şübhəsiz ki, Qafqazda xristian dini-
nin yayılmasının zəngin və qədim tarixi vardır. Mənbələrə əsasən, bu 
din Qafqaz Albaniyasında hələ eramızın I-II əsrlərində yayılmağa 
başlamışdır. Bu, alban xristianlıq  ənənəsi  İsa Məsihin həvariləri – 
Faddey, Varfolomey və Faddeyin şagirdi Yeliseyin adları ilə bağlı 
dövr idi. Salnaməyə – Qafqaz Albaniyasının əsas bədii-tarixi abidələ-
rindən olan – M. Kalankatuklunun “Alban tarixi” kitabına istinad et-
məzdən  əvvəl kiçik bir açıqlama verək. Məlumdur ki, ilk dövrlərdə 
xristianlıq həvarilərin qeyri-xristian xalqlar arasında təbliğatı və mis-


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə