Microsoft Word Kamran Imanov Kitab Designed doc



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə50/80
tarix11.03.2018
ölçüsü4,58 Kb.
#31238
1   ...   46   47   48   49   50   51   52   53   ...   80

E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
201 
adları müsəlman tərzinə uyğun dəyişdirilirdi. Misal üçün, müsəlman 
ənənəsinə uyğun olaraq, Əli bulağı piri Qara Keşiş, Dizanayt piri isə 
Ziyarət adı ilə dəyişdirilir, eyniadlı adada Pirallahı, Əli bulağı və bir 
çox başqa adlar yaranır. Hörmətli oxucular, sizin diqqətinizi qədim-
dən Alban əhalisinin ibadət etməyə getdiyi köhnə pirlərin, ibadətgah-
ların  əsrlər boyu xristianlaşmasının, sonra qriqorianlaşmasının və 
müsəlmanlaşdırılmasının bu tərəfinə yönəltmək istəyirik. Yerli əhali 
ənənəyə görə, xristian-qriqorian piri kimi qalan pir-ibadətgahları er-
məni dilində  təqdim etməyə  səy göstərir və bugünkü erməni saxta-
karları bundan istifadə edərək, qədim xristian abidələrini “qədim er-
məni abidələri” kimi qələmə verirlər. 
Qeyd edək ki, haqqinda danışacağımız məşhur Qanzasar alban 
monastır kompleksi və Albaniyanın digər abidələri XX əsrdə alban 
Orbeli nəslinə qohumluğu çatan məşhur erməni alimi tərəfindən öy-
rənilmişdir. O, XII –XIV əsr alban memarlıq abidələrinə aid 300 
yazının üzünü çıxarmışdır və 1919-cu ildə onun “Qanzasar üzərin-
dəki yazılar” kitabının 1-ci cildi buraxılmışdır. Ancaq müəyyən sə-
bəblərdən Orbeli nəşr olunmuş kitablarının bütün tirajını məhv edir. 
Bunun səbəbini başa düşmək olar. Görünür, yazıların məzmunu er-
məniçiliyin rəsmi variantı ilə uyğun gəlmirdi. Tarixi köklərin zəif 
yaddaşı ermənçiliyin təzyiqinə dözə bilmir. Erməniçiliyin dəst-xəttini 
sübut edən başqa bir misal. M.Barxudarovun verdiyi məlumatlara 
görə, hələ XVII əsrdə Gəncədə müqəddəs Yəhyanın kilsəsi inşa edil-
mişdir. Bu, alban katolikosu Ovanesin (1633-cü il) vaxtında olmuş-
dur. Alban katolikosu Nersesin qəbri də buradadır. XIX əsrin axırla-
rında alban kilsəsi fəaliyyətdə olan erməni kilsəsinə çevrilmişdir. 
Tarixi arxivlərdə uzun müddət lap 1983-cü ilə qədər “Gəncədə Mü-
qəddəs  İonna erməni kilsəsi” (“Armyanskaya tserkov sv. İonna v 
Qyandje”)
 
adı altında fond saxlanırdı. Ermənistan bundan istifadə 
edərək, bu fondu tələb edir və o, 1983-cü ildə istədiyinə nail olur, an-
caq biz isə tarixi dövrlərdən bizə məxsus olan alban fondunu itiririk. 
Beləliklə, XIX əsr alban epiqrafikasının ləğv edilməsi və onun 
erməni yazıları ilə  əvəz olunması  əsri olur. Mahiyyət etibarilə bu, 
Albaniyanın maddi – mədəni irsinin mənşəyinin saxtalaşdırılması 
K A M R A N  İ M A N O V 
 
202 
üçün hazırlıq dövrü idi. Bu isə XX əsrdə onların ermənilər tərəfindən 
mənimsənilməsinə “əsas” verirdi. 
Yeri gəlmişkən, bir şeyi demək yerinə düşərdi, 1828-ci ilə qədər 
Qafqazda Eçmiədzinin xalis erməni yeparxiyası olmamışdır. 1836-cı 
ildən sonra yeparxiyalar yaranmağa başlamış, onların sayı 6-ya 
çatdırılmış və bunlardan üçü albanların yeparxiyası olmuşdur. İş bu-
rasındadır ki, xalis erməni yeparxiyaları Qafqazın hüdudlarından kə-
narda olmuşdur. Bununla belə, erməni pastvası
 
İrandan və Türkiyə-
dən köçüb gəlmiş, boşaldılan alban kilsələrinin hesabına isə alban 
pastvası qriqorianlaşdırılıb erməniləşdirilmişdir. 
Ermənilərin alban memarlıq abidələrinə etdikləri iddialara dair 
konkret bir misal - Qanzasar monastırının zorla qoparılıb alınması 
cəhdləri üzərində dayanaq. Başda katolikos I Vazgen olmaqla, ermə-
ni din xadimləri bu monastır kompleksini “erməni vilayətində və er-
məni etnik mühitində” tikilmiş bir abidə kimi təqdim edirlər. Bu də-
lillərin köksüz və əsassız olduğu göz qabağındadır. Əvvəlki paraqraf-
larda xatırlanan alban tarixçisi Kirakos Gəncəlinin tarixi məlumatla-
rına  əsasən, monastır kompleksi 1204-cü ildə Mehranilər sülaləsin-
dən olan Alban çarlığını - Alban intibah dövlətçiliyini yenidən bərpa 
edən Xaçen və Arsaxın (Qarabağın indiki Dağlıq hissəsi və Mil dü-
zünün bir parçasl) Alban hökmdarı Həsən Cəlali tərəfindən inşa edil-
mişdir. Həsən Cəlali özünü “çar”, “knyazlar knyazı” və s. adlandır-
mışdır. O heç vaxt hansısa qonşu dövlətin vassalı olmamışdır. Bu-
nunla belə, Qanzasar monastır kompleksi ona qədər uzun müddət Xa-
çen hökmdarları nəslinin sərdabəsi kimi tanınan məqbərənin yerində 
tikilmişdir. Həsən Cəlalinin özü və bütün sonrakı alban katolikos – 
patriarxları da burada dəfn olunmuşlar. Qəbirüstü lövhələrdəki 1828-
ci ilə  qədər göstərilən yazılar deyilənləri aydın  şəkildə sübut edir. 
Qanzasarın albanlara aid olmasını  təsdiq etməyə çalışmaq, necə de-
yərlər, yersizdir, çünki Həsən Cəlalinin özü onu Ermənistanın deyil, 
“Albaniyanın taxt-tacının kilsəsi“ adlandırmışdır. Bir də ki Eçmiədzin 
olduğu halda, ikinci - Qanzasar taxt-tac kilsəsi ermənilərin nəyinə 
lazım idi? Deyə bilmərəm, ermənilər bunu necə  “əsaslandırmışlar”, 
ancaq bir etnik mühitdə iki müstəqil patriarxlıq ola bilməzdi. Qeyd 


E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
203 
edildiyi kimi, 1836 -cı ildə Eçmiədzinin fitnəfəsadları və hiyləgərliyi 
sayəsində çar hökuməti və Müqəddəs Rusiya
 
sinodu Alban patriarxlı-
ğının ləğv edilməsi və onun erməni kilsəsinə birləşdirilməsi haqqında 
qərar çıxardırlar.  Əgər “Qanzasar erməni patriarxlığı” idisə, onda 
onun rus sinodunun xüsusi qərarı ilə erməni kilsəsinə birləşdirilməsi 
çox absurd bir fikir kimi ortaya çıxmırmı? 
 Ancaq bir cəfəngiyat digərinə yol açır. Bu səbəbdən, V.Ambar-
sumyan, S.Kaputikyan, B.Ulubabyan və başqaları daxil olmaqla, 
erməni katolikosluğunun nümayəndələri xüsusi olaraq, Qanzasar 
kilsəsinə gedir və onun yerləşdiyi Vəngli kəndinin sakinlərini inan-
dırırlar ki, onlar albanların deyil, ermənilərin törəmələridir. Baxma-
yaraq ki, onlar öz mənşəyini tarixi yaddaşda saxlayan Həsən Cəlali
 
nəslinin davamçıları idilər. 
Hörmətli oxucular! Biz Albaniyanın maddi – mədəni irsinin mə-
nimsənilməsi ilə bağlı bu nəticəyə  gəldik. Müdafiə edilən tezisin 
mahiyyəti 1836 -cı ilə  qədər, yəni Alban kilsəsinin ləğv edilməsinə 
qədər Arsaxın dini memarlıq tikililəri, abidələri, monastırları, kilsələ-
rinin yaxşı vəziyyətdə olduğunu, onların alban yazıları və süjetləri ilə 
bəzədilməsini və alban dilinin ünsiyyət və ibadət dili olduğunu gös-
tərməkdən ibarət idi. Bir sözlə, buradakı bütün maddi mədəniyyət 
albanlara məxsus idi. 
Bax, erməniçiliyin antitezisi budur: dini mənbələrin epiqrafikası 
da daxil olmaqla, hər şey bu günə kimi erməni adı altında gəlib çıx-
mışdır. Deməli, hələ erkən əsrlərdəki alban abidələri də daxil olmaqla 
hər şeyi ermənilər yaratmışlar. Buna görə onlar “ermənilərin mədəni-
etnik” irsi sayılmalıdır. Burada erməni antitezisində bir neçə variant 
vardır. 
Birincisi, Albaniya “Ermənistanın şərq sərhəd rayonu” elan edi-
lir. Bununla biz Albaniyanın - özünəməxsus etnosu, ərazisi, tarixi və 
mədəniyyəti olan vahid bir dövlətin mövcud olmasının inkarı ilə qar-
şılaşırıq. Təbii ki, Alban apostol kilsəsi də olmamışdır. Bu, ölkəmizin 
torpaqlarına ərazi iddialarının konseptual ideoloji əsasıdır. Belə kon-
sepsiya çərçivəsində Albaniyanın bütün maddi və qeyri - maddi mə-
K A M R A N  İ M A N O V 
 
204 
dəniyyətinin ermənilərə aid olduğu elan edilir. İkincisi, Albaniyanın 
mövcudluğunun zorla qəbul edilməsi nəticəsi çxarılırsa, onda onun 
əhalisi VII əsrə yaxın, hər halda XII əsrdən gec olmayaraq, tam 
qriqorianlaşdırılmış  və erməniləşdirilmiş hesab edilir. Bununla da 
alban abidələri erməni abidələri kimi elan edilir və üçünçüsü, Həsən 
Cəlali Arsax knyazlığı dağılandan sonra, yəni XV əsrdə alban etnosu 
dəyişdirilib erməni etnosuna çevrilmişdir.
 
Qısa tarixi ekskursda şərh olunanlara baxmayaraq, erməni rəva-
yətlərinin bütün variantlarını  şərti olaraq həqiqət kimi qəbul etsək, 
onda buradan hansı nəticəyə gələ bilərik? Bu nəticələr elə olmalıdır 
ki,
 
təzadlar və  kənarlaşdırılmış üçüncünun məntiqi qanunları yerinə 
yetirilsin. Beləliklə, tarixi xronika və sənədlərlə əsaslandırılan aşağı-
dakı suallara cavab vermək lazım gələcək: 
1.   Əgər albanlar “erməni” idisə, onda hələ XII əsrdə  Həsən Cəlali 
Arsaxda Qanzasar kilsəsində böyük hərflərlə: “Mən Həsən Cəlali... 
Alban çarı, Qanzasar kilsəsini  mənim xalqım - albanlar üçün 
tikdirdim” sözlərini niyə yazdırırdı? (kursiv bizimdir) 
2.   Əgər albanlar “erməni” idisə  və ya XIV əsrə yaxın “erməniləş-
dirilmişdirsə”, onda XIV – XV əsr erməni müəllifi Foma Mes-
ropski nəyə  əsaslanaraq Teymurləngin Arsaxdan Xorasana və 
İrana erməniləri yox, 10 min albanın köçürülməsini yazır? Alban 
Yesai Həsən Cəlal (XVIII əsr) da təsdiq etmişdir ki, Qafqazda 
aqvanlardan (alban) çıxan afqan adlı tayfa Xorasan və  Qəndə-
harda yaşayır. 
3.   Əgər alban Kirakos Gəncəli erməni idisə  və ya “erməniləşdiril-
mişdisə”, onda o, nə üçün özünün “Tarix” kitabında (XVIII əsr) 
albanları etnik cəhətdən heç kimdən asılı olmayan bir xalq, Al-
baniyanı isə Gürcüstanla yanaşı, müstəqil dövlət kimi təqdim 
edirdi? 
4.   Əgər albanlar yox, ermənilər var idisə, bəs onda məhz niyə Qara-
qoyunlu hökmdarı Cavan şah alban nəslindən olan Həsən 
Cəlaliyə Qaraqoyunlu dövlətinə daxil olan knyazlıqların başçısı 
kimi “məlik” titulunu verir və XV əsrdən 1836 –cı ilə qədər, yəni 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə