Microsoft Word Kamran Imanov Kitab Designed doc



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə47/80
tarix11.03.2018
ölçüsü4,58 Kb.
#31238
1   ...   43   44   45   46   47   48   49   50   ...   80

E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
189 
lərində istifadə üçün nəzərdə tutulmuş “Çetyi-linei”
 
(Sinaksariy),
 
“Lekcionari”
 
(Katolik kilsədə dini ayin kitabı),
 
“Bayramların izahı”, 
“Müqəddəs ataların həyatı”,
 
“Bu dövr Qriqor Narekatsi, Qriqor Ma-
qistros, Ovanes İmastater, Mxitar Qoş kimi korifeyləri yetirmişdir”.
 
Biz sonuncu sitatı iki səbəb üzündən təkidlə misal gətiririk: Bi-
rincisi, erməni mütəxəssislərinin rəyinə uyğun olaraq, bu tarixi mər-
hələdə erməni  ədəbiyyatının məzmun və mahiyyətini xüsusi olaraq 
nəzərə çarpdırmaq və ikincisi, “erməni korifeyləri” siyahısında əslən 
alban olan Mxitar Qoşa dair məsələni diqqətə çatdırmaqdır. Belə ki, 
onun ən böyük əhəmiyyət kəsb edən əsərləri “Qanunnamə” və “İbrə-
tamiz hekayələr” toplularıdır. Çünki həmin dövrdə bu əsərlər məz-
mun və formasına görə erməni  ədəbiyyatında “yenilik” idi”. Yəqin 
buna görə ermənilər iftixarla yazırdılar ki, guya “Qanunnamə” Ermə-
nistanın hərbi-siyasi nailiyyətlər  əldə etməsində hüquqi münasibət-
lərin nizama salınmasına yönəldilmişdir. Qoş isə  “İbrətamiz heka-
yələr” məcmuəsində “erməni ədəbiyyatında ilk dəfə xalq təmsillərini 
və ibrətamiz hekayələri ədəbi cəhətdən işləmiş, onlara bənzər yenilə-
rini yaratmışdır”. Beləliklə, söhbət  Şərqdə birinci dəfə yaranan “öz 
dövrü üçün mütərəqqi  əhəmiyyət kəsb edən humanist məzmunlu 
mülki və yaxud sivil hüquq normalarının yazılı ifadəsindən və eləcə 
də ibrətamiz hekayələrin bədii və tərbiyəvi əhəmiyyətindən gedir”. 
Hörmətli oxucular, indi isə alban mənşəli bu məşhur  əsərlərin 
necə mənimsənilməsinə nəzər yetirək. Məlum olur ki, ermənilər bunu 
çox sadə şəkildə etmişlər. M. Qoşun “Qanunnamə” kitabında erməni 
saxtakarlıqları olduqca qabarıqdır. Kitabın erməni nəşrində alban qa-
nunlarının  şərhi çıxarılmış,  əvəzində  Şərqi-Roma imperiyasının qa-
nunları, Musadan qalma yəhudi davranış normaları və əlbəttə, erməni 
xalq adətləri əlavə olunmuşdur. Son nəticədə erməniləşdirilmiş “Qa-
nunnamə” əvvəlki adı ilə deyil, “Erməni qanunları kitabı” adlandırıl-
mışdır. M. Qoşun çox da məşhur olmayan folklor nümunələrinə söy-
kənən “İbrətamiz hekayələri”nə gəlincə, o da həmin təsirə məruz qa-
lıb. Belə ki,o da erməni xalq təmsil və ibrətamiz hekayələrinə çev-
rilmiş, erməniləşdirilmişdir. 
K A M R A N  İ M A N O V 
 
190 
Təxminən həmin vəziyyətlə digər bir albanın-Gəncəli Kirakosun 
“Tarix” kitabı da üzləşmişdir. Onun əsərinə də əl gəzdirilmiş, “Ermə-
ni tarixi” adlandırılmış və burada da mətnə “erməni düzəlişləri” daxil 
edilmişdir. Saysız-hesabsız əlavə və uydurmalar onun “Əzabkeş Xos-
rov Gəncəlinin həyatı” adlı digər bir əsərinə də yol tapmışdır. 
Hörmətli oxucular, orta əsrin nadir əsərlərinin alban kökündən 
“uzaqlaşdırılması” bəs deyilmiş kimi, onların zənginliyi erməni ədə-
biyyatındakı boşluqları doldurur. Burada həm də söhbət məşhur gən-
cəlilərdən gedir. Axı, böyük Nizaminin, məşhur Məhsətinin, Fələki-
nin, Gəncəni iftixarla “böyük və gözəl şəhər” adlandıran Q.Gəncəli-
nin vətəni M. Qoşu nəinki tarixçi və böyük mütəfəkkir, həm də və-
tənpərvər kimi yetişdirmişdir. Onun vəsaiti hesabına monastır və s. 
tikilmişdir. 
Erməni saxtakarlıqları ilə  əlaqəli başqa bir “əsər” haqqında da 
danışaq. Söhbət A.Ş. Mnasakanyan və onun “Qafqaz Albaniyasının 
ədəbiyyatı haqqında” (Yerevan, 1969) adlı kitabından gedəcək. Kita-
bın adına baxmayaraq, onun əsas məqsədi “Böyük Ermənistan” xül-
yasının reanimasiyası idi. Məhz bu kitabda (bir mötəbər mənbə kimi
ona bədnam “Dağlıq Qarabağ. Tarixi arayış” (Yerevan, 1988) kitabı-
nın müəllifləri də istinad edirlər) “Böyük Ermənistan”ın yad torpaq-
ları necə fəth etməsi kimi saxta iddialar gətirilirdi. Biz burada onların 
niyyətlərinin həqiqət kimi tanıdılması, mifik “Böyük Ermənistan”ın 
guya 15 vilayəti olması, eləcə də Albaniyanın tərkibindəki 15 vilayət-
dən 4-nün “qədim erməni ərazisi” sayılması kimi sərsəm məlumatlara 
rast gəlirik. Bir sözlə, belə çıxır ki, Qafqaz Albaniyasının ədəbi irsi o 
vaxtkı qeyri-Qafqaz Ermənistanının  ədəbiyyatıdır. Müəllifin istədiyi 
məqsədə çatmaq üçün istifadə etdiyi yeganə metod məlumatları 
qəsdən təhrif etmə, onları birbaşa saxtalaşdırmaqdan ibarətdir. Bu sə-
bəbdən həmin kitab Qafqaz Albaniyasının ədəbiyyatından çox, saxta 
Ermənistan tarixinin uydurulmasına və bununla da Qafqaz Albani-
yası tarixinin saxtalaşdırılmasına həsr edilmişdir. 
İndi isə, hörmətli oxucular“Reductio ad absurdum” ifadəsinə 
qayıdaraq, yuxarıda xatırladılan Qafqaz Albaniyasının görkəmli şəxs-


E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
191 
lərinin, həqiqətən də alban etnosunun nümayəndələri olduğunu qəbul 
edərək, aşağıdakı alternativləri təhlil etmək, eləcə də onların yalan ol-
duğunu müəyyən etmək və sonda oradan çıxarılması üçün kiçik bir 
praktikuma
 
baxmağı təklif edirik: 
- Yuxarıda adları çəkilən tarixi şəxslər həqiqətən də, ya “erməni-
dirlər”, Albaniya isə “Ermənistanın Şərq torpaqlarıdır”, (yəni, 
Qafqaz Albaniyası dövləti yox idi). 
-  Ya da onlar öz yaradıcılıqlarını özgə etnosa və yad ölkəyə həsr 
edən erməni müəllifləri idilər. 
-  Ya  da  haqqında danışdığımız müəlliflər erməni dilində yazan 
albanlar idilər. 
Hörmətli oxucular, siz yalan alternativləri istisna edəcəksiniz. 
Sonda isə biz Qafqaz Albaniyasının ədəbi irsinin ermənilər tərəfindən 
özününküləşdirilməsi ilə yanaşı, onun qeyri-maddi-mədəni sərvətinin 
digər nümunələrinin də mənimsənilməyə məruz qaldığını qeyd etmək 
istərdik. Buraya təkrarolunmaz memarlıq üslubuna malik abidələr, ti-
kililər, təsviri rəmzlərə malik xaç daşları və s. daxildir. 
Bütün bu əqli mülkiyyət onun maddi daşıyıcıları-maddi mədə-
niyyət irsi ilə sıx bağlıdır. Bu paraqrafı Rişelye və Senekinin bir ba-
laca  əl gəzdirilmiş aforizmləri ilə sona yetirək: “[Absurdu] təsadüf 
deyil, niyyət yaradır” və “Bir [absurd] digər bir absurda yol açır”. 
Belə ki, “ab absurdo... ab absurdum”
K A M R A N  İ M A N O V 
 
192 
§5.  
Qafqaz Albaniyasının maddi-mədəni irsinin 
mənimsənilməsi ilə bağlı absurd 
 
Hörmətli oxucular! Ermənilərin torpaqlarımıza iddialarından irəli 
gələn mənimsəmə  səyləri ilə bağlı mövzunu
 
davam etdirək, forma-
laşan ənənəyə riayət edərək, bu dəfə də xatırladırıq ki, “absurd” mə-
nasız söz yığını deyil. Öz məzmununa görə cəfəngiyat mənasını ifadə 
edən bu termin əslində tam şəkildə müəyyən məqsəd güdür. Erməni 
absurdunun, iddialarının, daha dəqiq desək, uydurmalarının mahiy-
yəti Qafqazda, xüsusən də Azərbaycanda hər  şeyin bu və ya digər 
formada ermənilərə aid olmasından ibarətdir. Həm torpaq, həm də 
maddi-mədəni irs. Absurd isə belə “izahatlara” tarixi, coğrafi, maddi, 
yalan intellektual “dəstək” vəzifəsini yerinə yetirir. Vacib deyil ki, on-
lar yalan, saxtakarlıq, riyakarlıq, plagiatçılıq və eləcə də oğurluq üs-
tündə qurulsun. Əsas odur ki, onlar işıq üzü görsün, təcrübəsiz adam-
lara çatdırılsın, əks olunsun, çoxlarını çaşdırsın. Əsas odur ki, mif ya-
ratma üzərində qurulmuş yalan və uydurma qanuniləşdirilsin. Bu ab-
surdlara daxil edilmiş uydurmalar erməniçiliyin görünən üzünün 
streotiplərinə çevrilsin. Çünki söhbət “qədim xalqdan, qədim dil və 
əlifbadan, mədəniyyət beşiyindən və  gəmisi gah Ağrı dağa, gah da 
Gəmiqayaya yan alan Nuh peyğəmbərə aid etnosdan” gedir və bu 
Türk dağlarının zirvələrinin əzəməti mifik “Böyük Ermənistan”, “Də-
nizdən dənizə olan Ermənistan” xülyasını açmağa imkan yaradır. Er-
mənilərin absurd uydurmalar yaratması üsulları da, onların riyakarlıq 
diapazonu kimi məhdudiyyətsizdir: hamı  tərəfindən atılmış  və unu-
dulmuş, nimdaş geyimdən tutmuş “dünya sivilizasiyası yaradıcları-
nın” təmtəraqlı bəzək-düzəyinə qədər.
 
Absurd o qədər də zərərsiz de-
yil, erməni nağılları nəinki mahiyyət etibarı ilə yalandır, həm də onlar 
başqalarının  şərəf və  ləyaqətinin təhqir edilməsinə, onların intellek-
tinə və mədəniyyətinə qəsd edilməsinə və dövlətçiliyin kobudcasına 
pozulmasına yönəldilmişdir. Bir sözlə, erməniçilik absurdu, sözün 
həqiqi və məcazi mənasında, həmişə “başqalarının hesabı”na yaran-
mışdır. 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə