Microsoft Word Kamran Imanov Kitab Designed doc



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə55/80
tarix11.03.2018
ölçüsü4,58 Kb.
#31238
1   ...   51   52   53   54   55   56   57   58   ...   80

E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
221 
İndi isə tarix üzrə mütəxəssis R.Tompsonun fikrini gətirmək vax-
tı gəlib çatmışdır: ”Moisey nəinki erkən erməni tarixini dünya səhnə-
sinə yerləşdirmək və erməni qəhrəmanları haqqında əfsanə  və  rəva-
yətləri əlaqəli sxemə salmağa çalışırdı, o həm də həmin tarixin çoxu-
nu qərəzli şəkildə ona görə dəyişdirmişdir ki, öz havadarlarını  məş-
hurlaşdırsın və onları parlaq nəsillə  təmin etsin” (R.Tompson, “M. 
Xorenasinin “Ermənilərin tarixinə giriş”, R.Tompsonun tərcüməsi və 
şərhləri, London, Harvard Universiteti., 1978). 
Bax belə, hörmətli oxucular! Bizə bir şeyi əlavə etmək qalır: Xo-
renasi iddia edir ki, guya “Ermənistan”ın adının Urartu çarı Aramla 
bağlılığı vardır, o, “Nuh əyyamında” “düzəlişlər” aparır, lakin “ilk 
erməni xristianlığı”ndan danışanda bu dini onlara gətirən apostol 
Faddeyi necə öldürdüklərindən bəhs etməyi unudur. 
O, üçüncü dəfə Ermənistanda xristianlığı yaymağa təşəbbüs gös-
tərən “Qriqori” adını qəbul edən parfiylı Surenin ermənilər tərəfindən 
necə unudulduğunu və mağarada öz həyatını kimsəsiz və ac-yalavac 
başa vurduğu barədə danışmağı yaddan çıxarmışdır. 
Bir halda ki, uydurulmuş erməni çarları ilk dəfə M.Xorenasidə 
peyda olur, gərək qısa da olsa, xronologiya və onun cızma-qarasının 
məzmunu haqqında da danışaq. Opus soydaşlarına təşəkkür və öz 
mömin çarlarına ifadə olunan məhəbbətlə başlayır. Sonra isə Adəm-
dən başlayaraq qədim zamanlar haqqında danışılır və erməni xalqının 
kökü onlarla əlaqələndirilir. “Birinci kitab”da – “Böyük Ermənistanın 
nəsil səcərəsi” - mifik Haykdan etibarən I Tiqranın hakimiyyətinin 
(b.e.ə. VI əsrin ortaları) təsvirinə qədər erməni xalqının mənşəyi haq-
qında nağıl söylənilir. Elə buradaca M.Xorenasi ermənilərin əfsanəvi 
mənşəyi haqqında uydurmuşdur ki, guya Mar Abbas adlı birisi Nine-
viyanın arxivindən bütün deyilənləri təsdiq edən yazılı bir mənbə 
tapmışdır. 
R.Tompsonun fikri: “Moisey bildirirdi ki, o, erməni əfsanələrini 
Nineviyanın yazılı  mənbələrindən götürmüşdür. Bütün bu tarix çox 
şübhəlidir... Nineviya Parfiya arxivlərini deyil, Assuriya arxivlərini 
saxlayırdı və bunların içində ermənilərə aid hər hansı əhəmiyyətli bir 
məlumat yoxdur ... “bu, bədii üslubdan savayı bir şey deyildir” 
K A M R A N  İ M A N O V 
 
222 
Sitat gətirdiyimiz alimin elmi nəzakətini bir kənara qoysaq, bu 
deyilənlər bildirir ki, qarşımızdakı absurd bir iddiadır. 
M.Xorenasi “Bizim əcdadımızın orta tarixi” adlı ikinci kitabında 
Makedoniyalı  İskəndərdən başlayaraq, III Trdat, onun Maarifçi 
Qeorqi tərəfindən xaç suyuna çəkilməsi və Arşakilərin parfiya süla-
ləsi haqqında məlumat verir. 
Tarixi opusun üçüncü hissəsi “artıq nə çarı, nə  məsləhətçisi, nə 
müəllimi olan” Ermənistanın ağlaşmasına həsr olunur. Ermənilərin 
tənəzzülü və  məğlubiyyəti onların öz dinlərinə riayət etməməsi ilə 
izah olunur. 
Hörmətli oxucular, bütün bu şərh olunanlar M.Xorenasinin “Er-
mənistan tarixi” (M. Xorenski, “İstoriya Armenii”, perevod Emina, 
Moskva, 1893) əsərinin Emin tərəfindən edilmiş  tərcüməsinin rus 
nəşrinə əsaslanır. 
İndi isə akademik S. Malxasyansın digər tərcüməsinə uyğun 
olaraq (Yerevan, Xaypetrat, 1961, erməni dilində) M.Xorenasinin uy-
durduğu erməni çarlarının siyahısını verək. 
Misal üçün, M.Xorenasinin “Bizim çarların geneologiyası  və va-
rislik” (“Qeneoloqiya naşix tsarey i nasledovaniye”) bölməsini götürək. 
Burada onların mövcud olması haqqında “dəlillər” yerləşdirilmişdir. 
M. Xorenasi yazır: “Bizim çarların mövcud olması müqəddəs 
İyeremiya tərəfindən təsdiq olunur”. Guya İyeremiya demişdir ki, o, 
Ararat çarlarına Babilə qarşı  çıxış etməyi  əmr etmişdir. Göstərilən 
122 – 123-cü səhifələrdə Maras (Midiya) çarları ilə yanaşı, erməni 
çarları da verilir. Hər ehtimala qarşı  əvvəlcədən belə deyirlər ki, 
Midiya hökmdarı Varbakes (Varpak) Skayurdun oğlu Paruyru erməni 
çarı təyin etmişdir. Hörmətli oxucular, sizi yormaq fikrimiz yoxdur, 
ancaq bir şeyi xatırlatmaq istəyirik ki, midiyalı Astiaqın hakimiyyət-
də olduğu dövr erməni çarları “Yervand” və “Tiqranla” müqayisə 
olunur. 
Burada bir şeyi əvvəlcədən demək zərurəti ortaya çıxır. M.Xore-
nasinin b.e. V əsr tarixçisi kimi təqdim olunması  və onun əsərinin 


E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
223 
həmin dövrə aid edilməsi kimi erməni səylərinə baxmayaraq, müasir 
Qərb tarixşünaslığı opusun yaranma tarixini qətiyyən VIII-IX əsrlər-
dən əvvəlki dövrə aid etmir. Opusun özü isə XIV əsrə aid olan əlyaz-
maların ən köhnəsi əsasında bu günə gəlib çatmışdır. Beləliklə, hör-
mətli oxucular, məlum olur ki, erməni çarlarının adları M.Xorenasi 
uydurmasının məhsuludur, ancaq onların müəyyən hissəsi Musa 
Kalankatuklunun “Alban tarixi” kitabından köçürülmüşdür. Alban 
çarlarının adları belə idi: Skaordi, Kanaki, İyeruanda, Paçuqa, 
Pavusa, Parnas və s. 
Əlbəttə, M.Xorenasiyə görə, erməni çarlarının hamısı - erməni-
lərin  əcdadından başlayaraq, “böyük Tiqrana” qədər yüksək qəhrə-
manlıq nümunələri göstərən insanlar olmuşlar.  
Burada istər-istəməz arximandrit Mavro Orbininin qotları, rus-
ları, türkləri və başqalarını təqdim etdiyi “Slavyan xalqının yayılması 
haqqında” (Mavro
 
Orbini “O rasşirenii naroda slavyanskoqo”, 1601) 
məşhur əsərinə qayıtmalı olursan. Belə ki, “biri vuruşur, digəri tarix 
yazır”, biri qələbə çalır, digəri öz məğlubiyyətlərini tarixi xronikanın 
faydalı rakursunda təqdim edir. “Yeni xronologiya” nəzəriyyəsinin 
müəllifi akademik Fomenko və onun davamçıları  dəfələrlə qeyd et-
mişlər ki, “Tarix tez-tez siyasi reklam və özünü reklam etmə kimi 
çıxış edir”. Onlar Rus Ordasının (Türk Rusu) tarixini şərh edərkən 
göstərirdilər ki, məhz bu reklam və onun doğurduğu ideologiya və 
diplomatiya vaxtilə Rusiya və Türkiyə ilə mübahisədə Avropaya uğur 
gətirmişdi, lakin burada hərbi uğur nəzərdə tutulmur. 
A. Fomenkonun məktəbi “tarixi- siyasi özünü reklam”ın vətənini 
orta əsr İtaliyasını (XV –XVII əsrlər) hesab edir. 
Bu tədqiqatçılara böyük hörmətimiz olmaqla yanaşı, onların so-
nuncu fikirləri ilə razılaşmamaq qənaətində qalırıq. Bizim fikrimizə 
görə, tarixi-siyasi özünüreklamın vətəni Ermənistan sayılır və arzu 
olunanları  həqiqət kimi göstərən erməni tarixçiləri bu məqsədə xid-
mət edirlər. 
İndi isə, hörmətli oxucular, M.Xorenasinin uydurmalarının “inki-
şafı” haqqında bir neçə qeydə  nəzər salaq. Misal üçün, erməni təd-
K A M R A N  İ M A N O V 
 
224 
qiqatçısı N.Nalbandyan M.Xorenasiyə  dəstək vermək üçün Herodo-
tun yaradıcılığına “kiçik” bir düzəliş vermişdir. (öz dövründə M.Xo-
renasi də “İncil”ə düzəliş vermişdir.) 
Sən demə, Herodot təsdiq etmişdir ki, frakiyalılar-ermənilər 
urartuluları  məğlub etmiş, onlarla birləşmiş, dilini və  mədəniyyətini 
onlara vermiş  və  nəticədə... erməni xalqı meydana gəlmişdir. Bura-
dan da Ermənistan yaranmışdır. Q. Sarkisyanın Şərqşünasların XXV 
Beynəlxalq konqresində  məruzə olunan “Movses Xorenasinin “Er-
mənistan tarixi”nin xronoloji əsası haqqında” (Şərq  ədəbiyyatı  nəş-
riyyatı, M.,1960) əsərini götürək. Burada da elmdən uzaq metodlar 
vasitəsi ilə yalnız kağız üzərində mövcud olan erməni çarlarının 
hökmranlığının xronoloji cədvəlini inkişaf etdirmişlər. R. Kuriyanın 
düşüncəsinə görə, “Ermənistan”- “erməni” türk sözündən əmələ gəl-
mişdir və o, “yer” və “mən” kimi şərh edilir, demək olar ki, bu da 
“Yer adamı” mənasını verir. Buradan onun əfsanəvi tarixi başlayır. 
Əgər belə  məntiqə  əməl etsək, onda türk sözü vasitəsi ilə yaranan 
“yer” + “mənim”, yəni ermənilərin qonşulara qarşı irəli sürdükləri 
əbədi “Mənim yerim” kimi ərazi iddialarını yada salmaq yerinə düşər. 
Bunlarla hara qədər getmək olar? Bir absurdun üstünə yenisi 
gəlir. Ancaq zaman özü göstərdi ki, bəzi erməni “alimləri” gaha yük-
səklərə qalxmağa qadirlərmiş. Keçmişdə erməni tarixçiləri “qaz lə-
ləkləri ilə  “əbədi” fikirlər yazmağa çalışırdılar... bu gün isə onların 
qardaşları əbədi lələklərlə, sadəcə “qaz” fikirləri yazırlar. Biz, birinci 
növbədə, S.Ayvazyanı  və onun 1997-ci ildə Moskvada nəşr olunan 
“Rusiyanın tarixi. Erməni izi” adlı iddialı “iş”ini nəzərdə tuturuq. 
Bütün digər absurdlardan əlavə, bu müəllif M.Xorenasinin 
erməni çarları haqqında “işləyib hazırladığı” mövzunu daha da “də-
rinləşdirmişdir.” Onun fikrincə, XX əsr tarix elminin M.Xorenasinin 
çar-sülalə saxtakarlığına  şər atmaq hüququ yoxdur. Heç kəs müasir 
alimlərə (erməni alimlərini çıxaraq) o hüququ verməmişdir ki, onlar 
66 erməni “hökmdarını” nəzərə almasın, 1958 illik əfsanəvi tarixin 
üstündən xətt çəksin. Həm də Haykazini sülaləsi uydurma ola bil-
məzdi. Ayvazyan heç yerdə adı-sorağı olmayan “erməni mixi yazıla-


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə