Microsoft Word Kamran Imanov Kitab Designed doc



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə51/80
tarix11.03.2018
ölçüsü4,58 Kb.
#31238
1   ...   47   48   49   50   51   52   53   54   ...   80

E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
205 
Alban kilsəsinin devrilməsinə  qədər albanların baş yepiskopları 
bu nəsildən olur? 
5.   Əgər alban etnosu yox idisə  və  ya  o,  “erməniləşdirilmişdisə”, 
onda nə üçün albanlar XVII əsrdə onların türk hökmranlığından 
azad olunmaq və onlara kömək etmək xahişi ilə  Şah Abbasa 
müraciət edir və knyaz Xaçenskini onun yanına göndərirlər? Ma-
raqlıdır, bu zaman ermənilər harada idi?  
6.   Əgər XVIII əsrdə albanlar yox, yalnız ermənilər var idisə, Alban 
çarlığını ilk bərpa etmək barədə I Pyotra göndərilən plan hansı 
mənanı kəsb edirdi və nə üçün başda Yesai Həsən Cəlal olmaqla 
qədim məlik nəslindən olan albanlar ermənilərin deyil, albanların 
adından kömək üçün Rusiyaya müraciət etmişdilər? 
7.   Əgər albanlar və alban kilsəsi yox idisə, bəs onda XVII, XVIII 
əsrlərdə  Səfəvilərin, sonralar isə  İran  şahlarının fərmanlarında 
ermənilərin deyil, alban katolikoslarının adları çəkilir? 
8.   Əgər 1836- cı ilə qədər Alban kilsəsi və ona məxsus dini irs yox 
idisə  və o, Eçmiədzin mərkəzinin yeparxiyalarından biri sayılır-
dısa, bəs nə üçün Alban İncili iki kilsənin müxtəlif səviyyyədə 
statusa malik olmasını nəzərdə tuturdu. Hökmdarların adları gös-
tərilir, ancaq onların içində erməni adları görünmürdü. Kilsə kita-
bələrinin yazılarında bir dəfə də olsun ermənilərlə bağlı hadisə və 
ya erməni katolikosunun dedikləri deyil, yalnız Albaniya və onun 
baş yepiskopları haqqında məlumat verilirdi. 
9.   Əgər Alban kilsəsi Ermənistan kilsəsinin və onun etnik- mədəni 
irsinin bir hissəsi idisə, onda onun ləğv edilməsinin və yeparxiya 
kimi 1836-cı ildə erməni kilsəsinə tabe edilməsinin məqsədi nə 
idi? Kilsə divarları üzərindəki hətta erməni dilində olan yazılar 
nə üçün ermənilərə yox, albanlara aid mövzuları  əks etdirirdi? 
Bundan başqa, bəs niyə Rusiya Qafqazı işğal edənə qədər Ermə-
nistan kilsəsinin bütün yepiskopluğu Qafqazdan kənarda yerlə-
şirdi və  əgər Alban kilsəsi yox, Erməni kilsəsi var idisə, onda 
1836-cı ilə qədər “öz” alban yeparxiyalarını idarə etməyə Erməni 
kilsəsinə nə mane olurdu? 
K A M R A N  İ M A N O V 
 
206 
10.  Hansı səbəbə görə 1836-cı ildən sonra albanların monastır arxiv-
ləri Eç-miədzinə daşınırdı?  Əgər onlar “erməni monastır arxiv-
ləri” idisə, onda hansı məqsədlə oraya aparılırdı? Nə üçün erməni 
kilsəsi rus dövlətindən 1909-1910-cu illərdə onun tabeliyində 
olan yeparxiyaların köhnə arxiv sənədlərinin məhv edilməsi ica-
zəsini almağa nail olmuşdu?.. 
Hörmətli oxucular! Yorucu suallara görə üzr istəyirik. Qeyd et-
mək lazımdır ki, onlar ortaya çıxmasına görə bizim tərəfimizdən şərti 
qəbul edilmiş erməni versiyalarına borcludur. Göründüyü kimi, bu 
versiya
 
tənqidə dözmür. Albaniyanın etnik-mədəni irsi, maddi abidə-
ləri albanlara məxsus idi, onların yaradıcılıq məhsulu idi və bütün 
bunlar onların tarixi idi. 
Biz bu absurdu, hörmətli oxucular, Mark Tvenin müdrik sözləri 
ilə bitiririk: “Həqiqət uydurmadan qeyri-adidir: uydurma həqiqətə 
oxşarlığa meyl etməlidir, həqiqətin isə buna ehtiyacı yoxdur”.
 


E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
207 
§6.  
Akademik absurd və etimoloji                   
ekvilibristika 
 
Qafqaz Albaniyasının maddi və qeyri-maddi irsinin mənimsənil-
məsi ilə bağlı olan mövzunu çeşidli elmi titulları olan erməni müəl-
liflərinin qələmindən çıxan bir “akademik” sayıqlama ilə bitirmək is-
tərdik. Albaniyanın mədəni irsinin talanması və “erməniləşdirilməsi” 
ilə əlaqəli elmi “axtarışlar” yüksək akademik səviyyədə siyasi əsərlə-
rə transformasiya olunur. Həm də maraqlıdır ki, əvvəlki erməni uy-
durmaları növbəti absurdlara yol açır. 
Hörmətli oxucular, Qarabağ hadisələrindən sonra Ermənistan EA 
tərəfindən tələm-tələsik şəkildə nəşr olunmuş “Dağlıq Qarabağ. Tari-
xi arayış” (Yerevan, 1968) kitabından məqsəd nə yolla olursa-olsun, 
Qarabağın “qədim erməni torpağı” olmasına hamını inandırmaq idi. 
Bu nəşrin iki xüsusiyyəti daha maraqlıdır. Birincisi, o, çox titul-
laşdırılıb: onun Ermənistan EA-nın akademikləri, müxbir üzvləri, bu 
və ya digər sahələr üzrə elmlər doktorlarından ibarət 8 müəllifi var-
dır. Üstəlik, bu nəşrin hazırlanmasında elmi dərəcəli daha doqquz nə-
fər iştirak edib. Əlbəttə, bu nəşr Ermənistan EA-nın tarix və iqtisa-
diyyat,
 
fəlsəfə
 
və filologiya şöbələri tərəfindən bəyənilmiş və Rəya-
sət heyəti tərəfindən onun çap olunmasına zəmanət verilmişdir. İkin-
cisi, titullu müəlliflər qrupu guya yunan-roma mənbələrinə,  əslində 
isə erməni mənbələri kimi üzə çıxan... yazılara istinad etməklə açıq-
aydın səhv etmişlər. Hər şeydən əvvəl, müəlliflər “sübut etməyə” ça-
lışırlar ki, Arsax adlanan coğrafi yer Ermənistanın bir hissəsidir. Da-
ha sonra onlar “inandırırlar” ki, bu diyarın sakinləri “ermənidilli” 
olmuşlar.  
Nəticədə, bölgənin erməni epitafikasına və dini xristian tikililə-
rinə müraciət edilir və erməni mənşəyinin kökü axtarılır.  
İddiaları sıralayaq. Sən demə, bu nəşrin müəlliflərinə görə, Stra-
bon və digər yunan müəllifləri kimi antik mənbələr Orxistenanın 
K A M R A N  İ M A N O V 
 
208 
adını çəkməklə guya bu zaman “ermənilərin Arsax diyarı”nı nəzərdə 
tutmuşlar. Hətta “yunan-roma müəllifləri aydın  şəkildə göstərmişlər 
ki, Arsax və Kürün sağ sahilində yerləşən qonşu Utik əyaləti Ermə-
nistanın bir hissəsini təşkil edir. Onun Alban çarlığı ilə sərhəddi Kür 
çayı boyunca keçirdi.” 
İndi isə bir neçə antik mənbədən sitat gətirək. Strabon: ”Ermənis-
tanın özündə çoxlu dağlar və yaylalar... orada çoxlu dərələr... və nə-
hayət, Albaniyanın sərhədinə qədər Araz çayının axdığı Araz düzən-
liyi vardır... bu düzənliyin o biri tərəfində Albaniya və Kir çayı ilə 
həmsərhəd olan Sakasena uzanır.”
 
Oxucuların başa düşdüyü kimi, nə 
Plutarxda, nə Klavdi Ptolemeydə, nə də Böyük Pliniydə “Arsax” və 
“Utik” haqqında bircə qeyd belə yoxdur. 
Şərh olunan fərziyyəni “əsaslandırmaq” məqsədi ilə ermənilər 
daha bir mənbəyə - Urartu mixi yazılarına istinad edirlər və orada xa-
tırladılan “Urtexe-Urtexene” toponimlərini Orxistene və  təbii ki, 
“erməni Arsax”ı ilə “eyniləşdirmək” istəyirlər. Bununla belə, müəllif-
lərin dediyinə görə, hələ sonuncu “Savdek”, həm də “Xaçen” kimi 
adlandırılmışdır. Belə dolaşıq sitat gətirmə üslubu nəticəsində ortaya 
nə çıxır? Əgər məşhur antik dövr müəllifi Strabondan gətirilən sitatı 
çıxarsaq, o, Urtexininin “erməni Arsaxı” ilə eyniləşdirilməsi haqqın-
da bir kəlmə də yazmamışdır. Belə şıxır ki, digər antik dövr müəllif-
lərindən gətirilən dəlillər də şişirtmə və əfsanədir. Həqiqətdə isə antik 
müəlliflərin əvəzində Aqafanqel, Vardan və Q.A. Kapansyan kimi er-
məni müəllifləri çıxış edirlər. Qəsdən, yəni bilə-bilə  təhrifetmə sxe-
mi olduqca sadədir: əgər Strabon Orxistena haqqında danışırsa, dər-
hal hesab olunur ki, burada “erməni Arsaxı  nəzərdə tutulur”. Əgər 
Urarty mixi yazılarında “Urtexini” xatırlanırsa, deməli, bu da “ermə-
ni Arsaxıdır, Savdekdir, Xaçendir” və s. Qarabağ (Arsax) adlı coğrafi 
regionun ermənilərə  məxsus olması barədə uydurmalara gəlincə, 
qeyd etmək lazımdır ki, bu arayışın müəllifləri Orxistenanı bu bölgə 
ilə eyniləşdirir və onu “Van gölü yaxınlığındakı erməni əyaləti” ad-
landırırlar. Urartu mixi yazıları üzrə mütəxəssis Q.A.Melikaşvilinin 
verdiyi rəyə görə isə Urtexini “Sevan gölünün cənub-şərqində” yer-
ləşir. 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə