Microsoft Word Kamran Imanov Kitab Designed doc



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə52/80
tarix11.03.2018
ölçüsü4,58 Kb.
#31238
1   ...   48   49   50   51   52   53   54   55   ...   80

E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
209 
Oxucucuları sitat gətirməklə yormayaraq, akademik saxtakarlığa 
nəinki antik müəlliflərin, həm də  məşhur mütəxəssis Q.A.Melikaş-
vilinin məruz qaldığını  təsdiq edən “tarixi arayış”dan daha bir sitat 
gətirək: ”Tsovk
 
kəndində saxlanılan II Sardurun (b.e.ə. VII əsr) yazı-
sına əsasən, Urartu Urtexini (Arsax) ölkəsinə qədər gedib çatırdı” (Q. 
A. Melikaşvili, “Urartiyskie klinopisi i
 
nadpisi”, M., 1960, s. 310, 346). 
Görün, Q. A. Melikaşvilinin özü nə yazır: “Xaldi” adlı tanrı öz 
silahı ilə (?) [yürüşə] çıxır, Arkuki ölkəsinə qalib gəlir. Sarduri deyir: 
“Mən [yürüşə] çıxdım və Arkuki ölkəsini işğal etdim, gedib Urtexini 
ölkəsinə çatdım[?].” Yalanın təsdiq olunması üçün məşhur “uydur-
maçı” Movses Xorenskiyə istinad edilir. 
İndi isə, erməni alimlərinin dəlillərinə  əsasən, görək qədim za-
manlardan Qarabağ necə ermənidilli olmuşdur.  Əvvəlcə yuxarıdakı 
tarixi arayışdan erməni akademiklərinin bu fikrini sitat gətiririk: “An-
tik mənbələr təsdiq edir ki, Artaşes və Zares (b.e.ə. II əsr) adlı erməni 
çarlarının hakimiyyəti illərində, eləcə  də  hər ehtimala qarşı Strabo-
nun da dövründə (b.e.ə. I əsrdə) Ermənistan əhalisi birdilli, yəni er-
mənidilli olmuşdur. Təbii ki, bu, Arsaxa-Orxistenə də aiddir.” Elə hə-
min dəqiqə bu mövzuya aid Strabondan bir sitat gətirək: “...İndi bü-
tün bu xalqlar bir dildə danışırlar.” Bu iki fikri müqayisə edərək, 
birinci sitatın ikinci sitatdan doğan bir nəticə kimi başa düşmək üçün 
formal məntiq prinsiplərinə  əməl edəcəyik. Hörmətli oxucular, “bir 
dildə danışırlar” ifadəsindən heç də  nəticə  çıxarmaq olmaz ki, o, 
“ermənidilli  əhali”dir. Nəhayət, arayış müəllifi Qarabağın Ermənis-
tanın tərkibində  və onun əhalisinin ermənidilli olduğu haqqında öz 
uydurmalarını “bu ərazidə 1000-dən çox erməni yazılarının və yüz-
lərlə xristian dini tikililərinin olması” “dəlillər”i ilə “möhkəmləndi-
rir.” Bununla yanaşı, onlar Orta əsrə aid olan bir müsəlman dini 
abidəsinin olmadığını göstərməyi də unutmurlar. Artıq bunlar haq-
qında biz danışmazdıq. Qarabağın Azərbaycandan ayrılmasına yönəl-
dilmiş “dəlillər” sistemi bu şəkildədir. Biz absurdun bu hissəsini 
akademik  İ.Petruşevskinin məşhur sözləri ilə bitiririk: ”Qarabağ 
(Arsax) heç vaxt erməni mədəniyyətinin mərkəzlərinə aid olma-
mışdır.” 
K A M R A N  İ M A N O V 
 
210 
İndi isə, hörmətli oxucular, antik və digər qeyri-erməni mənbələ-
rində mövcud olmayan saxta sitatlarla dolu akademik absurddan 
etimoloji  əllaməçilik üzərində qurulmuş sarsaqlamalara keçirik. Bu-
rada erməni müəlliflərin xəstə təxəyyülü bərq vurur və onlar qondar-
ma sitatlar gətirməyə, üstəlik onları elmi baxımdan  əsaslandırmağa 
çalışırlar. Ümumiyyətlə, erməni etimoloji məzhəkələri öz imkanları-
na görə hüdudsuzdur. Yerli Xelsinki komitəsinin rəhbəri Avetik İşxa-
nyana və Yerevan mətbuat klubunun eksperti Mesrop Arutyuna gedib 
çıxan və onların “Etimoloji axtarışlar” adlı  məqaləsindəki fikirlərə, 
2008-ci ilə “Sürpriz” kimi təqdim olunan “... O vaxtlar başqa xalqlar 
hələ yenicə  ağaca dırmaşırdılar” adı altında “Aradot” erməni qəzeti 
vasitəsi ilə yayılan yazılara aid bir neçə misal göstərək. 
Adı çəkilən həmin müəlliflərin fikrincə, erməni saxtakarlıq maşı-
nı o qədər də səmərəli işləmir, çünki “hər şey bizdən [ermənilərdən] 
başlayır, biz [ermənilər] bunu lazımi qaydada təbliğ etməyi bacarmı-
rıq, həm də bizim yalancı tarixçilərimiz bütün xəritələri səhv salırlar”. 
Oxucu soruşa bilər, dünyaya çoxlu sayda cəfəngiyat nümunəsi 
bəxş edən saxtakarların təbliğat maşınının günahı nədir və yaxud ni-
yə bu günə qədər ermənilərin özlərinin, eləcə də qonşularının tarixini 
təhrif edən erməni yalanları daha böyük “şərəfli qiymətə” layiq gö-
rülmür? Sən demə, dünyanı  gəzən ikiayaqlı  mədəni ermənilər istər-
istəməz ağaclarda yaşayan vəhşilərlə, yəni digər xalqların nümayən-
dələri ilə qarşılaşırdılar. Ancaq ağaclarda yaşayanlar nəyə görəsə 
gəlmə intellektual ermənilərin başa düşdüyü bir dildə onlara sual 
verirlər: “haradansınız?” Bu suala gəlmə  mədəni ermənilər təbii ki, 
ermənicə cavab verirlər: “İ, Van”, tərcümədə: “Biz Vandan gəlmi-
şik”. Yəqin ona görə Van gölü (erməni alimləri belə hesab edirlər) 
yalnız onların tarixi vətənidir, həm də dünyanın mərkəzidir. “İvan” 
adı da məhz belə  əbədiləşdirilmışdir. Buna görə, hörmətli oxucular, 
təəccüblənməyin, çünki bütün indiki və keçmiş qeyri-erməni İvanlar 
öz adlarına görə “Vandan gələn” mədəni ermənilərə borcludurlar. 
Tanınmış “tədqiqatçılar”ın digər etimoloji ekzersisi “coğrafi baş-
lanğıc” xarakteri daşıyır və Balkan yarımadasındakı bir sıra xalqların 
etnomimləri və Belçika ölkəsinin adı ilə əlaqələndirilir. 


E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
211 
Sən demə, barbarların növbəti hücumundan sonra mədəni ermə-
nilər Balkan yarımadasında isti sığınacaq tapırlar. Bir halda ki, “ra-
hat” sözü ermənicə [ermənicəmi?] “dinclik” deməkdir, elə buna görə 
də bu ərazi “Xorvatiya” adını almışdır. Belə ki, dağın o tərəfində 
yaşayan insanlar mədəni ermənilərə qaymaq gətirirlərmiş. “Qaymaq” 
ermənicə “ser beroxner” kimi səslənir. İndiki “serblər”, yəni qaymaq 
gətirənlər də belə yaranmışlar. Erməni müəlliflərinə görə, iki qardaş 
serb və xorvat xalqları arasında heç bir daxili ədavət olmamalıdır. 
Axı onlar “xaç suyu”nu bura gələn gəlmə ermənilərin əlindən qəbul 
etmişlər. Bosniyalılar da ermənilərin diqqətindən kənarda qalmamış-
lar. Erməni “tədqiqatçıları” sübut etmişlər ki, Bosniya Serbiya və 
Xorvatiyanın qonşuluğundakı  dərin çuxurları olan vadilərin birində 
yerləşirmiş. Bura gələn gəlmə erməni turistlər vadinin gözəlliyinə 
heyran olmuş və ucadan demişlər: “Vay, estes, pos, a” (“Vay, burada 
su quyusu var”). Buradan da Bosniyanın adı “yaranmışdır”. 
Erməni redaktəsində “Belçika” adının etimologiyası da maraqlı-
dır. Bu krallığın etnoniminin erməni mənşəli olduğunu “əsaslandır-
maq” üçün yuxarıda xatırladılan erməni “tədqiqatçıları” öz mifologi-
yalarına müraciət etmiş  və erməni reseptinə son dərəcə uyğun növ-
bəti absurdu yaratmışlar. Məlum olur ki, belçikalılar öz adının 
mənbəyini xeyir və şər, ermənicə Hayk və babil Bel arasında gedən 
qarşıdurma barədə erməni mifologiyasında axtarmalıdırlar: “Erməni-
lər çox humanistdirlər” və ona görə də Hayk və Bel arasında savaş-
mada birinci ikincini vurub öldürmür! “Sadəcə olaraq, Hayk Beli Av-
ropaya qovur.” Gələcək belçikalıları qorxutmaq vasitəsi kimi işlənən 
“Ay Bel kğa”, yəni ”Bax, Bel qayıdar, ha!” erməni sözlərini oradakı 
avam insanlar həmişəlik yaddaşında saxlamışlar. 
Hörmətli oxucular, nə  qədər ki, yeni kəşflər tələb edən erməni 
axtarışları “özü özünü izah edir”, biz heç nə  əlavə etmədən, bizim 
mədəni qonşularımızın Qara dəniz sahillərindəki “Soçi”, ”Suxumi” 
və “Odessa” adlarına aid erməni etimoloji oyunlarının şərhini davam 
etdiririk. 
Bəli, hörmətli oxucular, Rusiyanın, Gürcüstanın və Ukraynanın 
gözəl şəhərləri də öz adlarına görə ermənilərə “borcludurlar.” “Dəniz 
K A M R A N  İ M A N O V 
 
212 
erməniləri” ilə bağlı  cəfəngiyat haqqında biz ayrıca danışacağıq, 
ancaq indi isə istəməzdik ki, sizi gözəl Qara dəniz kurortları  və  əf-
sanəvi Odessa şəhərinin gəlmə mədəni ermənilərə necə borclu oldu-
ğunu öyrənməkdən alacağınız zövqdən məhrum edək. Belə ki, sitat 
gətirilən erməni müəlliflərinə görə, uzun sürən sərgədan həyatdan 
sonra Qaradənizyanı torpaqlarda meydana çıxan ermənilər Qara 
dənizi Van gölü ilə qarışıq salırlar və sevinclə  qışqırırlar: “Bizim 
Van.” Ancaq immiqrantların içərisində bir savadlı adam tapılır. O, 
ermənicə deyir: “Sa çi, sa çi”, yəni onu tərcümə etdikdə “yox, bu, o 
yer deyil” mənasını verir. Beləliklə, “Soçi” adı yaranır. Bəli, bu şəhər 
özü də erməni yalanına borcludur. Öz yollarını Qərbə və Şərqə doğru 
davam etdirən müstəmləkəçilər Odessa və Suxumi adlarının da “mə-
nasını açmağı” və onları  təqdim etməyi “bacarmışdılar.” Beləliklə, 
adı çəkilən erməni müəlliflərinin fikrinə görə, “erməni köçünün” Şərq 
qolu çiçəklənən bir diyara gedib çatır və  gəlmələr onun zəngin ye-
məkləri ilə qarınlarını bərkidirlər. Bir sözlə, “yemək və içmək” üçün 
dayanırlar. Madam ki, bu ermənicə “Sa xumi mex e” kimi səslənir, 
ona görə də xalqın yaddaşında və coğrafi xəritədə də “Suxumi” kimi 
qalır. Qərb immiqrantlarının payına isə gözəl havanı duymaq düşür 
və  gəlmə ermənilər bu havanı asanca udurlar və ucadan qışqırırlar: 
“Od e sa!” (“Bax, buna hava deyərlər”). Bu erməni nidasıdan da 
“Odessa” adı yaranmışdır. 
Beləliklə, hörmətli oxucular, erməni immiqrantları ücün Avropa 
darlıq edir, bu və ya digər bölgəyə erməni mənşəli ad vermək “ənə-
nə”sini Amerikada da davam etdirirlər. Ancaq sıra ilə, əlbəttə, yuxa-
rıda xatırladılan erməni “tədqiqatçılarına”na  əsaslanaraq  şərh edək. 
Burada hər şey Martirosdan, yəni X.Kolumbun ekspedsiyasında işti-
rak edən matrosdan başlayır. Öz doğma evlərinə (onlar harada ol-
muşdur, dəqiqləşdirməyə qorxuruq, çünki ermənilər o vaxt bütün Av-
ropanı mənimsəmişdilər) qayıdarkən gördüklərini anasına danışmağı 
lazım bilir. Qoca erməni qadını buna etibar etmir və onda Martiros 
ermənicə  ən  əziz bir ifadə  işlədir: “A mer ka”, tərcümə etdikdə bu 
mənanı ifadə edir: “Var, ana var”. Amerikanın adı da buradan yaran-
mışdır. Şimala doğru uzanan Kanadanın adlandırılması üçün Martiro-


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə