Microsoft Word Kamran Imanov Kitab Designed doc



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə48/80
tarix11.03.2018
ölçüsü4,58 Kb.
#31238
1   ...   44   45   46   47   48   49   50   51   ...   80

E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
193 
Madam Kirkpatrik BMT-də ABŞ-ın səfiri olarkən sionizmə qarşı 
kampaniya ilə  əlaqədar belə demişdir: “Biz yalanı  təkzib etmədən, 
onun yayılmasına imkan yaradırıq. O isə böyüyüb siyasətə çevrilir... 
Bəzən bütöv bir xalqın taleyi sözdən asılı olur”. 
Bu fikir indiki Azərbaycan və onun tarixi keçmişinə dair erməni 
yalanı ilə bağlı kampaniyaya da aiddir. Hörmətli oxucular, biz sizə 
tanış olan “Reductio ab absurdum” məntiqi üsuluna əsaslanaraq, bu 
silsiləni davam etdiririk. 
Beləliklə, Qafqaz Albaniyasının maddi-mədəni 
irsinin mənimsənilməsi ilə bağlı absurd 
Ermənilər xristian Albaniyasına məxsus olan maddi və qeyri-
maddi irsin onlara mənsub olduğunu dünyaya elan edirlər. Alban in-
tellektinə aid olan hər şey: kilsələr və monastırlar, inanc yerləri, xaç 
daşları, daş kitabələr, yazılar da buraya daxildir. Bir sözlə, alban etno-
sunun yaratdığı hər bir şey. Biz Albaniyanın ədəbi irsinə irəli sürülən 
iddianın ermənilər tərəfindən necə  “əsaslandırılması” haqqında  əv-
vəlki fəsildə yazmışdıq.  İndi isə biz ermənilərin Albaniyanın maddi 
irsinə irəli sürülən iddiaları haqqında söhbət açacağıq. 
Bununla bağlı ermənilərin irəli sürdükləri “dəlillər”, haradasa, 
“yerli” və “qlobal” xarakter daşıyır.  Əgər birinci tip saxtakarlığın 
mahiyyəti Qafqaz Albaniyasının – maddi-mədəni abidələrini özlərinə 
aid etməkdirsə, ikinci tipdə  məqsəd son dərəcə subyektivdir, bütün 
səylər alban etnosunun mövcud olmasını tanımamağa, onun maddi 
yaradıcılıq xüsusiyyətini inkar etməyə yönəldilmişdir. Bu tip “lokal” 
absurddan başlayaraq, buna bənzər bəzi erməni “dəlilləri” üzərində 
dayanaq. 
Məsələn, M. Asratyan memar və mütəxəssis kimi, Albaniyanın 
xristian abidələrinin spesifik və özünəməxsus xüsusiyyətlərini nəzərə 
almaq məcburiyyətində qalaraq, onların növünü – konstruktiv ele-
mentlərini və detallarını öyrənir. Son nəticə kimi, eyniləşdirmə meto-
du tətbiq edərək Ermənistandakı tikililərin əlamətlərini müqayisə edir, 
K A M R A N  İ M A N O V 
 
194 
nəticələr çıxarır və ... alban abidələrinin erməni mənşəli olduğunu 
deyir. Bu zaman məntiq və sistemli təhlil qaydaları kobud şəkildə 
pozulur, müqayisə olunan obyektlərin ayrı-ayrı xüsusiyyətləri nəzərə 
alınmır. Başqa sözlərlə desək, Qafqaz Albaniyası və Ermənistan abi-
dələri arasında hansısa ümumi əlamətlərin olması heç də oxşarlıq 
prinsipini  əsas götürüb nəticə  çıxarmağa kifayət etmir. Ən başlıcası 
budur ki, obyektiv şəkildə desək, memarlıq abidələri arasında ümumi 
əlamətlər var və onlar tipik və spesifik xüsusiyyətlərlə sıx əlaqəli ola 
bilər. Asratyanın alban tikililərinin erməni mənşəli olması barədə cə-
fəng fikirləri, təxminən, Yerlə Marsın oxşarlığına bənzəyir: hər ikisi 
planetdir, atomlardan və molekullardan ibarətdir. Asratyansayağı dü-
şünsək, belə nəticəyə gəlmək olar ki, Marsda da həyat var... 
Daha bir “orijinal sübut” isə Ş. Mkrtçyana məxsusdur. Hörmətli 
oxucular, biz bu muzey işçisinin azıxantropla bağlı “azoxantrop ixti-
rası” ilə  əlaqədar absurd haqqında danışanda onun irəli sürdüyü 
“dəlillər”ə toxunmuşduq.
 
Ümumiyyətlə, Dağlıq Qarabağdan olan keç-
miş muzey direktorunun “geniş diapazonlu biliklərə” malik olduğunu 
etiraf etmək lazımdır. Bu müəllif “Dağlıq Qarabağın tarixi-memarlıq 
abidələri” adlı kitabında o dərəcədə ifrata varıb yazmışdır ki, guya 
Dağlıq Qarabağda Azərbaycan memarlıq abidələri olmamışdır. An-
caq erməni abidələrinin sayının nə az, nə çox 1700 olduğunu göstərir. 
O, bir çox alban abidələri kimi, məşhur Qanzasar kompleksini də 
erməni abidələri sırasına aid edir. Bu saxtakarlıq haqqında bir az 
aşağıda danışacağıq, indi isə “dahiyanə əsərin” özü haqqında bir neçə 
kəlmə demək istərdik. Bu kitab əvvəlcə erməni, sonra isə rus dilində 
1980-1985-ci illərdə iki dəfə çap olunmuşdur. 1988-ci il hadisələrin-
dən sonra bu cəfəngiyata tələbat artmış və kitab erməni milli bestsel-
lərinə çevrilərək, 1989-cu ildə 35 min tirajla çap olunmuşdur. Əlbət-
tə, belə kütləvi nəşrə ehtiyac onun saxta və fitnəkar xarakter daşıması 
ilə bağlı idi. Bu kitabın nəşri bir məqsəd güdürdü: hər kəsi inandır-
sınlar ki, Qarabağ torpaqları ermənilərə məxsusdur. İndi isə, görək bu 
müəllif nəyə əsaslanaraq alban abidələrini erməni abidələri kimi gös-
tərir. Mkrtçyanın məntiqinə görə, abidənin üzərində oxunan ümum-
xristian adlarının yalnız sonuncusu erməni dilində ola bilər. Bir şeyi 


E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
195 
nəzərə almaq lazımdır ki, abidələrin üzərindəki erməni yazıları, son-
ralar əlavə olunmuşdu. Sonralar sadəcə olaraq, onlar da saxtalaşdırıl-
mışdır, bu isə alban abidələrinin “erməni tikililəri” kimi təqdim olun-
masına kifayət etmişdir. Müəllif unudur ki, mehrab və divarların üzə-
rindəki yazılar yalnız albanlarla bağlı hadisələri, onların mənəvi dün-
yasını əks etdirir. Müəllif bir məsələni də düşünmür. Əgər şərti ola-
raq qəbul etsək ki, albanlar abidələr üzərindəki yazıları qədim erməni 
dilində - qrabarca özləri yazmışlar, bu zaman bir suala cavab vermək 
lazım gəlir: onlar erməni dilini haradan bilirdilər və Qafqaz Albani-
yasında ikidillilik necə yaranmışdı? Məsələn, əgər albanların ərəb və 
iran dillərini bilməsi və onların keçmiş Albaniyanın düzən hissəsində 
- Arranda işlənməsi burada ərəb və iran etnik elementlərinin mövcud-
luğu ilə izah olunursa, Albaniyada, sonralar Arsax-Xaçendə erməni 
dilinin işlənməsinə dair kifayət qədər dəlil yoxdur. Hətta Mkrtçyanın 
düşüncəsi çatmır söyləsin ki, albanların erməni dilini bilməsi heç də 
onların etnik erməni olması demək deyildir. Bir sözlə, bəsit bir qərar 
qəbul edilir: “erməni dilində yazılan nə varsa, o, ermənilərə aiddir”. 
Memarlıq abidələri üzərindəki bu tipli “tədqiqatlar” bir məqsəd gü-
dür: Qafqaz Albaniyasının bütün abidələrini mənimsəmək və bundan 
istifadə edərək, Azərbaycan torpaqlarına iddia irəli sürmək. 
Hörmətli oxucular, Azərbaycan abidələrini mənimsəmək üçün isə 
başbilən  Ş. Mkrtçyan “absurd” yaradır. Məsələn, görün Cəbrayıl 
rayonundakı məşhur Xudafərin körpüsü necə mənimsənilir. Bir sözdə 
“f”  hərfi  “p”  hərfi ilə  əvəz olunur və sonra müəllif iddia edir ki, 
“köhnə Xarakulun 8 kilometrliyində  Məzənnənə yaşayış  məntəqəsi-
nin yanında Arsaxı Şimali İranla birləşdirən Xudapirin körpüsü yer-
ləşir”. Hamıya məlumdur ki, Xudafərin körpüsü karvan yolları vasi-
təsi ilə Şimali və Cənubi Azərbaycanı, Yaxın və Orta Şərqi birləşdi-
rirdi. Bu səbəbə görə, körpünün Arsaxı Şimali İranla birləşdirməsinə 
dair absurd üzərində dayanmağa heç bir ehtiyac yoxdur. Nə üçün 
burada köhnə Xarakulun və yaxud Məzənnənənin adı 8 kilometrlik 
məsafədə göstərilməklə çəkilir? Köhnə Tağlar və Məzənnənə qədim 
Azərbaycan kəndləridir. Həm də onu nəzərə almaq lazımdır ki, so-
nuncu ta qədimdən ata-babalarımız tərəfindən hörmətlə anılan məş-
K A M R A N  İ M A N O V 
 
196 
hur Məzənnənə pirinin yanında yerləşir, Tağlar isə daha qədim 
dövrlərdə mövcud idi,
 
lakin XIX əsrdə yer üzündən silinmişdir. Be-
ləliklə, İrandan köçən ermənilər əvvəlcə Məzənnənə kəndinin yanın-
da yaşamış, sonra isə Hadrut rayonuna köçmüş, daha sonra isə geri 
qayıdaraq dağılmış
 
Tağlar kəndində məskunlaşmışlar. Bu da saxtakar 
müəllifə kifayət edir ki, gəlmə ermənilərin yaşayış yerinin Xudafərin 
körpüsünün 8 kilometrliyində yerləşməsindən istifadə etsin və Piri 
özününküləşdirsin.
 
İndi isə, görün məşhur Ağoğlan piri necə erməniləşdirilir: “Bana-
zur kəndinin 8 kilometrliyində “tikilmə tarixi naməlum olan “Spitak 
dğa” adlı  qədim erməni kilsəsi yerləşir”. Oxuculara çatdırırıq ki, 
“Spitak dğa” bu “Ağoğlan”ın erməni dilinə hərfi tərcüməsidir. Gör-
düyünüz kimi, burada sözü erməniləşdirmək üçün əvvəlki nümunə-
dəki hərf dəyişməsindən deyil, obyektin adının tam erməniləşdiril-
məsindən istifadə edilmişdir. Soruşun: “Banazur kəndinin 8 kilometr-
lik məsafədə göstərilməsindən məqsəd nədir?” Məqsəd – Banazurun 
erməni kəndi olmasını nəzərə çarpdırmaqdır. Çünki Ağoğlan pirini 2-
3 km məsafə dairəsində  Ağoğlan,  Şahvələdli,  Əfəndilər kimi Azər-
baycan kəndləri əhatəyə alır. Deməli, 8 kilometr məsafənin və erməni 
kəndinin adının çəkilməsi məşhur piri erməniləşdirmək niyyəti gü-
dür. Bu yalanın müəllifi heç düşünmür ki, nə  səbəbə uzaq Banazur 
kəndinin erməniləri gəlib Azərbaycan kəndləri ilə dövrəyə alınmış bir 
məkanda kilsə tikmişlər? Çünki o vaxt heç “erməni kilsəsinin” sorağı 
belə yox idi. Bu, alban monastırı olmuşdur, çünki yaxınlıqda müqəd-
dəs ziyarətgah - pir yerləşirdi. Düşünürük ki, belə absurda əlavə şərh 
verməyə ehtiyac yoxdur. 
Onu da xatırladırıq ki, erməni kilsəsi Osmanlı dövləti və İran hü-
dudlarında öz dövlətçiliyini yaratmaq imkanından məhrum olduğu 
üçün çar Rusiyası erməni amilindən öz maraqları naminə istifadə 
edərək, işğal etdiyi Azərbaycan və Gürcüstan torpaqlarında “Böyük 
Ermənistan” xülyasını  hər cür həyata keçirməyə çalışırdı. Bir sözlə, 
müstəmləkəçilik niyyəti, Rusiyanın yeni Zaqafqaziya torpaqlarını 
mənimsəməsi ermənilərin ən əziz istəkləri ilə üst-üstə düşürdü. Hələ 
XVIII əsrdə yaranmış “erməni məsələsi” XIX əsrin sonunda Qafqa-


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə