Microsoft Word Kamran Imanov Kitab Designed doc



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə56/80
tarix11.03.2018
ölçüsü4,58 Kb.
#31238
1   ...   52   53   54   55   56   57   58   59   ...   80

E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
225 
rının” olduğunu “sübut edir” və məlum olur ki, onu oxumuş və bunun 
əsasında da M.Xorenasinin erməni çar sülaləri haqqında “qənaətini” 
təsdiq etmişdir. Ayvazyan hər ehtimala qarşı, “b.e.ə. 860-cı ildən 
635-ci ilə  qədər mövcud olan “Arartuni çar sülaləsi”nə paralel yeni 
bir siyahı da “tərtib etmişdir”. 
 Beləliklə, M.Xorenasinin saxta uydurmalarının inkişafı və onlara 
məqsədyönlü şəkildə verilən dəstək göstərir ki, onların istiqamətlən-
miş vektoru vardır: “Sezarın arvadı  şübhədən kənardadır”, yəni M. 
Xorenasinin çar-sülalə siyahısı doğrudur, baxmayaraq ki, o, yalan ta-
rix üstündə qurulmuşdur.  
Nə vaxtsa Fransanın tarixini təhrif etdiyinə görə A. Dümanın təq-
sirləndirildiyini yada salaq. Səhv etmirəmsə, R.Rollan onu müdafiə 
etmiş və demişdir ki, biz onun sayəsində parlaq tarixi roman obraz-
larına qovuşmuşuq. Tarixin də ermənilər tərəfindən təhrif olunması-
nın bizə nə verdiyini anlamaq isə çətin deyil... 
Hörmətli oxucular! Yəqin ki, siz çar-sülalə sayıqlamalarını bu və 
ya digər dərəcədə təbliğ edən erməni opuslarından yoruldunuz. Ona 
görə icazə verin, fikirləri boş və mənasız ideyalardan azad olan alim-
lərin qənaətlərinə müraciət edək. 
Y.Melnikovanın tədqiqatlarına  əsasən, (“Drevneskandinavskie 
qeoqrafiçeskie soçineniya” M., “Nauka”,
 
1986) orta əsr skandinav 
xronikası “Ermənistan” (“Armeniya”) termininə yeni izahat verir. 
Belə ki, Melnikovaya görə Skandinaviya “ERMLAND”'>ERMLAND” “Böyük 
Ermənistan”dır və yaxud “ARMENİYA” Almaniyanın, ya da Rusi-
yanın köhnə adlarından biridir. Bu, Şərqi Pribaltika torpağı adlı varlı 
Prusiya tayfalarından birinin ərazisi olmuşdur. Y.Melnikova Şanteni 
de lya Sosseyin “Dinlərin illüstrasiyalı tarixi”nə (“İllyustrirovannaya 
istoriya reliqiy”, izdano Spassko-Preobrajenskim monastırem i Ros-
siyskim fondom mira, 1992) istinad edərək göstərir ki, 1243-cü ildə 
bu torpaqda ERMLAND yepiskopluğu yaradılmışdır. Bu tədqi-
qatçıya görə, “Piyada Xrolve haqqında saqa” əsəri də ERMLAND-ın 
Rusiyadan asılılığını göstərir. 
Y.Melnikova yazır ki, YERMLAND adı orta əsr müəllifləri tərə-
findən tez-tez HERMLAND  (sadəcə Almaniya ölkəsi) kimi oxu-
K A M R A N  İ M A N O V 
 
226 
nurmuş. Məsələn, saqdakı  “HERMON  dağı  və ya Almaniya dağı 
Böyük Ermənistanda yerləşir”, - məlumatı kimi. 
Bu yanaşmanı inkişaf etdirən Q.V.Nosovski və A.Q.Fomenko 
“İmperiya” (M., 2003) kitabında sübut edirlər ki, Skandinaviya 
ARMENİYA-sı elə Almaniyanın özüdür və eləcə də Qafqazda olan 
ikinci bir Armeniyanın- Ermənistanın da izahını verirlər. Qədim “Bö-
yük Ermənistan” (skandinaviya dilində ERMLAND HINN MİKLA
adını tədqiq edən müəlliflər iddia edirlər ki, bu ROMLAND-dır, yəni 
Bizans imperiyasıdır, daha son zamanlarda isə ARMENİA kimi səs-
lənən
 
Almaniya (Müqəddəs Roma imperiyası) olmuşdur. Skandina-
viya xronikasında şərh olunanlar, eləcə də Y.Melnikova və Q.Nosov-
skinin, həm də A.Fomenkonun gəldikləri ümumi rəy sonuncuya bir 
sıra nəticələr çıxarmağa imkan verir. 
Birincisi, tarixi xronikalarda rast gəlinən “Armeniya“
 
adı o mə-
nanı vermir ki, söhbət indiki Ermənistandan gedir, daha doğrusu, 
Almaniya (o cümlədən Müqəddəs Roma imperiyası Almaniya),
 
ya da 
Bizans imperiyası nəzərdə tutulur. 
İkincisi, ümumiyyətlə, “Böyük Ermənistan” adının indiki Ermə-
nistanla heç bir əlaqəsi olmamışdır. Bu ad əvvəlcə Bizansın, sonra isə 
Müqəddəs Roma imperiyasının sahəsini və əzəmətinini ifadə etmişdir. 
Üçüncüsü, indiki Ermənistan tarixi Bizansın keçmiş fem-əyaləti 
olaraq, həm onun coğrafi adını, həm də  qədim Roma-Bizans xroni-
kasını öz yerli tarixinin əsası kimi mənimsəmişdir.  
Bununla yanaşı, akademik A. Fomenko məktəbinin nümayəndə-
ləri müasir riyazi metodlar və kompyüter texnologiyası əsasında M. 
Xorenasinin “təqdim etdiyi” erməni katolikoslarının siyahısını tədqiq 
etmişlər. Bunun nəticəsində guya sayı b.e. əvvəl I əsrdə başlanan er-
məni katolikosları ilə Almaniyanın Müqəddəs Roma imperiyasının 
Roma-Alman imperatorları arasında paralellik
 
göstərilmişdir. 
“İmperiya” kitabında göstərilir ki, erməni katolikoslarının “siya-
hısı” bir neçə variantın birləşməsindən alınmışdır. Elə buradaca bir 
daha izah olunur ki, “Ermənistanın IV əsrdən IX əsrə qədər olan kilsə 


E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
227 
tarixi süni şəkildə, kompilyasiya yolu ilə IX əsrdən sonrakı dövrün 
tarixindən yaradılmışdır.” 
Əvvəlki paraqraflarda bu barədə söz açmağımıza baxmayaraq, 
ancaq bir daha qeyd edirik ki, iki Rusiya müəllifinin söylədiyi fikir 
əsasında belə  nəticə  çıxara bilərik ki, Ermənistan Bizansın keçmiş 
tarixi fem-əyaləti kimi onun adını, bütün tarixini, həm də öz yerli ta-
rixinin əsası kimi köhnə Roma-Bizans xronikasını özlərinə aid etmiş, 
eləcə də nəyi isə Almaniya Müqəddəs Roma imperiyasının
 
tarixindən 
götürmüşdür. 
Belə  çıxır ki, ermənilər bu gün də başqa xalqların tarixi keçmi-
şindən və irsindən planlı şəkildə istifadə edir və süni şəkildə hadisə-
ləri uzaq keçmişə aparır, plagiat və erməni səcərəsini saxtalaşdırmaq 
üzərində işlərini davam etdirirlər. 
Bununla yanaşı, qeyd etməliyik ki, hazırda mövcud olan varianta 
əsasən, “Ermənistan” adı Urartunun “Armi” əyalətinin adı ilə  əla-
qələndirilir, “Hayastan” isə Urartunun “Hayasa” əyalətinin adı ilə 
bağlanılır. 
Beləliklə, hörmətli oxucular, çar-sülalə cəfəngiyatı bir absurd idi 
və bu cür də qalmaqdadır. Hörmətli oxucular, görün nə  qəribədir?! 
Mövcud olmayan erməni monarxları ilə bağlı uydurulmuş tarix öz 
siyasi davamını Ermənistanın işğal etdiyi Qarabağ torpaqlarında ta-
pır. Burada xatırladılan II Tiqranın adı cidd-cəhdlə ermənilərin iddi-
alı olduqları torpaqlara bağlanır. Xüsusən 2007-ci ilin avqust ayında 
erməni KİV-ləri (“Armİnfo”) xəbərlərlə  bərq vururdu: arxeoloqlar 
qazıntılar zamanı Qarabağda mifik (Böyük) Tiqran tərəfindən  əsası 
qoyulmuş növbəti Tiqranakerti aşkar etmişlər. Arsax Tiqranakertinin 
arxeoloji piarının tam müəyyən bir məqsədi var idi: Qarabağı özündə 
birləşdirən “Böyük Ermənistan”ın mövcud olduğuna dair yeni bir 
“fikir” yaratmaq. Erməni tarixçiləri iddia edirlər ki, artıq V –VI əsrə 
aid xristian bazilikası, ibadətxananın bir hissəsi, örtüyünün parçaları, 
girişlər və qala divarının qalıqları qazılıb üzə çıxarılmışdır. Qazıntılar 
zamanı tapılan keramika, xaçkar qalıqları – bütün bunların hamısının 
erkən xristianlıq dövrü ilə əlaqəsi olduğunu göstərir. 
K A M R A N  İ M A N O V 
 
228 
Oxucuların başa düşdüyü kimi, söhbət erməni dairələrinin Qaf-
qaz Albaniyasının saxtalaşdırıb “ələ keçirdiyi” maddi-mədəni irsin-
dən gedir. Ancaq bu medalın bir üzüdür. Erməni dövlətçiliyinə məx-
sus olmayan torpaqlarda qazıntı işlərinin aparılması və Azərbaycanın 
tarixi-memarlıq irsinin talan olunması onun hüququ tərəfidir. Burada 
bizim maddi və qeyri- maddi mədəni irsimizin mənimsənilməsinin 
tarixi torpaqlarımıza olan erməni iddiaları ilə  sıx bağlı olduğu yenə 
də aydın şəkildə özünü biruzə verir. 
M. Xorenasinin düzüb-qoşduğu monarxlarla bərabər uydurulmuş 
sülalələr bəzi erməni xadimlərini hələ  də  həyəcanlandırır. Xüsusi 
olaraq, bu kateqoriya üçün M. Xorenasinin yaradıcılığı haqqında 
erməni və digər xalqların nümayəndələrinin fikirlərindən misal gəti-
ririk. Vaxtilə Movses belə yazmışdır: “İnsan və onun işi necədirsə, 
onun tarixi də elədir”. Baxmayaraq ki, o, böyük uydurma ustasıdır, 
ancaq onun bu sözləri tam həqiqətdir. Axı, bu gün erməni xalqının 
tarixi saxtakarlıq və uydurmalarla doludur. 
Qaraqaşyan: “Ermənilərin keçmişi haqqında tarix və ya rəvayət 
kimi qəbul edilə biləcək heç bir məlumat yoxdur. Onlar xristianlığı 
qəbul etdikdən sonra Hayk və Nuhla
 
qohumluğu uydurmuşlar. Belə 
qəbul olunub ki, o, Yafəsin nəvəsi, Nuhun oğlu olan Torqomun nəs-
lindəndir. Çünki əski tarixçilərdən bir neçəsi Yəhudi salnamələrində 
xatırlanan Torqom adını Ermənistanın bir hissəsi, ailə, nəsil, Torqom 
milləti kimi göstərmişlər. Bu haqda ilk dəfə Xoren Movses yaz-
mışdır” (“Şərq məsələsinin tarixi”, London, 1905). 
Qaraqaşyan (M. Xorenasinin Mar Abbasın  əsərlərindən istifadə 
etdiyi barədə): “Movses Xorenasinin bu əsəri harada yaradılmışdır, 
kimdən mənimsənilmişdir, orijinal hansı dildə imiş? O, bunun haq-
qında danışmır. Vaqarşakdan yüz il əvvəl Nineviya şəhəri olmamış-
dır. Miladdan 450 il əvvəl Herodot Nineviyanın yanından keçmiş, an-
caq o vaxt heç bu şəhərin xarabalıqları da yox imiş. Ksenofon əlli 
ildən sonra da Nineviya haqqında heç bir məlumat vermir, yəni heç 
nə xatırlatmır. Vaqarşak haradan bilir ki, Nineviyada belə bir kitab 
var? ...Nineviya arxivindən Mar Abbas tarixinin çıxarılması, bizim 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə