Microsoft Word Kamran Imanov Kitab Designed doc



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə57/80
tarix11.03.2018
ölçüsü4,58 Kb.
#31238
1   ...   53   54   55   56   57   58   59   60   ...   80

E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
229 
fikrimizə görə, bu onun qədim dövrü və bilavasitə Qeldani və Nine-
viyanın tarixini bilməməsi üzündəndir. Bu şəhər haqqında bizim 
indiki məlumatımız bu rəvayəti tamamilə inkar edir” (“Osuditelnaya 
armyanskaya istoriya”, Tiflis, 1895).  
Haykazyan: “İlkin erməni sülaləsi tarixi şəxsiyyətlərdən yox, uy-
durulmuş nağıllardan götürülən personajlardan ibarətdir. Movses 
Xorenasinin özü beşinci yüzilliyin tarixçisi deyil, o, yeddinci yüzil-
likdə yaşayan saxtakar-tarixçidir”. («Армянская история», Париж, 
1919).  
Qevork Aslan: “Biz qəbul etməliyik ki, Movses Xorenasi öz he-
kayələrini Suriya nağıllarından götürmüş, yaxud Ermənistanda dola-
şan Hürufilərdən eşitmiş  və onları ustalıqla öz əsərlərində göstər-
mişdi. Özü Suriya və İranın tarixi mənbələrindən istifadə etmişdir. O, 
Yasenxen yəhudilərinin döyüşlərindən bəhs edən parçaları, Eyzeben 
kilsəsinin tarixini
 
Malalesdən götürmüş  və özününküləşdirmişdir” 
(Г.Аслан, «Исторический  этюд  о  населении  Армении»,  Париж, 
1909). 
Gevorq Aslan: “Movses Xorenski haqqında danışarkən, onun As-
suriya mənbələrindən götürdüyü bir-iki addan savayı bir şeyi yoxdur 
ki, bu hökmdarları  təsdiq etsin. Bu tarix Əhdi-ətiq rəvayətləri  əsa-
sında və ümumiyyətlə, ermənilərin yaşamadığı Araz və Fərat bölgə-
sində tərtib edilmişdir”.
 
Basmacyan: “Ermənistanın və ermənilərin tarixi və yaranışı çox 
qaranlıqdır. Bu ərazi ta qədim zamanlardan Pamir düzənliyindən gə-
lənlər,  İndiquş emiqrantları  tərəfindən tutulmuşdur. Ermənilərin ro-
malılar, yunanlar, iranlılar və bütün millətlər kimi mifik qəhrəmanları 
mövcuddur

Milli tarixçilər təfsilatı, aşkar mənbələrə malik olmadıq-
ları üçün onların yerini nağıllardakı personajlar tutmuşdur” («Новая 
история армян», Париж, 1917). 
Tomayan: “Roma tarixçiləri Movses Xorenski və digər erməni 
tarixçilərindən fərqli olaraq, tamamilə başqa yol və ermənilər üçün 
başqa hökmdarlar seçmişlər. Bu hadisələrin baş verdiyi dövrdə yaşa-
yan, eləcə də iştirakçıları olan Roma tarixçilərinin böyük bir hissəsi 
K A M R A N  İ M A N O V 
 
230 
həqiqəti yazdıqlarına  şübhə etmirlər. Elə olduqda onların  əsərlərini 
bizim milli tarixçilərin uydurmaları ilə necə müqayisə edək? Elə 
sualın mahiyyəti də bundan ibarətdir! Əks hadisələr uydurmaq üçün 
Çamçyan, Qaraqaşyan və başqa tarixçilər xeyli çalışmışlar, ancaq bu 
cəhdlər də uzunömürlü olmamışdır” (“İstoriya vostoçnoqo voprosa”, 
London, 1905). 
T.Vetter: “Movsesin əsərləri itmiş, onlar tam və orijinal şəkildə 
gəlib bizim əlimizə çatmamışdır. Haqqında danışılan  əsərlərin ona 
aid olduğu müəyyən edilməmişdir. O, bunu bizə V əsrdə yazılmış 
tarix kimi təqdim edir. M.Xorenasi öz tarixini bölgədəki nağılları və 
xalq rəvayətlərini Korhten (indiki Akulis) adı altında toplayaraq 
yazmışdır. Onun birinci və ikinci kitabı xalq nağılları əsasında yazıl-
mışdır. O, mifik personajları tarixdə mövcud olan hökmdarlar kimi 
göstərmiş, aldığı  məlumatları istədiyi və düşündüyü kimi təhrif 
etmişdir. İranla bağlı “Dəhhaq” və “Ərdəşir” qəhrəmanlıq eposlarını, 
Yeskani və Sasanilər haqqında məlumatı  İran tarixçilərindən götür-
müşdür” (“Erməni  əsərləri”, Vyana, 1895, erməni dilinə  tərcümə 
V.Daşyanındır). 
De Morqan: “Biz bu ölkənin [erməni] tarixçilərinin necə işlədik-
lərinin  şahidiyik, dindar şəxslərin hamısı öz millətlərinin köklərini 
Müqəddəs  əhdi-ətiq  ənənələri ilə bağlayır və hayk soyunu özlərinə 
yaxınlaşdırmaq üçün onlar rəvayətləri və  mənbələri necə qarışdırır-
lar”. Bu vəziyyət nəinki tarixi hadisələrə, eləcə  də hökmdarların 
ailələrinə də aiddir («Осудительная армянская история», Тифлис, 
1895). 
Yetiene Küatremere: “Mar Abbasın Nineviya arxivlərində 
axtarılması Movses Xorenskinin uydurmalarıdır. Erməni tarixçisinin 
danışdıqlarının hamısı bir fantaziyanın xarakterini ifadə edir. Movses 
Xorenasi və bütün buna bənzər erməni tarixçiləri bu hekayələri ona 
görə qəbul etmişlər ki, onlarda Şərq xalqlarının məğrurluğuna laylay 
çalınır” (“İstoriya vostoçnoqo voprosa”, London 1905).  
Burada Tasitinin çox əhəmiyyətli bir xəbərdarlığını xatırlatmaq 
istərdim: “Nəyinsə yaddaşdan silinməsi xalqın öz əlində deyil”. O, 


E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
231 
uydurulmuş deyil, yaşanılmış hadisələrlə formalaşan yaddaşı nəzərdə 
tutur. Ona görə sonda biz Oksforddan olan tədqiqatçı D. Louetalın 
məşhur sözlərini veririk: “ Tam əyləncə üzrsüz kimi görünə bilər, xü-
susən, yalançı kollektiv yaddaşın sindromunu təyin edən yalan xatirə-
lərdən, uydurmalardan söhbət gedəndə, ola bilsin, nəyi isə yaddaşda 
saxlamağı  məcbur etmək daha pisdir” (D.Louetal, Oksford, Mejd. 
İzd., anq.). 
Bunların səbəbi isə erməni tarixçisi Qevorq Aslanın “diaqnozun-
da” göstərilmişdir:
 
Ermənilərdə dövlətçilik olmamışdır. Onlar vətən 
hissi və siyasi əlaqələrlə bağlı deyillər. Erməni vətənpərvərliyi yalnız 
yaşadıqları yerlə bağlıdır” (“Armeniya i armyane”, 1914) (kursiv bi-
zimdir). Yaxud O. Tumanyanın sözlərini xatırlayaq: ”Bizim bədbəxt 
tayfamız heç vaxt siyasi cəhətdən müstəqil olmamışdır”  (kursiv bi-
zimdir).  
  
  
 
 
 
 
 
 
 
 
  
 
 
 
 
 
 
 
 
K A M R A N  İ M A N O V 
 
232 
 §8.  
Kürəkçay absurdu 
 
Biz “Ab absurdo ...” “...Ad absurdum” tematik silsiləni
 
davam 
etdirərkən, absurdun heç də  mənasız söz yığını olmadığını xatırlat-
maqdan başlayaq. Absurd bəzən müəyyən mərama tabedir və ona 
görə də o, tam konkret bir məqsəd güdür. Bir halda ki, absurd reallıq-
la üst-üstə düşməyən hansısa iddialardan, daha dəqiq desək, nağıllar-
dan ibarətdir, deməli, onlar saxtakarlıq və uydurmalar üzərində qurul-
muşdur. Bir sözlə, yalan və riyakarlıqla qarışdırılmışdır. Məlum ol-
duğu kimi, bir yalan digərini yaradır, bir absurd digər bir absurda yol 
açır. Absurd təsadüf deyil, qərəz, niyyət yaradır... 
Bizim misal çəkdiyimiz absurdlar Azərbaycan xalqının mədəni-
tarixi irsinin mənimsənilməsi və “erməniləşdirilməsi” ilə  sıx  əlaqə-
dardır və erməniçiliyin torpaqlarımıza olan iddialarından irəli gəlir. 
Onlar nəinki təcrübəsiz adamları “çaşdırmağı”, həm də  şəraitə uy-
ğunlaşmağı bacarırlar. 
Yəqin ki, ermənilərin siyasi və digər növlərdən olan mif yaradıcı-
lığının və səylə formalaşdırılan həqiqətdən uzaq obrazları qidalandı-
ran mənbəyi buradadır, yalanlardan quraşdırılmış absurd burada 
yaranır... və burada da riyakarlıq donuna geyindirilir.  
Hələ lap qədimlərdə Publisiy Sir çox düzgün qeyd etmişdir: “Əsas 
o deyil ki, səni kim hesab edirlər,  əsas odur ki, həqiqətdə  sən kim-
sən”,  əks halda “riyakarlıq qüsurun xeyirxahlığa ödədiyi haqq ola-
caqdır.” 
Beləliklə, Kürəkçay absurdu 
Məlum olduğu kimi, Kürəkçay müqaviləsi Qarabağ xanlığının 
Rusiyaya birləşdirilməsini təsbit etdi. 14 may 1805- ci ildə Qarabağ 
hökmdarı İbrahim Xəlil xan və Qafqazda rus ordusunun komandanı 
general Sisianov Gəncənin yaxınlığındakı Kürəkçayın  ətrafında 
“And öhdəliyi”ni ifadə edən müqaviləni imzaladılar və həmin bu sə-


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə