E R M Ə N İ ( Y A D ) E L ( L İ ) N A Ğ I L L A R I
229
fikrimizə görə, bu onun qədim dövrü və bilavasitə Qeldani və Nine-
viyanın tarixini bilməməsi üzündəndir. Bu şəhər haqqında bizim
indiki məlumatımız bu rəvayəti tamamilə inkar edir” (“Osuditelnaya
armyanskaya istoriya”, Tiflis, 1895).
Haykazyan: “İlkin erməni sülaləsi
tarixi şəxsiyyətlərdən yox, uy-
durulmuş nağıllardan götürülən personajlardan ibarətdir. Movses
Xorenasinin özü beşinci yüzilliyin tarixçisi deyil, o, yeddinci yüzil-
likdə yaşayan saxtakar-tarixçidir”.
(«Армянская история», Париж,
1919).
Qevork Aslan: “Biz qəbul etməliyik ki, Movses Xorenasi öz he-
kayələrini Suriya nağıllarından götürmüş, yaxud Ermənistanda dola-
şan Hürufilərdən eşitmiş və onları ustalıqla
öz əsərlərində göstər-
mişdi. Özü Suriya və İranın tarixi mənbələrindən istifadə etmişdir. O,
Yasenxen yəhudilərinin döyüşlərindən bəhs edən parçaları, Eyzeben
kilsəsinin tarixini
Malalesdən götürmüş və özününküləşdirmişdir”
(Г.Аслан, «Исторический этюд о населении Армении», Париж,
1909).
Gevorq Aslan: “Movses Xorenski haqqında danışarkən, onun As-
suriya mənbələrindən götürdüyü bir-iki addan savayı bir şeyi yoxdur
ki, bu hökmdarları təsdiq etsin. Bu tarix Əhdi-ətiq rəvayətləri əsa-
sında və ümumiyyətlə, ermənilərin yaşamadığı Araz və Fərat bölgə-
sində tərtib edilmişdir”.
Basmacyan: “Ermənistanın və ermənilərin tarixi və yaranışı çox
qaranlıqdır. Bu ərazi ta qədim zamanlardan Pamir düzənliyindən gə-
lənlər, İndiquş emiqrantları tərəfindən tutulmuşdur.
Ermənilərin ro-
malılar, yunanlar, iranlılar və bütün millətlər kimi mifik qəhrəmanları
mövcuddur
.
Milli tarixçilər təfsilatı, aşkar mənbələrə malik olmadıq-
ları üçün onların yerini nağıllardakı personajlar tutmuşdur”
(«Новая
история армян», Париж, 1917).
Tomayan: “Roma tarixçiləri Movses Xorenski və digər erməni
tarixçilərindən fərqli olaraq, tamamilə başqa yol və ermənilər üçün
başqa hökmdarlar seçmişlər. Bu hadisələrin baş verdiyi dövrdə yaşa-
yan, eləcə də iştirakçıları olan Roma tarixçilərinin böyük bir hissəsi
K A M R A N İ M A N O V
230
həqiqəti yazdıqlarına şübhə etmirlər. Elə olduqda onların əsərlərini
bizim milli tarixçilərin uydurmaları ilə necə müqayisə edək? Elə
sualın mahiyyəti də bundan ibarətdir! Əks
hadisələr uydurmaq üçün
Çamçyan, Qaraqaşyan və başqa tarixçilər xeyli çalışmışlar, ancaq bu
cəhdlər də uzunömürlü olmamışdır” (“İstoriya vostoçnoqo voprosa”,
London, 1905).
T.Vetter: “Movsesin əsərləri itmiş, onlar tam və orijinal şəkildə
gəlib bizim əlimizə çatmamışdır. Haqqında danışılan əsərlərin ona
aid olduğu müəyyən edilməmişdir. O, bunu bizə V əsrdə yazılmış
tarix kimi təqdim edir. M.Xorenasi öz tarixini bölgədəki nağılları və
xalq rəvayətlərini Korhten (indiki Akulis) adı altında toplayaraq
yazmışdır. Onun birinci və ikinci kitabı xalq nağılları əsasında yazıl-
mışdır. O, mifik personajları tarixdə mövcud olan hökmdarlar kimi
göstərmiş, aldığı məlumatları istədiyi və düşündüyü kimi təhrif
etmişdir. İranla bağlı “Dəhhaq” və “Ərdəşir” qəhrəmanlıq eposlarını,
Yeskani və Sasanilər haqqında məlumatı İran tarixçilərindən götür-
müşdür” (“Erməni əsərləri”, Vyana, 1895,
erməni dilinə tərcümə
V.Daşyanındır).
De Morqan: “Biz bu ölkənin [erməni] tarixçilərinin necə işlədik-
lərinin şahidiyik, dindar şəxslərin hamısı öz millətlərinin köklərini
Müqəddəs əhdi-ətiq ənənələri ilə bağlayır və hayk soyunu özlərinə
yaxınlaşdırmaq üçün onlar rəvayətləri və mənbələri necə qarışdırır-
lar”. Bu vəziyyət nəinki tarixi hadisələrə, eləcə də hökmdarların
ailələrinə də aiddir
(«Осудительная армянская история», Тифлис,
1895).
Yetiene Küatremere: “Mar Abbasın Nineviya arxivlərində
axtarılması Movses Xorenskinin uydurmalarıdır. Erməni tarixçisinin
danışdıqlarının hamısı bir fantaziyanın xarakterini ifadə edir. Movses
Xorenasi və bütün buna bənzər erməni tarixçiləri
bu hekayələri ona
görə qəbul etmişlər ki, onlarda Şərq xalqlarının məğrurluğuna laylay
çalınır” (“İstoriya vostoçnoqo voprosa”, London 1905).
Burada Tasitinin çox əhəmiyyətli bir xəbərdarlığını xatırlatmaq
istərdim: “Nəyinsə yaddaşdan silinməsi xalqın öz əlində deyil”. O,
E R M Ə N İ ( Y A D ) E L ( L İ ) N A Ğ I L L A R I
231
uydurulmuş deyil, yaşanılmış hadisələrlə formalaşan yaddaşı nəzərdə
tutur. Ona görə sonda biz Oksforddan olan tədqiqatçı D. Louetalın
məşhur sözlərini veririk: “ Tam əyləncə üzrsüz kimi görünə bilər, xü-
susən, yalançı kollektiv yaddaşın sindromunu təyin edən yalan xatirə-
lərdən, uydurmalardan söhbət gedəndə,
ola bilsin, nəyi isə yaddaşda
saxlamağı məcbur etmək daha pisdir” (D.Louetal, Oksford, Mejd.
İzd., anq.).
Bunların səbəbi isə erməni tarixçisi Qevorq Aslanın “diaqnozun-
da” göstərilmişdir:
Ermənilərdə dövlətçilik olmamışdır. Onlar vətən
hissi və siyasi əlaqələrlə bağlı deyillər. Erməni vətənpərvərliyi yalnız
yaşadıqları yerlə bağlıdır” (“Armeniya i armyane”, 1914)
(kursiv bi-
zimdir).
Yaxud O. Tumanyanın sözlərini xatırlayaq: ”
Bizim bədbəxt
tayfamız heç vaxt siyasi cəhətdən müstəqil olmamışdır” (kursiv bi-
zimdir).
K A M R A N İ M A N O V
232
§8.
Kürəkçay absurdu
Biz
“Ab absurdo ...” “...Ad absurdum” tematik silsiləni
davam
etdirərkən, absurdun heç də mənasız söz yığını olmadığını xatırlat-
maqdan başlayaq. Absurd bəzən müəyyən
mərama tabedir və ona
görə də o, tam konkret bir məqsəd güdür. Bir halda ki, absurd reallıq-
la üst-üstə düşməyən hansısa iddialardan, daha dəqiq desək, nağıllar-
dan ibarətdir, deməli, onlar saxtakarlıq və uydurmalar üzərində qurul-
muşdur. Bir sözlə, yalan və riyakarlıqla qarışdırılmışdır. Məlum ol-
duğu kimi, bir yalan digərini yaradır, bir absurd digər bir absurda yol
açır.
Absurd təsadüf deyil, qərəz, niyyət yaradır...
Bizim misal çəkdiyimiz absurdlar Azərbaycan xalqının mədəni-
tarixi irsinin mənimsənilməsi və “erməniləşdirilməsi” ilə sıx əlaqə-
dardır və erməniçiliyin torpaqlarımıza olan iddialarından irəli gəlir.
Onlar nəinki təcrübəsiz adamları “çaşdırmağı”, həm də şəraitə uy-
ğunlaşmağı bacarırlar.
Yəqin ki, ermənilərin siyasi və digər növlərdən olan mif yaradıcı-
lığının və səylə formalaşdırılan həqiqətdən uzaq obrazları qidalandı-
ran mənbəyi buradadır, yalanlardan quraşdırılmış absurd burada
yaranır... və burada da riyakarlıq donuna geyindirilir.
Hələ lap qədimlərdə Publisiy Sir çox düzgün qeyd etmişdir: “Əsas
o deyil ki, səni kim hesab edirlər, əsas odur ki, həqiqətdə sən kim-
sən”, əks halda “riyakarlıq qüsurun xeyirxahlığa ödədiyi haqq ola-
caqdır.”
Beləliklə, Kürəkçay absurdu
Məlum olduğu kimi, Kürəkçay müqaviləsi Qarabağ xanlığının
Rusiyaya birləşdirilməsini təsbit etdi. 14 may 1805- ci
ildə Qarabağ
hökmdarı İbrahim Xəlil xan və Qafqazda rus ordusunun komandanı
general Sisianov Gəncənin yaxınlığındakı Kürəkçayın ətrafında
“And öhdəliyi”ni ifadə edən müqaviləni imzaladılar və həmin bu sə-