Microsoft Word Kamran Imanov Kitab Designed doc



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə59/80
tarix11.03.2018
ölçüsü4,58 Kb.
#31238
1   ...   55   56   57   58   59   60   61   62   ...   80

E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
237 
özünün “könüllü” vassallığının mahiyyətini aydın başa düşür və haki-
miyyətinin faktiki olaraq devrilməsinin nəticələrini təsəvvür edirdi. 
İndi isə Kürəkçay müqaviləsinin mətninə diqqət yetirək və bura-
da hansısa erməni mənbəyi tapmağa çalışaq. Sənədin
 
mətninin birinci 
maddəsinə əsasən, Şuşa və Qarabağ xanı İbrahim Xəlil xan öz adın-
dan, eləcə  də varis və  xələflərinin adından yalnız Rusiya hökmda-
rının vassal asılılığını tanımaqdan başqa, heç bir dövlətin, o cümlə-
dən İranın vassalı olmamaq öhdəliyini götürmüşdür. 
İkinci maddə Rusiya imperatorunun xanlığın bütövlüyünü saxla-
maq haqqında verdiyi zəmanəti göstərirdi. Üçüncü maddədə İbrahim-
xəlil xanın və sonralar onun varisinin anda uyğun olaraq, müəyyən 
edilmiş formaya əsasən, Rusiya imperatoruna inam təbəəliyini müəy-
yən edirdi. Dördüncü maddəyə əsasən, xan Gürcüstanın baş koman-
danın razılığı və icazəsi olmadan qonşu hökmdarlarla əlaqə yaratmaq 
hüququna malik deyildi. Beşinci maddə Rusiya hökmdarının imperi-
yanın digər təbəliyində olanlarla eyni münasibətdə olduğu kimi, qara-
bağlılara da münasibətini nəzərə çarpdırır və xanlığın daxili idarəçi-
liyi üçün xana zəmanət verirdi. Bununla yanaşı, xanın adamlarını qo-
rumaq üçün 500 döyüşçü, o cümlədən zabit, qərərgah, top ayırır, bir 
sözlə,  Şuşa qalası rus qoşunları  tərəfindən işğal olunur. Sonra isə 
İbrahim xanın rus qoşununu azuqə ilə təmin etmək, düşərgə üçün şə-
rait yaratmaq və onların Şuşa qalasına giriş-çıxışını uyğun şəklə sal-
maq kimi öhdəlikləri gəlirdi. Bunların əvəzində isə Rusiya hökmdarı 
ona üzərində Rusiya imperiyasının gerbi olan bayraq bağışlayır. Bun-
dan başqa, İbrahimxəlil xan hər il Tiflis xəzinəsinə 8 min qızıl əşrəfi 
ödəməyə söz verir və əlavə olaraq səmimiyyət nişanəsi kimi nəvəsini 
də girov verir və s. 
Kürəkçay müqaviləsində cəmi 11 maddə var və nəzərinizə çatdı-
rırıq ki, bu mətndə ermənilər haqqında söz açılan bir maddə belə ol-
mamışdır. Alban xristian feodal hökmdarları haqqında da bir kəlmə 
belə yoxdur. 
Səbəb ondan ibarət idi ki, Rusiya imperiyası Qarabağın heç bir 
hissəsi ilə deyil, onun müstəqil hökmdarı ilə sazişə girmişdi. 
K A M R A N  İ M A N O V 
 
238 
Baxmayaraq ki, bir il keçəndən sonra müqavilə pozulmuş  və 
İbrahimxəlil xan böyük oğlu ilə birlikdə çar qoşunlarının rəhbərliyi 
tərəfindən edam olunmuşdu. Bütün bunlar ermənilərin deyil, Qaraba-
ğın tarixi idi. Tam dəqiqliyi ilə desək, 1806-cı ildə imperator I Alek-
sandr tərəfindən  İbrahimxəlil xanın digər oğlu Mehdiqulu ağa, xan 
elan edilərkən, həmin fərmanda da ermənilərlə bağlı heç nə yox idi, 
yəni heç bir sənəddə erməni izi büsbütün olmamışdır. 
Bir neçə ildən sonra müqavilənin pozulması  nəticəsində xanlıq 
sadəcə olaraq ləğv olunur. Bu, Qarabağ xanlığının tarixi və faciəsi 
idi. Bununla yanaşı, şər deməsən, xeyir gəlməz, Qafqazda rus qoşun-
ları baş komandanının göstərişinə  əsasən, 1823-cü ildə çar rejimi 
“Qarabağ  əyalətinin siyahıya alınması”nı  təşkil edir və  məlum olur 
ki, Qarabağda yaşayan əhalinin 8,4 faizi qeyri-türk əhalisinin payına 
düşür. Hörmətli oxucular, erməni uydurmalarından fərqli olaraq, bu, 
ermənilər deyil, alban əhalisi idi. Ermənilər isə 1828-ci ildən, yəni 
Türkmənçay müqaviləsindən sonra general Paskeviçin göstərişinə 
əsasən və bilavasitə onun köməkçisi erməni  əsilli Lazarevin iştirakı 
ilə Qarabağa yerləşdirilir. Yəqin elə bu səbəbdən də Qarabağ əyaləti 
haqqında Rusiyanın verdiyi məlumat ermənilərin saxtalıqları ilə uy-
ğun gəlmir. Sonuncu sənəd müxtəlif bəhanələr altında Rusiya kitab-
xanalarından götürülmüş və məhv edilmişdir. Bu, başqa cür də ola bil-
məzdi. Çünki Kürəkçay müqaviləsi bağlanarkən, Qarabağda “erməni” 
deyilən məfhum olmamışdır. 
Hörmətli oxucular, ermənilərin təqdim etdikləri Kürəkçay absur-
dunun tarixi belə olmuşdur. 
 
  
 
 
 


E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
239 
§9.  
Aşıq absurdu 
 
Hörmətli oxucular, sizi erməniçiliyin absurdları ilə tanış etdi-
yimiz “Ab absurdo...” “...Ad absurdum” materiallarını davam etdi-
rir və ənənəyə sadiq qalaraq xatırladırıq ki, “absurd” heç də məna-
sız söz yığını deyil. Cəfəng iddialar “sayıqlama”ya bərabərdir, onlar 
həqiqətə uyğun deyil, buna baxmayaraq, onlar mahiyyəti müvafiq 
məqsədlərlə müəyyən edilən konkret məna daşıyır. Dəfələrlə qeyd 
olunduğu kimi, erməniçiliyin məqsədi Azərbaycan torpaqlarına olan 
iddialarla bağlıdır və bu, xalqımızın mədəni-tarixi irsinin mənimsə-
nilməsi və “erməniləşdirilməsi” ilə  əlaqəli  şəkildə  həyata keçirilir. 
Absurdun məqsədi  ətrafdakı adamları erməni yalanlarına və uy-
durmalarına inandırmaq, bu və ya digər formada öz çirkin əməllərinə 
“dəstək” və “bəraət” qazandırmaqdır. “Böhtan atın, böhtan atın, heç 
nə qalmasa da, çapıqlar qalacaq”,- hələ Makedoniyalı  İskəndərin 
dövründən bu ifadəni işlədirlər. Öz məntiqinə  əsaslanan erməniçilik 
həmişə sübut etməyə çalışmışdır ki, ağı qaradır, yaxud ağ deyilsə, 
deməli, qaradır. Bununla həmişə nəzərdə tutulur ki, “məqsəd vasitə-
lərə haqq qazandırır”. Ona görə absurdun bir vasitə kimi, yalan və 
riyakarlıq üstündə qurulması  əhəmiyyətli deyil. Absurd da yalan 
kimidir. Bir yalandan digər bir yalan doğduğu kimi, absurdlar da 
digər cəfəngiyatların meydana gəlməsinə kömək edir. “Erməni gəldi, 
yeni bəla gətirdi” gürcü ifadəsini dəyişərək, qeyd etmək lazımdır ki, 
“erməniçiliyin gəlişi” həmişə növbəti absurdun yaranması ilə bağlı 
olur. Erməniçiliyin “Olduğun kimi görünməmək, istədiyin kimi tə-
səvvür edilmək” şüarı “istədiyin kimi görünmək yox, istədiyin kimi 
olmaq” həqiqətinə tamam ziddir. Servantesin dediyi kimi, “don həm 
geyindirir, həm də soyundurur”. Ola bilsin, bu, ermənilərin doğma 
şairi Yeqişe Çarensin belə xarakterizə etdiyi insanlar üçün mühüm 
rol oynamır: “Bizdə riyakarlıq hələ ana bətnində olarkən yaranır.” 
K A M R A N  İ M A N O V 
 
240 
Beləliklə, aşıq absurdu 
Bu absurdun mahiyyəti erməniçiliyin ilkin “aşıq” yaradıcılığına 
iddialarından ibarətdir, “bizə isə yalnız bu “fenomen”dən törəyən 
meyvələrdən dadmağa imkan verilir. Çünki aşıq yaradıcılığının ma-
hiyyəti hər bir azərbaycanlıya aydındır, əvvəlki paraqrafda qeyd etdi-
yimiz kimi, aşıq sənəti həm də dastan, folklor-mahnı köklərinə söy-
kənir və ermənilərin  əqli mülkiyyət oğurluqları ilə  sıx bağlıdır. Bir 
halda ki, epik əsərlərimiz erməni mənimsəməsinə məruz qalır, demə-
li,  şifahi xalq yaradıcılığı daşıyıcılarının-ozan-aşıqların “ilk dəfə 
ermənilərdən çıxmasının” iddia edilməsi də təbiidir. 
“Böyük Sovet Ensiklopediyasında”
 
(“Bolşaya Sovetskaya Ensik-
lopediya”, BSE, III, Vtor. İzd. “BSE”, 1950) “aşıq” sözünün “eşq” 
(aşq)  ərəb sözündən yaranmasının göstərilməsinə, həmin sözün eti-
mologiyasına “Qısa  ədəbiyyat ensiklopediyası”nda (“Kratkaya Lite-
raturnaya Ensiklopediya”, t1,1962) oxşar izahat verilməsinə əhəmiy-
yət verməyərək, ermənilər hətta bu sözün etimologiyasına da iddia 
edirlər. Üstəlik, “Ensiklopedik musiqi lüğəti”nin (“Ensiklopediçeskiy 
Muzıkalnıy slovar”, 1959) müəlliflərinin həmin sözün türk mənşəli 
“aşiq” sözündən əmələ gəldiyi fikri və “azərbaycanlılarda və erməni-
lərdə, onlarla qonşu olan SSRİ xalqlarında və  bəzi Şərq ölkələrində 
xalq şairi-ifaçısı və çalğıçısı kimi yozumu da nəzərə alınmır. Bu ki-
tabda “aşıqların öz mahnılarını –improviziyalarını simli alətlərin (saz, 
tar, kamança) müşayiəti ilə ifası” çox dəqiq izah olunur. Eləcə  də 
məşhur  ədəbiyyatşünaslar L.Timofeyeva və N.Venqrov “Ədəbiyyat-
şünaslıq terminlərinin qısa lüğəti”ndə (L. Timofeyeva, N. Venqrov 
“Kratkiy slovar literaturovedçeskix terminov”, M., Qosuçpedqiz, Min. 
Pros. RSFSR, 1963) birmənalı  şəkildə “aşıq” sözünün türk mənşəli 
olduğunu bildirirlər. Daha son dövrlərdə, 1985-ci ildə  nəşr olunan 
“Sovet ensiklopediya lüğəti”ində  də bu sözün türk mənşəli olduğu 
vurğulanır və bu sənət növünün mahiyyəti açıqlanır: “aşıqların reper-
tuarına öz şeirlərindən başqa epik dastanlar, xalq mahnıları daxildir”, 
“aşıq” sözünün “aşiq” sözündən əmələ gəldiyi, onun türk mənşəli ol-
duğu göstərilir. M.Nalbandyanın (Poln.sobr. soç., t.1) “erməni aşıqla-
rını yalnız erməni ailələrində doğulduqlarına görə erməni hesab 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə